İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə23/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   19   20   21   22   23   24   25   26   ...   86

49 
 
S u a l: Ola bilərmi ki, YAP-ın iki namizədindən biri könüllü olaraq öz namizədliyini geri götürsün və 
yaxud YAP-dan vahid namizəd kimi Siz seçiləsiniz? 
C a v a b: Mən hesab edirəm ki, seçkilərdə vahid namizəd kimi Heydər  Əliyev iştirak edəcəkdir. Məndə 
buna tam əminlik vardır. Əsas məsələ odur ki, onun səhhəti buna imkan versin. Mən əminəm ki, səhhəti buna 
imkan verəcək, həkimlərin rəyi də məhz belədir. 
 
 


50 
 
 
FRANSA SENATININ QAFQAZ ÜZRƏ  
DOSTLUQ QRUPUNUN SƏDRİ  
AMBRUAZ DÜPONUN BAŞÇILIQ ETDİYİ  
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
1 sentyabr 2003-cü il 
   
İ l h a m   Ə l i y e v: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Fransa Senatının Qafqaz qrupunun 
fəaliyyəti bizə bəllidir. Biz bu fəaliyyəti çox yüksək qiymətləndiririk və ölkələrimiz arasında mövcud olan dostluq, 
mehribanlıq münasibətlərinin formalaşmasında sizin əməyiniz çox böyükdür. 
Ümumiyyətlə, ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Biz müxtəlif sahələrdə 
əməkdaşlıq edirik. Azərbaycan və  Fransa prezidentləri arasında da dostluq münasibətləri mövcuddur və bu, 
ölkələrimizi daha da yaxınlaşdırır. 
Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədridir və təbii ki, bu qrupun fəaliyyətində böyük rol oynayır. 
İstərdik ki, Fransanın Minsk qrupunda rolu bundan sonra da yüksək səviyyədə olsun. Biz bilirik ki, sizin ölkəniz 
bu məsələnin həllində böyük səy göstərir və bu səy yəqin ki, bundan sonra da davam edəcəkdir. Əlbəttə, bizim 
böyük ümidlərimiz vardır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin, o cümlədən Fransanın səyləri 
nəticəsində yaxın zamanlarda bu münaqişəyə son qoyula bilər. 
Fransa  şirkətləri Azərbaycanda çox geniş  fəaliyyət göstərir. Bir çox iri fransız  şirkətləri neçə ildir ki, 
Azərbaycanda bizimlə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlığı çox uğurlu hesab edirik və Fransa şirkətlərinin 
buradakı fəaliyyətindən çox məmnunuq. İstərdik ki, gələcəkdə bu fəaliyyət daha da genişlənsin. 
A m b r u a z   D ü p o n: Səmimi qəbula görə Sizə  təşəkkür edirik. Biz buraya Fransa Senatının Fransa-
Azərbaycan dostluq qrupu çərçivəsində səfərə gəlmişik. 
Cənab Baş nazir, Siz Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətini çox yüksək qiymətləndirdiniz. Mən 
də öz növbəmdə dostluq qruplarının fəaliyyəti barədə    danışmaq istərdim. Azərbaycan tərəfindən dostluq 
qrupuna rəhbərlik edən xanım Gülər  Əhmədova bizim qrupu çox yaxşı  məlumatlandırır və biz onun 
fəaliyyətindən çox razıyıq. Eyni zamanda, biz bilirik ki, Azərbaycan hazırda seçkiqabağı dövr yaşayır. Fransa 
seçkiqabağı prosesləri diqqətlə izləyir və bu seçkilərin keçirilməsinə çox diqqətlə yanaşır. 
Qeyd etməliyəm ki, ölkələrimiz arasında dostluq əlaqələri yalnız parlamentlər arasında münasibətlərdən 
ibarət deyildir. Bu əlaqələr ən yüksək səviyyədə həyata keçirilir. Bildiyiniz kimi, prezident Jak Şirakla cənab 
Heydər  Əliyev arasında olan dostluq münasibətləri çox yüksək səviyyədədir. Təbii ki, biz atanızın səhhətinin 
tezliklə yaxşılaşmasını arzulayırıq. 
Siz, eyni zamanda, Minsk qrupunun fəaliyyətinə toxundunuz və bu qrupun Ermənistanla Azərbaycan 
arasında olan münaqişənin aradan qaldırılması sahəsində görə biləcəyi  işlərdən danışdınız. Ermənistanda və 
Azərbaycanda seçkilərlə  əlaqədar münaqişənin həlli prosesi bir qədər dayandırıldı.  İnanırıq ki, seçki prosesi 
başa çatdıqdan sonra Minsk qrupu öz fəaliyyətini yenidən davam etdirəcəkdir. 
Fransa prezidenti Jak Şirak, Fransa Senatının sədri Kristian Ponsle bu məsələyə çox diqqətlə yanaşırlar. 
Cənab Ponsle Cənubi Qafqazın hər üç ölkəsinin parlament sədrlərinin görüşlərini təşkil etmişdir və bu ilin 
sonuna qədər yeni bir görüş təşkil etmək fikrindədir. Bundan başqa, o, bu ilin sonunda Bakıya səfər edəcəkdir. 
Bu səfərdən  əvvəl o, üç ölkənin parlament sədrləri ilə  şəxsən görüşməyi təklif etmişdir. Beləliklə, biz bu 
münaqişənin həll edilməsi üçün əlimizdən gələn köməyi göstərməyə hazırıq. Bilirik ki, Siz də bu problemin 
tezliklə həll olunmasında maraqlısınız. Bildiyiniz kimi, dostluq qrupu Azərbaycanla mütəmadi olaraq əlaqələr 
saxlayır. Bu, iki  il ərzində mənim buraya dördüncü səfərimdir. Sonuncu dəfə mən Fransanın dövlət katibi ilə 
birlikdə ölkənizə səfərə gəlmişdim. Bu səfər iqtisadi məsələlər üzrə müştərək komissiyanın fəaliyyəti ilə bağlı 
idi. 
Deməliyəm ki, biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığa çox mühüm əhəmiyyət veririk. Bu sahədə 
bağlanmış ikitərəfli saziş bizi çox sevindirir. Eyni zamanda, biz digər sahələrdə əldə olunmuş razılaşmalara da 
böyük önəm veririk. 
Mən ölkələrimiz arasında mövcud olan əməkdaşlığın iki vacib sahəsini vurğulamaq istərdim. Bunlardan 
birincisi, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı, yəni, diversikasiyasıdır. Bu, cəmiyyətdə tarazlıq yaradılması 
üçün çox vacib bir amildir. Bizim əhəmiyyətli hesab etdiyimiz ikinci əməkdaşlıq sahəsi mədəniyyətdir. 
Xüsusilə biz burada mədəniyyət mərkəzinin yaradılmasını nəzərdə tuturuq. Bu sahədə iqtisadi inkişaf naziri 
Fərhad  Əliyev bizə çox böyük kömək göstərir. Bunun üçün biz Sizə  təşəkkür edirik. Mədəniyyət sahəsində 
digər bir layihə 2004-cü ilin sentyabr ayında Senatın binasında keçiriləcək rəsm sərgisidir. Bu sərgi vasitəsilə 
biz Azərbaycan incəsənətini təbliğ etmək məqsədi  güdürük. 


51 
 
Mən fərəh hissi ilə demək istəyirəm ki, çox yüksək səviyyəli nümayəndə heyəti ilə yenidən Bakıya 
gəlmişəm. Onları  təqdim etmək istəyirəm. Senator Bertran Oban Fransa müxalifətinin sosialist fraksiyasına 
daxildir, cənab Andre Düye Senatın xarici işlər, müdafiə  və silahlı qüvvələr komissiyasının sədridir. O, bu 
regiona çox yaxşı bələddir, Mərkəzi Asiyanı və Sizin ölkənizin yerləşdiyi regionu yaxşı tanıyır. Senator Patris 
Jelar isə Senatın qanunvericilik komissiyası  sədrinin birinci müavinidir. Gördüyünüz kimi, nümayəndə 
heyətimiz bütün sahələri təmsil edir. Təqdim etdiyim son iki senator parlament çoxluğunu təmsil edən qrupa 
daxildir. 
Cənab Baş nazir, bizi qəbul etdiyinizə görə bir daha Sizə  təşəkkür edirik. Ölkənizdə olduğumuz iki gün 
ərzində çox faydalı görüşlər keçirmişik və bundan sonra da müxtəlif nazirlərlə görüşlərimiz olacaqdır. Demək 
istəyirəm ki, bu səfərlər nəticəsində ölkənizi daha yaxşı tanıyırıq. Məqsədimiz Azərbaycan haqqında 
məlumatları Fransa ictimaiyyətinə çatdırmaqdan ibarətdir. 
İ l h a m   Ə l i y e v: Ətraflı  məlumat üçün sizə təşəkkürümü bildirirəm. Mən bilirəm ki, artıq siz neçə 
gündür ki, ölkəmizdə səfərdəsiniz və hələ bir neçə gün də burada olacaqsınız. 
Dünən siz Quba şəhərində olmusunuz və  hələ digər maraqlı görüşlər də keçirəcəksiniz. Sizə  səfərinizin 
uğurla başa çatmasını arzulayıram. 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə