İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə22/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   18   19   20   21   22   23   24   25   ...   86

47 
 
müddətdir. Həmin müddət  ərzində  həm ölkəni yaxşı tanımaq olur, həm də uzunmüddətli layihələri həyata 
keçirmək mümkündür.  
Azərbaycan parlamenti ilə yaratdığımız struktur ölkəniz haqqında kifayət qədər məlumatlar toplamağa və 
fəaliyyətimizi istənilən səviyyədə qurmağa imkan verəcəkdir. Artıq Konqresdə Azərbaycanla  əlaqələrə 
cavabdeh olan bir qurum formalaşmışdır ki, bu, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə 
malikdir. Bu qurum Azərbaycan haqqında məlumatları öyrəndikdən sonra digər konqresmenləri burada olan 
vəziyyətlə tanış edəcək və ölkənizə olan maraq daha da artacaqdır. Biz Azərbaycanla əlaqələri inkişaf etdirməyi 
bundan başlamaq istəyirik. 
Mən 17 il bundan əvvəl Konqresə seçilərkən konqresmenlərin bir çoxu Azərbaycanın harada olduğunu 
xəritədə göstərə bilmirdilər.  İndi isə konqresmenlər ölkəniz haqqında kifayət qədər məlumatlıdırlar. Hesab 
edirəm ki, bizim bu işə kifayət qədər köməyimiz ola bilər. Əgər biz Azərbaycan haqqında ədalətli və düzgün 
fikir formalaşdıra biləriksə, bu, ölkələrimiz arasında münasibətlərin inkişafında önəmli rol oynayacaqdır. 
Biz fəaliyyətimizi bütün sahələrə yönəltməyi planlaşdırırıq. Kənd təsərrüfatı, səhiyyə, təhsil, iqtisadiyyat, 
ekologiya, müdafiə, mədəniyyət sahələrində  əməkdaşlıq olduqca vacibdir. Biz belə hesab edirik ki, 
ölkələrimizin universitetlərini, təhsil ocaqlarını bir-birinə yaxınlaşdırmalıyıq. Həkimlər arasında praktikanı 
təkmilləşdirmək üçün onların işbirliyini təşkil etməliyik. Bundan başqa, qeyri-hökumət təşkilatları arasında sıx 
əlaqələr qurulmalıdır. Bütün bunların həyata keçirilməsi üçün imkanlarımızdan istifadə edərək, lazımi fondların 
yaradılmasını düşünürük. Bu fondların köməyi ilə ölkənizdə adı çəkilən sahələr lazımi səviyyəyə çatdırılacaqdır. 
Cənab Baş nazir, bizim bu səfərimiz tamamilə xalq tərəfindən maliyyələşdirilmişdir. Səfəri maliyyələşdirən 
“Vətəndaş və İnkişaf Fondu” heç də ABŞ hökumətinin təşəbbüsü ilə bizə vəsait ayırmamışdır. Bu, Konqresin 
təşəbbüsü ilə ayrılan vəsaitdir və əsas məqsəd ondan ibarətdir ki, biz sizin ölkədə olan tədqiqatçılara yaxından 
kömək edək və onlar bizim mütəxəssislərlə yeni texnologiyaların inkişafını  təmin etmək sahəsində birlikdə 
işləsinlər. Sizə  məlum olduğu kimi, yeni texnologiyaların inkişafı yeni iqtisadi imkanlar deməkdir. Təkrar 
etmək istəyirəm ki, bu, heç də Ağ evin deyil, Konqresin təşəbbüsüdür. Biz fəaliyyətimizi məhz bu cür imkanlar 
hesabına qurmaq istəyirik.  
Sonda onu bildirmək istəyirəm ki, mənim Moskvada olan həmkarım Adil Bağırov bizi əmin etdi ki, mütləq 
Azərbaycana səfər etmək lazımdır. Deməliyəm ki, bundan əvvəl biz altı ölkədə olduq, lakin Azərbaycandakı 
qədər qonaqpərvərlik görməmişik. Biz burada Amerika ilə möhkəm əlaqələr yaratmaq arzusu ilə rastlaşdıq.  
Cənab Baş nazir, liderliyinizə və ölkənizi inkişafa apardığınıza görə Sizə minnətdarlığımı bildirirəm. 
S o l o m o n  O r t i z (Demokratlar Partiyasından Konqresin üzvü): Cənab Baş nazir, mən də  səmimi 
qəbula görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Düşünürəm ki, bu görüş ölkələrimiz arasında 
münasibətlərin tarixi bir dönəmində baş verir. Hər hansı bir işə başlamazdan əvvəl, ilk addım həmişə çox böyük 
əhəmiyyətə malikdir. Bu əlaqələri inkişaf etdirməkdə  məqsədimiz ölkələrimiz üçün ən vacib məsələləri 
müəyyənləşdirməkdir. Deməliyəm ki, səfir Ueldon və  mən eyni qrupda çalışırıq. Bu, Sinqapur qrupudur. 
Birləşmiş Ştatlar nəhəng dövlət olmasına baxmayaraq, bizim yalnız dörd ticarət razılığımız vardır. Bunun səbəbi 
ondan ibarətdir ki, bizə qarşı müxtəlif mənbələrdən müqavimət var. Sinqapurla, Çinlə  hər iki tərəfdən razılıq 
olduğuna görə, biz ticarət müqaviləsi bağlamışıq. Bu ölkələrdən  əlavə, Rumıniya və Tayvanla olan ticarət 
əlaqələrimizi digər ölkələrə də şamil etmək istərdik. 
Bizim aramızda oxşarlıq ondan ibarətdir ki, mənim seçildiyim Texas ştatında da həm dəniz, həm də neft 
vardır. Biz ölkələrimiz arasındakı münasibətlərin mümkün qədər möhkəmlənməsini istəyirik. 
Cənab Baş nazir, bir daha Sizə təşəkkür edirəm. 
K u r t   U e l d o n: Cənab Baş nazir, bir daha bu görüşə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. 
Bilirəm ki, Sizin vaxtınız çox məhduddur, lakin bu sözləri Sizə çatdırmağı lazım bildik. 
Sizi yeni təyinatınız münasibətilə bir daha təbrik edirəm. Biz bilirik ki, Siz bu vəzifənin öhdəsindən layiqincə 
gələcəksiniz. Əminəm, bir çox ölkələrin xalqları arzulayırlar ki, onların da Sizin kimi bacarıqlı, beş dildə danışa 
bilən, müxtəlif mövzulara dair geniş bilgilərə malik, geniş dünyagörüşlü bir lideri olsun. Hesab edirəm ki, bu 
sarıdan Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə Sizin kimi lider qismət olmuşdur. Azərbaycan indi tarixi 
bir dövrünü yaşayır. Ölkənizin yeni bir dövrə  qədəm qoyduğu bir vaxtda xalqınıza məhz Sizin kimi lider 
lazımdır. İnanıram ki, Siz Azərbaycana layiqincə xidmət edəcək, ölkənizə atanız qədər sadiq olacaqsınız, onun 
inkişafını  təmin edəcəksiniz. Xüsusilə, seçkilər  ərəfəsində Sizin kimi bacarıqlı  və savadlı adamın ölkəyə 
rəhbərlik etməsi böyük əhəmiyyət daşıyır. İnanıram ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçəcəkdir. 
Yenə də hamımız bu görüşə görə Sizə minnətdarlığımızı bildiririk və atanızın tezliklə sağalması üçün dua 
edirik. 
 İ l h a m   Ə l i y e v: Çox sağ olun. İcazə versəniz, mən bildiyim dillərin birində, çox sevdiyim ingilis 
dilində cavab verərdim. Xoş sözlərinizə, atam haqqındakı sözlərinizə görə minnətdarlığımı bildirirəm. O, indi 
Birləşmiş  Ştatlarda müalicədədir. Azərbaycan xalqı, bizim ailəmiz və  mən bu çətin günlərdə ona göstərilən 
qayğıya görə Birləşmiş Ştatlara minnətdarıq. Prezidentin səhhəti yaxşılığa doğru dəyişir, o, çox yaxşı müalicə 


48 
 
alır. Biz ümid edirik ki, tezliklə Vətənə qayıdacaqdır. Azərbaycanın ona ehtiyacı var və bundan sonra da uzun 
illər boyu ehtiyacı olacaqdır. Məhz onun liderliyi sayəsində müasir ölkə, müasir Azərbaycan yarandı. 
Siz dediniz ki, altı ölkədə olmusunuz və Azərbaycan onların arasında sizə ən yaxşı təəssürat bağışlayıbdır. 
Təsəvvür edə bilərsiniz ki, biz bunu eşitməkdən nə  qədər qürur hissi keçiririk. Bunların hamısı  cənab 
Prezidentin liderliyi, onun fəaliyyəti nəticəsində başa gəlmişdir və bütün bunlar tariximizin çox cətin, bəzən 
dramatik və  təhlükəli dönəminə  təsadüf edirdi. Ümidvarıq ki, həmin cətin, qeyri-sabit və qarmaqarışıq dövr, 
iqtisadi və sosial böhran həmişəlik olaraq keçmişdə qalacaqdır. Biz gələcəyə nikbin baxırıq, müasir, sivil, 
demokratik ölkə qurmaq üçün yaxşı potensialımız, möhkəm iradəmiz lazımdır. Mənim haqqımda söylədiyiniz 
sözlərə görə sizə çox minnətdaram. Dedikləriniz mənim üçün çox önəmlidir və fəaliyyətim boyu çalışacağam ki, 
mənə inanan adamları daim sevindirim. 
Cənab konqresmen, siz ABŞ Konqresinin rolunu qeyd etdiniz. Biz Konqresin nə  dərəcədə vacib rol 
oynadığını bilirik və hesab edirik ki, onunla qarşılıqlı münasibətlər, əlaqələr və anlaşma çox vacibdir. Birləşmiş 
Ştatların hökuməti ilə də bizim çox gözəl münasibətlərimiz var. Son zamanlar həyata keçirilən birgə tədbirlər 
bizim nə dərəcədə yaxın olduğumuzu və Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirir.  
Lakin keçmişdə, Azərbaycan hələ yenicə müstəqil dövlət kimi tanındıqda ABŞ-da bizim haqqımızda kifayət 
qədər məlumat yox idi. Bundan əlavə, bəziləri, yumşaq desək, Azərbaycana dost münasibətləri olmayanlar, bəzi 
lobbiçilər bizim tanınmağımızda çox mənfi rol oynadılar. Bilirik ki, Konqresin hər dəfə  qəbul etdiyi qərarı 
dəyişmək nə dərəcədə çətindir. Mən 907-ci maddəni nəzərdə tuturam. Buna görə də bütün bu müddət ərzində 
biz çalışmışıq ki, Birləşmiş  Ştatlar Konqresi ilə münasibət yaradaq, bizim mövzumuzu, mövqeyimizi onun 
gündəliyinə gətirək. Bu nöqteyi-nəzərdən bu gün burada baş verən hadisə, özünüzün dediyiniz kimi, tarixi andır. 
Bu gün iki parlament arasında əlaqələrin yeni mərhələsi başlayır. Biz bu əlaqələrin gələcəyinə nikbin baxırıq. 
Əminəm ki, Konqres üzvləri ilə Milli Məclis üzvlərinin birbaşa münasibətləri daha çox anlaşıqlığa səbəb ola-
caqdır. Düşünürəm ki, ölkəmizə nəyin lazım olduğu, məqsədimizin nədən ibarət olduğu, hansı yolda olduğumuz 
başa düşüləcəkdir. 
Bu qrupun geniş səpkidə fəaliyyət göstərmək, yəni bizim üçün adi, gündəlik xarakter daşıyan işlərlə yanaşı, 
kənd təsərrüfatından təhsilə  qədər digər sahələrlə  də  məşğul olmaq niyyəti bizi ruhlandırır. Hesab edirəm ki, 
birgə məqsədlərə nail olmaq üçün əlbir işləməyin böyük potensialı vardır. 
Vaxt tapıb ölkəmizə  gəldiyinizə görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Belə  səfərlər nə 
qədər çox olarsa, insanlarımız, qanunverici orqanların üzvləri bir-birlərini daha çox anlayarlar. Birləşmiş 
Ştatlarla münasibətlər Azərbaycan üçün ən böyük prioritet təşkil edir. ABŞ bizim üçün strateji tərəfdaşdır. Bu 
seçimi biz on il bundan əvvəl etmişik və bu müddətdə etibarlı tərəfdaş olduğumuzu yalnız sözdə deyil, əməli 
işdə də sübuta yetirmişik. Biz göstərmişik ki, Birləşmiş Ştatlarla dost ölkəyik. 
Bir daha sağ olun, sizə uğurlar arzulayıram. 
 
GÖRÜŞDƏN SONRA  JURNALİSTLƏRİN  
SUALLARINA CAVAB 
 
S u a l: İlham müəllim, cənab Prezidentlə bağlı son məlumatları öyrənmək istərdik. Belə bir xəbər 
yayılıb ki, guya Gülhanədə müalicəni gecikdiriblər. Bu doğrudurmu? 
C a v a b:  Cənab Prezidentin səhhəti günü-gündən yaxşılaşır, müalicə davam edir. Ancaq hələ müalicəyə 
ehtiyac vardır. Yaxşılığa doğru çox müsbət dəyişikliklər müşahidə olunur. Mən də bir neçə gün Amerikada 
olarkən cənab Prezidentlə birlikdə idim, onunla bütün məsələləri müzakirə edirdik, onun üçün videomateriallar 
aparmışdım. Bu, Azərbaycanın xalq mahnılarından ibarət idi. Hər  şey yaxşı gedir, narahatlığa heç bir əsas 
yoxdur. İnanıram ki, yaxın vaxtlarda cənab Prezident Vətənə dönəcəkdir. Hesab edirəm ki, o, sağlamlığını tam 
bərpa edib Vətənə dönməlidir, müalicəni yarıda saxlamaq lazım deyildir. 
S u a l: Siz ABŞ-da apardığınız danışıqlarda Dağlıq Qarabağla bağlı məsələləri müzakirə etdinizmi? 
C a v a b: Əlbəttə, bu barədə söhbətimiz olmuşdur. ABŞ bu məsələyə çox ciddi yanaşır. Biz hamımız başa 
düşürük ki, bu problem həll olunmasa, regionda sülhdən söhbət gedə bilməz. Regionda sülhün yaranması həm 
bizim üçün, həm Ermənistan üçün, həm də ABŞ üçün lazımlıdır. Əminəm ki, Birləşmiş Ştatlar bu istiqamətdə 
öz səylərini davam etdirəcəkdir. Yəqin ki, seçkilərdən sonra hər hansı bir real addımlardan söhbət gedə bilər. 
S u a l: İlham müəllim, növbəti  əfv fərmanından sonra Avropa Şurası Parlament Assambleyasında 
münasibət necə olacaqdır? 
C a v a b: Yəqin ki, yaxşı olmalıdır. Əlbəttə, əfv fərmanı bizim tərəfimizdən atılan böyük bir addımdır. Hər 
dəfə belə bir addım atılanda Avropa Şurası bunu qiymətləndirir. Hesab edirəm ki, münasibət yaxşı olmalıdır. 
S u a l: İlham müəllim, apardığınız seçkiqabağı videomateriallardan cənab Prezidentin xoşu gəldimi? 
C a v a b: O, təkcə seçkiqabağı materiallar deyildir. Bizim mahnılarımız, Azərbaycanda bəzi hadisələrin 
videoyazıları onun xoşuna gəlmişdir. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə