İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə40/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   36   37   38   39   40   41   42   43   ...   86

84 
 
M a r k   R i v k i n (Gürcüstan Dövlət Teleradio Şirkətinin “Vestnik” proqramının Baş redaktoru): 
Hörmətli İlham Heydəroviç, bilirsiniz ki, Qusman istisna olmaqla, Bakıda bir çox qonaqlarınız arasında mən bir 
qədər imtiyazlı  vəziyyətdəyəm. Mən Sizin ölkənizlə  təxminən 400 kilometr həmsərhəd olan məmləkətdə 
yaşayıram. Biz Azərbaycanda nələr baş verdiyini gözəl bilirik, Siz də Gürcüstanda nələr olduğunu çox yaxşı 
bilirsiniz. Mən Azərbaycan prezidenti möhtərəm Heydər  Əliyev ilə  dəfələrlə görüşmüşəm. O, heyrətamiz 
insandır, mən son dərəcə şad və xoşbəxtəm ki, Gürcüstan onu çox ciddi şəkildə dəstəkləyir. Biz hamımız bunu 
gözəl bilirik. Ölkələrimiz arasında heyrətamiz münasibətlər var və elə talelərimiz də oxşardır, gələcəyimiz də 
birdir. Həyata keçirdiyimiz qlobal xarakterli layihələr də bizim gələcəyimizdir. Biz sizə inanırıq, siz də bizə 
inanırsınız. Gəlin bundan sonra da belə yaşayaq, çünki bu, bizi firavan və ədalətli həyata gətirib çıxara biləcək 
yeganə yoldur. Onu da demək istərdim ki, Gürcüstanda çoxlu azərbaycanlı yaşayır və onlar bu gün ölkəmizdə 
gedən prosesləri dəstəkləyirlər. Gürcünü qonaqpərvərliklə təəccübləndirmək çətindir, nə bilmək olar, konqres nə 
vaxtsa Gürcüstanda da keçiriləcəkdir. Buna baxmayaraq, düzünü deyim ki, mən Azərbaycanda gördüyüm qo-
naqpərvərliyə heyran qaldım. 
Sonda təkcə bir şeyi demək istəyirəm. Mən Azərbaycanda baş verənlərin hamısını Gürcüstan ictimaiyyətinin 
mühakiməsinə çıxaran insanam. Ölkənizin Tbilisidəki səfiri ilə aramızda dostluq münasibətləri var, sizdə nə baş 
verirsə, hamısını dərhal efirə çıxarıram. Demək istəyirəm ki, bu gün Slavyan Universitetində gördüklərim məni 
valeh etdi. Sözün düzü, sizə  həsəd apardım. Gəlin topladığınız təcrübədən birlikdə istifadə edək və onu 
Gürcüstana da aparaq. Mənim ölkəm Sizin atanıza pərəstiş edir, Sizi sevir. Bu mənada, Sizin təcrübənizdən 
bəhrələnməyə şad olardıq. Sağ olun. 
İ l h a m   Ə l i y e v: Xoş sözlərə görə sağ olun. Doğrudan da, xalqlarımızı  və ölkələrimizi qarşılıqlı 
münasibətlərin tarixi birləşdirir. Müstəqil Gürcüstan ilə müstəqil Azərbaycan arasındakı  sıx qardaşlıq və 
dostluq, təşəkkül tapmış və indi də yaranmaqda olan səmimi münasibətlər iki qonşu ölkənin necə əməkdaşlıq 
edə biləcəyinə nümunədir. Bəzən qonşular öz aralarında heç də yaxşı münasibətdə olmurlar. Lakin, indiki halda, 
Gürcüstanla Azərbaycanın münasibətləri sübut edir ki, qonşuların münasibətləri qarşılıqlı  məhəbbətə  və 
dostluğa əsaslana bilər. 
Bizim üçün çox vacibdir ki, Gürcüstan uğurla inkişaf etsin. Biz bunu dostlar kimi, elə bir ölkə kimi istəyirik 
ki, Gürcüstanı onunla çox böyük beynəlxalq enerji layihəsi birləşdirir. Biz bir-birimizlə bağlıyıq və  təklikdə  
bizim üçün çox çətin olar. Ona görə də biz bunu birlikdə məhz bu cür davam etdirməliyik.  
Fürsət düşmüşkən, Gürcüstandakı bütün dostlarımıza  ən xoş arzularımı bildirirəm, onlara əmin-amanlıq, 
xoşbəxtlik, uğurlar və firavanlıq diləyirəm.  Biz,  öz  tərəfimizdən, bir-birimizə kömək üçün əlimizdən gələni 
əsirgəməyəcəyik. Sağ olun. 
V i t a l i   İ q n a t e n k o: İlham Heydəroviç, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Biz Sizə böyük 
uğurlar arzulayırıq. 
İ l h a m   Ə l i y e v: Səmimiliyə, mehribanlığa, məhəbbətə görə sizə təşəkkür etmək istəyirəm. Bilirsiniz ki, 
bütün bunlar qarşılıqlıdır. Başa düşürəm ki, hər il Bakıda konqres təşkil etmək çətin olar, hərçənd bizim belə 
beynəlxalq tədbirlər keçirmək təcrübəmiz var. Məsələn, götürək bizim hamımızın sevimli televiziya oyunu olan 
“Nə? Harada? Nə vaxt?” oyununu. Ötən il bu oyunun ilk dünya çempionatı keçirildi və biz təşəbbüs irəli sürərək 
onu Bakıda təşkil etdik. Onu bizim Gənclər, İdman və Turizm Nazirliyi, Milli Olimpiya Komitəsi keçirdi. 
Elə  həmin il mən “Nə? Harada? Nə vaxt?” oyunu üzrə ikinci dünya çempionatını da bizdə keçirmək 
təşəbbüsünü irəli sürdüm və bu çempionat, təxminən bir ay əvvəl uğurla keçirildi. Ümidvaram ki, üçüncü 
çempionat da Bakıda olacaqdır. Yəni, bizim təcrübəmiz var, amma bunu sizin təşkilatınızla etmək daha çətin 
olacaqdır.  Əgər çətinliklər olarsa, əlaqə  və ünsiyyətlərimizin bu formatda davam etdirilməsi üçün hər hansı 
formalar axtarıb tapa bilərik. 


85 
 
 
BİRLƏŞMİŞ  MİLLƏTLƏR TƏŞKİLATI 
BAŞ MƏCLİSİNİN   
58-ci  SESSİYASINDA 
 
Nyu-York      
 
22 sentyabr 2003-cü il      
 
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev BMT Baş Məclisinin 58-ci sessiyasında keçiriləcək 
ümumi müzakirələrdə iştirak etmək üçün sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərinə gəlmişdir. 
Sentyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri İlham  Əliyev Amerika Birləşmiş  Ştatlarının 
prezidenti Corc Buş, Xorvatiyanın prezidenti Stipe Mesiç, Türkiyə Respublikasının Baş nazirinin müavini, xarici 
işlər naziri Abdullah Gül, İranın xarici işlər naziri Kamal Xərrazi, ABŞ-ın Dövlət katibi Kolin Pauell ilə 
görüşmüşdür. 
 
 


86 
 
 
BİRLƏŞMİŞ  MİLLƏTLƏR TƏŞKİLATI 
İQAMƏTGAHINDA  
JURNALİSTLƏRƏ MÜSAHİBƏ  
 
23 sentyabr 2003-cü il 
 
S u a l: Bu gün keçirdiyiniz görüşləri necə qiymətləndirirsiniz?  
C a v a b: Görüşlərimi çox yaxşı qiymətləndirirəm. Xüsusilə,  İranın xarici işlər naziri cənab Xərrazi ilə 
keçirilən görüşü. Biz bir çox məsələyə toxunduq, iki ölkəni maraqlandıran mövzular ətrafında fikir mübadiləsi 
apardıq. Ölkələrimiz arasında münasibətlər hazırda yüksək səviyyədədir. Xüsusilə, Azərbaycan Respublikasının 
prezidenti cənab Heydər  Əliyevin  İrana rəsmi səfərindən sonra bir çox sahələrdə irəliləyiş müşahidə olunur. 
Enerji mübadiləsi məsələsində ikitərəfli əməkdaşlıq bizi xüsusilə qane edir. Biz bunu genişləndirmək istəyirik. 
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə  də danışıqlar gedir. Ümidvarıq ki, nəticələr də 
olacaqdır.  
S u a l: Sentyabrın 24-də Baş  Məclisin sessiyasında çıxışınız olacaqdır. Çıxışınızın  əsas məqamlarını 
deyə bilərsinizmi?  
C a v a b: Əlbəttə, bu haqda sabah daha yaxşı öyrənə bilərsiniz. Amma əsas məqam budur ki, Azərbaycanın 
ən ağrılı problemi – Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışacağam. Bu, 
Azərbaycanın ən mühüm problemidir. Biz ümidvarıq ki, BMT– dörd qətnamə qəbul edən təşkilat bundan sonra 
öz səylərini daha da gücləndirəcəkdir. Hər halda, biz buna inanmaq istəyirik. Düzdür, bu qətnamələrin heç bir 
real təsiri olmadı, işğalçı dövlət bunlara məhəl qoymadı. Amma, hər halda, beynəlxalq hüquq normaları var. 
Əgər bu təşkilat qətnamələri qəbul edibsə, gərək çalışsın ki, onlar həyata keçirilsin.  
S u a l: Cənab Baş nazir, Siz yəqin ki, buraya gələndən bəri Klivlendlə əlaqə saxlamısınız. Bir xəbər 
deyə bilərsinizmi?  
C a v a b: Bəli,  əlaqə saxlamışam. Bu gün də danışmışam. Xəbərlər çox yaxşıdır. Cənab Prezidentin 
müalicəsi davam edir. Bərpa prosesi uğurla gedir. Mən özüm bir neçə gündən sonra Klivlendə gedəcək və cənab 
Prezidentlə görüşəcəyəm.  
 
 
 
 
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə