İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə19/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 67 ____________________________ 
 
Vətən  Müharibəsində  (1941-1945-ci  illərdə)  geniş  istifadə 
edilirdi. 
 
Çoxhərfli şifrələmə
Dayaqlıq  şifrələnməsində  qeyd  olundu  ki,  şifrələmə 
zamanı  ilkin  məlumatın  hər  bir  simvolu  deyil,  simvollar  qrupu 
şifrələnir.  Nəzərə  almaq  lazımdır  ki,  bu  zaman  şifrələnəcək 
simvollar  qrupu  başqa  bir  qrupun  simvolları  ilə  şifrələnir.  Belə 
şifrələnmə  çoxhərfli  şifrələmə  adlanır.  Çoxhərfli  şifrələməni 
aydınlaşdırmaq  üçün  Pleyfeyer  şifrələnməsini  araşdıraq. 
Şifrələmə  zamanı  şifrələmə  vahidi  kimi 
biqrammadan  (hərf 
cütlüyü) istifadə edilir ki, burada da bir hərf cütlüyü digər hərf 
cütlüyü ilə əvəz olunur. 
Şifrələmə  ingilis  əlifbası  üçün  nəzərdə  tutulmuşdur.  Açar 
kimi istifadə edilən kod cümləsi (ibarəsi) 5x5 kvadrat çərçivənin 
birinci hücrəsinə yazılır (təkrarlanan hərflər buraxılır). Sonra isə 
çərçivənin  birinci  hicrəsinə  yazılmış  hərflərdən  başqa  yerdə 
qalan bütün hərflər kvadratın çərçivəsinə əlifba sirası ilə yazılır 
(daha doğrusu çərçivə doldurulur). Nəzərə almaq lazımdır ki, I 
və J hərfləri eyni hərf kimi qəbul olunur. 
Çərçivəni açar sözü olan MONARCHY sözü ilə dolduraq. 
 
MONAR 
CHY3D 
EFCIK 
LPOST 
UVWXX 
 
Şəkil 8. Pleyfeyer şifrələnməsi üçün kod çərçivəsi   
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 68 ____________________________ 
 
İlkin mətn biqramma bölünür. Əgər açıq mətndə iki eyni 
hərf  bir  biqramm  əmələ  gətirirsə,  onda  onlar  arasında  X 
simvolu  qoyulur  (məsələn,  BALLOON  BALXLOON  kimi 
şifrələnir). 
Əgər  biqramm  bir  sətirdən  (sütundan)  ibarətdirsə,  onda 
dövrü  yerdəyişməni  nəzərə  almaqla  onlar  birinci  (aşağıdakı) 
qonşu sətir ilə yerlərini dəyişirlər. Nümunədə OR NM kimi, OP 
isə HV kimi şifrələnir. 
Əgər biqrammın hərfləri müxtəlif sətirlərdə və sütunlarda 
yerləşirlərsə,  onda  hər  bir  hərf  cütlüyü  sətirin  və  sütunun 
kəsişdiyi hücrədə yerləşən ikinci hərf ilə əvəz olunur. Məsələn, 
BE CI kimi, OS isə AP kimi şifrələnir. 
Deməli,  INFORMATION  sözü  GAPHMORSFAAW  kmi 
şifrələnəcək. 
Carı şifrə ilkin mətnin statistik xüsusiyyətini saxlayır, yəni 
tezlik  biqramm  cədvəlini  dil  üçün  qurmaq  olur  və  bu  zaman 
şifrələnmiş mətnin biqramm tezliyini təhlil etmək mümkün olur. 
Digər tərəfdən ingilis dilində 26 hərfin olduğunu nəzərə alsaq, 
onda  biqramm  26
2
  =  676  olacaq.  Bu  baxımdan  məsələ 
mürəkkəbləşir, şifrələnən mətnin həcminin artması nəticəsində 
çəkilən zəhmət uçuruma gedir. 
Digər  maraqlı  çoxhərfli  şifrələməyə  nümunə  kimi 
Hill 
şifrini göstərmək olar. Şifrə m əmsallı m xətti bərabərliklərdən 
ibarətdir. Şifrə açiq mətnin hər bir 
m hərfini şifrələnmiş m hərfi 
ilə  əvəz  edir.  Məsələn,  m=3  olduqda  aşağıdakı  bərabərlik 
sistemini əldə edirik (burada n - əlifbanın gücüdür). 
 
C
1
 = (k
11
p
1
+k
12
p
2
+k
13
p
3
) mod n 
C
2
 = (k
21
p
1
+k
22
p
2
+k
23
p
3
) mod n 
C
3
 = (k
32
p
1
+k
32
p
2
+k
33
p
3
) mod n  
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 69 ____________________________ 
 
Şifrələmə  açarı  K  əmsallı  matrisa  olacaqdır,  amma 
şifrələməni  vektorun  tərtibi  kimi  təqdim  etmək  olar.  Şifrələmə 
vektorunun  tərtibi  açıq  mətnin  hərflərinin  ardıcıllıq 
nömrələrindən  tərtib  edilmişdir  (birinci  hərf  0  nömrəsinə 
malikdir). Onda K açar matrisası belə olacaqdır: 
 
 
 
Şifrələnmiş  mətni  deşifrə  etmək  üçün  matrisanı  k 
əmsalına əks olan k
-1
 əmsalına vurmaq lazımdır. 
Hill şifri ilkin məlumatın simvollar tezliyini yaxşı mühafizə 
etsədə  (gizli  saxlayır)  məşhur  açıq  mətn  kriptotəhlilinə  zəif 
cavab  verir.  Sistem  xəttidir,  odur  ki  düşmənə  şifrəni  açmaq 
üçün  m
3
  cüt  qədər  “aşıq  mətn  –  deşifrə  olunmuş  mətn” 
əməliyyatını həyata keçirmək lazımdır.  
Cari şifrə üçün daha effektli kriptotəhlil üsulu 
seçilmiş açıq 
mətnlə kriptotəhlil üsuludur.  
Birdəfəlik bloknot.    
Qeyd  etmək  lazımdır  ki,  öndə  baxılan  bütün  şifrələmə 
üsulları  klassik  alqoritmlərlə  şifrələməyə  aiddirlər  və  elm  və 
texnikanın  kompütersiz  dövrlərində  istifadə  olunmuşdur. 
İstifadə  olunan  hər  bir  alqoritm  müəyyən  növ  kriptotəhlil  ilə 
bağlı olmuşdur.  
İndiki zamanda yeni şifrələmə üsullarından istifadə olunur 
ki,  onları  “sındırmaq”  həddindən  artıq  çətindir.  Şifrə 
Vernama 
şifrəsi  adlanır  (bəzi  ədəbiyyatlarda  onu  birdəfəlik  bloknot  da 
adlandırırlar).  


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 70 ____________________________ 
 
Vernama  şifrəsində  açıq  mətn  onun  ölçüsü  ilə  uyğun 
gələn 
mütləq təsadüfi açarla üst-üstə qoyulur. Sonra açar ləğv 
edilir  (yəni  digər  mətnlərin  şifrələnməsində  istifadə  olunmur). 
Şifrənin  mütləq  kriptodavamlığı  Klod  Şennon  tərəfindən  sübut 
olunmuşdur. 
Təcrübədə birdəfəlik bloknotdan təsadüfi hallarda istifadə 
olunur  (əsasən  yüksək  səviyyəli  məlumatları  şifrələyəndə 
ondan  istifadə  edilir).  Digər  tərəfdən  bloknotun  hazırlanması 
çox baha başa gəlir. Bununla yanaşı şifrə açarının şəxsə təqdim 
edilməsi şəxs ilə təkbə-tək görüş zamanı yerinə yetirilməlidir. 
 
 
BAŞQASININ YERİNƏ QOYULMA ALQORİTMİ    
 
 
Bu  alqoritmdə  açıq  mətnin  simvolları  açarın  müəyyən 
etdiyi  simvollar  ardıcıllığı  ilə  dəyişdirilir  (başqasının  yerinə 
qoyulur). 
Bunu  nümunədə  aydınlaşdıraq.  Açıq  mətnin  simvolları 
soldan sağa deyil, yuxarıdan aşağı başqasının yerinə qoyulur və 
nəzərə  alınır  ki,  sütunun  hündürlüyü  məhduddur.  Nəticə  sətir 
kimi alınır. 
 
 M =  в лесу родилась ёлочка 
                                                      K = 27 
          влс оиаьёок 
          еурллс лча 
 
M
ı
 = влс оиаьёок еурллс лча  
 
Şəkil 9. Başqasının yerinə qoyulma alqoritminə uyğun sadə 
şifrələnmə  
 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə