İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə18/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 64 ____________________________ 
 
Amma cari şifrə sadə şəkildə kriptoanalız aparmağa imkan 
verir.  Kriptotəhlil  hər  bir  simvolun  hesablanması  və  həmin 
simvolun  rast  gəlinmə  tezliyi  ilə  yerinə  yetirilir.  Kifayət  qədər 
uzun  məlumat  (4  -  5  tərtibli  cümlə)  üçün  bu  informasiya 
kifayətdir, əlifbanın hərflərinin cədvələ uyğun təkrarlanması ilə 
onu tutuşdurmaq olar. 
Məlumdur ki, bütün dillərdə istifadə olunan sözlərdə əlifba 
simvolların təkrarlanması mövcuddur, məsələn, rus dilində “O” 
hərfi daha tez-tez təkrarlanır, nəin ki, “Ф” hərfi. Bunu aşağıdakı 
cədvəldə aydın müşahidə etmək mümkündür. 
 
Cədvəl 1. Rus dilində tez-tez təkrarlanan hərflər 
 
Simvol  Ehtimal 
Simvol  Ehtimal 
Simvol 
Ehtimal 
probel

0,175 
К 
0,028 
Ч 
0,012 
О 
0,089 
М 
0,026 
Й 
0,010 
Е 
0,072 
Д 
0,025 
Х 
0,009 
А 
0,062 
П 
0,023 
Ж 
0,007 
И 
0,062 
У 
0,021 
Ю 
0,006 
Н 
0,053 
Я 
0,018 
Ш 
0,006 
Т 
0,053 
Ы 
0,016 
Ц 
0,004 
С 
0,045 
З 
0,016 
Щ 
0,003 
Р 
0,040 
Ь 
0,014 
Э 
0,003 
В 
0,038 
Б 
0,014 
Ф 
0,002 
Л 
0,03 
Г 
0,013   
 
 
İngilis  dilində  aparılmış  araşdırmalar  göstərir  ki,  ən  çox 
the artikulundan istifadə edilir. 
Beləliklə,  monoəlifba  şifrəsi  aparılan  kriptoanalizə  zəif 
müqavimət göstərir. Bu baxımdan düşmənə məqsədyönlü açar 
axtarmaq  lazım  deyil,  açar  şifrəni  araşdıran  zaman  özü-özünə 
bərpa olunacaq. 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 65 ____________________________ 
 
Öndə  yazılanlardan  aydın  olur  ki,  Q.Y.Sezarın  şifrəsi  də 
monoəlifbalı idi. 
Qronsfeld şifrəsi
Yuliy  Sezarın  şifrəsinin  modifikasiya  olunmuş  halını 
nəzərdən  keçirək.  Açar  kimi  fiksə  olunmuş  uzunluğa  malik 
rəqəmlər  ardıcıllığından  istifadə  edilir.  Əgər  açarın  üzunluğu 
mətnin uzunluğundan qısadırsa, ardıcıllığın hər bir rəqəmi açıq 
mətnin  bir  simvolu  ilə  yazılır  və  bu  halda  açar  dövrü  olaraq 
təkrarlanır. 
Nümunə  kimi  “информатика”  sözünü  “123”  açarı  ilə 
şifrələyək. 
 
M =  информатика 
                              K = 123 
M
ı
 = йпчгтлболгв 
 
Şəkil 6. Qronsfeld şifrəsindən istifadə etməklə şifrələnmiş mətn 
 
Cari  şifr  (Şifr  Jül  Vernin  “Janqada”  romanında  oxuculara 
təqdim  edilmişdi) 
çoxəlifbalı  şifrəyə  (və  ya  mürəkkəb  dəyişən 
şifrəyə)  aiddir.  Çoxəlifbalı  şifrədə  açıq  mətnin  1-ci  simvolu 
çoxəlifbalı  şifrənin  köməyilə  şifrələnir.  Burada  1-ci  simvolun 
açarı  K
1
,  2-ci  simvolun  açarı  K
2
  və  s.  n-ci  simvolun  açarı  K
n

n+1  –ci  simvolun  açarı  isə  yenidən  K

olacaqdır.  n  istifadə 
edilən  əlifbaların  (və  ya  sadə  dəyişən  şifrələrin)  sayıdır.  Öndə 
verilmiş nümunədə n=3. 
Çoxəlifbalı  şifrənin  xüsusiyyətlərindən  biri  Qronsfeld 
şifrəsinin  yaxşı  formada  nümayiş  olunmasıdır.  Qronsfeld 
şifrəsinin  müəyyən  çətışmazlıqları  da  vardır  ki,  onlarda 
Qronsfeld  şifrəsinin  modifikasiya  edilməsi  ilə  aradan 
qaldırılmışdır,  yəni  açar  kimi  rəqəmlərdən  deyil,  hərflər 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 66 ____________________________ 
 
ardıcıllığından istifadə olunmasıdır. Açıq mətndəki hərflərin sıra 
nömrəsi  onların  altında  yazılmış  açarın  hərfləri  ilə  üst-üstə 
yığılır  və  nətəcədə  şifrələnmiş  mətnin  hərflərinin  sıra  nömrəsi 
alınır. 
 
      M =  информатика 
               васявасява          K = вася 
______________________________________________________________________________________________________________________________ 
      M
ı
 = ложнунтсллт 
 
Şəkil 7. Modifikasiya olunmuş Qronsfeld şifri 
 
Öndə  araşdırılmış  Sezar  və  Qronsfeld  şifrələrinin 
“toplanma”  mexanizmi  (rəqəmlərlə  və  ya  hərflərlə)  başqa 
şriflərdə  də  istifadə  olunur.  Belə  şifrələrin  xüsusiyyəti  ondan 
ibarətdir ki, şifrə açarın bərpa edilməsinə imkan verir (əgər açıq 
və şifrələnmiş mətn məlumdursa). Bu əks əlaqə əməliyyatı ilə, 
yəni “toplanma” – “çıxılma” ilə yerinə yetirilir. 
Beləliklə,  əgər  pisniyyətli  insan  (düşmən)  açıq  mətnə 
malikdirsə  və  bu  mətnə  uyğun  şifrəni  bilirsə,  onda  o  açara 
sahib  ola  bilər  və  açardan  istifadə  etməklə  digər  şifrələnmiş 
mətnlərin də şifrəsini açmağa cəhd göstərə bilər. Belə bir üsul 
məlum  açıq  mətnlə  yerinə  yetirilən  kriptoanaliz  adlanır. 
Təcrübə  göstərir  ki,  Qronsfeld  şifrəsi  ilə  şifrələnmiş  mətn  bu 
üsulun qarşısında acizdir. 
Bəzən  düşmənləri  ən  çox  yayılmış  üsulla  aldadırlar,  yəni 
qəsddən  düşmənin  aça  biləcəyi  şifrəyə  uyğun  mətni  şifrələyir 
və kanal vasitəsilə ötürürlər. Bundan xəbərsiz pisniyyətli insan 
göndərilmiş mətni şifrədən azad edir və yalanlardan ibarət olan 
mətni məqsədi üçün istifadə edir. Nəticədə şifrədən azad olmuş 
mənasiz  söz  yığımına  sahib  olur.  Belə  şifrələmədən  Böyük 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə