22
C a v a b: Əslində,
mən hesab etmirəm ki, tənqidçilər çoxdur. Əksinə, eşitdiklərimiz, gördüklərimiz onu
deyir ki, təyinat cəmiyyətdə rəğbətlə qarşılanıbdır. Azərbaycanda əhali ilk növbədə sabitliyin qorunub
saxlanmasını istəyir. İnsanlar xüsusi biliyi, bacarığı, qabiliyyəti olmayan adamların yenidən hakimiyyətə
gəlməsini ən pis hal kimi görürlər. Bu, əvvəllər baş vermişdir. Sizin dediyiniz müxalifət Azərbaycanda 1992-ci
ildə hakimiyyətdə olub, amma bircə il tab gətiriblər. Hakimiyyətlərini bircə il qoruya biliblər,
çünki idarəetmə
üsulları ilə özlərini biabır ediblər. İndi isə budur, on ildir ki, çalışırlar Prezidenti tənqid, təhqir etsinlər. Yalnız
prezidenti yox, elə hökuməti də, hakimiyyətdə olan başqalarını da. Beləliklə, bu təyinatla bağlı tənqid yalnız
müxalifətdən gəlir.
Müxalifətə gəldikdə isə, onlar istədiklərini deyə bilərlər. Bütün hüquqi prosedura, Konstitusiyanın
tələblərinə, hüquqi normalara riayət olunub, pozuntu yoxdur. üstəgəl, onu da əlavə edim ki, İlham Əliyev
Azərbaycan siyasətində yeni sima deyildir. Mən 1995-ci ildən Azərbaycan
parlamentinin üzvüyəm,
hakimiyyətdə olan partiya sədrinin birinci müaviniyəm. Bu təyinatadək 10 ilə qədər ARDNŞ-in birinci vitse-
prezidenti, beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə cavabdeh şəxs olmuşam. Mən Azərbaycanın Olimpiya
Komitəsinin prezidentiyəm. Bu, o deməkdir ki, bütün bunlar - həm ölkə daxilindəki, həm də beynəlxalq
aləmdəki fəaliyyətim mənim bu vəzifəyə təyin olunmağıma əsas verir. Amma bir də onu deyim ki,
müxalifət nə
deyirsə, bu məni o qədər də narahat etmir.
S u a l: Yəqin ki, bu illər ərzində atanız kimi, Siz də müxalifət tərəfindən çox tənqidə məruz
qalmısınız. Xüsusilə də, son bir neçə gün ərzində müxalifətin Sizin atanızın artıq həyatda olmadığı ilə
bağlı bəyanatlarına necə cavab verərdiniz? Bu Sizə toxunur və yəqin ki, Sizi acıqlandırır.
C a v a b: Əlbəttə, təsəvvür etmək çətin deyil ki, bu, adamı hirsləndirməyə bilməz. Amma özümü məcbur
edib, bu adamlara hirslənə bilmirəm. Elə bilirəm ki, belə şeyləri yazanlar insanlığa xas olan son hisslərini də
itiriblər. Mən siyasi mübarizəni də, yenidən hakimiyyətə gəlmək
istəyini də başa düşə bilərəm, amma hər şey
sivil formada olmalıdır. Biz insanıq, başqa məxluq deyilik. Son iki-üç ay müddətindəki müxalifət qəzetlərinə
baxsanız, hər gün yalan, təhqir, Prezidentin səhhəti ilə bağlı tamamilə qeyri-etik yazılar görərsiniz. Prezident
ölkənin simvoludur. Xüsusilə də Heydər Əliyev kimi Prezident! Onu tənqid edənlərin fəaliyyəti nəticəsində
parçalanmaqda olan, uçuruma sürüklənmiş ölkəni xilas edən Prezident!
Müxalifətdəki bu adamlara ən yaxşı cavab bizim praktiki işlərimiz, əməli addımlarımız ola bilər. Əgər
geriyə, 1992-ci ilə, bu adamların, müxalifətin hakimiyyətdə olduğu zamankı Azərbaycana baxsanız və bugünkü
günlə müqayisə etsəniz, böyük fərq görünəcəkdir.
Bu gün biz dünyada hörmət qazanmış ölkəyik. İnsanların həyat şəraitinin günbəgün yaxşılaşdığı ölkədir. Özü
də bütün bunlar bizim əhalimizin 1 milyonunun qaçqın-köçkün olduğu bir şəraitdə baş verir.
Bildiyiniz kimi,
Ermənistanın bizim ölkəyə qarşı təcavüzü nəticəsində ərazimizin bir hissəsi işğal olunmuşdur. Biz dünyada
əhalinin sayı ilə müqayisədə, qaçqın-köçkünlərin ən yüksək faiz təşkil etdiyi ölkəyik. Hər 8 nəfərdən biri
qaçqın-köçkündür, amma buna baxmayaraq, inkişaf prosesi gedir. Beləliklə, yenə deyirəm, onlara ən yaxşı
cavab bizim fəaliyyətimiz, görülən işlərdir. Güclü iqtisadiyyat yaratmaq və güclü
siyasi sistem qurmaq
yolundakı xidmətlərimizdir.
S u a l: Bəzi müxalifət üzvləri bildirirlər ki, onlara hədə-qorxu gəlinir, onlar döyülürlər, həbs
olunurlar və bu da Sizin hökumətin razılığı ilə edilir. Bu həqiqətdirmi?
C a v a b: Bu da həqiqətə uyğun deyil, onlar həbs olunmurlar, onlar azaddırlar. Özləri təhrik edirlər ki, onları
həbs etsinlər. İndiki siyasətləri, – xüsusilə də başa
düşdükdən sonra ki, sivil, demokratik yollarla hakimiyyətə
gəlmək şansları yoxdur, – onların əlində olan yeganə mexanizm özlərini yazıq kimi qələmə verməkdir.
J u r n a l i s t: Doğrudur.
İ l h a m Ə l i y e v: Onlar çalışırlar ki, hüquq-mühafizə orqanları tərəfindən döyülsünlər, qorxudulsunlar.
Amma mən əminəm ki, bizim hüquq-mühafizə orqanları onların planının həyata keçməsinə imkan
verməyəcəklər. Ona görə də, gəlin onların dediyinə görə yox, həqiqi hadisələr əsasında mühakimə yürüdək.
Onların heç biri həbs olunmayıb,
özlərini rahat hiss edirlər, hamısının əla yaşayış şəraiti var, siyasi
fəaliyyətlərini davam etdirmək üçün şərait var. Ona görə də, yəqin özlərini xoşbəxt sayırlar, vəziyyətdən razı
olmalıdırlar. Bu onların ən çox əldə edə biləcəkləridir. Sizə deyim ki, onlar bu siyasi mühitdən ayrılsalar, aralı
düşsələr, cəmiyyətdə öz yerlərini tapa bilməyəcəklər. Bunun sübuta ehtiyacı yoxdur. Onların heç biri, təkrar
edirəm, heç biri, – adbaad, ayrılıqda götürək, – hansısa bir sahədə özlərini heç bir cəhətdən büruzə verə
bilməyib, heç biri ölkə üçün yaxşı bir iş görə bilməyibdir. Onlar
küçələrdən gəliblər, bu da ki, ümumiyyətlə,
bütün cəmiyyətin sovet sisteminə qarşı narazılıq dalğası fonunda baş vermişdir. O vaxt küçələrdə narazılıqlarını
bildirən insan kütlələri yığışırdı, onların da ən zil səslə qışqıranları mövqe tutdular. Sizə deyə bilərəm ki, parla-
mentin keçmiş spikeri Qəmbərov, - hansı ki, indi özünü müxalifət lideri kimi qələmə verməyə çalışır, - 12 il
müddətində elmi-tədqiqat institutunda aspirant olaraq qalırdı. O bu müddət ərzində elmi işin öhdəsindən gələ
bilmirdi. İndi müxalifətdə olan o vaxtkı Baş nazir bir vaxtlar bazarda qarpız satırmış. Siyahını uzatmaq olar.
Özünü müxalifət lideri sayan başqa birisi universitetdə SSRİ tarixi müəllimi idi.