İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə21/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   17   18   19   20   21   22   23   24   ...   86

44 
 
onları  təhqir etmək, yaxud kəskin tənqid etmək fikrindən uzağam. Lakin fikirləşirəm ki, onların indi əldə 
etdikləri imkanlarının son həddidir. Bu adamları indiki vəziyyətləri qane edir – maddi vəziyyətləri çox yaxşıdır, 
müxtəlif ziyafətlərə dəvət olunurlar, xarici səfirliklərə ziyafətlərə getməyi çox xoşlayırlar, mətbuatda, qəzetlərdə 
onların haqqında yazırlar. Bu onların nail ola bildiklərinin son həddidir. Onların ölkəni idarə etmək imkanı 
olmuşdur, lakin hər şeyi dağıtdılar. Odur ki, belə adamların müxalifətdə olması həm özləri, həm də bütövlükdə 
ölkə üçün daha yaxşıdır.  
S u a l: Siz prezident ola biləcəyinizin mümkünlüyü barədə ilk dəfə nə vaxt düşünməyə başladınız? 
C a v a b: Bilirsiniz, bu proseslərin hamısı zamanın hökmüdür. Həyatın özü uzun müddət məni 
istiqamətləndirmişdir. Mən beynəlxalq məsələlərlə  məşğul olmağa başladım, parlamentə seçildim. Əlbəttə, 
Avropa Şurası Parlament Assambleyası sədrinin müavini seçilməyim mənim üçün ən mühüm addım oldu. Hər 
şey təbii alınırdı. On il ərzində bütün neft layihələri ilə məşğul olmuşam. Buna görə də bütün işlər qaydasınca 
gedirdi, bu fikir isə beynimə, bəlkə  də 2000-ci ildəki parlament seçkilərindən sonra gəldi. Seçkiqabağı 
kampaniya dövründə partiya siyahısına başçılıq etməyim partiyada aparıcı mövqedə olduğuma dəlalət edirdi. 
Bax, elə o zaman mən belə bir imkan barədə düşünməyə başladım.  
S u a l: Çoxları Sizin nə vaxtsa prezident olacağınızı alqışlayır. Lakin bəziləri deyirlər ki, Siz əvvəldən 
bunun əleyhinə olmusunuz. Bu  doğrudurmu?  
C a v a b: Xeyr, doğru deyil. Mən həmişə fikirləşmişəm və indi də o fikirdəyəm ki, ən başlıcası bu siyasətin 
davam etməsidir. Əgər bu vəzifəyə məndən də yaxşı namizəd olsaydı, mən heç bir halda öz namizədliyimi irəli 
sürməzdim. Mənim üçün, zənn edirəm ki, ölkəmizin  əksər vətəndaşları üçün də  ən başlıcası indiki siyasətin 
davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab 
edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram. Mən bundan qaçmağa cəhd göstərməmişəm, hərçənd, 
əlbəttə, çox böyük məsuliyyətdir. Bir var ki, kiçik sahəyə cavabdeh olasan, bir də var bütün ölkəyə. Mənə ina-
nın, bu hisslə yaşamaq o qədər də asan deyildir. Mən çoxlarını tanıyıram ki, mühüm bir vəzifəyə keçən kimi 
yaxşı tanıdıqları adamlara münasibəti, həyatda baş verən hadisələrə münasibəti tamamilə  dəyişmişdir. Mən 
normal insan kimi qalmaq üçün əlimdən gələni edəcəyəm. 
S u a l:  Siz dediniz ki, atanızın vəziyyəti yaxşıdır. Onun səhhəti ilə bağlı son məlumatlar haqqında 
konkret nə deyə bilərsiniz?  
C a v a b: Dünən mən onunla danışdım. Təəssüf ki, bu gün həmin  rayonda elektriklə bağlı problemlər 
olduğundan ona zəng edə bilmədim. Dünən mən həkimlərlə də danışdım. Danışıqların ikisi də çox nikbin oldu. 
Həkimlər deyirlər ki, Klivlendə gəldiyi gündən onun səhhəti xeyli yaxşılaşmışdır. Böyrəklərindən biri ilə bağlı 
problem var idi, indi uğurla müalicə olunur. Bunun üçün çox vaxt lazımdır. Bilirəm ki, cürbəcür  şayiələr və 
informasiyalar yayılır ki, bəs sonra nə olacaq, cərrahiyyə əməliyyatı etmək lazım olacaq, yoxsa yox. Həkimlər 
dedilər ki, terapevtik müalicə aparacaqlar və bu onun tamamilə sağalması üçün kifayət edəcəkdir. Mən  bundan 
çox məmnunam. Ona görə də tələsməyək, gözləyək.  
 
 
 


45 
 
 
ABŞ DÖVLƏT KATİBİNİN  
BİRİNCİ MÜAVİNİ RİÇARD ARMİTACLA GÖRÜŞDƏ SÖHBƏT 
 
25 avqust 2003-cü il 
 
Klivlend klinikasında müalicədə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi ziyarət etmək üçün 
ABŞ-a qeyri-rəsmi səfərə  gəlmiş ölkəmizin Baş naziri İlham  Əliyev avqustun 25-də Amerika Administrasiyasının 
təşəbbüsü ilə Vaşinqtona bir günlük səfər etmiş  və dövlət katibinin birinci müavini Riçard Armitacla görüşmüşdür. 
Görüşdən sonra İlham Əliyev və Riçard Armitac  jurnalistlər qarşısında açıqlama vermişlər. 
R i ç a r d   A r m i t a c: Mənim üçün şərəf idi ki, bizim dostumuz, Baş nazir İlham Əliyev yenidən Dövlət 
Departamentindədir. Biz regionda vəziyyəti, eləcə  də qarşıdan gələn seçkiləri müzakirə etdik və  əlbəttə ki, 
görüşdən məmnunuq.  
S u a l: Cənab Baş nazir, bugünkü görüşünüz barədə nə deyə bilərsiniz? 
İ l h a m   Ə l i y e v: Etiraz etməsəniz, hamının anlaması üçün ingiliscə cavab verərdim. Mən dövlət 
katibinin birinci müavininə çox minnətdaram. Bir daha bir-birimizi görmək imkanı yaratdı. Mən həmişə 
Vaşinqtona gələndə bizim görüşlərimiz çox yaxşı keçir. Bu da ona görədir ki, biz tərəfdaşıq, dostuq. Biz birlikdə 
çox işləyirik ki, regionda təhlükəsizliyi təmin edək. Azərbaycanda demokratik dövlət quruculuğunun davam 
etdirilməsi üzrə birlikdə çox işləyirik. Münasibətlərimizin gələcəyi haqqında, üzümüzə gələn seçkilər haqqında 
çox yaxşı söhbətimiz oldu. Bu seçkilər Azərbaycanın gələcək inkişafının müəyyən olunmasında çox önəmlidir. 
Azərbaycan üçün çox vacibdir ki, seçkilər azad, ədalətli şəraitdə keçsin. Biz hökumət olaraq əlimizdə olan bütün 
imkanlardan istifadə edəcəyik ki, seçkilərin bu cür keçirilməsi təmin olunsun. Həm də əlavə etmək istərdim ki, 
bu günə qədər ölkəmizə verdiyi dəstəyə görə, birgə fəaliyyətimizə görə Birləşmiş Ştatlara minnətdarıq. Bir daha 
qeyd etmək istəyirəm ki, Azərbaycan bu yöndəki siyasətini davam etdirəcək və gələcəkdə də Birləşmiş Ştatların 
həqiqi və etibarlı tərəfdaşı olacaqdır.  
 
 
 
 


46 
 
 
KURT UELDONUN BAŞÇILIĞI İLƏ  
ABŞ KONQRESİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
 
29 avqust 2003-cü il 
 
İ l h a m   Ə l i y e v: ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox sürətlə və hərtərəfli inkişaf 
edir. Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik və artıq bunun nəticələrini görürük. Amerika hökumətinin dəstəyi 
olmasaydı, regionda və Azərbaycanda həyata keçirilən böyük enerji layihələrinin reallaşması da mümkün 
olmazdı. 
Bilirsiniz ki, Azərbaycan öz karbohidrogen ehtiyatlarının işlənilməsində böyük uğurlar  əldə etmişdir. 
Ölkəmizin iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırılmışdır və bunun  əhəmiyyətli bir hissəsi Birləşmiş 
Ştatların  şirkətlərinin payına düşür. Digər sahələrdə  də  əməkdaşlığımız yüksək səviyyədədir. Xüsusilə terrora 
qarşı mübarizədə Azərbaycan ABŞ ilə birlikdədir.  İraqdakı son hadisələr zamanı ölkəmiz Birləşmiş  Ştatları 
birmənalı şəkildə dəstəkləmişdir. İndi biz bir koalisiyadayıq və ölkələrimiz arasında mövcud olan əməkdaşlığın 
daha da inkişaf etdirilməsini arzulayırıq. 
Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Biz dəfələrlə bəyan etmişik 
ki, hökumət bu seçkilərin  şəffaf və  ədalətli  şəkildə keçirilməsi üçün əlindən gələni edəcəkdir. Beləliklə, 
Azərbaycan demokratiya yolunda daha bir böyük addım atacaqdır. Bütün bu məsələləri mən bu yaxınlarda 
ABŞ-da olarkən müzakirə etdim və indi sizinlə də müzakirə etmək istəyirəm. 
K u r t   U e l d o n: Cənab Baş nazir!  
Xoş sözlərə  və  səmimi qəbula görə Sizə  təşəkkür edirəm. Mən çox istərdim ki, Sizi Azərbaycan dilində 
salamlayım. Təəssüflər olsun ki, Sizin istedadınız məndə yoxdur və beş dildə danışa bilmirəm. Yalnız fransız və 
rus dillərində bir neçə söz deyə bilərəm, türk və Azərbaycan dillərində danışmağa isə çətinlik çəkirəm. 
Həqiqətən, 5 dildə  təmiz danışan və dünya siyasətində xüsusi çəkisi olan Sizin kimi liderlə ilk dəfədir ki, 
görüşürəm. Beləliklə, həqiqətən, böyük şərəf duyuram ki, dünyamiqyaslı liderlə görüşürəm. 
Cənab Baş nazir, bundan əvvəl mən Sizin atanızla da görüşmüşəm və bu, məndə çox böyük təəssürat 
yaratmışdır. Mən indi də bu təəssüratların təsiri altındayam. Hazırda atanız ABŞ-da müalicədədir. Yalnız bizim 
qrup deyil, bütün amerikalılar dua edirlər ki, cənab Prezident tezliklə sağalıb Vətənə dönsün. Biz bunun üçün 
ABŞ-da  əlimizdən gələni edirik. Birləşmiş  Ştatların  ən yaxşı  həkimləri onun səhhətinə  nəzarət edirlər. Ümid 
edirəm ki, cənab Prezident tezliklə sağalıb Vətənə dönəcəkdir.  
Nümayəndə heyətimizin tərkibindən Sizə  məlum olduğu kimi, onun üzvləri arasında həm respublikaçılar, 
həm də demokratlar partiyalarından konqresmenlər vardır. Onlar Nyu-York, Pensilvaniya, Florida, Texas 
ştatlarını  təmsil edirlər. Bu insanların arasında mühafizəkar, liberal yönümlü siyasətçilər vardır. Lakin 
hamımızın məqsədi ondan ibarətdir ki, Azərbaycan və Amerika Birləşmiş  Ştatları arasında  əlaqələrin 
inkişafında yeni səhifə açaq.  
Tanınmış siyasətçi kimi Siz yaxşı bilirsiniz, Amerika Birləşmiş Ştatlarının siyasi sistemi elə qurulmuşdur ki, 
bizim ölkənin adından yalnız prezident danışa bilir. O olmadıqda, dövlət katibi və yaxud səfir ABŞ-ın 
mənafelərini təmsil edir. Eyni zamanda, konqresmenlər də Birləşmiş  Ştatların adından danışa bilərlər. Bizim 
sistemə görə, prezident Konqresdən yuxarı  səviyyədə deyil, onunla eyni səviyyədədir. Ona görə  də biz – 
konqresmenlər ABŞ-ın adından demək istəyirik ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin daha 
da inkişaf etməsi üçün əlimizdən gələni etməliyik.  
Bildiyiniz kimi, büdcə  məsələləri barədə prezident Konqresə müraciət edir və  nə  qədər vəsait ayırmağı 
Konqres özü müəyyənləşdirir. Yalnız bundan sonra hökumət nə  qədər vəsait xərclənəcəyi barədə  qərar qəbul 
edir ki, bu da konqresmenlərin müəyyənləşdirdiyi çərçivədə olur.  
Deməliyəm ki, bu günə  qədər Konqreslə Azərbaycan parlamenti arasında  əlaqələr lazımi səviyyədə 
olmamışdır. Bir sıra ölkələrin parlamentləri ilə bizim yüksək əlaqələrimiz mövcuddur. On iki il bundan əvvəl 
mən Rusiya Dövlət Duması ilə  əlaqələr yaratmağa başlamışam. Bundan əlavə, bizim Ukrayna Ali Radası ilə, 
Yaponiya Parlamenti, Almaniya Bundestaqı, İsrail Knesseti ilə yüksək səviyyədə  əlaqələrimiz var. Təəssüflər 
olsun ki, indiyədək Azərbaycan Milli Məclisi ilə  əlaqələr istənilən səviyyədə olmamışdır. Amma indi biz bu 
əlaqələri yaratmışıq. Bu əlaqələrin yaradılması bizim üçün çox vacibdir. Əlaqələrimizin inkişafı üçün xüsusi bir 
strukturun yaradılmasına ehtiyac vardır. Bu struktur həm də ikitərəfli münasibətlərin qurulmasına məsuliyyət 
daşımalıdır.  
Bizim ölkənin siyasi sisteminin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, prezident iki dəfədən artıq 
olmamaqla, 4 il müddətinə seçilir, dövlət katibi isə üç dəfə seçilə bilər. Lakin bizim nümayəndə heyətində elə 
konqresmenlər vardır ki, artıq 20 ildir bu vəzifəni daşıyırlar. Mənim özüm 17 ildir ki, konqresmenəm. Bu, uzun 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə