İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə25/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   21   22   23   24   25   26   27   28   ...   86

54 
 
müxtəlif dinlər bir-birinə qarşı bu dərəcədə dözümlü olsunlar. Əgər belə olarsa, onda biz dünyanı daha da 
gözəlləşdirərik və həyat asan olar.  
 


55 
 
 
ATƏT-in MİNSK QRUPUNUN RUSİYADAN YENİ TƏYİN OLUNMUŞ HƏMSƏDRİ  
YURİ MERZLYAKOV İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
5 sentyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v:  Sizi bu məsul vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirəm. Bilirsiniz ki, 
Azərbaycanda biz ATƏT-in Minsk qrupunun fəaliyyətini böyük ümidlə izləyirik, yaxşı  nəticələr gözləyirik. 
Gözləyirik ki, Minsk qrupu münaqişənin ədalətlə nizama salınmasına uyğun ola biləcək təkliflər irəli sürsün.  
İndi heç kimə sirr deyil ki, Azərbaycan  ərazisi işğal edilmiş ölkədir. Lakin XXI əsrdə, Azərbaycanın və 
Ermənistanın MDB, Avropa Şurası kimi beynəlxalq təşkilatların üzvü olduğu, dünya strukturlarına inteqrasiya 
etdiyi bir dövrdə işğal vəziyyətinin davam etməsi yolverilməzdir.  
Yəqin bilirsiniz ki, son vaxtlar Minsk qrupunun məsələnin  əməli surətdə  həllindən özünü, bir növ, kənara 
çəkməyə çalışması ilə  əlaqədar cəmiyyətimizdə müəyyən məyusluq mövcuddur. Elə bil Minsk qrupu hər iki 
tərəfə özlərinin razılığa gəlməsini təklif edir ki, sonra tərəflər üçün məqbul olan qərar çıxarsın.  
Əlbəttə, iki ölkənin prezidentləri arasında danışıqlar aparılması müsbət amildir. Biz bunu alqışlayırıq və 
ümidvarıq ki, ikitərəfli görüşlər gələcəkdə də davam etdiriləcəkdir. Lakin Minsk qrupunun, onun həmsədrlərinin 
fəal iştirakı olmadan məsələni həll etmək çətin olacaqdır. Ona görə ki, bizə məlum olduğu kimi, Ermənistanın 
mövqeyi beynəlxalq hüquq normalarına qətiyyən məhəl qoymamaqdan, reallığın qanunilikdən üstün olduğunu 
sübut etməyə can atmaqdan ibarətdir. Bizim mövqeyimiz isə beynəlxalq hüquq normalarına tamamilə  əməl 
olunmasına, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına və bərpa edilməsinə əsaslanır. 
Biz bu prinsiplərdən kənara çəkilməyəcəyik. Hesab edirik ki, yalnız bu prinsiplərə  əməl olunduğu təqdirdə 
münaqişə öz müsbət həllini tapa bilər. 
Ermənistanın guya üstünlüyə malik olduğu barədə təsəvvür yaratmağa çalışması bizi çox narahat edir. Təbii 
ki, biz bunu qəbul etmirik və etməyəcəyik. Üstünlüklərə gəldikdə, hesab edirəm ki, onlar xəyalidir. Əgər atəşkəs 
vaxtından bəri ölkələrin inkişafına nəzər salsaq, görərik ki, bu dövr ərzində Azərbaycan iqtisadiyyatda, siyasətdə 
çox böyük uğurlara nail olmuşdur. Ölkəmiz tərəfdaşları ilə birlikdə iri beynəlxalq, regional layihələr həyata 
keçirir, Azərbaycan gələcəkdə inkişaf üçün böyük perspektivlərə malikdir. Halbuki bizim məlumatımıza görə, 
Ermənistanda elə bir xüsusi iqtisadi nailiyyət yoxdur, ölkə regional layihələrdən kənarda qalmışdır.  Əlbəttə, 
ərazilərimiz işğal edilmişdir, bizdə bir milyondan çox qaçqın-köçkün var. Bu, həm mənəvi, həm də iqtisadi 
baxımdan olduqca böyük problemdir. Lakin biz onu həll edirik, Ermənistanın təcavüzü nəticəsində qaçqın-
köçkün vəziyyətinə düşmüş insanların sosial vəziyyətini yaxşılaşdırmağa çalışırıq.  
Ona görə  də demək istəyirəm ki, münaqişənin həlli həm Azərbaycan üçün, həm də Ermənistan üçün 
vacibdir. Hər iki tərəf onun dincliklə  həlli üçün səy göstərməlidir. Biz münaqişənin sülh yolu ilə  həllinə 
tərəfdarıq.  
Prezidentimiz bunu dəfələrlə nəzərə çarpdırmışdır və bu, üstünlük təşkil edən siyasətdir, ictimai rəy də buna 
köklənmişdir. Buna baxmayaraq, başa düşdüyünüz kimi, biz Azərbaycan  ərazilərinin işğal altında olması ilə 
razılaşa bilmərik. Ona görə də belə düşünürəm ki, bu prosesdə sizin rolunuz, Rusiyanın rolu çox vacibdir. Bizim 
üçün çox xoşdur ki, son illər ölkələrimiz arasında səmimi münasibətlər yaranmışdır. Prezidentlər arasında – 
Vladimir Putin ilə Heydər  Əliyev arasında çox səmimi münasibətlər yaranmışdır. Biz bunu yüksək 
qiymətləndiririk. Son üç ildə ölkələrimiz bir çox sahələrdə – siyasət sahəsində  də, iqtisadiyyat sahəsində  də 
böyük uğurlara nail olmuşlar. Ona görə də bu amil münaqişənin nizama salınması prosesində Rusiyanın daha 
fəal iştirak edəcəyində də, yəqin ki, mühüm rol oynayacaqdır.  
Mən Sizə  uğurlar arzulamaq istəyirəm. Başa düşürəm ki, bu, adi bir vəzifə deyildir. Minsk qrupunun 
fəaliyyətinin bir nəticə verəcəyinə böyük ümidlər bəslənilir. Sizə  və özümüzə arzu etmək istəyirəm ki, biz 
nizamasalma prosesində problemin həllinə nail ola bilək.  
Y u r i   M e r z l y a k o v:  İlham Heydəroviç, arzularınıza görə çox sağ olun. Mən  də, öz tərəfimdən, Sizi 
Baş nazir vəzifəsinə  təyin olunmağınız münasibətilə  təbrik etmək istəyirəm. Prezident Heydər  Əliyeviçin 
tezliklə sağalmasını da arzu etmək istəyirəm. Yadımdadır, mən dörd il əvvəl  İqor Sergeyeviçin nümayəndə 
heyətinin tərkibində Bakıda olarkən o, gözəl  əhval-ruhiyyədə idi. Biz hamımız  şad idik ki, Heydər  Əliyeviç 
cərrahiyyə əməliyyatından sonra özünü yaxşı hiss edir. Onun iradəsinin gücünə heyran idik. 
İ l h a m   Ə l i y e v: Sağ olun. 
Y u r i   M e r z l y a k o v: Mən Xəzərin statusu məsələsi ilə uzun müddət məşğul olmuşam, biz Sizinlə 
Kembricdə, Vaşinqtonda, İstanbulda və Hyüstonda konfranslarda görüşmüşük. Çıxışlarınızı xatırlayıram, onlar 
çox ölçülüb-biçilmiş çıxışlar idi.  


56 
 
O vaxt Rusiya–Azərbaycan münasibətlərinin inkişafı barədə auditoriya tərəfindən suallar, hətta fitnəkar xa-
rakterli suallar verilirdi. Siz bu vəziyyətlərdən layiqincə çıxırdınız. Məni ruhlandıran budur ki, Xəzərlə bağlı ilk 
vaxtlar mövqelərimizdə fərq olmasına baxmayaraq, heç kimin mənafelərinə xələl gətirməyən bir variant tapmaq 
mümkün oldu. Heç kim öz prinsipial mövqelərindən geri çəkilmədi və indi onları daha heç kəs xatırlamır. 
Başlıcası, məsələnin həllidir. İnanıram ki, indi mənə tapşırılan məsələdə də məhz belə olacaqdır. 
Mənim səfərim sırf tanışlıq xarakteri daşıyır. Bu məsələnin tarixini dərindən bilməyimlə öyünə bilmərəm, 
üstəlik, təcrübədən bilirəm ki, bir neçə dəfə gəlib-getməkdənsə, müasir vəziyyətdən başlamaq, sonra isə tarixi 
öyrənmək daha yaxşıdır. Zənnimcə, bu səfər mənə çox şeyi öyrənməyə imkan verəcəkdir. Bu gün mən 
parlamentin sədri, xarici işlər nazirinin müavini ilə görüşdüm. Bilirəm ki, tezliklə Moskvada Mironovla, öz 
tərəfdaşlarımla və qonşularınızla, Ermənistan parlamentinin sədri ilə görüşəcəyəm. Bu, problemin həllinə kiçik 
bir töhfə verməyə kömək edəcəkdir. Görünür, bir neçə gündən sonra Ermənistanda da görüşlər olacaqdır. 
Bundan sonra həmkarlarıma, daha təcrübəli həmsədrlərə burada görüşlərimin necə keçdiyi barədə  məlumat 
vermək istərdim. Çalışacağam ki, bu məlumat obyektiv olsun. Düşünürəm ki, ölkənizdə prezident seçkilərindən 
sonra buraya gəlməyimiz məsələsi qarşıya çıxacaqdır. Məncə, bu səfər təxminən noyabr-dekabr aylarında 
faydalı olacaqdır. Həmkarlarım mənə dedilər ki, hansısa yeni ideyalar var. Sentyabrın 15-də Vyanada onlarla 
görüşdə, yəqin ki, məni bu ideyalarla tanış edəcəklər. Bundan sonra hər iki tərəfə bir şey təklif edə biləcəyik. 
Perspektiv təxminən belədir. Sentyabrın 30-da üçlükdə biz vəziyyət barədə ATƏT-in indiki sədrinə məlumat 
verəcəyik. Odur ki, Azərbaycanda prezident seçkilərindən sonra həmsədrlər Sizinlə görüşməyə hazır olacaqlar. 
Əgər görüşlərin vaxtı barədə Sizin hər hansı təklifləriniz varsa, mən onları həmkarlarıma çatdırmağa hazıram.  
İ l h a m   Ə l i y e v: Təbrikə görə, habelə Prezidentə sağlamlıq diləyinə görə Sizə təşəkkür etmək istəyirəm. 
Mən sizin xatirələrinizi dinlədim, doğrudan da, 1999-cu ildə cərrahiyyə əməliyyatından dərhal sonra o, işə fəal 
girişdi. Təbii ki, ruh yüksəkliyi də, iradəsi də, orqanizmi də ona bütün işlərlə fəal məşğul olmağa imkan verirdi 
və indi də imkan verir. İndi onun səhhəti normaldır, tibbi müalicə çox yaxşı  nəticələr verir, sağalma prosesi 
gedir. Fürsətdən istifadə edərək Azərbaycan Prezidentinin ABŞ-a gedə bilməsi üçün xüsusi təyyarə verdiyinə 
görə Rusiya rəhbərliyinə, Vladimir Vladimiroviç Putinə  təşəkkürümü bildirmək istərdim. Mən çox 
minnətdaram. Görünür, burada hansısa bir rəmzi məna var – Azərbaycan Prezidenti Türkiyədən Amerikaya 
Rusiya təyyarəsində getmişdir. Bunu təsadüf kimi də  qəbul etmək olar, lakin mən burada daha böyük məna 
görürəm. Bu onu göstərir ki, siyasətimiz, dostlarla, tərəfdaşlarla, – Rusiya isə –bizim üçün strateji tərəfdaşdır, – 
qarşılıqlı münasibətlərimiz nəticəsində çox mehriban qonşuluq münasibətlərinə nail olmuşuq. Biz həmişə bütün 
ölkələrlə əməkdaşlıq etməyə çalışırıq. İstəyirik ki, Azərbaycan rəqabət yeri deyil, məhz əməkdaşlıq yeri olsun. 
Ona görə də bu xahişi Sizin vasitənizlə çatdırmaq istəyirəm.  
O ki qaldı əməli fəaliyyətə, əlbəttə, ilk vaxtlar bütün məsələləri öyrənmək lazım gələcəkdir. Çox yaxşıdır ki, 
siz buraya gəldiniz, mövqeyimizi öyrəndiniz.  Əlbəttə, bu görüşün, Ermənistanda keçirəcəyiniz görüşlərinizin 
nəticələri  əsasında sizdə bu münaqişənin nədən ibarət olduğu barədə  təsəvvür yaranacaqdır. Amma belə 
düşünürəm ki, keçmiş  vəziyyətləri nəzərə almadan, düzgün bir qərar tapmaq çətin olacaqdır. Biz bəzən 
Ermənistan tərəfindən belə təkliflər eşidirik ki, gəlin, iqtisadi əməkdaşlıq edək, münaqişə isə bir tərəfdə qalsın. 
Biz buna getməyəcəyik. İşğal olunmuş ərazilər azad edilməyincə, Ermənistanla iqtisadi əməkdaşlıqdan söhbət 
gedə bilməz.  
Şəxsən mən hər hansı qeyri-formal əlaqələri də alqışlamıram. Əlbəttə, hökumət qeyri-hökumət təşkilatlarının 
fəaliyyətinə təsir göstərə bilməz, xüsusən də ona görə ki, onları bəzən xaricdən maliyyələşdirirlər. Amma şəxsən 
mən bu fikirdəyəm ki, münaqişə  həll olunmayınca,  ərazilərimiz azad edilməyincə  vətəndaşlarımız hər hansı 
şəkildə  əlaqə saxlaya bilməz və saxlamamalıdır, mədəni xarakterli hər hansı  məsələləri, mətbuatla bağlı 
məsələləri, xüsusən də iqtisadi xarakterli məsələləri müzakirə edə bilməz və etməməlidirlər. Mən bunun 
əleyhinəyəm.  İlk öncə, problemi həll etmək lazımdır, bundan sonra isə digər sahələrdə  əməkdaşlıq etmək də 
olar.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə