32
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB CORC BUŞA
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağım münasibətilə səmimi təbrikinizə və
xoş arzularınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş
Ştatları arasında bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatmış münasibətlərin qurulmasında, təşəkkülündə və
inkişafında atam prezident Heydər Əliyevin rolunu və xidmətlərini yüksək qiymətləndirməyinizdən böyük
məmnunluq və hədsiz qürur duyuram.
Bu gün Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin bütün sahələrdə genişlənməsi,
yüksələn xətlə davam etməsi bizi sevindirir. Bir sıra mühüm sahələrdə, irimiqyaslı iqtisadi
layihələrdə
ölkələrimizin sıx əməkdaşlığı, birgə fəaliyyəti və qarşılıqlı səyləri nəticəsində əldə etdiyimiz uğurlar bu
qəbildəndir.
Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, beynəlxalq terrorizmə qarşı Amerika Birləşmiş Ştatlarının
qətiyyətlə başladığı mübarizənin ilk günlərindən Azərbaycan birincilər sırasında antiterror koalisiyasına
qoşularaq bəşəriyyətin məhvi üçün real təhlükə doğuran bu bəlanın aradan qaldırılması işinə öz töhfəsini
verməyə çalışmışdır. Azərbaycan son dövrdə Amerika Birləşmiş Ştatlarının başçılığı ilə İraqda həyata keçirilmiş
əməliyyatlara da dəstək verdiyini bəyan edərək ABŞ ilə bir sırada durduğunu, əsl
tərəfdaş olduğunu bariz
şəkildə nümayiş etdirmişdir. Bu günlərdə Azərbaycan sülhməramlılarının beynəlxalq koalisiya tərkibində öz
missiyalarını yerinə yetirmək üçün İraqa yola düşməsi dediklərimizin daha bir təsdiqidir.
Qərbin iri neft şirkətləri ilə Azərbaycanın 1994-cü ilin sentyabrında bağladığı “Əsrin müqaviləsi”ndən
başlanan neft strategiyasının həyata keçirilməsində və yeni-yeni zirvələr fəth etməsində Amerika Birləşmiş
Ştatları hökumətinin müstəsna rolu vardır. Böyük minnətdarlıq hissi ilə bildirirəm ki, bu gün artıq əfsanədən
gerçəkliyə çevrilmiş Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin tikintisi məhz ABŞ-ın sanballı siyasi və
iqtisadi dəstəyi hesabına gerçəkləşmişdir.
Müstəqillik qazandıqdan sonra Azərbaycanın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında, ölkəmizin ərazi bütövlüyünün təmin
olunmasında xalqımız ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Amerika Birləşmiş Ştatlarının və
şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyir.
Siyasi və demokratik islahatlar yolunu tutmuş Azərbaycan indi prezident seçkiləri ərəfəsindədir. Biz
Amerika Birləşmiş Ştatları, müvafiq beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq şəraitində ölkəmizdə beynəlxalq
normalara uyğun azad və demokratik seçkilər keçirmək əzmindəyik.
Sizi əmin edirəm ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında mövcud dostluq, sıx əməkdaşlıq
münasibətlərini daha da inkişaf etdirmək məqsədini güdən siyasi iradəmizin həyata
keçirilməsi istiqamətindəki
səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Atam prezident Heydər Əliyevə, ailəmizə böyük diqqət və qayğınıza görə Sizə son dərəcə minnətdaram.
Sizə möhkəm cansağlığı, ailə səadəti, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar
arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Baş naziri
13 avqust 2003-cü il
33
RUSİYANIN KÜTLƏVİ İNFORMASİYA
VASİTƏLƏRİ ÜÇÜN MÜSAHİBƏ
15 avqust 2003-cü il
– Sizə necə müraciət etmək lazım olduğunu bilirik. Bununla belə, Azərbaycan mətbuatını əsas
götürsək, onda Sizə zati-aliləri, hətta əlahəzrət deyə müraciət etməliyik. Biz çaşbaş qalmışıq...
- Sağ olun. Mən belə başlanğıca hazır idim. Müsaidənizlə deyim: mən şahzadə deyiləm, mən respublikanın
vətəndaşıyam. Xüsusən də, kral deyiləm. Mən Azərbaycan adlı respublikaya mənsubam. Həmvətənlərimin
hüquqları kimi, mənim də hüquqlarım Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur.
Mən bunu əziz
tuturam.
- Sizi bu vəzifəyə atanız təyin etmişdir. Bu qərarı düzgün hesab edirsinizmi?
- Üzr istəyirəm, mənim hüquqlarım nə üçün məhdudlaşdırılmalıdır? Yalnız ona görə ki, mənim atam
prezidentdir? Prezident qərar qəbul etdi, mən də razılaşdım. Hətta belə deyərdim: mən dövlətimizin başçısının
qərarına tabe oldum.
- Bu, atanın oğula xahişi idi?
- Xeyr. Bu, Azərbaycan Respublikası Prezidentinin qərarı idi.
- Mövzunu qurtaraq. Qarşıda nə var? Respublika üçün monarxiya təhlükəsi varmı?
- Bir daha deyirəm, mən qanuna tabe olan vətəndaşam. Mən ölkənin qanunlarına tabeyəm. Belə cavab verim:
mən çalışacağam ki, Azərbaycanda anarxiya olmasın.
- Sizin indiki təyinatınız o deməkdirmi ki, Siz ölkənin gələcək prezidentisiniz?
- Azərbaycanda prezident Heydər Əliyevdir. Atamın tənqidçiləri bu günlər ərzində dəfələrlə ən
qorxulu
şayiələr yaymışlar. Canlı və mənən güclü iradəyə malik bir insanı elə hey məzara gömmək istəyirlər.
Bu vicdansızlıqdır. Bu mənə çox ağır təsir bağışlayır. Müxalifətin nümayəndələri hətta Klivlendə gedib
yəqin etmək istəyirlər ki, görsünlər, atam doğrudanmı oradadır. Nə etməli, bu həyasızlığa dözmək lazım gəlir.
Həmvətənlərimin belə etməsi mənə ağır gəlir. Vəssalam. Mən bu mövzuda daha danışmayacağam.
- Yeni vəzifədə və yeni vəziyyətdə özünüzü necə hiss edirsiniz?
- Normal. Əlbəttə, yeni vəzifədir. Amma deməzdim ki, vəziyyət mənim üçün əsaslı surətdə dəyişmişdir.
Demək bir az yaxşı düşmür, lakin, hər halda, bütün bu illər ərzində ölkənin
Dövlət Neft Şirkətinin
rəhbərlərindən biri kimi mən öz vəzifələrim çərçivəsində Azərbaycanın iqtisadi inkişafı məsələləri ilə məşğul
olmuşam. Neft sahəsi isə, bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatının əsas sahəsidir, hərəkətverici qüvvəsidir.
Ona görə də ölkə iqtisadiyyatında baş verənlərin hamısını kifayət qədər yaxşı bilirəm. Odur ki, məni aldatmağa
ancaq səfehlər cəhd göstərə bilərlər.
- Sizin təyinatınız o deməkdirmi ki, Prezident hakimiyyəti, faktiki olaraq, yeni nəslin siyasətçilərinə
verməyə başlayır?
- Belə nəticə çıxarmaq mənim üçün çətindir. Deməliyəm ki, prezidentin komandasında nazir, komitə rəhbəri
vəzifələrində mən yaşda olanlar çoxdur. Təcrübəsi olan kadrlarla müasir həyatın reallıqlarını gözəl bilən kadrlar
prezidentin komandasında çox yaxşı vəhdət təşkil edir. Belə siyasət özünü doğrultmuşdur. Buna görə də o,
davam etdiriləcəkdir.
- Sizin təyinatınız qarşıdakı prezident seçkiləri fonunda baş verdi. Əlbəttə, bu, son vaxtlar
səslənməkdə olan rəylərə, şərhlərə də öz təsirini göstərir. Şəxsən Siz razısınızmı ki, təyinatınız, bir tərəfdən,
gözlənilən, digər tərəfdən isə, gözlənilməz oldu?
- Bəli, zənnimcə, siz haqlısınız. Məhz belə oldu. Onu xeyli vaxtdır gözləyirdilər. Cəmiyyətdə də bu mövzuda
diskussiyalar gedirdi. Çoxlarının fikrincə bunu əvvəllər etmək lazım idi. Lakin belə qərarları yalnız Prezident
qəbul edir.
- Prezident indi özünü necə hiss edir?
- Normal. Çox istəyirəm ki, o, tezliklə bizimlə birlikdə olsun.
- Əgər Heydər Əliyev seçkiqabağı kampaniyanı davam etdirsə, Siz atanızla necə rəqabət
aparacaqsınız? Razılaşın ki, bu, qeyri-adi vəziyyətdir...
- Heç bir mənafe “münaqişə”si yoxdur və ola da bilməz. Mən ölkənin indiki Prezidentinin apardığı siyasəti
dəstəkləyirəm.
- Siz bu seçkilərə, hər halda, öz proqramınızla gedəcəksiniz? O, rəqiblərinizin proqramlarından nə
iləsə fərqlənirmi?
- Rəqiblərin proqramları barədə mənə heç nə məlum deyildir. Onlar hər seçkilər - prezident və ya parlament
seçkiləri qarşısında deyirlər ki, proqramları var, konsepsiyaları var. Amma proqramlarının təkcə üz qabığını