İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə30/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   26   27   28   29   30   31   32   33   ...   86

65 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ   
BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN  
ŞƏRƏFİNƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ  
RƏCƏB TAYYİB ƏRDOĞANIN  
ADINDAN TƏŞKİL OLUNMUŞ  
RƏSMİ QƏBULDA ÇIXIŞ 
 
8 sentyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v:  Hörmətli cənab Baş nazir, əziz qardaşım Tayyib Ərdoğan!  
Hörmətli hökumət üzvləri, əziz dostlar! 
İlk növbədə, məni Türkiyəyə  dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qeyd etmək 
istəyirəm ki, Türkiyənin Baş naziri cənab Tayyib Ərdoğan mən Baş nazir təyin olunan gün – avqustun 4-də ilk 
olaraq məni təbrik etdi və Türkiyəyə dəvət etdi. Mən də böyük məmnuniyyət hissi ilə bu dəvəti qəbul etdim və 
bu gün burada sizinlə birlikdəyəm. İlk səfərimi Türkiyəyə edirəm.  
Hesab edirəm ki, bu gün mənim həyatımda, Türkiyə–Azərbaycan  əlaqələrinin gələcək inkişafında çox 
mühüm bir gün olacaqdır. Bu gün əziz qardaşlarımla Türkiyə və Azərbaycan arasında əlaqələri açıq və səmimi 
şəkildə müzakirə etdik. Biz iki ölkəni maraqlandıran problemlər  ətrafında fikir mübadiləsi apardıq. 
Ölkələrimizin birgə həyata keçirdikləri irimiqyaslı, dünya üçün əhəmiyyətli Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–
Ərzurum layihələrini müzakirə etdik və qərara gəldik ki, iki ölkə arasında olan səmimi münasibətlər, qardaşlıq 
əlaqələri bu layihələr həyata keçirildikdən sonra daha da yüksək səviyyəyə qaldırılacaqdır. Bu layihələr həyata 
keçirildikdən sonra Azərbaycan və Türkiyə daha da güclənəcək, regionda onların təsiri daha da möhkəm 
olacaqdır.  
Eyni zamanda, bu fürsətdən istifadə edərək, mənim atama, prezident Heydər  Əliyevə göstərdikləri böyük 
diqqət və qayğıya görə Türkiyə dövlətinə  və hökumətinə öz minnətdarlığımı, həmçinin Azərbaycan xalqının 
təşəkkürünü bildirmək istəyirəm.  
Uzun illər  ərzində Prezidentin səhhəti ilə  məşğul olmuş  dəyərli qardaşlarımız ona böyük kömək ediblər. 
Türkiyənin hörmətli Prezidentinin və hörmətli Baş nazirinin diqqət və qayğısı onu daha da ruhlandırmış  və 
müalicə prosesini daha da yaxşılaşdırmışdır. İnşallah, yaxın gələcəkdə hörmətli Prezidentimiz öz müalicəsini başa 
çatdıraraq Vətənə dönəcəkdir. 
Ölkələrimiz arasında həll edə bilmədiyimiz heç bir məsələ yoxdur. Bu gün çox əlamətdar gündür. Uzun 
illərdən qalmış bir məsələ – viza haqqında saziş imzalandı. Bu onu göstərir ki, siyasi iradə,  əməkdaşlıq, 
qardaşlıq, qarşılıqlı anlaşma vardırsa, hər bir məsələ öz həllini tapacaqdır. 
 Biz Türkiyəyə və Azərbaycana fayda gətirəcək böyük müştərək layihələri müzakirə etdik. Bu müzakirələr 
bir daha göstərdi ki, biz hər bir məsələdə vahid mövqedən çıxış edirik. İqtisadi  əməkdaşlıq, siyasi məsələlər, 
beynəlxalq təşkilatlarda iştirakımız hər iki ölkənin vahid bir komanda kimi çıxış etməsinə  və öz maraqlarını 
müdafiə etməsinə yönəlmişdir.  
Ölkəmiz üçün ən önəmli, ağır problem olan Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 
məsələsində biz qardaş Türkiyənin dəstəyini daim hiss edirik. Bu dəstək Azərbaycan müstəqilliyə qovuşduqdan 
sonra göstərilibdir və indi də davam edir. Bu dəstəyə arxalanaraq, hesab edirik ki, münaqişəyə son qoymaq olar. 
Biz istəyirik onu sülh yolu ilə, amma ədalətli  şəkildə  həll edək.  İşğalçı Ermənistan qoşunları Azərbaycan 
torpaqlarından çıxmalı, Azərbaycanın  ərazi bütövlüyü bərpa olunmalı  və müharibə  nəticəsində qaçqın və 
köçkün vəziyyətinə düşmüş bir milyona yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarına qayıtmalıdır.  
Biz imkan verməməliyik ki, XXI əsrdə bir dövlət digər dövlətin torpaqlarının 20 faizini işğal etsin və heç 
kim ona təsir edə bilməsin. Mən  əminəm ki, bu məsələ ilə  məşğul olan dövlətlər, ATƏT-in Minsk qrupunun 
həmsədrləri – Rusiya, ABŞ, Fransa bundan sonra öz fəaliyyətlərini daha da gücləndirəcək və bizə  ədalətli 
təkliflər təqdim edəcəklər. 
Bu gün bir çox məsələlər müzakirə edildi və biz bir daha bir-birimizə  nə  qədər yaxın olduğumuza  əmin 
olduq. Biz bir millətin nümayəndələriyik, eyni dildə danışırıq, dinimiz də birdir. Aramızdakı münasibətlər, 
qardaşlıq hissləri hər birimiz üçün əzizdir. Biz çalışmalıyıq ki, gələcək nəsillər də bu tərbiyəni alsınlar, onları 
elə böyütməliyik ki, Azərbaycan və Türkiyə onlar üçün eyni Vətən olsun. Türkiyədən Azərbaycana və 
Azərbaycandan Türkiyəyə gələn hər bir şəxs, vətəndaş bunu hiss etməlidir və edir. 
Əziz Baş nazir, mənə göstərdiyiniz böyük hörmət və ehtirama, ölkənizə dəvət etdiyinizə görə Sizə bir daha 
öz minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, Baş nazir vəzifəsində mən ölkələrimizin – Türkiyə 
və Azərbaycanın bundan sonra da inkişaf etməsi, gələcəkdə də gözəl münasibətlər saxlaması, bu münasibətlərin 
daha yüksək pilləyə qalxması üçün əlimdən gələni edəcəyəm. 


66 
 
 
TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ BAŞA ÇATDIQDAN SONRA BAŞ NAZİR  
İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏNİN ENERGETİKA VƏ TƏBİİ EHTİYATLAR NAZİRİ 
HİLMİ GÜLƏRİN ANKARANIN ESENBOĞA  
HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVABI  
 
8 sentyabr 2003-cü il 
 
S u a l: Cənab Baş nazir, səfərin nəticələrini necə qiymətləndirirsiniz? 
İ l h a m   Ə l i y e v:  Mən işgüzar səfərin nəticələrindən çox razıyam. Azərbaycanla Türkiyə arasında 
ikitərəfli münasibətlər çərçivəsində bir sıra məsələlər müzakirə olundu, geniş fikir mübadiləsi aparıldı. Həm 
hörmətli prezident cənab Əhməd Necdət Sezərlə, hörmətli Baş nazir cənab Rəcəb Tayyib Ərdoğanla, həm də 
hörmətli xarici işlər naziri cənab Abdullah Güllə və energetika və təbii ehtiyatlar naziri Hilmi Gülərlə görüşlər 
keçirdik. Bütün bu görüşlərdən və mənə göstərilən hörmət və diqqətdən çox razıyam. Hesab edirəm ki, bu səfər 
iki ölkə arasında mövcud olan münasibətlərdə yeni bir mərhələ, addım olacaqdır. 
Bir daha əmin olduq ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə vahid mövqedən çıxış edir və bu siyasət 
bundan sonra da davam etdiriləcəkdir. 
S u a l: İlham müəllim, müxalifət mətbuatının Sizin bu səfərinizi Türkiyədə dəstək axtarmaq kimi şərh 
etməsi nə dərəcədə doğrudur? 
İ l h a m   Ə l i y e v: Mən müxalifət yazılarına fikir vermirəm və məsləhət görürəm ki, siz də onlara fikir 
verməyəsiniz. Onların dediklərinə şərh vermək istəmirəm. O ki qaldı mənim buraya səfərimə, bildiyiniz kimi, 
mən Milli Məclis tərəfindən bu vəzifəyə  təsdiq olunduqdan sonra məni ilk təbrik edən Türkiyənin Baş naziri 
cənab Ərdoğan oldu. O, təbrik etdikdən sonra məni Türkiyəyə dəvət etdi. Bu səfəri onun dəvəti əsasında həyata 
keçirirəm. Burada hansısa başqa məqam axtarmaq lazım deyildir. Türkiyə ilə Azərbaycan arasında ikitərəfli 
münasibətlər elə səviyyədədir ki, bu səfərlər sıx-sıx keçirilə bilər və əminəm ki, gələcəkdə də keçiriləcəkdir. Biz 
bir millət, iki dövlətik, aramızda yalnız dostluq, qardaşlıq və qarşılıqlı anlaşma hökm sürür. 
S u a l: Hilmi bəy, Bakı–Tbilisi–Ceyhanla əlaqədar müzakirələr oldumu? 
H i l m i   G ü l ə r: Bəli, Bakı–Tbilisi–Ceyhan bizim çox böyük əhəmiyyət verdiyimiz layihədir. Bunu həm 
Prezidentimiz, həm Baş nazirimiz, həm də biz çox yaxından izləyirik. Layihə tam vaxtında başa çatacaqdır. 
Eyni zamanda, biz “Şahdəniz” layihəsinə  də çox böyük əhəmiyyət veririk. Bu layihələr paralel olaraq həyata 
keçiriləcəkdir. 
S u a l:  Hazırda Rusiya ilə Türkiyə arasında təbii qazın nəqli sahəsində bir əməkdaşlıq vardır. 
Azərbaycan qazının Türkiyəyə nəqli üçün problemlər yaratmayacaqmı? 
H i l m i   G ü l ə r: Xeyr, bu layihələr bir-birindən fərqlənir. «Şahdəniz» yatağından çıxarılan təbii qaz həm 
Türkiyədə istifadə olunacaq, həm də Avropaya nəql ediləcəkdir. Avropa Birliyi bu qazın tez bir zamanda qitə 
ölkələrinə  nəql olunmasını istəyir. Yəni “Şahdəniz” layihəsinin iki əhəmiyyəti var: birincisi, Türkiyənin 
ehtiyaclarını təmin etmək, ikincisi, Azərbaycanın təbii qazını Avropaya çatdırmaqdır. 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə