İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə17/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 60 ____________________________ 
 
M
ı 
 = E (M, K) 
M  = D (M
ı
, K) 
Burada  E  –  şifrələmə  funksiyasıdır  (encrypt),  D  -  isə 
deşifrələmə funksiyasıdır (decrypt), hər iki funksiya bir yerdə K 
açarından istifadə edir. 
Tarixə  nəzər  salsaq  görərik  ki,  şifrələmə  birinci 
yaranmışdır.  Bununla  yanaşı  XX  əsrin  ortalarına  kimi  bu  üsul 
şifrələmənin  yeganə  üsulu  sayılırdı.  Simmetrik  alqoritm  indiki 
zamanda geniş istifadə olunur.  
Simmetrik alqoritm üç sinifə bölünür: 
1. Dayaqlıq alqoritmi;  
2.Başqasının yerinə qoyulma alqoritmi
3.Həm  dayaqlıq,  həm  də  ki,  başqasının  yerinə  qoyulma 
alqoritmi  (EHM-da  informasiyanın  mühafizə  edilməsi  üçün 
müasir dövrdə hazırlanan bütün 
alqoritmlər praktiki olaraq bu 
sinifə aiddirlər). 
 
AÇIQLAMA

Alqoritm  anlayışı  informatikanın  mərkəzi 
anlayışıdır.  Alqoritm  sözü  IX  əsrdə  yaşamış  özbək 
riyaziyyatçısı əbu Abdulla Məhəmməd ibn Musa əl-Xörəzmin 
adı ilə bağlıdır. 
Alimin yaşadığı Xörezm şəhəri Amu-Dərya çayı sahilində 
yerləşir.  Alim  öz  əsərində  hind  riyaziyyatını  ətraflı  şərh 
etmişdi. Üç yüz il sonra (1120-ci ildə) alimin əsəri latın dilinə 
tərcümə  edilir.  Kitabı  avropa  alimləri  “Alqoritmi  de  numero 
İndorum” (“Hind hesablamaları üçün alqoritm”) adlandırırlar. 
Kitab  uzun  illər  ilk  dərslik  kimi  Avropanınn  elm  və  tədris 
müəssisələrində  geniş  şəkildə  istifadə  olunur.  Bu  ərəfədə 
hind  rəqəmlərindən  ərəb  ölkələrində  də  istifadə  etməyə 
başlayırlar. 
Məhəmməd  əl-Xörezminin  riyazı  məsələləri  tənliklərin 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 61 ____________________________ 
 
köməkliyi ilə həll etmək üçün yazdığı kitab  təxminən 850-ci 
ildə  çap  olunmuşdu.  Alim  kitabı  “Kitabi  əl-Cəbr” 
adlandırmışdı.  Kitab  bu  sahəni  araşdıran  elmin  Cəbr 
adlandırılmasının təməlini qoyur. 
 
 
 
 
Özbək riyaziyyatçısı əbu Abdulla Məhəmməd ibn Musa əl-Xörəzmi, 
yzdığı əsərdən bir parça  
 
 
DAYAQLIQ ALQORİTMİ  
 
Şifrələmənin  dayaqlıq  alqoritmi  aşağıdakı  prinsipə  uyğun 
işləyir:  baçlanğıc  məlumatın  hər  bir  siqnalı  (və  ya  simvollar 
ardıcıllığı) digər simvol ilə (və ya digər simvolların ardıcıllığı ilə) 
əvəz olunur (dəyişdirilir). 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 62 ____________________________ 
 
Konkret nümunələrə baxaq. 
 
Sezar şifri.  
Ən  qədim  və  ən  sadə  dayaqlıq  şifri  Qay  Yuliy  Sezar 
tərəfindən  istifadə  edilən  şifr  sayılır.  Burada  başlanğıc 
məlumatın  hər  bir  şifrələnən  hərfi  özündən  üç  mövqe  sonra 
duran hərflə əvəz olunur. 
 
M = криптография 
                                       -3                          
M
ı
  = нултхсеугчлз  
К = ? 
 
 
Şəkil 4. Yuliy Sezar şifrələnməsinə nümunə 
 
Y.Sezar  şifrinin  xüsusiyyəti  onun  açarının  olmamasıdır.  3 
ədədi  açar  kimi  istifadə  edilə  bilməz,  çünki  o  məlumat 
göndərən  tərəfindən  seçilmir,  sadəcə  olaraq  hərfin  yerindən 
tərpədilməsi  üçün  istifadə  edilir.  Qeyd  etmək  lazımdır  ki, 
Y.Sezarın  rəhbərliyi  dövründə  göstərilən  hal  şifrin  asanlığı 
sayılmırdı. 
İndiki 
zamanda 
informasiyanın 
şifrələnməsi 
və 
deşifrələnməsi prosesi o qədər mürəkkəbləşdirilmişdir ki, lazım 
olan əməliyyatların  əl ilə həyata keçirilməsi mümkün deyil. Bu 
məqsədlə  proqram  təminatından  istifadə  edilir  və  bu  işlə 
məşğul olan şəxs lazım gəldikdə tamamilə şifrələmə alqoritmini 
bərpa edə bilir.  
Kriptoqrafik  proqram  təminatı  geniş  kütlə  üçün  nəzərdə 
tutulmayanda bu qayda-qanun pozula bilər. Məsələn, elektron 
səsvermə  sistemlərində,  hökumət  əlaqə  xətlərində  istifadə 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 63 ____________________________ 
 
olunan  üsuldan  imtina  olunanda  və  s.  nümunə  kimi  göstərilə 
bilər. 
Təcrübə  göstərir  ki,  bədniyyətli  insanlar  kriptoqrafik 
müdafiə sistemini sındırmaqla proqrama daxil ola bilir, istifadə 
olunan alqoritmləri təhlil edirlər. 
Çoxəlifbali şifr (sadə dəyişməklə alinan şifr). 
Dayaqlıq şifrələrindən geniş yayılmışıdır. Burada əlifbanın 
hər  bir  simvoluna  digər  əlifbanın  bəzi  simvolu  uyğun  gəlir. 
Şifrələmə  zamanı  açıq  mətndəki  hər  bir  simvol  uyğun  digər 
simvol ilə əvəzlənir. 
Şifrə  açar  kimi  hazırlanmış  cədvəldən  istifadə  olunur. 
Başqa  sözlə,  şifrələnmiş  mətnə  açar  əlifbada  yeri  dəyişdirilmiş 
simvollardır. 
 
абвгдеёжзкйклмнопрстуфхчщьъэюя 
К =йцукенгшщзхъэждлорпавыфячсмитьбюё 
     а = й 
     б = д 
     в = у 
     .  .  . 
 
M =  криптография 
M
ı
 = ързоалкойызё 
 
Şəkil 5. Hərflərin sadə üsulla dəyişməsinə nümunə 
  
Göstərilən  nümunədə  aşarların  sayı  yerdəyişmədə  iştirak 
edən  hərflərin  sayına,  yəni  33-ə  bərabərdir.  Əgər  milyon 
kompüter  milyon  mümkün  açarların  sayını  yoxlasaydı,  bütün 
variantların  yoxlanmasına  milyon  il  lazım  gələcəkdi.  Deməli, 
monəlifbalı  şifrə  seçim  üsulu  ilə  açarın  seçilməsinə  imkan 
vermir, şifrənin sındırılması isə mümkün deyil. 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə