34
göstərirlər.
Heç yerdə heç nə demirlər, heç yerdə dərc etdirmirlər. Onların hansısa ciddi konsepsiyalarının
olmasına şübhə edirəm.
- Heydər Əliyev respublikanın simasıdır. O, ölkənin rəmzinə çevrilmişdir. Müstəqillik əldə edildikdən
sonra o, hakimiyyətə yenidən qayıtmalı olmuşdur. İndi atanızın opponentləri onu az qala diktator hesab
edirlər. Sizin belə rəylərə fikriniz necədir?
- Əlbəttə, hesab edirəm ki, Heydər Əliyev Azərbaycanın rəmzidir. Bugünkü Azərbaycan ən çox onun
xidmətinin nəticəsidir. Axı ölkə sovet dövründə də çox uğurla inkişaf edirdi. Onda başqa reallıqlar vardı. O,
həmişə burada infrastruktur – yeni müəssisələr, yeni iş yerləri yaradılmasına çalışırdı və buna müvəffəq olurdu.
Onda Azərbaycan öz inkişaf sürətinə görə bir çox respublikaları qabaqlayırdı, sovet respublikaları arasında
liderlərdən biri idi. İndi ÜDM-in artım sürətinə görə Azərbaycan MDB ölkələri arasında yenə də liderdir. Bizdə
ÜDM-in illik artımı, təxminən 10 faiz təşkil edir. Bu isə son 6 ildə 64 faiz deməkdir.
Ölkənin inkişafının uğurlarını elan olunmuş sosializm cəmiyyəti şəraitində də, indiki bazar iqtisadiyyatı
şəraitində də Heydər Əliyev amili müəyyən edir. Ona görə də Azərbaycan, əslində, onun tərəfindən yaradılmış
bir ölkədir.
- Siz Azərbaycan Respublikasının vətəndaşı, eyni zamanda dövlət başçısının oğlusunuz. Özünüzü
ölkənin qalan sakinləri ilə bərabərhüquqlu hiss edirsinizmi?
- Bəli, əlbəttə, özümü bütün vətəndaşlarla bərabərhüquqlu hiss edirəm. Hamının hüquqları bərabərdir. Amma
vəzifələr müxtəlifdir. Neft Şirkətində, Avropa Şurasında, Milli Olimpiya Komitəsində, Yeni
Azərbaycan
Partiyasında Prezident tərəfindən mənə verilmiş bir çox tapşırıqları yerinə yetirmişəm. Mən parlamentin
deputatıyam. Mənim bütün fəaliyyətim Konstitusiyanın, ölkəmizin qanunlarının bütün normalarına,
müddəalarına riayət edilməsinə əsaslanmışdır. Ona görə də təbiidir ki, Azərbaycanın hər hansı digər vətəndaşı-
nın malik olduğu hüquqlara mən də malikəm. Eləcə də hər hansı digər vətəndaş kimi, mən də seçkilərdə səsə
qoyulmaq hüququna malikəm.
- Opponentlərinizin, bəlkə də, bədxahlarınızın bütün dediklərinin mənası, əslində belədir:
Azərbaycanda sülalə hakimiyyətinin modeli yaradılır. Belə fikirlər Sizi əsəbiləşdirmirmi?
- Mən buna normal yanaşıram. Hesab edirəm ki, müxalifətin hallandırdığı yeganə bir mövzu varsa, o da
budur. Əgər mənim ünvanıma yağdırılan ittihamların mahiyyətinə nəzər salsaq, görərik ki, əvvəlki
işimə heç bir
irad yoxdur. Odur ki, istənilən səviyyədə sübuta yetirməyə hazıram: mənə nə iş tapşırılmışdırsa, hamısı
maksimum səmərə ilə yerinə yetirilmişdir.
- Postsovet respublikalarından hər biri özünün demokratik inkişaf yolunu keçir. Sizcə, ölkəniz hansı
mərhələdədir? Azərbaycana demokratik prosesləri inkişaf etdirməyə nə mane olur?
- Heç nə mane olmur. Əminəm ki, demokratik proses inkişaf edəcəkdir. Demokratiya, bir növ, nöqtədir, daha
doğrusu, hətta nöqtələrdir. Demokratiya quruculuq, özü də, möhkəm quruculuq deməkdir. Bu quruculuğun hər
cür yenidənqurmalara ehtiyacı olmamalıdır. Əgər qurub-yaradırıqsa, deməli, həmişəlik qurub-yaradırıq.
- Bəs Azərbaycanda elə obyektiv səbəblər və obyektiv şərait varmı ki, ölkə demokratik prosesləri
məhdudlaşdıra biləcək daha sərt idarəçilik formalarına gəlib çıxsın?
- Yox, bu, mümkün deyildir. Cəmiyyət buna yol verməz. İqtidar da yol verməz. İqtidar son on ildə nə
etmişdirsə, bunların hamısı məhz demokratik dəyişikliklər yolu ilə irəliləyişin dönməz xarakter almasına
yönəldilmişdir. Ona görə də demokratik quruculuq prosesini dayandırmaq mümkün deyildir.
- Hesab edirsinizmi ki, yaxın keçmişdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə olan böhran
tamamilə aradan qaldırılmışdır? Gələcəkdə münasibətlərimizi hansı hallar poza bilər? Bunun üçün hər
hansı zəmin varmı? Ümumiyyətlə, ölkələrimiz arasında münasibətlərin inkişafını necə təsəvvür edirsiniz?
-
Hesab etmirəm ki, münasibətlərimizdə hansısa böhran olmuşdur. Sadəcə olaraq, münasibətlər elə idi ki,
onlar, məncə, nə bizi, nə də Rusiya tərəfini qane edirdi. Biz münasibətlərin daha yaxşı olmasını istəyirdik.
Böhran isə, özlüyündə, heç vaxt olmamışdır.
- Sözümüzün canı odur ki, 2002-ci ildə aşkar, nəzərəçarpacaq dönüş yarandı. Münasibətlər, həqiqətən,
kəskin surətdə yaxşılaşdı...
- Zənnimcə, bu dönüş ondan əvvəl baş vermişdi. Dönüş onda baş verdi ki, Rusiyaya Vladimir Putin rəhbərlik
etdi və ölkəmizə, xalqımıza hörmət göstərərək Azərbaycana rəsmi səfərə gəldi. Rusiya Prezidenti
ilk dəfə olaraq
Azərbaycana gəldi. Əlbəttə, bu səfəri Azərbaycanda böyük ruh yüksəkliyi ilə qarşıladılar. Biz Rusiya ilə
mehriban qonşuluq, dostluq münasibətlərini inkişaf etdirməyi həmişə istəmişik. Çox fərəhli haldır ki, indi bu
münasibətlər çox yüksək səviyyədədir, iki prezident arasında çox yaxşı şəxsi qarşılıqlı münasibətlər var. Bunun
nəticəsi kimi, iqtisadi cəhətdən olduqca çox real addımlar atılmışdır, siyasi baxımdan qarşılıqlı fəaliyyət yüksək
səviyyədə həyata keçirilir. Hesab edirəm ki, Rusiya ilə münasibətlərimizdə hər şey yaxşı olacaqdır.
- Siz belə bir vəziyyəti mümkün hesab edirsinizmi: atanız Heydər Əliyev prezident seçkilərində qalib
gəlir. Oğul olaraq, Siz isə Baş nazir qalırsınız. Belə bir vəziyyət mümkündürmü, Siz bundan
sıxılmayacaqsınız ki?
35
- Əlbəttə, mümkündür. Düşünürəm ki, belə də olacaqdır. Mən artıq Baş nazirəm. Prezident isə, əminəm ki,
seçkilərdə qalib gələcəkdir. Atamla münasibətlərimiz çox səmimidir. Bir insan kimi də çox yaxınıq, lap çox.
İşdə isə münasibətlərimiz sırf işgüzar xarakter daşıyır. Hələ heç vaxt elə olmayıb ki, bu iki müstəvi kəsişsin.
Ona görə də xidməti münasibətlər baxımından xoşbəxtəm ki, əvvəlki fəaliyyətimdə o mənim işimə heç vaxt irad
tutmamışdır. Əlbəttə, olarsa, o bunu mənə deməyə səbəb tapacaqdır. Mən isə çalışacağam ki, onu indiki
vəzifəmdə məyus etməyim.
- Hər halda, onun 81 yaşı var, çox da sağlam deyildir. Bəlkə ona daha çox istirahət etmək, onu
qorumaq lazımdır? Hər halda, prezident olmaq ağır yükdür. Axı o, ölkə üçün olduqca çox faydalı və
yaxşı işlər görmüşdür. Bəlkə onun istirahət etməsi barədə düşünmək gərəkdir?
- Onun elə xarakteri var ki... O, istirahət edə bilməz. Atam apreldə hətta yıxılıb 7 qabırğası sındıqdan, çoxlu
qan itirdikdən sonra da yenə işə can atırdı. Ay yarım onda güclü ağrılar oldu. Biz özümüz də deyirdik ki, dincəl,
səhhətini bərpa elə. O isə deyirdi ki, yox, bacarmaram. Onun həyatı işlə bağlıdır. Odur ki, qərarı, əlbəttə, ancaq
onun özü qəbul edəcəkdir. Heç kim, xüsusən də, biz, ailə üzvləri heç vaxt məcbur və ya xahiş etməyəcəyik. Bu,
onun öz ixtiyarındadır. Düşünürəm ki, səhhəti imkan versə (ümidvaram ki, imkan verəcək), o,
seçkilərdə iştirak
edəcəkdir. Yox, əgər səhhəti ilə bağlı çətinlik olarsa, onda baxarıq.
- Bəs o, normal istirahətə, normal rejimə, hər halda, razılıq versə, onda prezidentliyə əsas namizəd
kimi siz qalacaqsınız?
- Bəli, belə çıxır.
- Deməli, belə olan halda, Siz bütün məsuliyyəti öz üzərinizə götürürsünüz?
- Mən buna hazıram.
- Gündəlik işdə kimə arxalanırsınız? Sizinlə birlikdə, keçmişdə deyildiyi kimi, əlbir işləyən adamlar,
adamlardan ibarət komanda varmı?
- Komanda var. O, Prezidentin komandasıdır – çox layiqli, peşəkar komandadır. Mən bunu birinci gün
hökumətin üzvlərinə təqdim olunduqda vurğulamışam. Onlara arxalanıram. Aramızda keçmişdə də çox yaxşı
qarşılıqlı anlaşma olmuşdur. Biz həmişə ünsiyyətdə olurduq, ümumi bir işi görürdük.
Elə indi də onlarla,
hökumətin üzvləri, Baş nazirin müavinləri ilə görüşdə dedim ki, onların dəstəyinə ümid bəsləyirəm. Mən bu
dəstəyə malikəm.
- Azərbaycan əhalisinin 90 faizi Qarabağ problemini əsas problem hesab edir. Bu problemin həllinin
hansı variantı Sizin ölkəniz üçün məqbul olardı? Heç olmasa, Ermənistanla Azərbaycan arasında
dialoqun bərpa edilməsinin ilkin mərhələsində?
- Variant birdir: Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin tamamilə azad edilməsi.
Sonra isə Dağlıq Qarabağın statusu barədə danışıqlar. Bu, yeganə məqbul yoldur. Bunsuz biz heç nə barədə
razılığa gələ bilmərik. Əgər Ermənistan yaranmış vəziyyətdən istifadə edə biləcəyini və mənafelərimizin, yaxud
ərazi bütövlüyümüzün ziyanına bizi hansısa birtərəfli güzəştlərə getməyə məcbur edəcəyini düşünürsə, o
yanılır. Azərbaycanın ərazi bütövlüyü qorunub təmin ediləcək və əlbəttə, beynəlxalq hüquq zəfər çalmalıdır.
XXI əsrdə yol vermək olmaz ki, bir ölkə digər ölkənin torpaqlarının 20 faizini işğal etsin. Zənn edirəm ki, yaxın
vaxtlarda hər şey həll olunmalıdır. Biz də bunu sülh yolu ilə həll etmək istəyirik. Bilirsiniz ki,
prezidentin
siyasəti belədir. Mən bu siyasəti tamamilə dəstəkləyirəm. Azərbaycan xalqı müharibə istəmir. Bizim gələcək
üçün çoxlu planlarımız var. Biz bundan sonra da ölkəni qurmalı, xalqın rifah halını yüksəltməli, iqtisadiyyatı
inkişaf etdirməliyik, odur ki, məsələnin sülh yolu ilə həllinə çalışırıq. Lakin bu arzu qarşılıqlı olmalıdır.
Ermənistan tərəfi başa düşməlidir ki, zor işlətməklə heç nəyə nail ola bilməyəcəkdir. Ümumiyyətlə isə,
müharibənin nəticələrinə, Azərbaycan və Ermənistandakı indiki vəziyyətə baxsaq, bu nəticələrin özü sual
altındadır. Ermənistan ərazilərimizi işğal etməklə nəyə nail oldu? Orada heç kim yaşamır, boş torpaqlardır,
yalnız hərbi postlar vardır. Məgər Ermənistan vətəndaşları bunun nəticəsində yaxşı yaşamağa başlayıblar? Xeyr,
daha da pis yaşayırlar. İndi onlar Qafqaz regionunun inkişafı üzrə bütün layihələrdən kənarda qalıblar. Onlarda
iqtisadi inkişafın nəzərəçarpan perspektivi yoxdur, Azərbaycanın isə çox gözəl perspektivləri vardır. Bu uçurum
getdikcə daha da dərinləşəcəkdir.
- Güman edirsinizmi ki, hansı bir mərhələdəsə problemin sülh yolu ilə həlli imkanları tükənəcəkdir?
- Bu, istisna deyildir. Biz, əlbəttə, belə vəziyyətin mümkünlüyünü həmişə nəzərdə tuturuq. Lakin biz hesab
edirik ki, problemin sülh yolu ilə həlli imkanları hələ tükənməmişdir. Sadəcə olaraq, bu proses süni surətdə
ləngidilir, bunu da Ermənistan edir. Biz bu prosesi intensivləşdirmək istərdik. Buna görə də münaqişəni yalnız
sülh yolu ilə həll etməyə çalışacağıq.
- Siyasi proses getdiyi bir vaxtda Ermənistanla iqtisadi əməkdaşlığa başlamaq mümkündürmü? Bakı
belə bir addım atmağa hazırdırmı? Hazırdırsa, hansı şərtlərlə?
- Xeyr, dəfələrlə bəyan etmişik ki, məsələ sülh yolu ilə həll olunmayınca, biz heç bir şəraitdə buna
getməyəcəyik. Ərazilərimiz azad olunmayınca, Ermənistanla heç bir əməkdaşlıq etməyəcəyik. Ermənistan belə
bir əməkdaşlığı çox arzulayır, buna çalışır, bəzən vəziyyəti dünya ictimaiyyətinə yanlış şəkildə çatdırmağa cəhd