Elektron hökumət



Yüklə 23.15 Kb.
tarix05.02.2018
ölçüsü23.15 Kb.

Elektron hökumət” yolu




Tarix: 11.11.2014 | Saat: 12:03:00 | E-mail | Çapa göndər

Şirift ölçüsü:

Azərbaycan “Elektron hökumət” layihəsinin reallaşdırılması üçün xeyli yol qət edib
Hazırda bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin indiki səviyyəyə çatmalarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, onun üstünlüklərindən istifadə böyük rol oynayıb. Dünya təcrübəsi sübut edir ki, İKT-dən effektli və geniş istifadə hər bir ölkənin sosial-iqtisadi inkişafına böyük təsir göstərir. Buna görə də bir çox dövlətlər inkişaf üçün mövcud potensialdan faydalana bilmək üçün İKT-nin inkişafı, onun geniş tətbiqini prioritet sahəyə çeviriblər. Son illərdə ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Ümummilli liderin 2003-cü il fevralın 17-də təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu sahədə yeni bir mərhələnin əsasını qoyub. Sözügedən strategiya təsdiqləndiyi dövrdən etibarən növbəti 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirib. Digər tərəfdən bu istiqamətdə atılan addımlar ölkədə informasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin səmərəliliyinin artırılmasının, əhalinin bu orqanlarla ünsiyyətinin asanlaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının, ölkədə yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını qoyub.
Məlum olduğu kimi ölkə başçısı respublikamızda, ümumiyyətlə, informasiya cəmiyyətinin qurulması ilə əlaqədar bir dövlət proqramı qəbul edib ki, bu “Elektron Azərbaycan” Dövlət Proqramı adlanır. Proqramın icrasından əldə olunan nəticələrin davam etdirilməsi və genişləndirilməsi məqsədilə 2010-cu ilin avqustunda Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nı (Elektron Azərbaycan) təsdiqləyib. Dövlət Proqramına uyğun olaraq informasiya və kommunikasiya infrastrukturunun və xidmətlərinin modernləşdirilməsi, ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, rəqəmsal televiziya yayımının və internetin milli seqmentinin inkişaf etdirilməsi, dövlət idarəçiliyinin bütün səviyyələrində “Elektron hökumət” həllərinin, o cümlədən e-imza və e-sənəd dövriyyəsinin geniş tətbiqi həyata keçirilib. 
“Elektron hökumət” hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, “Elektron hökumət”in formalaşdırılması mərhələli, pilot layihələr və tipik həllər vasitəsilə reallaşdırılmalı, cəmiyyəti buna hazırlamaq məqsədilə müvafiq yanaşmalar tətbiq olunmalıdır. 
“Elektron hökumət” artıq günün reallığı kimi XXI əsrdə dünya hökumətlərin fəaliyyətini təmin edən, onun səmərəliyini artıran əsas mexanizmlərdəndir. Dünyanın bir sıra ölkələrində elektron hökumət artıq qurulub, bir sıra ölkələr isə bu unikal imkanın atributlarından hələ yenicə istifadə etməyə başlayıblar. Mərkəzi Avropa ölkələrində, “Asiya pələngləri” adlanan dövlətlərdə, Cənub-şərqi Asiya ölkələrində hökumətlər bu ampluada uğurla fəaliyyət göstərir. Postsovet ölkələrində isə hal-hazırda “Elektron hökumət”in əsasını təşkil edəcək layihələr reallaşdırılır: telekommunikasiya infrastrukturu təkmilləşdirilir; gömrük, maliyyə, vergi sahələrində korporativ sistemlər geniş istifadə edilməyə başlayır; əhalinin reyestri formalaşdırılır; digər kadastr və reyestrlər yaradılır. Bu işlərin bəzilərinə əvvəlki illərdə başlandığından hal-hazırda onların ümumi “Elektron hökumət” ideologiyasına uyğun əlaqələndirilməsi məsələsi meydana gəlir. Elektron hökumət quruculuğu sahəsində uğur qazanmış ölkələr; Kanada, ABŞ, Sinqapur, Birləşmiş Krallıq, Finlandiya, Estoniya, Almaniya, Türkiyə, Danimarka və Cənubi Koreya. Azərbaycan MDB məkanında "Elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. 

“Elektron hökumət” layihəsi bir neçə mərhələdə həyata keçirilir

“Elektron hökumət” sistemi İKT-nin tətbiqi ilə dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti, idarəçilik keyfiyyətlərinin artırılmasını təmin etmək üçün vahid dövlət kompüter sistemini, hakim və qanunverici orqanların internet resurslarını, korporativ tipli dövlət idarəetmə sistemini, dövlət informasiya sistemlərini və s. özünə komponent kimi daxil etməlidir. Bu sistem vasitəsilə vətəndaşların informasiya əldə etməsi üçün resurslardan bərabər qaydada istifadəsi, elektron qaydada dövlət sifarişlərinin təminatı, nəzarət və maliyyə funksiyalarının məsafədən həyata keçirilməsi, idarəetmə qərarlarının qəbulunda operativliyin və effektivliyin artırılması, korrupsiya ilə mübarizə və s. kimi problemlər öz həllini tapmalıdır.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) məlumatına görə, “Elektron hökumət” layihəsi bir neçə mərhələdə həyata keçirilir və bu proses bir neçə il çəkə bilər. Birinci mərhələdə dövlət orqanları interneti mənimsəməyə başlayır və milli şəbəkə seqmentində müxtəlif müəssisələrin bir sıra saytları yaradılır. Lakin bu saytlar sırf informasiya emalı funksiyasını daşıyır (e-gov.az).
İkinci mərhələdə sözü gedən saytlarda yenilənən kontentin həcmi artır. Orada xəbərlər, hüquqi sənədlər və rəsmi elanlar yerləşdirilir, yeni xidmətlərin hesabına işin rahatlığı artır (misal olaraq sayt üzrə axtarışı göstərmək olar), interaktivliyin qismən təmin olunması (vətəndaş-qurumlarla əks əlaqənin yaradılması üçün vacib olan elektron poçt) baş verir və s.
Üçüncü mərhələdə saytların yüksək səviyyəli interaktivliyi həyata keçirilir. Dövlət portalları biznes sektorunun və vətəndaşların konkret kateqoriyalı nümayəndələrinə müxtəlif təkliflər edir, autentifikasiya mexanizmləri tədbiq olunur.
Dördüncü mərhələdə istifadəçilər qarşılıqlı əlaqə imkanları əldə edir və elektron müraciətlər edə bilirlər. Vətəndaşlar internet vasitəsi ilə müxtəlif sənədlər (şəhadətnamələr, lisenziyalar, sertifikatlar, qarşılıqlı icazələr və s.) əldə edə bilir, eyni zamanda dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən yararlanaraq, online ödənişlər edə bilirlər.
Beşinci mərhələdə isə hökumət bütün hüquqi və fiziki şəxslər və sadə vətəndaşlar üçün onlayn sənəd mübadiləsi formasında e-xidmətlərin göstərilməsini həyata keçirir.
Azərbaycan da “Elektron hökumət” layihəsinin reallaşdırılması üçün xeyli yol qət edib və demək olar ki, yuxarıda qeyd olunan 4 mərhələni uğurla başa çatdırıb. Hazırda 5-ci mərhələnin tam şəkildə həyata keçirilməsi üçün işlər müvəffəqiyyətlə davam etdirilir.
Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının apardığı tədqiqatın nəticəsinə uyğun olaraq, 2014-cü ildə “Elektron Hökumət”in inkişaf səviyyəsinə görə dünya ölkələri üzrə reytinq cədvəlində Respublikamız 193 ölkə arasında 68-ci yeri tutmuşdur. Qeyd edək ki, reytinqdə Azərbaycan bu sahədə daha çox illər təcrübəsi olan Serbiya, Çin, Türkiyə, Bolqarıstan və s. kimi ölkələrdən öndədir.

“Elektron hökumət” portalından istifadə imkanları gündən-günə genişləndirilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, “Elektron hökumət” portal hazırlanaraq istifadəyə verilib. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Qeyd edək ki, “Elektron hökumət” portalı dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Vətəndaşlara dövlət tərəfindən verilən xidmətlər burada elektron mühitdə təqdim edilir. “Elektron hökumət” ilk növbədə insanların rahatlığına xidmət edir. Belə ki, dövlət xidmətləri vətəndaşa ən asan, ən qısa zaman ərzində çatdırılır. “E-gov.az” portalı bu gün bir çox sahələrdə insanların işini tezləşdirib. Portal vasitəsi ilə hətta elektron kredit əsasından bankdan kredit almaq belə mümkündür. “Elektron hökumət” Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, o cümlədən hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır. Qeyd edək ki, “Elektron hökumət” portalından istifadə imkanları gündən-günə daha da genişləndirilir. Hazırda portalda olan xidmətlərin sayı 380-i keçib. 


"Elektron hökumət” portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadəni asanlaşdırmaq məqsədilə video-təlimatlar da yerləşdirilib. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron Hökumət” portalı vasitəsilə təqdim etdiyi "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti üçün hazırlanıb. Video-təlimatda elektron xidmətdən istifadə qaydaları üzrə metodik göstərişlər öz əksini tapıb.
“Elektron hökumət” sisteminin daha da inkişaf etdirilməsi və ölkəmizin bu sahədə dünya ölkələri arasında özünə layiq yeri tutması üçün görülən məqsədyönlü tədbirlər və bu proseslərə dövlətimizin yaxından dəstəyi əminliklə söyləməyə əsas verir ki, bu sistem uğurla inkişaf edəcək və ölkə vətəndaşlarının rahatlığına və rifahına xidmət edəcək.


Fuad Hüseynzadə

P.S. Məqalə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin elan etdiyi "Mənim Elektron Hökumətim” müsabiqəsinə təqdim edilir.http://www.palitranews.az/photos/10805320_10201942505724709_1341024304_n_1415707380.jpg







: Upload -> MeqaleFiles2014
MeqaleFiles2014 -> Elektron Hökumət: çətinmi, asan-mı?
MeqaleFiles2014 -> Mənim Elektron Hökumətim
MeqaleFiles2014 -> Elektron Hökumət – vətəndaşların ümid yeri
MeqaleFiles2014 -> Yüksək texnologiyaların dərin humanist izləri Yaxud Azərbaycanda “Elektron hökumət” necə fəaliyyət göstərir?
MeqaleFiles2014 -> Elektron hökumət vətəndaşların mənafeyinə hesablanan bir sistemdir Elektron hökumətin inkişafı ilə Azərbaycanda rüşvətsiz idarəetmə sisteminin yaradılması mümkün olacaq
MeqaleFiles2014 -> Elektron hökumət”: məmur-vətəndaş münasibətlərində şəffaflığın qarantı
MeqaleFiles2014 -> Elektron hökumət
MeqaleFiles2014 -> Bir toxunuşla döVLƏt eviNİZDƏ Giriş
MeqaleFiles2014 -> Mənim elektron hökumətim
MeqaleFiles2014 -> Mənim elektron hökumətim


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə