İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


“ASSOŞİEYTED PRESS” AGENTLİYİNİN MÜXBİRİNƏ MÜSAHİBƏ



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə19/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   15   16   17   18   19   20   21   22   ...   86

40 
 
 
“ASSOŞİEYTED PRESS” AGENTLİYİNİN MÜXBİRİNƏ MÜSAHİBƏ 
 
15 avqust 2003-cü il 
 
S u a l: Tamamilə aşkar bir məsələdir, seçkiqabağı kampaniya ərəfəsində hər bir kəs gözləyə bilər 
ki, yeni prezident Siz olacaqsınız. Bunu çoxları gözləyir. Necə bilirsiniz, Azərbaycanın növbəti prezidenti 
nə ilə  qarşılaşmalı olacaqdır? 
C a v a b: Bilirsinizmi, qarşıdakı seçkilər barədə çox müxtəlif informasiyalar yayırlar. Mən isə əminəm ki, 
prezident Heydər  Əliyev növbəti seçkilərdə  iştirak edəcəkdir. O buna hazırdır. Prezident müalicədən sonra 
qayıdacaq və seçkiqabağı kampaniyada iştirak etmək iqtidarında olacaq və seçkilərdə qalib gələcəkdir. Axı 
ölkəmizin xalqı onu dəstəkləyir, ona inanır, fəaliyyətini layiqincə qiymətləndirir. Bu isə inanmağa əsas verir ki, 
məhz Heydər  Əliyev prezident seçiləcəkdir. Bundan əlavə, Prezidentin seçilməsinə yardımçı olmaq üçün bir 
namizəd kimi mən də seçkilərdə iştirak etməyə razılıq vermişəm. Bu gün üçün planımız belədir.  
S u a l: Siz namizədliyinizi geri götürmək fikrindəsinizmi? Əgər belədirsə, onda nə vaxt? 
C a v a b: Bəli, belədir. Amma bunu nə vaxt edəcəyimi sizə deyə bilmərəm, çünki seçkiqabağı kampaniyada 
iştirak etməliyəm. Müəyyən bir mərhələdə öz namizədliyimi geri götürməyi nəzərdə tuturam. Əminəm ki, 
Prezident seçkilərdə iştirak edə biləcəkdir. 
S u a l: Elə ola bilərmi ki, atanız öz namizədliyini Sizin xeyrinizə geri götürsün? 
C a v a b: Bu mümkündür. Amma yalnız o halda ki, Prezidentin səhhəti ona seçkilərdə iştirak etməyə imkan 
verməsin.  Şükürlər olsun ki, biz xəstəxanadan nikbin ovqat doğuran məlumat almışıq. Mən onunla dünən 
danışmışam. Ümumiyyətlə, biz hər gün danışırıq. Vəziyyəti yaxşılaşır, ona görə də çox ümid bəsləyirik ki, o, 
seçkilərdə iştirak edə biləcəkdir. 
S u a l: Siz bölgələrdə seçkiqabağı kampaniyaya nə vaxt başlamaq fikrindəsiniz?  Ən başlıcası, Siz 
seçicilərə nə təklif edəcəksiniz? 
C a v a b: Deməliyəm ki, seçicilər məni artıq neçə illərdir tanıyırlar. 1994-cü ildən mən ölkədə gedən bütün 
ən mühüm iqtisadi və siyasi proseslərə cəlb olunmuşam. Bu vəzifəyə təyin edilməzdən əvvəl də mənim çoxlu 
vəzifələrim vardı. Mən bölgələrə tez-tez gedirəm, ölkədəki vəziyyətə  bələdəm və xalq məni tanıyır. Odur ki, 
özümü təqdim etməyə elə bir ehtiyac yoxdur. Mən xalqın arasına çıxanda insanlara çatdırmaq üçün özümlə 
ancaq bir müraciət götürəcəyəm – müraciətdə deyiləcək ki, gələcək inkişaf üçün prezident Heydər  Əliyevin 
apardığı siyasətin davam etdirilməsi son dərəcə vacibdir. Əgər bu siyasət davam etdirilməsə, ölkə yenidən 
anarxiya və qeyri-sabitlik həddinə gəlib çıxacaqdır. Əminəm ki, seçicilər bunu gözəl başa düşürlər. Bu, indiki 
siyasəti davam etdirəcək hökuməti onların dəstəkləməsinin səbəblərindən biridir. Bu da çox vacibdir. Biz çox 
layihələr həyata keçirməliyik, çünki Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, demokratikləşmə prosesi 
davam edir. Bütün bunlar dayandırılmamalıdır. Xalqa müraciətimin mahiyyəti də məhz bundan ibarətdir.  
S u a l:  Siz davam etdirilməli olan bütün müsbət hallardan danışırsınız. Amma cəmiyyətdə başqa 
məsələlər də var. Ölkənizdə  bəziləri müxalifətdədir və Sizin Baş nazir vəzifəsinə  təyin olunmağınıza 
müsbət yanaşmırlar. Necə bilirsiniz, prezidentin səlahiyyətlərini yerinə yetirməli olduğunuz bir vəziyyət 
yaransa, onlar bunu sakit qarşılayacaqlar?  
C a v a b: Düşünmürəm ki, onlar hər hansı ciddi addımlar atmaq iqtidarında olsunlar. Çünki əhalinin 
əksəriyyəti bizi dəstəkləyir. Bu yaxınlarda aparılmış ictimai rəy sorğusu prezident Heydər  Əliyevin və onun 
siyasətinin hər yerdə dəstəkləndiyini təsdiqləmişdir. Bu cür sorğuları ABŞ təşkilatları da aparmışlar.  
Bu gün Azərbaycanda müxalifət azlıqdadır. Onların iyirmidən çox partiyada təmsil olunmaqlarına 
baxmayaraq, keçirdikləri müxtəlif mitinqlərə heç vaxt üç min adam da toplaya bilmirlər. Müxalifətçilər elə 
təsəvvür  yaratmağa çalışırlar ki, guya onların hansısa bir sosial bazası var. Əslində isə, belə bir şey yoxdur. 
Onlar nə  qədər can atsalar da, ölkədə  vəziyyətin inkişafına təsir göstərmək iqtidarında deyillər və sabitliyin 
pozulmasına səbəb ola bilməzlər. Müxalifətin cəmiyyətdə sosial gərginlik yaradacağı barədə sözləri, olsa-olsa, 
təəssüf doğurur. Məlumdur ki, bu adamların cəmiyyətə  təklif edə biləcəkləri yeganə bir şey varsa da, o da 
bunların cəmiyyətdə sabitliyi pozmağa çalışmasıdır. Lakin, əvvəla, onlar buna qadir deyillər, ikincisi isə, onlara 
imkan verməzlər. Bugünkü müxalifəti təmsil edən adamlar 10 il əvvəl hakimiyyətdə olmuşlar. Onlar 
hakimiyyətdə vur-tut bir il qala bildilər, nəticədə isə ölkəni anarxiyaya və  vətəndaş müharibəsinə  gətirib 
çıxartdılar. Ona görə  də xalq onlara inanmır. Üstəlik, on ildir müxalifətdə olan bu adamlar siyasi mübarizəni 
sivil üsullarla aparmağı, hökumətlə ünsiyyətin yeni yollarını axtarmağı öyrənməmişlər. Əgər siz onların adlarına 
diqqət yetirsəniz görərsiniz ki, onlar düşmənçiliyə üstünlük verirlər - məsələn, Xalq Cəbhəsi. 
Ötən əsrin 90-cı illərinin əvvəllərində, əslində, bütün postsovet respublikalarında xalq cəbhələri yaradılmışdı. 
İndi isə onlar, Azərbaycandan savayı, heç yerdə yoxdur. Yenə cəbhələr. Düşünürəm ki, daha bəsdir. Azərbaycan 
sabit iqtisadiyyata malik ölkədir, beynəlxalq birliyin bir hissəsidir, Avropa Şurasının üzvüdür, iri beynəlxalq 


41 
 
layihələrin iştirakçısıdır, NATO-nun “Sülh naminə  tərəfdaşlıq” proqramının fəal üzvüdür, Avropa Birliyi ilə 
yaxşı münasibətlərimiz var, daha yaxından inteqrasiya üçün bir sıra addımlar atmışıq. Biz, bir tərəfdən, 
milyonlarla dollar sərmayə qoyulmuş Bakı–Tbilisi–Ceyhan beynəlxalq layihəsi kimi nailiyyətlərə malikik, digər 
tərəfdən isə, belə maneələrlə üzləşirik. Zənnimcə, bəsdir. Xalq bundan nə qədər əzab-əziyyət çəkməlidir?! Biz 
hamımız əminik və şəxsən mən də əminəm ki, indiki iqtidarın siyasəti əhali tərəfindən dəstəklənir, ona görə də 
bu siyasət davam etdirilməlidir. Biz ölkədə vəziyyətin daha da yaxşılaşması üçün yorulmadan çalışacağıq.  
S u a l: Sizcə, nəyisə təkmilləşdirmək lazımdırmı?  
C a v a b: Çox şey. Mənə elə  gəlir ki, başlanılmış olan nə varsa, onların hamısı davam etdirilməlidir. 
Məsələn, biz iqtisadi islahatlara başlamışıq, iqtisadiyyatın özəlləşdirilməsi və  sərbəstləşdirilməsi proqramını 
həyata keçiririk, sahibkarlar üçün yaxşı imkanlar yaradırıq. Bunların hamısı daha geniş miqyasda davam 
etdirilməlidir. Hökumətin yardımı ilə qeyri-neft sektoru da inkişaf etməlidir.  
Neft sektorundakı böyük nailiyyətlərimiz buna zəmin yaradır. Ümumiyyətlə, bəzi qonşu dövlətlərlə 
müqayisədə, iqtisadi vəziyyət müsbətdir. Biz ÜDM-in təxminən 10 faiz artımına nail olmuşuq. Biz birbaşa 
xarici sərmayələrin cəlb edilməsində liderik, əlverişli sərmayə mühiti yaradılmışdır, milyardlarla dollar 
məbləğində  sərmayələr var. Odur ki, bizə ancaq ən  əsas məqsədimizə – əhalinin həyat səviyyəsinin 
yüksəldilməsinə nail olmaq yolu ilə irəliləməyi davam etdirmək qalır. Bu, bir nömrəli vəzifədir. 
S u a l: Əlbəttə, Dağlıq Qarabağ problemi indi, tezliklə, yaxud 2008-ci ildə seçiləcək prezident üçün 
yenə də aktual olaraq qalacaqdır. Siz hesab edirsinizmi ki, bu münaqişənin həllinə imkan var?  
C a v a b:  Əlbəttə. Mən  əminəm ki, bu münaqişənin həlli üçün bütün imkanlar var. Beynəlxalq birlik 
regionda sülhün bərqərar edilməsində maraqlıdır. Amma sülh hər hansı faydanın olmasına və ya yoxluğuna 
əsaslana bilməz. Əgər sülh tərəflərdən birini qane edirsə və digər tərəfin mənafelərinə ziddirsə, bu halda sülh 
əldə oluna bilməz. Bu, mümkün deyildir. İlk növbədə, işğal edilmiş bütün ərazilər bizə qaytarılmalıdır, Dağlıq 
Qarabağa dair ardıcıl danışıqlara artıq bundan sonra başlamaq olar. Ərazi bütövlüyümüz tanınmışdır, 
pozulmazdır və məsələnin dincliklə həlli yalnız bu bəndlərə əməl edilməsi şərtilə mümkündür. Biz müharibədən 
zərər çəkmişik,  ərazimizin 20 faizi işğal edilibdir, ölkədə bir milyondan çox qaçqın-köçkün var. Lakin buna 
baxmayaraq, Azərbaycanda iqtisadi inkişafda böyük tərəqqi  əldə edilmişdir.  Ərazilərimizi işğal etmiş 
təcavüzkar ölkə olan Ermənistan isə  dərin iqtisadi böhran keçirir. Əhalinin baş götürüb köçdüyü bu ölkədə 
hökm sürən vəziyyətə  nəzər salsaq görərik ki, burada iqtisadiyyat bərbaddır, ölkə tamamilə xarici yardımdan 
asılıdır. Bir sözlə, qoy onlar mövcud olmayan üstünlük barədə xülyalarla özlərinə  təsəlli verməsinlər. 
Azərbaycan isə, bir milyondan artıq  əhalisinin qaçqın-köçkün vəziyyətində olmasına baxmayaraq, uğurlar 
qazanır. Qeyd edim ki, hökumət onlara qayğı göstərir. Bir sözlə, nə qədər çox vaxt keçsə, ölkəmiz bir o qədər 
güclü olacaqdır. Ermənistanın isə regional əməkdaşlıq olmadan iqtisadi inkişaf perspektivi yoxdur. 
Dağlıq Qarabağ  məsələsi həll edilməyincə, Ermənistanla hər hansı regional əməkdaşlıqdan söhbət gedə 
bilməz. Bunda hər iki tərəf maraqlı olmalıdır. Əminəm ki, münaqişə tezliklə sülh yolu ilə həll ediləcəkdir.  
S u a l: Siz Dağlıq Qarabağın müstəqillik statusuna malik olmasını fərz edə bilərsinizmi?  
C a v a b:  Əlbəttə ki, yox və yenə  də yox! Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. 
Azərbaycan öz sərhədləri daxilində tanınmışdır. Biz Avropadakı dövlət quruluşlarını misal çəkə bilərik, axı bir 
çox ölkələrdə muxtar vilayətlər var. Odur ki, biz məsələnin həlli yolunu yalnız bu istiqamətdə axtarmalıyıq. 
Azərbaycanın  ərazi bütövlüyü toxunulmazdır, üstəlik, daha bir erməni dövlətinin mövcud olması mümkün 
deyildir. Ermənistanın irəli sürdüyü ideyalar bundan ibarətdir ki, guya Dağlıq Qarabağın  əhalisi öz müqəd-
dəratını  təyin etmək istəyir. Halbuki ermənilər öz müqəddəratını artıq müəyyən etmişlər, onların müstəqil 
dövləti var – Ermənistan Respublikası. Dünyada ikinci erməni dövləti ola bilməz, deməli, Dağlıq Qarabağın 
müstəqilliyi yolverilməzdir. Dağlıq Qarabağ tarixən Azərbaycan  ərazisidir və o, ancaq yüksək muxtariyyət 
statusuna malik ola bilər. Biz öz mövqeyimizi dəfələrlə izah etmişik, o da bundan ibarətdir ki, biz Dağlıq 
Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırıq. 
S u a l: Azərbaycanın ən mühüm müttəfiqi kimdir?  
C a v a b:  Ən mühüm müttəfiqlərimiz, zənnimcə, Birləşmiş Ştatlar və Türkiyədir. Birləşmiş Ştatlarla çox 
yaxşı münasibətlərimiz var və biz onunla energetika sahəsində  sıx  əməkdaşlıq edirik. Biz energetika 
layihələrimizi məhz ABŞ-dan aldığımız dəstək sayəsində gerçəkləşdirə bilmişik. Biz İraqda müharibə zamanı 
ABŞ-la koalisiyada da olmuşuq. Türkiyəyə  gəldikdə, o, ən yaxın dostumuzdur, sıx siyasi, iqtisadi və  mədəni 
münasibətlərimiz və  əlaqələrimiz olan ölkədir. Bütün bunlar hər iki ölkənin rifahına xidmət edir. Biz 
qonşularımızla, ilk növbədə, Rusiya ilə əməkdaşlığa da böyük diqqət yetiririk. Çox məmnunuq ki, son üç ildə 
Rusiya ilə münasibətlərimiz yaxşılaşmışdır. Çox narahat idik ki, Rusiyanın  əvvəlki rəhbərliyi Ermənistanı 
birtərəfli qaydada dəstəkləyərək Dağlıq Qarabağ münaqişəsi məsələsində tarazlı siyasət aparmırdı. Lakin indiki 
rəhbərliyin mövqeyi tarazlıdır. Biz münasibətlərimizi xeyli yaxşılaşdırmağa müvəffəq olmuşuq və bu faktdan 
məmnunuq. İstərdik ki, yaxın qonşularımızın hamısı ilə yaxşı münasibətlərimiz olsun. Bilirsinizmi, mən misal 
olaraq üç ölkənin adını  çəkdim. Axı çox rəmzidir ki, bu yaxınlarda Ankarada olan Prezidentimiz həkimlərin 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə