İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə20/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 71 ____________________________ 
 
Şifrə  açarın  seçilməsi  ilə  bağlıdır  (açar  kimi  sütunun 
hündürlüyü  iştirak  edir)  və  istənilən  halda  açar  məlumatın 
uzunluğundan çox ola bilməz.  
Fleyberq  çərçivəsinə  başqa  bir  nümunədə  baxaq.  Şifrə 
açar  kvadrat  çərçivədir  və  çərçivənin  yanları  cüt  sayda 
hücrələrdən ibarətdir.  Hücrələrin  dörddə  biri  (çərək)  aşağıdakı 
prinsiplə kəsilir: əgər bəzi hücrə kəsilmişsə, onda həmin hücrə 
kəsilə  bilməz,  çünki  o  hücrə  çərçivənin  90
0
,  180
0
  və  270
0
 
dönməsində hüdudu aşır. 
Mətni  şifrələmək  üçün  kəsiklə  olan  çərçivə  cızıqlanmış 
kvadratın  üzərinə  qoyulur,  sonra  isə  mətnin  hərfləri  kəsiklərə 
yazılır.  Bütün  kəsiklər  dolduqdan  sonra  çərçivə  90
0
  döndərilir. 
Çərçivənin dolma prinsipinə görə kəsiklər bu zaman dolmamış 
hücrələrin  yerinə  olacaqdır.  Kəsiklərə  mətnin  davamı  yazılır, 
yenidən  çərçivə  döndərilir  və  prosedur  bir  dəfə  də  təkrar 
olunur.  Əgər  mətn  bir  kvadrata  yerləşməmişsə,  onda  eyni 
qayda  ilə  növbəti  doldurulur.  Sonuncu  kvadratın  boş  qalmış 
hücrələri təsadüfi simvollar ilə doldurulur. 
 
M =  влесуродиласьёлочкавлесуонаросла 
 
 
 
Şəkil 10. Fleyberq çərçivəsinin köməyilə şifrələmə 
 
Fleyberq  şifrəsi  hamı  tərəfindən  (sözsüz  ki  uçaqlar 
nəzərdə  tutulur)  sevilə-sevilə  oxunan  mahnıdan  istifadə 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 72 ____________________________ 
 
etməklə  hazırlanmış  açıq  mətnin  kriptotəhlilinə  o  qədər  də 
tutarlı səviyyədə cavab verə bilmədi (nəzərə almaq lazımdır ki, 
ikilik əlifba üçün bu əlaqə müəyyən qədər azdır, amma təbii-dil 
əlifbaları üçün belə söyləmək düzgün deyil). 
 
MÜASİR SİMMETRİK ŞİFRƏLƏMƏ ALQORİTMİ 
 
Müasir  simmetrik  şifrələmə  alqoritmi  həm  dayaqlıq,  həm 
də ki, başqasının yerinə qoyulma üsulu ilə şifrələmədə istifadə 
olunur.  Həqiqətdə  isə  (de-fakto)  standart  şifrələmə  müxtəlif 
açarlar  ilə  şifrələmə  raundlarından  ibarətdir.  İstifadə  edilən 
açarlar  ümumi  açarın  generasiya  edilməsinə  əsaslanır.  İndiki 
zamanda  istifadə  olunan  əksər  alqoritmlər  1973-cü  ildə 
yaradılmış Faystel şifrəsinin strukturuna bənzərdirlər. 
Faystel  şifrəsi  Klod  Şennonun  praktiki  şəkildə  həyata 
keçirilən  ideyalarına  söykənərək  hazırlanmışdır:  etibarlı 
şifrələmə alqoritmi iki xüsusiyyəti təmin etməlidir: 
diffuziyanı və 
koffuziyanı. 
Diffuziya – açıq mətnin hər bir biti şifrələnmiş mətnin hər 
bir  bitinə  təsir  göstərməlidir.  Diffuziyanın  mənasi  ondan 
ibarətdir  ki,  açıq  mətnin  statistik  xarakteristikaları  şifrələnmiş 
mətnin daxilində səpələnməlidir. 
Koffuziya – açarlar və şifrələnmiş mətn arasında statistik 
əlaqənin  olmamasıdır.  Əgər  bədniyyətli  insan  (düşmən) 
şifrələnmiş  mətnin  hansısa  statistik  xüsusiyyətini  müəyyən 
edərsə, açar haqqında istənilən informasiyanı əldə etmək üçün 
əldə  etdiyi  məlumatlar  onun  bəd  niyyətini  həyata  keçirməyə 
kifayət etməyəcəkdir. 
Feystel şifrəsinin strukturunu araşdıraq. 
Cari  şifrə  blok  şifrələmə  kateqoriyasına  aiddir.  Blok 
şifrələməsi  çox  da  böyük  olmayan,  müəyyən  uzunluğa  malik 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 73 ____________________________ 
 
blokların  şifrələnməsi  üçün  istifadə  olunur.  İxtiyari  mətni 
şifrələmək  üçün  onu  bloklara  bölmək,  sonra  isə  hər  bir  bloku 
ayrıca şifrələmək lazımdır. İstər Feystel şifrəsi, istərsə də bütün 
müasir  alqoritmlər  ikilik  alqoritm  ilə  işləyirlər  (burada  açıq  və 
şifrələnmiş mətn bitlər ardıcıllığı ilə təqdim edilir).  
Qeyd  etmək  lazımdır  ki,  alqoritmlər  Elektron  Hesablama 
Maşınlarında  şifrələmə  əməliyyatlarını  həyata  keçirmək  üçün 
istifadə olunurlar. 
Şifrələmə  alqoritminin  girişinə  açıq  mətnin  bloku  verilir 
(blok 21 cüt uzunluğa və 
K açarına malikdir). Blok iki bərabər 
hissəyə  bölünür  –  sağ  R0  və  sol  L0.  Sonra  bu  hissələr  m 
raundlu  təhlilə  məruz  qalırlar,  sonra  yenidən  şifrələnmiş 
mətndə birləşirlər. 
Hər bir i-ci raund K ümumi açarına əsaslanan generasiya 
olunmuş K
i
 altaçarından ibarətidr. K
i
 altaçarı bir para F
i
 çevirmə 
açarından  asılı  olan  R
i
  blokuna  tətbiq  olunur.  Nəticə 
XOR 
əməliyyatının  (“VƏ  YA”  məntiqi  əməliyyatı  müstəsna 
olmaqla)  köməyilə  L
i
  bolku  ilə  üst-üstə  yığılır  (cəmlənir)  və 
nəticədə  R
i+1 
bloku  alınır.  R
i
  bloku  dəyişmədən  L
i+1 
blokunun 
yerinə götürülür. 
Deşifrələmə əməliyyatı prinsipcə şifrələmə əməliyyatından 
fərqlənmir.  Deşifrələmə  əməliyyatında  girişə  deşifrə  olunmuş 
mətn verilir, K

açarı isə əks qaydada (ardıcıllıqla) hesablanır.        
 
AÇIQLAMA:  XOR  məntiq  əməliyyatı  “VƏ  YA”  məntiqi 
əməliyyatının istisna edilməsi, əksi kimi qəbul edilir. 
 
Faystel  alqoritminin  strukturundan  istifadə  edən  müxtəlif 
alqoritmlər  aşağıdakı  paramterlərinə  görə  bir-birindən 
fərqlənirlər: 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 74 ____________________________ 
 
1.
Açarın  uzunluğu.  Açarın  uzunluğu  alqoritmlə  nəzərdə 
tutulmuşdan  uzun  olarsa,  seçimi  etmək  də  bir  o  qədər 
mürəkkəb olacaqdır. İndiki zamanda açarın uzunluğunun 1024 
bitdən az olmaması nəzərdə tutulur. 
2.
Blokun ölçüsü. Blokun ölçüsü böyük olduqca, şifrələmə 
də  bir  o  qədər  etibarlı  alınır,  amma  şifrələmə/deşifrələmə 
əməliyyatının yerinə yetirilmə sürəti bu halda aşağı düşür. 
3.
Raundların təhlil olunma sayı. Hər bir yeni təhlil olunma 
raundundan sonra şifrələmənin etibarlığı yüksəlir. 
4.  F  raund  funksiyası  –  funksiya  mürəkkəbləşdikcə, 
şifrənin kriptotəhlili bir o qədər çətinləşir. 
5. K

 aralıq açarının hesablanma alqoritmi. 
 
 
 
Şəkil 11. Feystel şifrəsinin köməyilə i-ci raundun şifrələnmə 
sxemi 
 
DES alqpritmi
Uzun  müddət  ən  məşhur  simmetrik  şifrələmə  alqoritmi 
DES (Data Encrypting Standart) sayılırdı (alqoritm 1977-ci ildən 
istifadə  edilməyə  başlanmışdır).  Alqoritm  Faystel  şifrəsinin 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə