İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə31/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   27   28   29   30   31   32   33   34   ...   86

67 
 
 
YAPONİYA PARLAMENTİ MÜŞAVİRLƏR PALATASI SƏDRİNİN MÜAVİNİ 
ŞOCİ MOTOOKANIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT  
 
11 sentyabr 2003-cü il    
 
İ l h a m   Ə l i y e v: Hörmətli cənab Motooka!  
Hörmətli qonaqlar! 
Sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz! 
Yaponiya ilə Azərbaycan arasında münasibətlər çox sürətlə inkişaf edir. Biz çox uğurlu  əməkdaşlıq 
edirik. Hesab edirəm ki, bu əməkdaşlıq hər iki tərəfi qane edir. Azərbaycan Respublikasının prezidenti cənab 
Heydər  Əliyevin 1998-ci ildə Yaponiyaya ilk rəsmi səfəri bu münasibətlərə yeni bir təkan vermiş  və sonrakı 
illərdə biz bir çox sahələrdə əməkdaşlıq etmişik. Şadıq ki, Yaponiya Cənubi Qafqaz ölkələrində ilk səfirliyini 
Azərbaycanda açmışdır və o, çox uğurlu fəaliyyət göstərir. 
Eyni zamanda, iqtisadi məsələlər üzrə dövlətlərarası komissiya yaradılmışdır ki, onun fəaliyyəti də çox 
müsbətdir. Bu illər ərzində Yaponiya hökuməti tərəfindən Azərbaycana 400 milyon dollar civarında kredit və 
təqribən 60 milyon dollar məbləğində yardım ayrılmışdır. Yaponiya şirkətləri Azərbaycanın neft sektorunun 
inkişafında fəal iştirak edir, bir neçə layihədə  sərmayəçi kimi fəaliyyət göstərir. Bakı–Tbilisi–Ceyhan kimi  
nəhəng layihədə də Yaponiya şirkətlərinin iştirakı vardır ki, bu da bizi çox sevindirir. Məmnunluq hissi ilə deyə 
bilərəm ki, neft sektorunda əməkdaşlığımızın təməli 1996-cı ildə qoyulmuşdur. O zaman Azərbaycan Dövlət 
Neft  Şirkətinin nümayəndə heyəti Yaponiyaya səfər etmişdi. Nümayəndə heyətinin tərkibində  mən də  iştirak 
edirdim. 
Biz orada çox səmərəli danışıqlar apardıq. Yaponiyanın Azərbaycandakı hazırkı  səfiri ilə  məhz orada 
görüşüb tanış olduq. Onunla geniş söhbətimiz oldu. Bundan sonra Yaponiya neft şirkətlərinin böyük bir heyəti 
Azərbaycana gəldi, buradakı  vəziyyətlə tanış oldu və onları maraqlandıran perspektivli neft strukturları üzrə 
danışıqlara başladı. Nəticədə bir neçə müqavilə imzalandı. 
Ölkələrimizin parlamentləri arasında münasibətlər də uğurla inkişaf edir. Sizin Azərbaycana səfəriniz bunu 
bir daha təsdiq edir. Biz istəyirik ki, Yaponiya – Azərbaycan münasibətləri bütün sahələrdə inkişaf etsin. 
Yaponiya bizim üçün çox mühüm və dost bir ölkədir. Deyə bilərəm ki, biz sizinlə  əməkdaşlıqdan çox 
məmnunuq və gələcəkdə onu daha da inkişaf etdirmək istəyirik. 
Ş o c i   M o t o o k a: Çox məşğul olduğunuza baxmayaraq, vaxt ayırıb bizi qəbul etdiyinizə görə Sizə 
ürəkdən təşəkkürümü bildirirəm.  
Yaponiya parlamenti Müşavirlər Palatasının nümayəndə heyəti cənab Murtuz Ələsgərovun dəvəti ilə 
Azərbaycana ilk dəfə səfərə gəlmişdir.  
Qeyd etdiyiniz kimi, Azərbaycanla Yaponiya arasında müxtəlif sahələrdə mövcud olan əlaqələr çox yüksək 
səviyyədədir. Biz bu əlaqələrin parlamentlər arasında daha da inkişaf etdirilməsini istəyirik. Bütün ölkələrdə 
parlamentlərin demokratiyanın təməli olduğuna inanaraq cənab  Ələsgərovun dəvətini məmnuniyyətlə  qəbul 
etdik.  
Biz hörmətli prezident Heydər  Əliyevin tez bir zamanda sağalıb Vətənə dönməsini ürəkdən arzu edirik. 
Avqust ayında Sizin Baş nazir təyin olunmağınız xəbərini aldıq. Bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik 
edirəm. Bizim Baş nazirimiz cənab Koidzumi Sizi bu münasibətlə təbrik etmişdir. 
Azərbaycan haqqında bizim məlumatlarımız çoxdur. Ölkəniz Avropa və Asiyanı birləşdirən dəhliz rolunu 
oynayır. Bildiyiniz kimi, orta əsrlərdə böyük İpək yolu bu iki qitəni birləşdirən dəhliz olmuşdur. İpək yolunun 
bir mərkəzi kimi Azərbaycan böyük əhəmiyyətə malik olmuşdur. Bu günümüzə gəldikdə, Qafqaz regionunun 
sabitliyi üçün Azərbaycan çox böyük əhəmiyyət kəsb edir. Bu regionun sabitliyi isə, ümumən dünyada sülh 
üçün çox zəruridir.  
Azərbaycana etdiyimiz səfər iki ölkənin parlamentləri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından 
tarixi bir hadisədir və böyük önəm daşıdığına inanıram. 
Ölkənizə dəvət olunduğumuz üçün bir daha təşəkkürümü bildirmək istəyirəm. 
İ l h a m    Ə l i y e v:  Çox sağ olun, mən də fürsətdən istifadə edərək sizdən Yaponiyanın Baş naziri cənab 
Koidzumiyə məni təbrik etdiyinə görə təşəkkürümü, ən xoş arzularımı çatdırmağı xahiş edirəm. 
Mən bilirəm ki, siz bu gün Azərbaycan parlamentinin sədri cənab Murtuz Ələsgərovla görüşmüsünüz. Daha 
bir neçə görüşləriniz nəzərdə tutulub və  əminəm ki, siz Azərbaycanın hər yerində böyük sevgi və  məhəbbətlə 
qarşılanırsınız. Bizim xalqımız çox qonaqpərvərdir. Bilirəm ki, yapon xalqı da qonaqpərvərliyi ilə seçilir. Mən 
özüm bunun şahidi olmuşam. 
Sizə səfərinizdə uğurlar arzulayıram. 


68 
 
 
XAÇMAZDA “QAFQAZ” KONSERV ZAVODUNUN TƏNTƏNƏLİ AÇILIŞ  MƏRASİMİNDƏ 
ÇIXIŞ 
 
12 sentyabr 2003-cü il 
 
Əziz xaçmazlılar! 
Hörmətli xanımlar və cənablar! 
Əziz qonaqlar! 
Bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Azərbaycanın gözəl guşəsində, Xaçmaz 
rayonunda yeni, müasir, bütün beynəlxalq standartlara cavab verən «Qafqaz» konserv zavodu açılır. Bu 
münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm. 
«Qafqaz» konserv zavodunun açılışı və istifadəyə verilməsi Azərbaycanda son illər ərzində prezident Heydər 
Əliyevin rəhbərliyi altında aparılan iqtisadi siyasətin daha bir bəhrəsidir. Bu siyasətin nəticəsində Azərbaycana 
qısa müddət  ərzində böyük həcmdə  sərmayə qoyulub, iqtisadi islahatlar aparılır, özəlləşdirmə prosesi uğurla 
davam edir. Bu siyasət Azərbaycana imkan verib ki, qısa müddət ərzində iqtisadi cəhətdən güclənsin, möhkəm 
iqtisadi potensial yarada bilsin. 
Həqiqətən, bu zavod çox nəhəng bir emal sənayesi müəssisəsidir. Bu, bütün beynəlxalq standartlara cavab 
verən bir müəssisədir. Burada quraşdırılan avadanlıq dünyanın aparıcı ölkələrindən gətirilibdir.  
Son illər  ərzində Azərbaycanda çox işlər dünya standartları  səviyyəsində qurulur. Ölkəmiz yeniləşir
müasirləşir, inkişaf edir. Məni çox sevindirən hal odur ki, bu müəssisə Xaçmaz rayonunda tikilibdir. Bir müddət 
bundan  əvvəl onun tikilməsi haqqında söhbət başlayanda, təbii ki, cənab Prezidentə müraciət edildi və xahiş 
olundu, öz məsləhətini versin ki, bu müəssisə Azərbaycanın hansı bölgəsində yaradılsın. Yaxşı xatırlayıram, 
cənab Prezident tərəddüd etmədən dedi ki, bu müəssisə  məhz Xaçmaz rayonunda tikilsin. Bu bir daha onu 
göstərir ki, cənab Prezidentin Xaçmaz rayonuna, xaçmazlılara böyük hörməti və ehtiramı var və zavodun 
tikilməsi üçün Xaçmaz rayonunu seçməsi bunu bir daha sübut edir.     
Bu müəssisədə yeni iş yerləri açılır. Təxminən 17 minə yaxın kəndli öz məhsulunu bu zavoda təhvil verib 
pulunu alacaqdır. Bu, kəndliləri böyük problemlərdən azad edir. Təkçə Xaçmazda olan kəndlərdən söhbət 
getmir. Qonşu rayonlardan da buraya məhsul gətiriləcək və beləliklə, Azərbaycanın bu bölgəsi yaxşı inkişaf 
edəcəkdir. Ümumiyyətlə, bu, bölgə üçün, bölgədə gedən iqtisadi inkişaf üçün gözəl bir təkan olacaqdır. 
Əminəm ki, yaxın gələcəkdə bu zavodun fəaliyyəti nəticəsində minlərlə insan öz rifahını yaxşılaşdıracaqdır. 
Müəssisənin önəmli cəhətlərindən biri ondadır ki, dediyim kimi, burada yeni iş yerləri açılır. Eyni zamanda, 
müəssisənin açılışı onu göstərir ki, Azərbaycan iqtisadiyyatına sərmayə qoyulur, qeyri-neft sektoruna sərmayə 
qoyulur. Həm də bu, onu göstərir ki, Azərbaycanda sahibkarlara dövlət tərəfindən qayğı var, diqqət var. Əgər bu 
olmasaydı, yəqin ki, sahibkarlar Azərbaycana sərmayə qoymazdılar. Bütün bu sadaladığım məsələlər Heydər 
Əliyevin siyasətinin nəticələridir. Azərbaycanda neft sektoru inkişaf edir. Amma biz maraqlıyıq və istəyirik ki, 
qeyri-neft sektoru inkişaf etsin. Sahibkarlığa kömək məqsədi ilə böyük tədbirlər planı həyata keçirilir. İqtisadi 
inkişaf naziri bu barədə  məlumat verdi. Bu da öz əksini burada tapır. Sərmayə qoyuluşu baxımından 
Azərbaycan keçmiş sovet respublikaları arasında qabaqcıl yerlərdə gedir. Ölkəmizə böyük həcmdə  sərmayə 
qoyulur. Yəni, bu zavodda, bu müəssisədə görülən işlər yalnız və yalnız ümumi siyasət çərçivəsində mümkün 
ola bilərdi.  
Yeni iş yerlərinin açılması bizim qarşımızda duran ən  əsas məsələlərdən biridir. Azərbaycanda son illər 
ərzində bu istiqamətdə böyük uğurlar  əldə olunubdur. Xüsusilə  də neft sektorunda. Deyə bilərəm ki, neft 
sektorunda son 7-8 il ərzində on minlərlə yeni iş yerləri açılıbdır. Orada gözəl təcrübə var. Hesab edirəm ki, 
bizim hökumət bu təcrübədən çox səmərəli istifadə edərək qeyri-neft sektoruna da eyni mövqedən yanaşacaq və 
orada yeni iş yerləri açılacaqdır.  
Zavodun istehsal edəcəyi məhsul daxili bazarda istehlak olunacaqdır. Həm zavodda çalışanlar maaş alacaq, 
buraya məhsul təhvil verənlər pulunu alacaqlar, həm də satışdan  əldə olunan gəlirlərdən də büdcəyə vergilər 
ödəniləcəkdir. Bu çox mühüm haldır. Hökumətin məqsədi ondan ibarətdir ki, biz idxalı imkan daxilində azaldaq 
və daxili bazarı yerli məhsullarla, Azərbaycanda istehsal olunmuş  məhsullarla təmin edək. Hesab edirəm, bu 
təcrübə başqa sahələrdə də tətbiq oluna bilər.  
İdxalın azalması bütün başqa sahələrə də öz təsirini göstərəcəkdir. Çünki Azərbaycan güclənir, inkişaf edir. 
Azərbaycanın iqtisadi potensialı möhkəmlənir. Əlbəttə, biz çox istəyirik ki, daxili bazarı yerli istehsalçılar təmin 
etsinlər. Bu istiqamətdə hökumət tərəfindən işlər görülür. Əminəm ki, gələcəkdə də bu sahəyə böyük bir diqqət 
göstəriləcəkdir.  
Ümumiyyətlə, Azərbaycanda iqtisadiyyat çox müsbət istiqamətdə inkişaf edir. Bütün göstəricilər onu 
göstərir ki, Azərbaycan qısa bir müddət ərzində öz iqtisadiyyatını möhkəmləndirə bilibdir. Sərmayə qoyuluşu 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə