|
İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab
11
ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Buna baxmayaraq, 2003-cü ilin 15
oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün mənim də namizədliyim irəli sürülüb və
qeydiyyata alınıb. Yüz minlərlə insan seçki kampaniyasına qoşularaq mənim təbliğatımı aparır. Fürsətdən
istifadə edərək bu insanlara, namizədliyimi irəli sürən və dəstəkləyən Yeni Azərbaycan Partiyasının bütün üzv-
lərinə, digər ictimai-siyasi təşkilatların nümayəndələrinə, elm, təhsil və mədəniyyət xadimlərinə, ziyalılara və
mənə dəstək verən bütün Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Ümidvaram ki, tezliklə səhhətimi
bərpa edərək Vətənə dönəcək, xalqımla yenidən birlikdə olacağam. İndi isə öz namizədliyimi İlham Əliyevin
xeyrinə geri götürürəm.
Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim si-
yasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intel-
lektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir
şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqı-
mızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın fira-
vanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, plan-
ları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm.
Dərin hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1 oktyabr 2003-cü il
12
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN NÖVBƏDƏNKƏNAR
SESSİYASI
4 avqust 2003-cü il
M u r t u z Ə l ə s g ə r o v: Məclisin gündəliyində bir məsələ vardır. Azərbaycan Respublikasının Baş
naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında. Bu məsələ ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab Heydər Əliyevin Milli Məclisə məktubu daxil olmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, İlham Heydər oğlu
Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi üçün razılıq verilməsi məsələsini
müzakirənizə təqdim edirəm. Cənab prezident Heydər Əliyevin məktubu 2 avqust 2003-cü ildə imzalanmışdır.
Bildiyiniz kimi, İlham Heydər oğlu Əliyev Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə çox genişmiqyaslı
işlər aparmışdır.
Hər şeydən əvvəl demək istəyirəm ki, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, eləcə də
Milli Olimpiya Komitəsinin prezidenti kimi geniş fəaliyyəti ilə yanaşı, İlham Əliyev Azərbaycan Respublikası
Milli Məclisinin Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri kimi Azərbaycanın taleyi ilə bağlı,
dövlətimizin gələcək taleyi ilə bağlı çox böyük işlər görmüşdür. Xüsusilə qeyd etmək istəyirəm ki, son illər İlham
Əliyevin fəaliyyəti nəticəsində Dağlıq Qarabağ məsələsinin Avropa Şurasında müzakirəsi ilə bağlı Azərbaycan
nümayəndə heyəti çox böyük uğurlar əldə etmişdir. Əsirlərin və girovların qaytarılması, Dağlıq Qarabağda
narkotik maddələrin yetişdirilməsi və bundan əldə edilən gəlirlərin terror məqsədi ilə istifadə edilməsi, Dağlıq
Qarabağda tarixi abidələrin, mədəniyyət abidələrinin dağıdılmasına dair Azərbaycan nümayəndə heyəti Avropa
Şurasında bütövlükdə 30-dan çox sənəd yaymışdır.
Bu sənədlər nəticəsində və İlham Əliyevin təşəbbüsü ilə Avropa Şurası Ermənistanın Azərbaycana qarşı
işğalçı siyasətini tanımış və Ermənistanı işğalçı dövlət kimi qəbul etmişdir. Bütün bunlar İlham Əliyevin
səmərəli işinin nəticəsidir. Hesab edirəm ki, bunlar, bütövlüklə digər sahələrdə İlham müəllimin apardığı işlər
tədqirəlayiqdir. Mən xüsusilə Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə son illər idman sahəsində əldə etdiyimiz
nailiyyətlərin göz qabağında olduğunu qeyd etmək istəyirəm. İdmanın elə bir sahəsi yoxdur ki, o, Azərbaycanda
inkişaf etməsin. Respublikanın bir sıra rayonlarında olimpiya kompleksləri tikilib istifadəyə verilmiş, bir sıra
rayonlarda isə bu işlər davam etdirilir.
Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində İlham müəllim Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti kimi geniş fəaliyyət göstərir. Bu fəaliyyət ona qısa müddətdə Azərbaycan xalqı qarşısında böyük
nüfuz qazandırmışdır. Xalqımız, bütün Azərbaycan zəhmətkeşləri, gənclər İlham müəllimə dərin rəğbət bəsləyir.
Mən onun Baş nazir vəzifəsinə təyin olunmasına ürəkdən tərəfdaram və bu təklifi alqışlayıram.
Bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası öz iclasını
keçirmişdir. İslasda 10 nəfər iştirak etmişdir. Komissiya yekdilliklə bu təklifin lehinə səs vermişdir, yəni İlham
Heydər oğlu Əliyevin Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verilməsinə öz münasibətini bildirmişdir
*
.
* * *
Əlbəttə ki, çıxış etmək istəyən deputatlar çoxdur. Artıq 15 nəfər çıxış etmişdir. Mən hesab edirəm ki, qalan
deputatlarımız da deyilən təkliflər və səslənən fikirlərlə tam razıdırlar. Doğrudan da İlham Əliyev elə bir səviyyəyə
çatmışdır ki, o, Azərbaycan xalqının sevimlisinə çevrilmişdir. Ötən əsrin 80-ci illərində Heydər Əliyev Kremlin ən
uca zirvəsinə yüksəlmişdisə, bu gün İlham Əliyev Avropa Şurasının yüksək zirvəsini fəth edib. Bu bizim üçün
böyük fəxrdir. Mən hesab edirəm, İlham Əliyev siyasəti, iqtisadiyyatı, eləcə də diplomatiya tarixini gözəl bilən
dövlət xadimidir və buradakı çıxışlardan aydın olur ki, biz onun çoxşaxəli fəaliyyətinin bir sıra sahələrini hələ bil-
mirik.
İnanıram ki, İlham Əliyev Nazirlər Kabinetinin başçısı, Baş nazir kimi digər keyfiyyətlərini də nümayiş
etdirəcəkdir. Mən İlham Əliyevə uğurlar arzulayıram. Arzum budur ki, bu vəzifədə o, Azərbaycanın xoşbəxt
gələcəyini təmin etsin, xalqımızın böyük istəklərini yerinə yetirmək üçün dava yüksək zirvələri fəth etsin. Bu
təklifə hamımız səs verək, İlham Əliyevi təbrik edib ona uğurlar arzulayaq.
*
Müzakirələrdə deputatlardan Əli Hüseynov, Əli Əhmədov, Sirus Təbrizli, Eldar İbrahimov, Hadi Rəcəbli, Bahar
Muradova, Mübariz Qurbanlı, Rəbiyyət Aslanova, Anar Rzayev, Aydın Mirzəzadə, Gülçöhrə Məmmədova, Bəxtiyar
Əliyev, İsmayıl Ömərov, Arif Rəhimzadə çıxış etdilər və İlham Əliyevin Baş nazir vəzifəsinə təyin edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin parlamentə təqdim etdiyi müraciəti yekdilliklə dəstəklədilər.
Dostları ilə paylaş: |
|
|