52
“KAZMUNAYQAZ” ŞİRKƏTİNİN
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT
2 sentyabr 2003-cü il
T i m u r K u l i b a y e v (
Nümayəndə heyətinin rəhbəri, “KazMunayQaz” şirkətinin birinci vitse-
prezidenti):
Hörmətli cənab Baş nazir!
Vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Biz bilirik ki, Sizin iş cədvəliniz çox
gərgindir.
Qısaca olaraq Sizə Qazaxıstan və Azərbaycan prezidentlərinin tapşırığı ilə neftin və qazın nəqlinə dair
görülən işlər barədə məlumat vermək istərdik. Nümayəndə heyətimizin üzvü cənab Kabıldin işçi qrupu
çərçivəsində danışıqlar aparır. Deməliyəm ki, biz qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsi sahəsində
ciddi irəliləyiş əldə etmişik.
İ l h a m Ə l i y e v: Biz cənab Kabıldinlə bu danışıqlar çərçivəsində Londonda görüşmüşük. Mən sizi
salamlayıram,
Azərbaycana xoş gəlmisiniz, sizin gəlişinizə çox şadıq.
Deməliyəm ki, bu danışıqlar hələ ötən ilin dekabrında başlayıbdır. Onda biz ilk dəfə birgə görüş keçirdik.
Sonra razılığa gəldik ki, bu görüşlər daimi əsaslarla Qazaxıstanda və Azərbaycanda davam etdiriləcəkdir.
Son zamanlara qədər mən özüm bu prosesin fəal iştirakçısı idim. Bu layihənin dövlətlərimiz üçün böyük
əhəmiyyəti olduğunu nəzərə alaraq bundan sonra da onun həyata keçirilməsində fəal iştirak edəcəyəm.
Düşünürəm ki, layihə təkcə neft şirkətləri üçün deyil, ümumilikdə dövlətlərimizin gələcəyi üçün çox vacibdir.
Çox məmnunam ki, bu proses Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı anlaşma şəraitində davam edir.
Bizdə Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisində əməli nəticələr əldə olunmuşdur. Bu yaxınlarda Natiq
Əliyevlə neft kəmərinin tikintisinin aparıldığı yerə baş çəkdik. Kabinetdə oturub danışmaq, qərarlar qəbul
etmək, müzakirələr aparmaq məsələnin bir tərəfidir, tozun içərisində və qızmar çöldə tikinti işləri
ilə bilavasitə
tanış olmaq isə məsələnin digər tərəfidir. Deməliyəm ki, bu gün orada bizim gələcək inkişafımızın təməli
qoyulur.
Əlbəttə, bu sahədə sizin ölkənizlə aparılan danışıqlar böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, artıq bir sıra
nailiyyətlər əldə etmişik. Biz ölkələrimizin potensialını təhlil edərək bütün bu məsələləri təfərrüatı ilə müzakirə
edəcəyik.
Sağ olun, sizə uğurlar arzulayıram.
53
BÖYÜK BRİTANİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT
3 sentyabr 2003-cü il
İ l h a m Ə l i y e v: Hörmətli lord Caner, hörmətli dostlar, Böyük Britaniya parlamentinin üzvləri, sizi
səmimi- qəlbdən salamlayıram, “Azərbaycana xoş gəlmisiniz!” deyirəm.
Ölkələrimiz arasında mövcud olan münasibətlər çox yüksək səviyyədədir. Biz bir çox sahələrdə uğurlu
əməkdaşlıq edirik. Xüsusilə neft və qaz sektorunda Britaniya şirkətlərinin Azərbaycana kapital qoyuluşunun
həcmi çox yüksəkdir. Bu bizi çox sevindirir. Böyük Britaniya şirkətləri Azərbaycan üçün,
region üçün, bizim
gələcəyimiz üçün çox mühüm layihələrdə aparıcı rol oynayırlar.
Siyasi məsələlərdə də münasibətlərimiz çox yüksək səviyyədədir. Azərbaycan Respublikası Prezidentinin
Böyük Britaniyaya rəsmi səfərindən sonra bu münasibətlər yeni pilləyə qalxmışdır. Ümidvaram ki, həm siyasi,
iqtisadi məsələlərdə, həm də iki ölkəni birləşdirən digər məsələlərdə əlaqələrimiz daha da inkişaf edəcəkdir. Biz
bunu Avropa Şurasının sessiyalarında, komitələrində, komissiyalarında əyani şəkildə görürük. Böyük
Britaniyanın nümayəndələri ilə çox uğurlu əməkdaşlıq edirik və deyə bilərəm ki, Azərbaycan, region üçün çox
vacib olan məsələ – Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi də məhz Böyük
Britaniyanın nümayəndəsidir. O vaxt bir neçə namizəd irəli sürülmüşdü və məhz
Azərbaycan nümayəndə
heyətinin təkidi ilə Böyük Britaniya parlamentinin üzvü cənab Devid bu vəzifəyə təyin olunmuşdur.
Baxmayaraq ki, ilkin mərhələdə Ermənistan nümayəndə heyəti buna etiraz etmişdi.
Bir sözlə, ölkələrimiz arasında olan münasibətlər bizi qane edir. Biz, sadəcə, bu münasibətlərin daha da
gücləndirilməsini, genişləndirilməsini istəyirik. Beləliklə, iki ölkə bir-biri ilə daha yaxınlaşa bilər və əminəm ki,
belə də olacaqdır.
L o r d C a n e r (
Nümayəndə heyətinin rəhbəri, Dünya Yəhudilər Konqresinin vitse-prezidenti): Cənab
Baş nazir, Sizə çox minnətdarıq. Ölkənizdə bizi çox hərarətli və səmimi qarşılayıblar. Baş nazir vəzifəsinə
yüksəlməyiniz münasibətilə Sizi təbrik etmək istəyirik. Yəqin bizim Baş nazir də Sizə deyər, bu, heç də asan bir
iş deyildir.
Biz Azərbaycan Prezidentinin ölkəmizə rəsmi səfərini çox yaxşı xatırlayırıq. Bu,
həqiqətən çox uğurlu bir
səfər idi. Sizdən xahiş edirik ki, bizim salamlarımızı prezident Heydər Əliyevə yetirəsiniz. Biz onun tezliklə
sağalmasını və Vətənə dönməsini arzu edirik.
Sizin kimi biz də əlaqələrimizin inkişafından çox məmnunuq. Böyük Britaniya ilə Azərbaycan arasında
əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Bizim sözlərimizi xüsusilə sənaye sahəsində çalışanlar daha çox
təsdiq edərlər. Dünən biz
BP şirkətinin nümayəndələri ilə görüş keçirdik. Onlar burada neft sənayesinin
inkişafında iştirak etməkdən çox məmnundurlar. Çox şadıq ki, bu görüşdə bizi Böyük Britaniyanın səfiri
müşayiət edir. Eyni zamanda, Sizin ölkənin Birləşmiş Krallıqdakı səfiri haqqında
da xoş sözlər demək
istəyirəm. O, Azərbaycanın mənafeyi üçün çox yaxşı fəaliyyət göstərir və mənim yaxın dostuma çevrilmişdir.
Cənab Baş nazir, biz Sizə lordlar və icmalar palatalarının hədiyyələrini təqdim etmək istəyirik.
İ l h a m Ə l i y e v: Hədiyyələrə görə sizə təşəkkür edirəm, çox sağ olun. Bunlar mənim üçün çox əzizdir.
Hesab edirəm ki, sizin Azərbaycana səfəriniz ölkələrimizi daha da yaxınlaşdıracaqdır.
Siz çox düzgün qeyd etdiniz ki,
BP şirkəti ilə Azərbaycan arasında artıq 10 ilə yaxındır davam edən
əməkdaşlıq bizim üçün çox vacibdir və bir çox məsələlərdə ölkəmizin iqtisadi gələcəyini təmin edəcəkdir.
Azərbaycan xarici sərmayələr üçün açıq bir ölkədir. Bu bizim prezidentin siyasətidir, onun tərəfindən həyata
keçirilən neft strategiyasının tərkib hissəsidir. Yəqin siz də bilirsiniz ki, bizim ölkədə xarici
vətəndaşlar özlərini
çox sərbəst, rahat hiss edirlər, onların işləməsi və yaşaması üçün çox gözəl şərait vardır. Xalqımız çox
qonaqpərvərdir və xarici ölkələrin vətəndaşlarına böyük hörmətlə yanaşır.
Mən bilirəm ki, sizin proqramınızda bölgələrə səfərlər də nəzərdə tutulmuşdur. Əminəm ki, bu səfərlər də
nümayəndə heyətinizin üzvləri üçün çox maraqlı olacaqdır. Biz istəyirik ki, Azərbaycan hərtərəfli inkişaf etsin.
Əlbəttə, sərmayələrin gəldiyi əsas yer Bakıdır, neft sənayesidir. Ancaq biz çox maraqlıyıq ki, Azərbaycanın hər
bir bölgəsi inkişaf etsin, ölkəmizin hər bir vətəndaşı aparılan böyük işlərin nəticəsini hiss etsin. Əminəm ki, bu,
belə də olacaqdır.
L o r d C a n e r: Cənab Baş nazir! Siz bildirdiniz ki, ölkənizin hər bir vətəndaşının həyata keçirilən böyük
işlərdən bəhrələnməsini istəyirsiniz. Deməliyəm ki, burada
olduğumuz müddətdə biz, həqiqətən, ölkənizdəki
inkişafa valeh olmuşuq. Eyni zamanda, Azərbaycanda mövcud olan tolerantlıqdan da çox məmnun qalmışıq, bu
bizi çox valeh etdi. Nümayəndə heyətimizin üzvləri ilk yəhudi məktəbinin açılışında iştirak etdilər. Burada biz
gördük ki, həqiqətən, ölkənizdə dinlər arasında əməkdaşlıq mövcuddur. Baxmayaraq ki, Azərbaycanda əhalinin
əksəriyyətini müsəlmanlar təşkil edirlər. İstərdim ki, bütün ölkələr bu məsələdə Sizdən nümunə götürsünlər və