İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə38/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   34   35   36   37   38   39   40   41   ...   86

81 
 
etmişik. Çünki 1992-ci ildə,  əvvəlki rəhbərliyin dövründə Azərbaycanda tətbiq olunmuş senzura 
Prezidentimizin fərmanı ilə çoxdan ləğv olunmuşdur. Odur ki, bu gün hər kəs ağlına gələni yaza bilir. 
Bununla belə, böyük nüfuza malik olan bir neçə nəşr, o cümlədən rusdilli nəşrlər də vardır. Yeri gəlmişkən, 
sovet dövrü ilə müqayisədə Azərbaycanda rusdilli nəşrlərin sayı artmışdır. Əvvəllər yalnız “Bakinski raboçi”, 
“Vışka” qəzetləri çıxırdı, indi isə onların sayı çoxalmışdır. Bu onu göstərir ki, həmin qəzetlər oxunur. Səbəbi də 
yəqin  ondadır ki, Azərbaycanda rus dilinə münasibət çox yüksək səviyyədədir. Azərbaycanda rus məktəblərinin 
heç biri bağlanmamış, rus dilinin sıxışdırılmasına dair heç bir qərar qəbul edilməmişdir, əksinə, biz hesab edirik 
ki, nə qədər çox Azərbaycan vətəndaşı rus dilini və digər dilləri bilsə, onlar mənəvi cəhətdən bir o qədər zəngin 
olacaq, dünya ədəbiyyatının  əsərləri ilə  və elmi ədəbiyyatla tanış olmaq üçün daha böyük imkanlar 
qazanacaqlar.  
Sirr deyil ki, Azərbaycan sakinləri keçmişdə də elmi yazılardan, əbəbi əsərlərdən əsasən rus dili vasitəsilə 
bəhrələnirdilər. Ona görə də vəzifəmiz bu ənənəni qoruyub saxlamaqdan ibarətdir. Artıq 12 ildir ki, biz müxtəlif 
ölkələrdə yaşasaq da, Azərbaycanda rus dilinə yiyələnməyin səviyyəsi aşağı düşməmişdir. Bu, çox müsbət 
amildir. Keçmiş Sovet İttifaqının ərazisində yeganə Slavyan Universitetinin Bakıda olması da müsbət amildir. 
Bu siyasət Azərbaycanda aparılır və aparılacaqdır. Zənnimcə, Azərbaycan xalqının beynəlmiləlçiliyi öz əksini 
bunda bir daha tapır. Axı ölkəmizdə  məskunlaşmış millətlər heç zaman eqoizmdən və millətçilikdən  əziyyət 
çəkməmişlər. Bu, bizə yad hal olmuşdur və  şükür ki, indi də yaddır. Düşünürəm ki, müəyyənləşdirəcəyimiz 
birgə proqramları, konqresin işinin gedişində irəli sürüləcək ideyaları biz çox diqqətlə öyrənəcəyik. Biz belə 
birgə proqramların olmasında maraqlıyıq. Televiziya və ya çap nəşrləri sahəsində stajkeçmələr, yaxud müəyyən 
layihələr də ola bilər. Bir sözlə, biz bunu alqışlayırıq.  
D a r i q ə   N a z a r b a y e v a (Qazaxıstanın “Xəbər” informasiya agentliyi Direktorlar Şurasının sədri): 
Burada olmaq və böyük bir komanda ilə belə səmimi qəbulda iştirak etmək mənim üçün çox xoşdur. Yəqin ki, 
bu qayğını konqresin bütün iştirakçıları hiss edir. Bu gün, əslində, hər bir çıxışda səmimi qəbula görə 
azərbaycanlı dostlarımıza minnətdarlıq sözləri səsləndi. Bakıda olduğum 1996-cı ildən bəri yaranmış və aşkar 
nəzərəçarpan fərqi görmək mənim üçün xoş idi. “MakDonalds”ların sayı da heyranedicidir. Bizdə, Almatıda 
bunlar hələ yoxdur. Şəhəriniz çox gözəldir, zəngin mağazaları, valehedici vitrinləri var. Mən bunların hamısını 
maşının pəncərəsindən görür və xoş təəccüb hissi keçirirdim. 
İ l h a m   Ə l i y e v: Bəli, siz haqlısınız, ölkə  uğurla inkişaf edir, iqtisadiyyatda böyük uğurlar 
qazanılmışdır. Mən sizi statistika ilə yormaq istəmirəm, lakin inanın, həm inkişaf sürəti, həm də inflyasiyaya 
dair rəqəmlər çox müsbətdir. Neft-qaz layihələrimizin gerçəkləşməsinin həlledici mərhələsi başlayandan sonra 
iqtisadiyyatda artım daha əhəmiyyətli olacaqdır. Sosial sahəyə böyük diqqət yetirilir, maaşlar, pensiyalar 
artırılır. Özəl sektor çox sürətlə inkişaf edir, istehsal edilən məhsulun təxminən 70 faizi bu sektorun payına 
düşür. Bu, çox müsbət haldır, çünki iqtisadiyyatın əsasını neft və neft  hasilatı  təşkil  etsə  də bizdə – bu  sahələr  
dövlət  inhisarındadır – özəl sektor isə ancaq qeyri-neft sahəsində inkişaf edir. Kənd təsərrüfatında da böyük 
uğurlar  əldə edilmişdir, torpaq kəndlilərə paylanmışdır, yəni torpaq tamamilə özəlləşdirilmişdir. Fermerlərin 
hamısı beş il müddətinə vergilərdən azad edilmişlər. Yalnız torpaq vergisi qalmışdır ki, bu da rəmzi xarakter 
daşıyır.  
Sizə deyim ki, torpaq şəxsi mülkiyyətə verildikdən sonra kənd təsərrüfatının bütün sahələri üzrə artım 2, 
bəzən isə 3 dəfə təşkil etmişdir. Bakıda böyük tikinti işləri aparılır. İndi bizdə tikinti işləri vüsət almışdır, özü də 
təkcə elit evlər deyil, çox da baha olmayan adi evlər də tikilir. Bu o deməkdir ki, cəmiyyətin iqtisadi cəhətdən 
sağlamlığının göstəricilərindən biri olan orta təbəqə yaranır. 
Buna görə də ölkəmiz bu çox müsbət istiqamətdə irəliyə doğru gedir və şəhərimiz getdikcə gözəlləşir. Bax, 
elə bu Yaxt-klub lap yaxınlarda açılmışdır və bu, klubda keçirilən ilk tədbirdir. Beləliklə, demək olar ki, bu, 
Yaxt-klubun təqdimatıdır.  
A l e k s a n d r   M u z i k a n t s k i (Moskva hökumətinin informasiya və ictimai-siyasi əlaqə məsələləri 
üzrə naziri): Hörmətli  İlham Heydəroviç, konqresimizin təşkilinə görə Sizə  təşəkkür etmək istəyirəm. Mən 
Bakıda ilk dəfə deyiləm.  İl yarım  əvvəl Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatının burada keçirilən 
konfransında iştirak etmişəm. Həmin konfrans da yüksək səviyyədə  təşkil olunmuşdu. Moskvanın meri Yuri 
Mixayloviç Lujkovun şəxsi salamını və xoş arzularını, yüksək vəzifənizdə uğurlar dilədiyini Sizə bir daha yetir-
mək istəyirəm.  
Biz Moskva ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsindən razıyıq. Bilirsiniz ki, iqtisadi sahədə 
münasibətlərimiz çox sürətlə inkişaf edir, Moskvaya birbaşa ərzaq məhsulları göndərilir. Biz istər Ümumdünya 
Rus Mətbuatı Assosiasiyasının fəaliyyəti çərçivəsində, istərsə  də ikitərəfli  əsasda münasibətlərin daha da 
genişləndirilməsində  iştirak etməyə hazırıq. Biz jurnalist və  tələbələrin staj keçməsi üçün onları Moskvada 
qəbul etməyə hazırıq. Zənnimcə, sizin Slavyan Universiteti nadir təhsil müəssisəsidir və biz ona hər cür kömək 
göstəririk. Konqresin gözəl təşkilinə görə bir daha təşəkkür edirəm. Sizə öz təbriklərimi də yetirmək istəyirəm. 


82 
 
Mən uzun müddət şəhər idarəetmə sistemində işləmişəm və ona görə də Bakı şəhəri merinin fəaliyyətini xüsusi 
peşəkar marağı ilə izləyirəm. Deməliyəm ki, onun fəal işi çox gözəl nəticələr verir. 
İ l h a m   Ə l i y e v: Sağ olun. Mənim salamımı və ən xoş arzularımı Yuri Mixayloviç Lujkova yetirin, 
göndərdiyi təbrikə görə  mənim adımdan təşəkkür edin. Bizim çox səmimi münasibətlərimiz var, ötən il 
Moskvada görüşmüşük. Odur ki, ən yaxşı diləklərimi və işinin uğurlu olmasını arzuladığımı ona yetirin.  
E l e o n o r a   M i t r o f a n o v a  (Rusiya xarici işlər nazirinin birinci müavini): Hörmətli  İlham 
Heydəroviç, biz Sizi burada salamlamağımıza şadıq. Bilirik ki, Siz Krımdan yenicə gəlmisiniz. Biz bu mühüm 
görüşlərin nəticələrini diqqətlə izləyirdik və çox şadıq ki, Siz dövlət başçılarının bu yüksək klubuna qəbul 
edildiniz. 
Nəzərə çatdırmalıyam ki, ikitərəfli münasibətlərimizin inkişafına bu böyük təkan, ilk növbədə, iki ölkə 
liderlərinin yüksək şəxsi əlaqəsinə əsaslanır. Münasibətlərimizin bu cür intensivləşməsi 2000-ci ildən sonra baş 
vermişdir və ümidvarıq ki, bu proses davam edəcəkdir. Bu gün mən Slavyan Universitetində  və pravoslav 
kilsəsində oldum, din xadimi ilə söhbət etdim. Bu məbədin bərpasına böyük yardım göstərdiyinə görə 
Azərbaycan rəhbərliyinə də təşəkkür etmək istərdim. O, ianə vermiş adamların hamısının familiyalarını çəkdi.  
Bununla belə, mən hesab edirəm ki, bu, şəhər meriyasının, məbədin bərpa olunmasına kömək etmiş ayrı-ayrı 
ianəçilərin böyük xidmətidir.   
Bu çoxmillətli torpaqda, əmin-amanlığın və tolerantlığın hökm sürdüyü torpaqda olmaq çox xoşdur. Üç əsas 
konfessiya – müsəlman, pravoslav və yəhudi konfessiyaları bir-biri ilə çox yaxşı qarşılıqlı fəaliyyət göstərirlər 
və aralarında yaxşı münasibətlər vardır, bir-birlərini dəstəkləyirlər. Bu çox müsbət amildir və onu qeyd 
etməmək olmaz. 
Nə arzu edərdim: bu gün biz Xarici İşlər naziri ilə söhbət etdik və  bəlli oldu ki, indiyə  qədər bizim 
mədəniyyət mərkəzlərimiz yoxdur. Nə Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi, nə  də Bakıda Rusiya 
Mədəniyyət Mərkəzi var. Əlbəttə, büdcə  təşkilatlarındakı  məhdudiyyətlər bu işə  həmişə  çətinlik törədir. 
Düşünürəm ki, meriyaların yer ayırması üçün yuxarıdan belə bir təşəbbüs göstəriləcəkdir. Sonra isə qalan işləri 
hər kəs öz hesabına edə bilər.   
Bu, problemin həllinə çox kömək edərdi. Sizə demək istəyirəm ki, Moskvada iki Azərbaycan məktəbi vardır. 
Bundan  əlavə, Azərbaycan telekanalları  mərkəzi televiziya ilə verilişlər yayırlar, kabel telekanalları da 
mövcuddur. Bilirsiniz ki, Moskvada çox güclü Azərbaycan diasporu vardır.  
İ l h a m  Ə l i y e v: Məsələn, Mixail Solomonoviç Moskvadakı Azərbaycan diasporunun parlaq nümayən-
dəsidir.  
E l e o n o r a   M i t r o f a n o v a: Bəli, Slavyan Universitetində də onu ulduz kimi qarşıladılar. Sizə bir 
daha minnətdarlığımı bildirirəm və ümid edirəm ki, dövlət başçılarımızın ölkələrimiz arasında bütün sahələrdə 
münasibətlərin inkişafına verdiyi təkan alqışlanmalıdır və əminik ki, bu, gələcəkdə də davam edəcəkdir.   
İ l h a m   Ə l i y e v: Xoş sözlərə görə çox sağ olun. Mən sizinlə tamamilə razıyam. İkitərəfli əlaqələrimizin 
bütün mərhələlərində iştirak etmiş bir şəxs kimi birmənalı şəkildə deyə bilərəm ki, Rusiya prezidenti Vladimir 
Vladimiroviç Putinin Azərbaycana səfərindən sonra münasibətlərimiz bütün istiqamətlərdə güclü təkan almışdır. 
Biz Rusiya Prezidentinin Azərbaycana səfərini çox gözlədik, lakin hansısa səbəblərə görə  səfər alınmırdı. 
Vladimir Vladimiroviçin buraya gəlməsi və bununla da ölkəmizə, xalqımıza hörmət göstərməsi Azərbaycanda 
çox yüksək qiymətləndirilmişdir. Bu səfərdən dərhal sonra biz hiss etdik ki, həlli müşkül hesab edilən 
problemlərin hamısı qarşılıqlı faydalı əsasda öz həllini tapdı. Bu, Xəzər dənizinin statusuna dair uzun sürən mü-
bahisələrə də, hərbi-texniki əməkdaşlıq çərçivəsində münasibətlərə də aiddir. Bu məsələlər uzun illər idi ki, həll 
olunmurdu. 
Siyasi, səmimi və qarşılıqlı hörmət və etimada əsaslanan  əlaqə baş tutan kimi hər  şey mümkün oldu. İndi 
Rusiya ilə Azərbaycan arasında öz həllini gözləyən heç bir problem yoxdur. Bütün problemləri həll etmişik. Bu 
onu göstərir ki, münasibətlərdə xoş  məramımız və niyyətlərimiz var, bunlar problemlərin həlli üçün hər cür 
şərait yaradır. Bu, bir daha nümayiş etdirir ki, dövlətlər arasında münasibətlər xeyli dərəcədə, iki prezidentin 
şəxsi münasibətləri ilə müəyyənləşir. Bizim prezidentimizlə Rusiya prezidenti arasında təşəkkül tapmış dostluq, 
qarşılıqlı dəstək, qarşılıqlı anlaşma hissləri ölkələrimizin yaxınlaşmasına kömək etmişdir. 
O ki qaldı  mədəniyyət mərkəzinə, bu, ola bilsin, nöqsandır. Düşünürəm ki, biz bunu tezliklə birgə 
səylərimizlə həll edəcəyik. Bir də ona görə ki, Azərbaycanda çox böyük rus icmasının, Rusiyada, Moskvada da 
çoxlu azərbaycanlının olduğunu nəzərə alsaq, görərik ki, bu məsələnin həlli vaxtı artıq gəlib çatmışdır. Biz bunu 
həyata keçirmək üçün maliyyə vəsaiti axtaracağıq.  
Y u r i   S t e r n (İsrail knessetinin – parlamentinin  deputatı,  İsrail və Rusiya əlaqələri komissiyasının 
sədri): Hörmətli  İlham Heydəroviç, mən Sizin siyasi karyeranızı diqqətlə izləyirəm. Təəssüflənirəm ki, Sizi 
Avropa Şurasında görmək imkanımız azalır. Orada Siz bizim nümayəndə heyətinə həmişə kömək edirdiniz. Bu 
köməyə görə Sizə  təşəkkürümü bildirirəm. Axırıncı  dəfə Siz bizə mühüm bir qətnamənin müzakirəsi zamanı 
kömək göstərdiniz. Eleonora Valentinovna da dedi, mən də bir daha təkrar edirəm. Dünən  İsrail nümayəndə 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə