İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə24/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   20   21   22   23   24   25   26   27   ...   86

52 
 
 
“KAZMUNAYQAZ” ŞİRKƏTİNİN  
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
2 sentyabr 2003-cü il 
 
T i m u r   K u l i b a y e v (Nümayəndə heyətinin rəhbəri, “KazMunayQaz” şirkətinin birinci vitse-
prezidenti):  
Hörmətli cənab Baş nazir!  
Vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Biz bilirik ki, Sizin iş cədvəliniz çox 
gərgindir. 
Qısaca olaraq Sizə Qazaxıstan və Azərbaycan prezidentlərinin tapşırığı ilə neftin və qazın nəqlinə dair 
görülən işlər barədə  məlumat vermək istərdik. Nümayəndə heyətimizin üzvü cənab Kabıldin işçi qrupu 
çərçivəsində danışıqlar aparır. Deməliyəm ki, biz qarşıya qoyulmuş  məsələlərin yerinə yetirilməsi sahəsində 
ciddi irəliləyiş əldə etmişik.  
İ l h a m   Ə l i y e v: Biz cənab Kabıldinlə bu danışıqlar çərçivəsində Londonda görüşmüşük. Mən sizi 
salamlayıram, Azərbaycana xoş gəlmisiniz, sizin gəlişinizə çox şadıq. 
Deməliyəm ki, bu danışıqlar hələ ötən ilin dekabrında başlayıbdır. Onda biz ilk dəfə birgə görüş keçirdik. 
Sonra razılığa gəldik ki, bu görüşlər daimi əsaslarla Qazaxıstanda və Azərbaycanda davam etdiriləcəkdir. 
Son zamanlara qədər mən özüm bu prosesin fəal iştirakçısı idim. Bu layihənin dövlətlərimiz üçün böyük 
əhəmiyyəti olduğunu nəzərə alaraq bundan sonra da onun həyata keçirilməsində  fəal iştirak edəcəyəm. 
Düşünürəm ki, layihə təkcə neft şirkətləri üçün deyil, ümumilikdə dövlətlərimizin gələcəyi üçün çox vacibdir.  
Çox məmnunam ki, bu proses Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı anlaşma şəraitində davam edir. 
Bizdə Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisində əməli nəticələr əldə olunmuşdur. Bu yaxınlarda  Natiq 
Əliyevlə neft kəmərinin tikintisinin aparıldığı yerə baş  çəkdik. Kabinetdə oturub danışmaq, qərarlar qəbul 
etmək, müzakirələr aparmaq məsələnin bir tərəfidir, tozun içərisində və qızmar çöldə tikinti işləri ilə bilavasitə 
tanış olmaq isə  məsələnin digər tərəfidir. Deməliyəm ki, bu gün orada bizim gələcək inkişafımızın təməli 
qoyulur.  
Əlbəttə, bu sahədə sizin ölkənizlə aparılan danışıqlar böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, artıq bir sıra 
nailiyyətlər əldə etmişik. Biz ölkələrimizin potensialını təhlil edərək bütün bu məsələləri təfərrüatı ilə müzakirə 
edəcəyik.  
Sağ olun, sizə uğurlar arzulayıram. 
 


53 
 
 
BÖYÜK BRİTANİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 
GÖRÜŞDƏ SÖHBƏT 
 
3 sentyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v:  Hörmətli lord Caner, hörmətli dostlar, Böyük Britaniya parlamentinin üzvləri, sizi 
səmimi- qəlbdən salamlayıram, “Azərbaycana xoş gəlmisiniz!” deyirəm.   
Ölkələrimiz arasında mövcud olan münasibətlər çox yüksək səviyyədədir. Biz bir çox sahələrdə  uğurlu 
əməkdaşlıq edirik. Xüsusilə neft və qaz sektorunda Britaniya şirkətlərinin Azərbaycana kapital qoyuluşunun 
həcmi çox yüksəkdir. Bu bizi çox sevindirir. Böyük Britaniya şirkətləri Azərbaycan üçün, region üçün, bizim 
gələcəyimiz üçün çox mühüm layihələrdə aparıcı rol oynayırlar.  
Siyasi məsələlərdə  də münasibətlərimiz çox yüksək səviyyədədir. Azərbaycan Respublikası Prezidentinin 
Böyük Britaniyaya rəsmi səfərindən sonra bu münasibətlər yeni pilləyə qalxmışdır. Ümidvaram ki, həm siyasi, 
iqtisadi məsələlərdə, həm də iki ölkəni birləşdirən digər məsələlərdə əlaqələrimiz daha da inkişaf edəcəkdir. Biz 
bunu Avropa Şurasının sessiyalarında, komitələrində, komissiyalarında  əyani  şəkildə görürük. Böyük 
Britaniyanın nümayəndələri ilə çox uğurlu əməkdaşlıq edirik və deyə bilərəm ki, Azərbaycan, region üçün çox 
vacib olan məsələ – Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə  məruzəçi də  məhz Böyük 
Britaniyanın nümayəndəsidir. O vaxt bir neçə namizəd irəli sürülmüşdü və  məhz Azərbaycan nümayəndə 
heyətinin təkidi ilə Böyük Britaniya parlamentinin üzvü cənab Devid bu vəzifəyə  təyin olunmuşdur. 
Baxmayaraq ki, ilkin mərhələdə Ermənistan nümayəndə heyəti buna etiraz etmişdi.  
Bir sözlə, ölkələrimiz arasında olan münasibətlər bizi qane edir. Biz, sadəcə, bu münasibətlərin daha da 
gücləndirilməsini, genişləndirilməsini istəyirik. Beləliklə, iki ölkə bir-biri ilə daha yaxınlaşa bilər və əminəm ki, 
belə də olacaqdır.  
L o r d   C a n e r (Nümayəndə heyətinin rəhbəri, Dünya Yəhudilər Konqresinin vitse-prezidenti): Cənab 
Baş nazir, Sizə çox minnətdarıq. Ölkənizdə bizi çox hərarətli və  səmimi qarşılayıblar. Baş nazir vəzifəsinə 
yüksəlməyiniz münasibətilə Sizi təbrik etmək istəyirik. Yəqin bizim Baş nazir də Sizə deyər, bu, heç də asan bir 
iş deyildir.  
Biz Azərbaycan Prezidentinin ölkəmizə rəsmi səfərini çox yaxşı xatırlayırıq. Bu, həqiqətən çox uğurlu bir 
səfər idi. Sizdən xahiş edirik ki, bizim salamlarımızı prezident Heydər  Əliyevə yetirəsiniz. Biz onun tezliklə 
sağalmasını və Vətənə dönməsini arzu edirik.  
Sizin kimi biz də  əlaqələrimizin inkişafından çox məmnunuq. Böyük Britaniya ilə Azərbaycan arasında 
əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Bizim sözlərimizi xüsusilə  sənaye sahəsində çalışanlar daha çox 
təsdiq edərlər. Dünən biz BP  şirkətinin nümayəndələri ilə görüş keçirdik. Onlar burada neft sənayesinin 
inkişafında iştirak etməkdən çox məmnundurlar. Çox şadıq ki, bu görüşdə bizi Böyük Britaniyanın səfiri 
müşayiət edir. Eyni zamanda, Sizin ölkənin Birləşmiş Krallıqdakı  səfiri haqqında da xoş sözlər demək 
istəyirəm. O, Azərbaycanın mənafeyi üçün çox yaxşı fəaliyyət göstərir və mənim yaxın dostuma çevrilmişdir. 
Cənab Baş nazir, biz Sizə lordlar və icmalar palatalarının hədiyyələrini təqdim etmək istəyirik.  
İ l h a m   Ə l i y e v:  Hədiyyələrə görə sizə təşəkkür edirəm, çox sağ olun. Bunlar mənim üçün çox əzizdir. 
Hesab edirəm ki, sizin Azərbaycana səfəriniz ölkələrimizi daha da yaxınlaşdıracaqdır.  
Siz çox düzgün qeyd etdiniz ki, BP  şirkəti ilə Azərbaycan arasında artıq 10 ilə yaxındır davam edən 
əməkdaşlıq bizim üçün çox vacibdir və bir çox məsələlərdə ölkəmizin iqtisadi gələcəyini təmin edəcəkdir.  
Azərbaycan xarici sərmayələr üçün açıq bir ölkədir. Bu bizim prezidentin siyasətidir, onun tərəfindən həyata 
keçirilən neft strategiyasının tərkib hissəsidir. Yəqin siz də bilirsiniz ki, bizim ölkədə xarici vətəndaşlar özlərini 
çox sərbəst, rahat hiss edirlər, onların işləməsi və yaşaması üçün çox gözəl  şərait vardır. Xalqımız çox 
qonaqpərvərdir və xarici ölkələrin vətəndaşlarına böyük hörmətlə yanaşır.  
Mən bilirəm ki, sizin proqramınızda bölgələrə səfərlər də nəzərdə tutulmuşdur.  Əminəm ki, bu səfərlər də 
nümayəndə heyətinizin üzvləri üçün çox maraqlı olacaqdır. Biz istəyirik ki, Azərbaycan hərtərəfli inkişaf etsin. 
Əlbəttə, sərmayələrin gəldiyi əsas yer Bakıdır, neft sənayesidir. Ancaq biz çox maraqlıyıq ki, Azərbaycanın hər 
bir bölgəsi inkişaf etsin, ölkəmizin hər bir vətəndaşı aparılan böyük işlərin nəticəsini hiss etsin. Əminəm ki, bu, 
belə də olacaqdır.  
L o r d   C a n e r:  Cənab Baş nazir! Siz bildirdiniz ki, ölkənizin hər bir vətəndaşının həyata keçirilən böyük 
işlərdən bəhrələnməsini istəyirsiniz. Deməliyəm ki, burada olduğumuz müddətdə biz, həqiqətən, ölkənizdəki 
inkişafa valeh olmuşuq. Eyni zamanda, Azərbaycanda mövcud olan tolerantlıqdan da çox məmnun qalmışıq, bu 
bizi çox valeh etdi. Nümayəndə heyətimizin üzvləri ilk yəhudi məktəbinin açılışında iştirak etdilər. Burada biz 
gördük ki, həqiqətən, ölkənizdə dinlər arasında əməkdaşlıq mövcuddur. Baxmayaraq ki, Azərbaycanda əhalinin 
əksəriyyətini müsəlmanlar təşkil edirlər. İstərdim ki, bütün ölkələr bu məsələdə Sizdən nümunə götürsünlər və 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə