İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə18/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   14   15   16   17   18   19   20   21   ...   86

38 
 
 
“NƏ? HARADA? NƏ VAXT?”  
İNTELLEKTUAL OYUNU ÜZRƏ İKİNCİ DÜNYA ÇEMPİONATININ MÜKAFATLARININ  
TƏQDİM EDİLMƏSİ VƏ BAĞLANIŞ MƏRASİMİNDƏ ÇIXIŞ 
 
Bakı, “Avropa” mehmanxanası 
 
17 avqust 2003-cü il 
 
Əziz dostlar! Əziz qonaqlarımız! 
İcazə verin, ilk növbədə, mənim xidmətlərimin qeyd olunmasına görə “Nə? Harada? Nə vaxt?” klubunun 
idarə heyətinə təşəkkürümü bildirim

. Sözün düzü, bu mənim üçün gözlənilməz və çox xoş oldu. Xoşbəxtəm ki, 
təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə hamımızın sevdiyimiz bu oyunun şöhrətinin artırılması işinə, 
kiçik də olsa, öz töhfəmi vermişəm.  
Mən bir il öncə demişdim ki, buraya gəlmək barədə dəvətimizi qəbul etdiyinizə görə və bir neçə gün ərzində 
bizə, şəhərimizin bütün sakinlərinə bayram bəxş etdiyinizə görə sizə çox minnətdaram. Azərbaycanda bu oyunu 
və biliciləri necə sevdiklərini, bakılıların qonaqlarımıza necə  səmimi hisslər bəslədiklərini özünüz yəqin 
gördünüz.  Əminəm ki, minnətdar olduğum sponsorlarımız və sizi müşayiət etmiş adamlar şəhərimizdə 
qaldığınız günlərin xoş keçməsi üçün əllərindən gələni əsirgəməmişlər. Siz dediniz ki, BKA hələlik federasiya 
deyildir, lakin zənnimcə, “Nə? Harada? Nə vaxt?” oyununun dünyanın bir çox ölkələrində qazandığı şöhrət id-
manın ən populyar növlərinin şöhrətindən heç də az deyildir. İnamla deyə bilərəm ki, bu oyunu Azərbaycanda 
səbirsizliklə gözləyirlər. Televiziya ilə seriya verilişlər göstərilərkən biz hamımız ekran qarşısında oluruq, 
azarkeşlik edirik. İndi isə, sadəcə, tanınmış və sevdiyimiz adamlara deyil, öz dostlarımıza azarkeşlik edirik. Bu 
günlər ərzində biz dostlaşdıq.  
Biz azərbaycanlılar dostluğu yüksək qiymətləndiririk və ümidvarıq ki, dostluğumuz davam edəcəkdir. 
Burada gələcəkdə bu oyun üzrə çempionatların keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi barədə  bəzi 
mülahizələr səsləndi.  Əlbəttə, qərarı klubun idarə heyəti qəbul edəcəkdir. Lakin sizə demək istəyirəm ki, 
dostluğun qədir-qiymətini bilən ölkəmizdə ənənələri də yüksək qiymətləndirirlər.  
Mən artıq təşəkkül tapmış ənənəni pozmamağı və üçüncü çempionatı da Bakıda keçirməyi təklif edirəm.  
Bütün qalibləri və mükafatçıları təbrik edirəm, hamıya cansağlığı, uğurlar və xoşbəxtlik arzulayıram!  
 
MƏRASİM BAŞA ÇATDIQDAN SONRA 
JURNALİSTLƏRİN SUALLARINA CAVAB 
 
S  u a l:  İlham müəllim, bu çempionat Azərbaycanda Sizin təşəbbüsünüzlə keçirilir. Bugünkü 
nəticələrdən razısınızmı? 
C a v a b:  Əlbəttə, razıyam. Hesab edirəm ki, bizim təşəbbüs göstərməyimiz çox müsbət nəticələr verdi. 
İkinci dəfədir ki, çempionat Azərbaycanda keçirilir. Görürsünüz ki, buna maraq çox böyükdür. Gözəl bir 
oyundur, gözəl bir tədbirdir, dostluq əlamətidir. Hesab edirəm, gələn dəfə  də Bakıda keçirilərsə, bizim 
insanlarımız buna sevinərlər.  
S u a l: Cənab Prezidentin səhhəti necədir? 
C a v a b: Yaxşıdır. 
S u a l: Siz bir neçə gün əvvəl bildirmişdiniz ki, cənab Prezident iki həftəyə Vətənə qayıdacaqdır. 
C a v a b:  Təxminən. Demək çətindir. Yəni, həkimlərin dediyi budur. İki həftə, üç həftə ola bilər. 
Müalicəsinin gedişinə baxır. 
S u a l: Cənab Prezidentin üzərində hansısa cərrahiyyə əməliyyatı aparıla bilərmi? 
C a v a b: Yox. Bu barədə söhbət getmir. Ancaq terapevtik üsullarla müalicə aparılır. Özü də çox yaxşı 
nəticələr verir.  
S u a l:  İlham müəllim, prezident seçkiləri ilə  əlaqədar təbliğat kampaniyası başlanmışdır. Siz 
rayonlara səfər edəcəksinizmi? Ümumiyyətlə, ilk olaraq, hansı rayonlar nəzərdə tutulmuşdur?  
C a v a b:  Əlbəttə, olacaq. Hələ ki, müəyyən etməmişəm, baxarıq.  Əlbəttə ki, Azərbaycanın bir çox 
rayonlarına səfərlər gözlənilir. Mütləq gedəcəyəm. 
                                                 

 Avqustun 13-də Beynəlxalq Klublar Assosiasiyası Azərbaycan hökuməti başçısının “Nə? Harada? Nə vaxt?” 
hərəkatının dəstəklənməsinə görə mükafata layiq görülməsi haqqında qəbul etdiyi qərara əsasən, bu mükafat və klubun ən 
yüksək mükafatı – müdriklik rəmzi olan “Büllur bayquş” mükafatı  İlham Əliyevə təqdim olunmşdur. 


39 
 
S u a l:  Cənab Baş nazir, xarici kütləvi informasiya vasitələrinə müsahibələrinizdə Dağlıq Qarabağ 
münaqişəsinə  də toxunmusunuz. Bu, bir növ Sizin platformanız kimi də  qəbul edilir, yəni, Baş nazir 
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi məsələsində bu mövqedədir. Azərbaycanın ərazi bütövlüyünün 
yaxın zamanda bərpa olunacağına tam zəmanət verirsinizmi? Yəni Azərbaycan buna nail ola biləcəkmi? 
C a v a b: Biz buna çalışırıq. Bizim siyasətimiz buna nail olmağa yönəlibdir. Mənim mövqeyimdə heç bir 
dəyişiklik olmayıbdır. Əgər fikir versəniz, bir neçə ildir bu barədə mən öz fikirlərimi açıq-aydın bildirmişəm və 
yenə bildirirəm. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olunmalıdır, işğalçılar Azərbaycanın torpaqlarını 
azad etməlidirlər. Ondan sonra hər hansı bir sülh müqaviləsindən söhbət gedə bilər. Bu, əsas prinsiplərdir. Biz 
bu prinsiplərdən geri çəkiləsi deyilik. Yəni burada hər hansı bir yenilik yoxdur. Sadəcə olaraq, mənim 
vəzifəmdə yenilik baş verdi. Yəqin, siz ona görə bunu belə qəbul edirsiniz. 
S u a l: İlham müəllim, sülh danışıqları artıq on ilə yaxındır gedir. Əgər prezident olsanız, bu yenə də 
davam edəcək, yoxsa nə vaxtsa bu danışıqlar bitəcəkdir? 
C a v a b: Hələ ki, imkanlar tükənməyibdir. Bilirsiniz ki, ATƏT-in Minsk qrupu öz səylərini yenə də davam 
etdirir. Eyni zamanda prezidentlərin ikitərəfli görüşləri keçirilmişdir və gələcəkdə də keçiriləcəkdir. ATƏT-dən 
yeni təklif ola bilər. Yeni vəziyyət yarana bilər. Dünya dəyişir. Bilirsiniz ki, son iki il ərzində dünyada, bizim 
regiona yaxın olan yerlərdə çox mühüm proseslər baş veribdir. Ona görə hesab edirəm ki, sülh danışıqları gərək 
davam etdirilsin. Yəni imkanlar hələ tükənməyibdir. Əgər belədirsə, gərək biz hər bir vasitədən istifadə edək. 
Mən inanmaq istəyirəm ki, biz bunu sülh yolu ilə həll edə bilərik.  
S u a l: Cənab Baş nazir, müxalifət etiraz aksiyalarını yenidən fəallaşdırır və  səsləndirdikləri bütün 
şüarlara əlavə olaraq, indi də istefa şüarı, tələbi ilə çıxış edirlər. Siz bunu necə qiymətləndirirsiniz? 
C a v a b: O yeni nədir, mənə aiddir? Mən necə qiymətləndirə bilərəm. Mən buna ancaq gülə bilərəm. 
Bilirsiniz, aksiyaları fəallaşdırıblar, ya yox, mən bunu deyə bilmərəm. Çünki müxalifətin bütün aksiyaları elə 
köhnə qaydada keçirilir. Mən bilmirəm, onlar belə yürüşlərlə  nə  əldə etmək istəyirlər.  Əgər fikirləşirlər ki, 
kimisə qorxuda bilərlər, bu, əlbəttə, mümkün deyildir. Əgər fikirləşirlər ki, belə hərəkətlərlə özlərinə möhkəm 
sosial baza yarada bilərlər, bu da inandırıcı deyildir. Çünki insanlarımızın onların fəaliyyətindən, keçmişindən, 
planlarından kifayət qədər məlumatları var. Onlardan soruşmaq lazımdır ki, əgər siz hakimiyyətə  gəlsəniz, 
Azərbaycan üçün nə edəcəksiniz? Onların fikri Azərbaycanı dağıtmaqdır. Yəni, bunu gizlətmirlər. Mövcud olan 
vəziyyəti aradan qaldırmaq ki, nəticədə sosial və  vətəndaş qarşıdurması yaransın. Ona görə onların bu hərə-
kətləri hər hansı bir təsir edə bilməz. Xalq bilir ki, iqtidar Azərbaycan üçün nə edib, onlar nə ediblər. Onlar bu 
vaxta qədər ancaq tənqid edirlər, qeyri-real vədlər verirlər. Ona görə mən onlara ciddi baxmıram. Onların istefa 
tələbləri də, necə deyərlər, ürəklərində qalacaqdır. Sağ olun.  
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə