İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə22/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 78 ____________________________ 
 
 
 
BLOK ŞİFRƏLƏRİNİN FƏALİYYƏT REJİMİ 
 
Şifrələmənin  simmetrik  alqoritmini  iki  kateqoriyaya 
bölmək  olar:  blok  və  arası  kəsilməyən. 
Arası  kəsilməyən 
alqoritmdə  ilkin  mətnin  simvolları  (baytlar  və  ya  bitlər)  ardıcıl 
şifrələnir.  Buna  klassik  nümunə  birdəfəlik  bloknot  və  ya  sadə 
dəyişmə  şifrəsini  göstərmək  olar.  Blok  şifrələnmədə  şifrələmə 
vahidi  kimi  blokdan  (qeyd  olunmuş  bitlər  ardıcıllığı)  istifadə 
edilir  ki,  o  da  eyni  uzunluqda  olan  şifrələnmiş  mətn  blokuna 
çevrilir. 
Blok  şifrələmənin  müxtəlif  sahələrdə  optimal  istifadə 
olunan əsas dörd iş rejimindən istifadə edilir. 
1.
Elektron  şifrələmə  kitabı  rejimi  (ECB).  Sadə  və  təbii 
üsuldur.  Mətn  bloklara  bölünür  və  hər  bir  blok  eyni  açarla 
şifrələnir. Əsas çatışmazlığı ondan ibarətdir ki, eyni bloklar eyni 
şifrələndiyi üçün mühafizəni zəiflədir (böyük həcmli informasiya 
şifrələndikdə eyni hal baş verir). 
2.
Şifrələnmiş blokların qoşulma rejimi (CBC). Aşıq mətnin 
hər  bir  bloku  şifrələnmədən  öncə  XOR  əməliyyatının  köməyilə 
növbəti  şifrələnmiş  mətnin  blokları  ilə  bir-birinə  bağlanılır 
(qoşulur).  Birinci  blok  öncədən  məlum  olan 
installyasiya 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 79 ____________________________ 
 
olunmuş  vektor  ilə  birləşir.  Nəticədə  açıq  mətnin  şifrələnmiş 
eyni blokları bir-birindən fərqlənirlər.  
3.
Şifrələnmənin  əks  əlaqə  rejimi  (CFB).  Burada  əsas 
məqsəd blok şifrələnməsini (məsələn, 64 bitlik uzunluğa malik 
blok  -  DES)  bir  simvola  görə  şifrələnən  (məsələn,  ölçüsü  j=8 
bit – CBC) blokların qoşulma rejiminə çevirməkdir. İdeya ondan 
ibarətdir ki, ilkin olaraq 64 bitlik bufer installyasiya olunmuş, K 
açarı  ilə  şifrələnmiş  vektorla  doldurulur  (göndərənə  və  qəbul 
edənə məlum olan). Alınmış nəticədən böyük (sol) j bit seçilir 
və  açıq  mətnin  birinci  simvolu  ilə  XOR  əməliyyatının  köməyilə 
birləşdirilir.  Nəticədə  ilk  şifrələnmiş  simvol  alınır.  Sonrakı 
mərhələdə buferdə yerləşən (installyasiya olunmuş, K açarı ilə 
şifrələnmiş  vektor)  j  bit  sola  çəkilir,  ən  kiçik  (sağ)  j  bit  -ə 
şifrələnmiş simvol  yazılır.  Bununla  da  sistem  növbəti  simvolun 
şifrələnməsinə hazır olur. 
4.
Çıxışa görə əks əlaqəli rejim (OFB). İş prinsipi öndəkinə 
eynidir.  Burada,  buferdəki  kiçik  j  bit  -in  sürüşməsindən  sonra 
yerinə  şifrələnmiş  simvol  deyil,  şifrələnmiş  böyük  j  bit  simvol 
yazılır. Belə rejim maniəyə davamlıdır, yəni mətnin şifrələnmiş 
bir  simvolunun  ötürülməsi  zamanı  yaranmış  kəsilmə  digər 
simvolların şifrələnməsinə təsir etmir. 
 
AÇIQLAMA: İnstallyasiya (ingiliscə installation  - hərfi 
mənası  qurulma,  quraşdırma,  düzəldilmə,  təsis  edilmə 
deməkdir)  –  sonuncu  kompüter  istifadəçisinin  kompüterinə 
proqram  təminatının  qurulma  prosesidir.  Əməliyyat 
sistemində  olan  xüsusi  proqramla  (menecer  paketi)  yerinə 
yetirilir  (məsələn,  RPM  и  APT  в  GNU/Linux,  Windows 
Installer в Microsoft Windows).    
 
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 80 ____________________________ 
 
SKREMBLERLƏR    
 
Geniş  yayılmış  axınlı  alqoritm  şifrələməsinin  bir  növü 
skrembler  sayılır.  Skrembler  kəsilməz  informasiya  axınının 
bitlərlə  şifrələnməsinə  imkan  verən  alqoritmin  proqram  və  ya 
aparat  realizəsidir.  Skrembler  bitlər  toplumudur  və  müəyyən 
alqoritmin  hər  bir  addımında  dəyişir.  Hər  bir  yerinə  yetirilən 
addımdan  sonra  onun  çıxışında  şifrələmə  biti  –  0  və  1  əmələ 
gəlir.  Şifrələmə  biti  XOP  əməliyyatı  vasitəsilə  informasiya 
axınının cari biti ilə üst-üstə düşür. 
Sadə  skremblerə  nümunədə  baxaq.  Skrembler    eyni 
uzunluğa  malik  iki  bit  ardıcıllığı  ilə  verilir,  onlardan  biri 
açar 
(başlanğıç ardıcıllıq), ikinci isə skrembler adlanır (əksər hallarda 
ardıcıllıq  konkret  aparat  və  proqram  realizasiyası  üçün  fiksə 
olunur,  amma  açar  isə  adi  simmetrik  şifrələmə  kimi  seçilir). 
Açarın uzunluğu artdıqca (həmçinin skremblerin) alqoritm bir o 
qədər etibarlı olur.  
Başlanğıc ardıcıllıq (açar) skrembler ilə toplanır və 
maska 
əmələ  gətirir.  Maskada  ardıcıllığın  ancaq  o  bitləri  seçilir  ki, 
onların  pozisiyaları  (mövqeləri)  skremblerdəki  vahidlərə  uyğun 
gəlir.  Sonrakı  mərhələdə  seçilmiş  bitlər  öz  aralarında  XOR 
əməliyyatı  ilə  toplanır.  Yeni  bit  alınır  və  o  açarın  başlanğıcına 
(sol  tərəfinə)  yazılır.  Axırıncı  (sağdakı)  bit  isə  açarın  birinci 
bitinə çevrilir, ardıcıl simvolla kodlanır və atılır. Beləliklə, açarın 
sürüşməsi  və  bitlərdən  birinin  generasiyası  baş  verir. 
Generasiya olunan bit ilkin mətnin birinci biti ilə XOR əməliyyatı 
nəticəsində  toplanır  və  şifrələnmiş  mətnin  birinci  biti  alınır. 
Bundan sonra dövr təkrarlanır. 
Tutaq ki, 00111 məlumatını 011 açarlı 101 skrembleri ilə 
şifrələmək  lazımdır.  2  modula  uyğun  cəm  açarın  birinci  və 
üçüncü  biti  hesablanır: 
0
1
1


.  Bu  bit  açarın  yeni  birinci  biti 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə