30
YAPONİYANIN “MAYNİÇİ SİMBUN”
QƏZETİNƏ MÜSAHİBƏ
12 avqust 2003-cü il
J u r n a l i s t: Azərbaycanın daxili siyasəti ilə bağlı bir neçə sualım var. Siz və atanız prezident
Heydər Əliyev qarşıdakı prezident seçkilərində namizədlər kimi qeydə alınmısınız?..
İ l h a m Ə l i y e v: Bəli, elədir. Biz hər ikimiz seçkiqabağı kampaniyada iştirak edirik. Mən artıq
dəfələrlə
demişəm ki, seçkiqabağı kampaniyada iştirakımdan prezidentin mənafelərinin qorunması üçün istifadə
edəcəyəm. Lazım gələrsə, öz namizədliyimi prezidentin xeyrinə geri götürməyi planlaşdırıram.
S u a l: Ölkənizdə və onun hüdudlarından kənarda çoxları inanır ki, növbəti prezident siz
seçiləcəksiniz. Amma tənqidlə çıxış edənlər də var. Siz bunu necə şərh edərdiniz?
C a v a b: Belə tənqid onun mənbələrinin Azərbaycanın daxili siyasətindən və mənim şəxsi mövqeyimdən
xəbərsizliyinin nəticəsidir. Mən, demək olar, 10 ildir ki, neftlə bağlı bütün beynəlxalq hadisələrin
mərkəzindəyəm, yəni Azərbaycan iqtisadiyyatının ən iri sahəsini idarə etmək təcrübəm var. Səkkiz ildir ki, mən
həm də parlamentin deputatıyam, hakim partiya sədrinin birinci müavini, Avropa Şurası Parlament
Assambleyası sədrinin müavini və büro üzvü seçilmişəm. Bütün bunlar Azərbaycanın həm daxili,
həm də xarici
siyasətinə cəlb edilməyimə imkan verir. Odur ki, sizin dediyiniz o tənqid məsələnin ancaq formal tərəfinə aid
edilə bilər. Əgər tənqidçilərin mənim təcrübəm və fəaliyyətim barədə real məlumatı olsaydı, onda, zənnimcə,
bu, tənqid olmazdı. Mənim fəaliyyətimə bələd olan deputatlar Baş nazir vəzifəsinə namizədliyimi yekdilliklə
bəyəndilər. Bunu hökumət üzvləri də tamamilə dəstəklədilər.
S u a l: Tənqid edilən bəzi məqamlar da var. Məsələn, deyirlər ki, prezident Heydər Əliyevin səhhəti
olduqca ağır idi və o Sizin təyinatınız haqqında müvafiq sənədi imzalaya, bu barədə fərman verə
bilməzdi...
C a v a b: Bütün bu şayiələri indi ən çirkin üsullara əl atan müxalifət yayır. Avqustun 2-də mən hərbi
hospitalda Prezidentin yanında oldum, o, parlamentə məktubu hələ bundan əvvəl göndərmişdi. Biz söhbət etdik.
Söhbət əsnasında o mənə öz qərarını bildirdi və mən buna razılıq verdim. Demək istəyirəm ki, o,
tamamilə iş
qabiliyyətli idi. Mənim təyinatımdan cəmi bir həftə keçmişdir və Prezidentin səhhəti yaxşılaşır. Bunu yəqin siz
də bilirsiniz, axı bu informasiya rəsmi mənbədən – Klivlend klinikasından alınmışdır. Prezident özünü yaxşı
hiss edir və mən onunla hər gün danışıram. Həkimlər hesab edirlər ki, onun səhhəti xeyli yaxşılaşıbdır. Buna
görə də o öz hərəkətlərinə nəzarət etmişdir və tamamilə nəzarət edir. Bir sözlə, onun iş qabiliyyətsizliyi və digər
məsələlər barədə müxalifətin yaydığı şayiələr, olsa-olsa, qeyri-etikliyin və insaniyyətsizliyin təzahürüdür.
S u a l: Mən atanızın səhhəti barədə ətraflı məlumat almaq istərdim. Siz hər gün telefonla əlaqə
saxlayırsınız, o, danışa bilirmi? Gəzə bilirmi?
C a v a b: Bəli, bilir. Lakin böyrəkləri, daha doğrusu, onlardan biri ilə bağlı kiçik problemlər var. Ona görə
də müalicə həmin böyrəyin tamamilə işləməsinə yönəldilmişdir. Ürəyi tam qaydasındadır. O, danışa bilir, gəzə
bilir, amma həkimlər onun tamamilə sağalana qədər terapiya şöbəsində qalmasını məsləhət görürlər.
S u a l: Həkimlərin fikrincə, o, Azərbaycana nə vaxt qayıdacaq?
C a v a b: Həkimlər bunu dəqiq demirlər. Lakin onun səhhətinin vəziyyətinə əsasən, deyə bilərəm ki, bu,
bəlkə də iki həftədən sonra olacaqdır.
S u a l: Gəlin beynəlxalq münasibətlər mövzusuna keçək. Cənab Baş nazir, siz həm də beynəlxalq
münasibətlər üzrə mütəxəssis kimi tanınmısınız. Siz dünyada yaranmış və ABŞ-ın, necə deyərlər,
“birtərəfli gücünün” üstünlük təşkil etdiyi vəziyyət baxımından Azərbaycanın mövqeyini necə qiymətlən-
dirirsiniz?
C a v a b: Azərbaycan Birləşmiş Ştatların müttəfiqidir. Artıq neçə illərdir ki, biz energetika sahəsində birgə
fəaliyyət göstəririk. ABŞ Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin
tikintisinə dair
layihələrimizi dəstəkləyir. Biz terrorizmlə mübarizədə də ABŞ-ın müttəfiqiyik. İraqda müharibə məsələsində
ABŞ-ın müttəfiqi olaraq biz terrorizmin kökünü kəsmək sahəsində onun tədbirlərini dəstəklədiyimizi dərhal və
aydın şəkildə açıqladıq. Əvvəla, biz müttəfiqlərik, ikincisi isə, biz erməni terrorundan əziyyət çəkmişik və
çəkirik. Erməni terror təşkilatlarının törətdikləri terror əməlləri nəticəsində 2000-dən çox günahsız insan həlak
olmuşdur. Biz bunun təkrar olmasını istəmirik, ona görə gələcəkdə də bu koalisiyanın üzvü olaraq qalmaq niy-
yətindəyik.
S u a l: Azərbaycan keçmiş Sovet İttifaqının respublikalarından biri idi. İraqda müharibənin əleyhinə
çıxmış Rusiya ilə münasibətlərinizi necə qiymətləndirirsiniz?
C a v a b: Rusiya ilə çox yaxşı münasibətlərimiz var. Xarici siyasətimizin mühüm cəhətlərindən
biri Rusiya
və Birləşmiş Ştatlar ilə yaxşı münasibətlər qurmaqdır. Biz hesab edirik ki, Azərbaycan böyük dövlətlərin
31
ziddiyyət meydanı olmamalıdır. Rusiyanın İraq barəsində öz siyasəti var və biz bu siyasətə hörmət edirik. Digər
tərəfdən, bu məsələdə Birləşmiş Ştatlar ilə müttəfiqlik üzrə mövqeyimizə digər dövlətlər də hörmətlə yanaşırlar.
Qeyd etməliyəm ki, ölkələrimizin prezidentləri Heydər Əliyevin və Vladimir Putinin səyləri sayəsində biz son
üç ildə siyasi və iqtisadi sahələrdə əməkdaşlıqda xeyli irəliləmişik. Biz münasibətlərimizin indiki səviyyəsindən
çox razıyıq. Beş il əvvəl Rusiya ilə münasibətlərimiz lazımi səviyyədə deyildi, hərçənd biz qarşılıqlı əlaqələrin
yaxşılaşmasına həmişə səy göstərirdik. İndi isə biz ikitərəfli münasibətlərin vəziyyətindən razıyıq.
S u a l: Siz dediniz ki, beş il əvvəl Rusiya ilə münasibətlər lazımi səviyyədə deyildi. Bu Sizin
Ermənistanla olan probleminizdən irəli gəlmirdimi?
C a v a b: Ermənistanla problem indi də mövcuddur. Rusiyanın keçmiş rəhbərliyinin bu məsələdə mövqeyi
ədalətli deyildi. O, Ermənistanı birtərəfli qaydada dəstəkləyirdi, ona təmənnasız olaraq 1 milyard
dollar
məbləğində silah vermişdi, başqa yardım da göstərirdi. Lakin prezident Putinin hökuməti tarazlı siyasət elan
etmişdir və bunu həyata keçirir. Bu siyasət tərəflərdən heç birinə üstünlük vermir. Biz bunu yüksək
qiymətləndiririk. Biz Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik.
S u a l: Daxili siyasətlə xarici siyasətin vəhdəti barədə fikrinizi öyrənmək istərdim. Siz Azərbaycanda
insan hüquqları və azadlıqlarına riayət edilməsi, mətbuat azadlığı, qanunvericiliyin Qərb standartlarına
uyğunlaşdırılması barədə nə deyə bilərsiniz?
C a v a b: Hesab edirəm ki, Azərbaycan cəmiyyətin demokratikləşdirilməsində böyük tərəqqiyə nail
olubdur. Təxminən üç ildir ki, biz, əsasən, insan hüquqları məsələləri ilə məşğul olan Avropa Şurasının
üzvüyük. Bundan əlavə, biz bu təşkilata daxil olmaq üçün götürdüyümüz bütün öhdəlikləri yerinə yetirmişik.
Söz və fikir azadlığı sahəsində də nailiyyətlər var, müxalifət partiyaları fəaliyyət göstərir. Əgər siz qəzetlərə
nəzər salsanız, bəzi müxalifət nəşrlərində hökumət haqqında yazılan və hökumət üzvlərinin ünvanına təhqirlər
yağdırılan məqalələrdən dəhşətə gələrsiniz.
Bizdə senzura yoxdur, ona görə də müxalifətin belə şeylər
yazmaqdan ötrü hər cür imkanları var. Onlar nümayişlər, yürüşlər keçirmək üçün tam sərbəstliyə malikdirlər.
Ancaq 20-dən çox müxalifət partiyasının təşkil etdiyi nümayişə heç üç min adam toplaya bilməməsi isə başqa
məsələdir. Bu, cəmiyyətdə müxalifətin dəstəyinin olmamasına əyani misaldır. Biz isə, demək olar ki,
demokratik cəmiyyət quruculuğu faktını təsdiqləyən bütün atributlara malikik. Təbii ki, bizi Qərbi Avropa ilə
müqayisə etmək olmaz və tezdir. Axı biz cəmi 12 ilə yaxındır ki, müstəqil dövlətik. Amma biz bu istiqamətdə
irəliləyirik. Düşünürəm ki, bir neçə ildən sonra cəmiyyətimiz demokratik dəyişikliklər yolunda daha böyük
uğurlar qazanacaqdır. Biz öz seçimimizi bir
çox illər əvvəl etmişik, demokratiya yolunu seçmişik və demokratik
Azərbaycan quruculuğunu davam etdirəcəyik.
S u a l: Bəzən Heydər Əliyevi sərt siyasət yeritməkdə tənqid edirlər. Bəlkə bu onun iradəsinin
gücündən irəli gəlir? Məncə, Siz bu fikrə tərəfdar deyilsiniz.
C a v a b: Əlbəttə, tərəfdar deyiləm. Heydər Əliyevi xalq layiqincə qiymətləndirmişdir. İnsanlar onu 30
ildən çox bir müddətdə Azərbaycanın siyasəti ilə məşğul olan adam kimi tanıyırlar. On il əvvəl o, parçalanmaq
təhlükəsi ilə qarşılaşmış ölkəni xilas etdi. İndi rəhbərləri müxalifətdə olan o vaxtkı hökumət hər şeyi –
iqtisadiyyatı da, ordunu da qara günə qoymuşdu, bundan əlavə, ölkə vətəndaş müharibəsi həddində idi. Əgər
1993-cü ildə Heydər Əliyev gəlməsəydi, ola bilsin, Azərbaycan bir dövlət kimi yox olacaqdı. İnsanların onu
sevməsi faktı heç də o demək deyil ki, onun hansısa xüsusi idarəetmə metodları var.
Qətiyyən yox, o, demokra-
tik yolla seçilmiş və beynəlxalq birlik tərəfindən tanınmış prezidentdir.
M ü x b i r: Cənab Baş nazir, müsahibəyə görə Sizə təşəkkür edirik.