13
* * *
İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq
verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-
cu bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən qərara alır:
İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq
verilsin.
MURTUZ ƏLƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 4 avqust 2003-cü il
14
NAZİRLƏR KABİNETİNDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ
YENİ TƏYİN OLUNMUŞ BAŞ NAZİRİ
İLHAM ƏLİYEVİN HÖKUMƏT ÜZVLƏRİNƏ
TƏQDİM OLUNMASI MƏRASİMİNDƏ ÇIXIŞ
4 avqust 2003-cü il
R a m i z M e h d i y e v (Prezidentin İcra Aparatının rəhbəri): Siz hamınız bu gün çox mühüm ictimai-
siyasi hadisənin şahidi olmusunuz. Artıq məlumdur ki, bu gün Milli Məclisin iclası keçirilmişdir və hörmətli
cənab Prezidentin təqdimatı əsasında Milli Məclis hörmətli İlham Əliyevin Azərbaycan Respublikasının Baş
naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi məsələsinə baxmışdır.
Onu qeyd etmək istəyirəm ki, Milli Məclisin iclası çox gözəl keçdi və çıxış edən bütün deputatlar hörmətli
İlham müəllim haqqında çox dəyərli fikirlər söylədilər. Hamının yekdil bir fikri oldu ki, cənab prezident Heydər
Əliyev çox müdrik bir qərar qəbul edərək, İlham Əliyevi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə
tövsiyə edibdir.
Respublikamızın ictimaiyyəti, dövlət adamları və eləcə də ölkədən kənarda İlham Əliyev haqqında, onun
şəxsi keyfiyyətləri, xidmətləri, dövlətçiliyə münasibəti barədə çox geniş məlumata malikdirlər. İlham Əliyev
dərin intellektə malik, dövlətçiliklə bağlı bir şəxsiyyətdir. İlham Əliyevin Azərbaycan xalqı qarşısında böyük
xidmətləri vardır. Bu xidmətləri Azərbaycan cəmiyyəti, ictimaiyyəti, xarici ölkələrdə də çox yaxşı bilirlər və onu
müasir bir siyasətçi kimi qəbul edirlər.
Cənab İlham Əliyevin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti,
səkkiz il deputat kimi gördüyü işlərlə yanaşı, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro
üzvü vəzifəsindəki fəaliyyəti də Azərbaycan cəmiyyətində və xarici dövlətlərdə çox yüksək qiymətləndirilir.
Bir neçə müddət idi cəmiyyətdə fikir mübadiləsi aparılırdı, söhbətlər gəzirdi, insanlar narahat idi. Demək
olar, bütün xalqımız cənab Prezidentin xəstəliyi ilə bağlı narahatlıq keçirirdi. Bütün xalqımız düşünürdü ki,
cənab Prezidentin 34 illik fəaliyyəti nəticəsində Azərbaycanda əldə olunmuş uğurları, bu xətti kim davam
etdirəcək, nə cür olacaq, Azərbaycanın taleyi kimlə bağlı olacaqdır? Bu gün cənab Prezident artıq öz
fərmanlarını imzalayıbdır. Deyə bilərəm ki, bu gün saat 4-də Ankaradan təyyarə gəldi və həmin fərmanlar bizə
təqdim olundu. Biz bunu artıq cəmiyyətə, ictimaiyyətə çatdırmışıq. İndi də sizə bildirmək istəyirəm.
Demək istəyirəm ki, bu, cəmiyyətdə çox böyük sevinclə qarşılanmışdır. Sizə açıq deyim ki, bu gün Prezident
Aparatına dövlət adamlarından, adi insanlar içərisindən yüzlərlə telefon zəngi olubdur. Mənə zəng olubdur,
bizim Aparatın başqa işçilərinə, şöbə müdirlərinə zənglər olubdur. İnsanlar öz sevincini, razılığını bildirir və
cənab Prezidentə bir daha dərin hörmət və təşəkkürlərini bildirirlər ki, çox ağıllı, müdrik bir qərar qəbul
edibdir. Ona görə biz cənab Prezidentə cansağlığı arzu edirik. Arzu edirik ki, o, müalicəsini başa çatdırıb
tezliklə ölkəyə qayıtsın, prezident seçkilərində iştirak etsin.
Xalq artıq cənab Prezidentin seçkilərdə iştirakı ilə bağlı öz münasibətini bildiribdir.
Çoxsaylı mitinqlərdə, iclaslarda, görüşlərdə xalq öz fikrini bildiribdir. Cənab Prezident, demək olar ki,
yenidən ölkənin başçısı seçilibdir. Formal tərəfi qalıb, oktyabrın 15-də seçki keçiriləcək və heç şübhə yoxdur ki,
cənab Prezident növbəti beş il üçün də dövlətin başçısı seçiləcəkdir.
Sənədlərin göndərilməsi ilə bağlı mənə Ankaradan zəng oldu. Mənə məlumat verdilər ki, cənab Prezident
parlamentin bugünkü iclasına televiziya vasitəsilə baxıb, onu çox yüksək qiymətləndiribdir. O insanlar ki,
dövlətçilik mövqeyindən öz münasibətini bildirib, İlham Əliyev haqqında söylənilən fikirləri bəyəniblər –
möhtərəm Prezident onlara öz razılığını, təşəkkürünü bildiribdir.Qeyd edibdir ki, parlamentin iclası bir daha
onu təsdiq etdi ki, o, düzgün qərar qəbul edibdir.
Ona görə icazə verin, belə bir mühüm hadisə ilə bağlı sizin hamınızı təbrik edim. İlk növbədə hörmətli İlham
müəllimi təbrik edim, ona cansağlığı arzulayım. Biz hamımız əminik ki, İlham Əliyev öz yeni vəzifəsində cənab
Prezidentin xəttini bundan sonra da davam etdirəcəkdir. Deyə bilərəm ki, o, indiyədək cənab Prezidentin
tapşırıqları, göstərişləri əsasında bütün vəzifələrin öhdəsindən çox ləyaqətlə gəlmişdir.
Heç şübhə yoxdur, o, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinin öhdəsindən də layiqincə
gələcək, cənab Prezidentin etimadını, bizim xalqımızın etimadını doğruldacaqdır. Bu vəzifədə, bu işdə ona
böyük-böyük uğurlar arzulayırıq.
Mən inanıram ki, bu gün burada iştirak edən dövlət və hökumət adamları hörmətli İlham müəllimin ətrafında
birləşəcəklər və Nazirlər Kabinetinin qarşısında Prezident tərəfindən qoyulan bütün vəzifələrin öhdəsindən
canla-başla gələcəklər. Əsas məsələ odur ki, bundan sonra da öz vəzifəmizə çox ciddi və məsuliyyətlə yanaşaq,
cənab Prezident tərəfindən bizə göstərilən hörməti və etimadı doğruldaq. Təşəkkür edirəm.
Dostları ilə paylaş: |