İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə23/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 81 ____________________________ 
 
olacaqdır. Açarın sonuncu biti (1) şifrələmə ardıcıllığının bitinə 
çevriləcəkdir.  Şifrələnmiş  mətnin  birinci  bitini  hesablayaq: 
1
0
1


. Sonra isə prosesi 101 açarı ilə təkrarlayaq. Məlumatın 
tam şəkildə şifrələnməsi 12 saylı şəkildə verilən kimidir. 
 
 
 
Şəkil 12. 011 açarlı 101 skrembleri ilə 00111 ardıcıllığının 
skremblerlənməsi 
 
Kriptoanalizin klassik məqsədi – açardan istifadə etmədən 
açıq  mətndən  şifrələnmiş  mətn  almaq  (bəzən  bunu  açarın 
axtarılması da adlandırırlar). 
Kriptotəhlinin ayrı-ayrı üsulları vardır ki, onlardan istifadə 
etməklə  müasir  şifrələri  “sındırmaq”  olur.  Onlardan  bəzilərinə 
nəzər salaq. 
Statistik  kriptoanaliz.  Kriptotəhlil  şifrələnmiş  mətndə  tez-
tez rast gəlinən ayrı-ayrı simvolların (və ya simvollar qrupunun) 
sayılmasına  əsaslanır.  Əsasən  simmetrik  dayaqlıq  alqoritminin 
sındırılması üçün istifadə olunur.
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 82 ____________________________ 
 
Differensial  kriptitəhlil.  Kriptotəhlil  seçilmiş  mətn  ilə 
həyata  keçirilir.  Müasir  simmetrik  şifrələmə  alqoritminin 
sıdırılmasında  istifadə  edilir,  bu  zaman  mətn  ardıcıl  olaraq  bir 
neçə  çevrilmə  ranudundan  keçir.  Üsul  iki  mətn  arasında  olan 
oxşarlığın dəyişilməsinin izlənməsinə əsaslanır. 
Xətti 
kriptotəhlil. 
Simmetrik 
blok 
şifrələrinin 
sındıdılmasında  istifadə  olunur.  Kriptotəhlilin  əsasını  xətti 
yaxınlaşma anlamı təşkil edir. 
 
SİMMETRİK ALQORİTMLƏRİN PROBLEMLƏRİ 
 
Bütün simmetrik alqoritmlər ümumi bir problemə malikdir, 
yəni  məlumatı  göndərən  və  qəbul  edən  eyni  bir  açardan 
istifadə  etməlidir.  Bununla  yanaşı  nəzərə  alınır  ki,  onların 
etibarlı əlaqə kanalları yoxdur, əks halda məlumatı şifrələməyə 
ehtiyac olmazdı. 
Yüz il bundan əvvəl bu problem sadə şəkildə həll edilirdi, 
məlumatı  göndərən  şəxs  ilə  qəbul  edən  şəxs  üzbə-üz 
görüşərdilər.  İndiki  zamanda  bu  mümkün  deyil.  Bu  baxımdan 
müxtəlif  ölkələrdə  yaşayan  işgüzar  tərəfdaşlar  məlumatın 
konfidensiallığına çalışırlar. 
İnternet-bankinq  işgüzar  insana  mənzilindən  və  ya 
ofisindən kanara çıxmadan ona məxsus bank hesablarının idarə 
edilməsini,  müştərilər  ilə  əməkdaşlığı  yerinə  yetirməyə  və  s. 
həyata  keçirməyə  imkan  verir.  Şifrələnmiş  açarlardan  istifadə 
edənlər  şifrələri  mütamadi  dəyişir,  bununla  da  şifrələmənin 
etibarlığını tutarlı səviyyədə artırırlar. 
Deməli,  simmetrik  şifrələmə  üçün 
açarların  dəyişilmə 
problemi  xarakterikdir.  İndiki  zamanda  müəyyən  sayda 
üsulların köməyilə bu problemi aradan qaldırmaq mümkündür. 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 83 ____________________________ 
 
Bununla  yanaşı  istifadəçinin  çoxlu  sayda  açarları 
idarəetmə  problemi  də  ortaya  çıxır.  Əgər  n  sayda  insan 
məlumatı konfidensial şəkildə mübadilə edirsə, onda O(n
3
) açar 
lazım  gələcəkdir  (n-1  açar  hər  bir  şəxsə).  Əgər  qrup  bir 
açardan istifadə edəcəksə, onda informasiyanın kanara axması 
bir şəxsin əli ilə olar və bütün qrupun adına yazıla bilər. 
Bu problemlər XX əsrdə yeni sinif şifrələmə alqoritmlərinin 
yaradılmasına səbəb oldu. 
 
YOXLAMA TESTLƏRİ 
 
  1.Təsdiq  edilmişlərdən  hansının  Pleyfeyr  şlfrəsinə  aid 
olduğu düzdür? 
A.Pleyfeyer şifrəsi monoəlifbalı şifrəyə aiddir
B.Pleyfeyr şifrəsi dayaqlıq şifrəsinə aiddir; 
C.Pleyfeyr şifrəsində şifrələmə vahidi biqrammdır; 
D.Pleyfeyr  şifrəsini  izafə  açar  üsulundan  istifadə  etməklə 
sındıranda onun zəif cəhətləri hansılardır. 
 
2.Verilmiş 01010 məlumatını 011 açarlı 101 skrembleri ilə 
şifrələyin. 
 
3.Monoəlifbalı  şifrələmənin  əsas  zəif  cəhəti  nədən 
ibarətdir? 
A.Çoxda  böyük  sayda  olmayan  açarlardan  (izafə  zəiflik) 
istifadə edilməsində; 
B.Şifrələnən  mətn  açıq  mətnin  statistik  xüsusiyyətlərini 
saxlayır; 
C.Əgər  iki  mətn  eyni  açarla  şifrələnərsə,  onda  şifrə 
avtomatik olaraq aşkara çıxır; 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 84 ____________________________ 
 
D.Bədniyyətli  şəxs  kifayət  qədər  açıq  və  şifrələnmiş 
nümunələrə malik olduqda açarı tapa bilər. 
 
4.”КНИГА” sözünü 12 açarlı Qronsfeld şifrəsindən istifadə 
etməklə şifrələyin. 
 
5.”КНИГА” sözünü Sezar şifrəsinin köməyilə şifrələyin. 
 
6.Hill  şifrəsini  sındırmaq  üçün  kriptotəhlilin  hansı  üsulu 
daha effektivdir? 
A.Seçilmiş mətn ilə təhlil
B.Seçilmiş şifrələnmiş mətn ilə təhlil; 
C.Seçilmiş açıq mətn ilə təhlil; 
D.Məşhur açıq mətn ilə təhlil; 
E.Ancaq şifrələnmiş mətn ilə. 
 
7.Simmetrik şifrələmə nə anlamını verir? 
A.İlkin  məlumatın  hər  bir  simvolunun  (və  ya  simvollar 
ardıcıllığının)  digər  simvolu  ilə  (və  ya  simvollar  ardıcıllığı  ilə) 
əvəz edilən şifrələmə üsulu
B.Eyni  bir  açar  həm  mətnin  şifrələnməsində,  həm  də  ki, 
deşifrələnməsində istifadə edilir; 
C.Mətnin  şifrələnməsində  bir  açar,  deşifrələnməsində 
digər açar istifadə olunan şifrələmə üsulu; 
D.Açardan  istifadə  olunduqda  açıq  mətnin  simvolları 
ardıcıllığını dəyişən şifrələmə üsulu. 
 
8.Adaları çəkilən hansı şifrə ən etibarlı sayıla bilər? 
A.Pleyfeyer şifrəsi; 
B.Hill şifrəsi; 
C.Birdəfəlik bloknot; 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə