İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə43/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   39   40   41   42   43   44   45   46   ...   86

92 
 
səviyyəsində saxlayacaqlar. Başqa cür ola da bilməz. Azərbaycan bizim Vətənimizdir, doğma torpağımızdır və biz bu 
torpağı qorumalıyıq.  
Bir daha sizin hamınızı bu gözəl  Şirvan Milli Parkının açılışı münasibətilə  təbrik edirəm, sizə cansağlığı, 
uğurlar arzulayıram. Sağ olun.  
 
 
 
 
 


93 
 
 
XILLI “NƏRƏ” BALIQARTIRMA  
ZAVODUNUN AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ 
 
Neftçala rayonunun  Xıllı qəsəbəsi 
 
1 oktyabr 2003-cü il 
 
Hörmətli xanımlar və cənablar! 
Əziz neftçalalılar! 
Bu gün Azərbaycanın müasir tarixində çox əlamətdar bir gündür. Azərbaycanın Neftçala rayonunun 
ərazisində yeni, dünya standartlarına cavab verən "Nərə" balıqartırma zavodu tikilib və istifadəyə verilir. Mən 
bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. 
Bu gün artıq ikinci dəfədir ki, bilavasitə ekoloji problemlərlə bağlı olan mərasimdə iştirak edirəm. Bu gün 
səhər Bakının Qaradağ, habelə Salyan və Neftçala rayonlarının inzibati ərazilərində yerləşən  Şirvan Milli 
Parkının açılışında iştirak etmişdim və indi də burada sizinlə birlikdəyəm. Deyə bilərəm ki, bunların hər ikisi 
Azərbaycan Respublikasının prezidenti hörmətli Heydər  Əliyevin sərəncamları  əsasında, onun təşəbbüsü ilə 
yaradılmışdır. Bu, bir daha göstərir ki, Azərbaycanın dövlət başçısı, bütün başqa məsələlərlə yanaşı, 
ekologiyaya,  ətraf mühitin qorunmasına böyük diqqət göstərir. Bu, həqiqətən də belədir. Biz bu məsələdə 
bundan sonra da diqqətli olacağıq. Çünki bu, Azərbaycanın gələcəyi məsələsidir.  
Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir. Ölkəmiz iqtisadi islahatların aparılmasında qabaqcıl 
yerlərdən birini tutur. Bu bizim hamımızı çox sevindirir. Bu işlər ölkəmiz üçün gözəl potensial və perspektivlər 
yaradır. Amma bununla yanaşı, biz daim diqqət mərkəzində saxlamalıyıq ki, Azərbaycanın gözəl təbiəti 
qorunsun. Bu istiqamətdə bu gün iki obyektin açılışı bir daha göstərir ki, dövlət başçısı bu işlərə də öz diqqətini 
əsirgəmir.  
Bu zavod ən müasir avadanlıqla təchiz olunub, ən yüksək dünya standartlarına uyğun şəkildə tikilmişdir. Bu 
çox sevindirici haldır. Qeyd etməliyəm ki, son illər  ərzində Azərbaycanda yaradılan, tikilən binaların, 
müəssisələrin, idman qurğularının, demək olar, tam əksəriyyəti dünya standartlarına cavab verir. 
Bu bizi çox sevindirir. Eyni zamanda, sevindirici hal həm də odur ki, bu zavod, əsasən, yerli inşaatçılar 
tərəfindən tikilmişdir. On il bundan əvvəl Azərbaycanda hər bir tikili, hər bir kiçik bina xaricdən gələn 
mütəxəssislər tərəfindən tikilirdi. Yerli şirkətlərin təcrübəsi yox idi. Amma bu illər  ərzində  təcrübə  də 
toplanmışdır və biz görürük ki, yerli inşaatçılar bütün binaları, zavodları, fabrikləri  ən yüksək səviyyədə tikə 
bilirlər. Bu çox sevindirici haldır və biz gələcəkdə buna daha böyük əhəmiyyət verməliyik, yerli inşaatçıları, 
istehsalçıları dəstəkləməliyik.  
Biz Azərbaycanda istehsalı artırmalıyıq, çalışmalıyıq ki, idxal azalsın, daxili istehsal artsın. Bu istiqamətdə işlər 
aparılır. Təxminən 20 gün əvvəl Xaçmaz rayonunda böyük emal müəssisəsi tikilib istifadəyə verilmişdir. Bu gün 
də Neftçala rayonunda balıqartırma zavodu istifadəyə verilir. Əminəm ki, gələcəkdə  də Azərbaycanın hər bir 
bölgəsində yeni infrastruktur, yeni müəssisələr, fabriklər tikiləcəkdir. Bu da öz növbəsində, yeni iş yerlərinin 
açılmasına imkan verəcəkdir. Azərbaycan hökumətinin qarşısında duran ən önəmli problemlərdən biri də  məhz 
yeni iş yerlərinin açılmasıdır.  
Bu gün burada qeyd olundu ki, zavodda yüzə yaxın adam işləyəcəkdir. Yəni, artıq burada yüz iş yeri açılmışdır. 
Hökumətin planlarına növbəti 5 il ərzində 600 min yeni iş yerinin açılması daxildir. Beləliklə, Azərbaycanda 
işsizlik, demək olar ki, tamamilə ləğv olunacaqdır. Bu çox sevindirici haldır və hökumət bu istiqamətdə işləyir 
və bundan sonra da işləyəcəkdir.   
Eyni zamanda qeyd olundu ki, bu zavod Xəzəryanı ölkələrdə nadir bir müəssisədir. Bu sahədə Azərbaycan 
birincilik  əldə etmişdir. Bu bizi çox sevindirir. Çünki Xəzər dənizinin müxtəlif sərvətləri vardır. Onun 
bioresursları, Xəzərdəki neft-qaz yataqları da bu sərvətlərdəndir. Qürur hissi ilə deyə bilərəm ki, Heydər 
Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan öz neft-qaz yataqlarının işlənilməsində 
və enerji daşıyıcılarının dünya bazarlarına çatdırılmasında birinciliyi qazanmışdır və onu əldən verməyəcəkdir. 
Məhz Azərbaycanın neft strategiyası sayəsində Xəzər dənizində beynəlxalq konsorsiumlar yaradılmışdır və bu 
xarici şirkətlər Azərbaycanın iqtisadiyyatına artıq bir neçə milyard dollar investisiya qoymuşlar.  
Bu da, öz növbəsində, ona gətirib çıxarmışdır ki, son illər ərzində neft sektorunda on mindən artıq yeni iş 
yerləri açılmışdır. Bizim məqsədimiz ondan ibarətdir ki, bütün sahələrdə, xüsusilə, qeyri-neft sektorunda buna 
oxşar meyl müşahidə olunsun. Bu zavodun açılışı da onu göstərir ki, belə meyl vardır və bu siyasət gələcəkdə də 
davam etdiriləcəkdir. 
Azərbaycan Xəzər dənizinin statusu məsələsində  dəfələrlə öz mövqeyini bəyan etmişdir. Bu mövqe 
ədalətlidir və biz çox şadıq ki, son illər  ərzində qonşularımızla – Rusiya və Qazaxıstan ilə  Xəzər dənizinin 


94 
 
dibinin bölünməsi haqqında imzaladığımız sənədlərdə məhz Azərbaycanın mövqeyi öz əksini tapmışdır. Bizim 
başqa ölkələrin sektorlarında gözümüz yoxdur. Ancaq öz sektorumuzda da işləyəcəyik və  işlərimizi lazım 
bildiyimiz kimi quracağıq. Bu işdə heç kim bizə mane ola bilməz. Xəzər dənizinin sektorlara bölünməsi məsə-
ləsində də böyük irəliləyiş müşahidə olunur.  
Azərbaycan öz neft ehtiyatlarını artıq hasil edir və iki neft kəməri vasitəsilə dünya bazarlarına çıxarır. Bildiyiniz 
kimi, hazırda Bakı–Tbilisi–Ceyhan  əsas ixrac neft kəməri də inşa edilir və inşallah, 2005-ci ilin sonlarında o da 
istismara veriləcəkdir. Bundan sonra Azərbaycanın xəzinəsinə çox böyük həcmdə valyuta axını gələcəkdir. Bu da, öz 
növbəsində, qarşımızda duran planları həyata keçirməyə, yoxsulluğu azaltmağa, iş yerləri açmağa, yeni səhiyyə ocaq-
ları, təhsil müəssisələri, yeni infrastruktur yaratmağa imkan verəcəkdir.  İmkanlarımız çoxdur. Bu istiqamətdə 
hökumət xüsusi bir proqram – Azərbaycanın iqtisadi inkişaf proqramını hazırlayır və burada bütün bu məsələlər öz 
əksini tapacaqdır.  
Əlbəttə, bu məsələlərin həlli bizim valyuta ehtiyatlarımızın bu proqramın həyata keçirilməsinə verdiyi 
imkandan asılı olacaqdır. Heydər  Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində artıq valyuta 
ehtiyatları yaranır. Bu məqsədlə Neft Fondu yaradılmışdır və orada 1 milyard 400 milyon dollar vəsait 
toplanmışdır. Bu vəsait Azərbaycanın gələcək nəsilləri üçün istifadə olunacaq, eyni zamanda, ölkəmizin 
qarşısında duran mühüm sosial-iqtisadi problemlərin həllində də öz rolunu oynayacaqdır.  
Açılışına toplaşdığımız zavod həm də Dünya Bankının krediti ilə yaradılmışdır. Bu bizi çox sevindirir. 
Azərbaycan beynəlxalq maliyyə qurumları ilə çox sıx və uğurlu əməkdaşlıq edir. Əlamətdar haldır ki, Dünya 
Bankı, Beynəlxalq Valyuta Fondu, dünyanın digər aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən 
iqtisadi siyasəti çox yüksək qiymətləndirir və  bəyənirlər. Təbii ki, bu belə  də olmalıdır. Çünki ölkəmizin 
iqtisadiyyatı  hər il təxminən 10 faiz artır, inflyasiyanın səviyyəsi 2 faizdən yuxarı deyildir. Digər iqtisadi 
göstəricilər də deməyə əsas verir ki, Azərbaycan  inamla irəliləyir. 
Amma 1993-cü ili yada salaq. Həmin il, o vaxtkı iqtidarın dövründə inflyasiya min faiz təşkil edirdi. Yəni, 
pulun dəyəri tamamilə itirdi. Azərbaycan, demək olar ki, xaos vəziyyətində, böhran içərisində idi. Xəzinə 
boşalmışdı, burada qalan vəsaiti isə həmin iqtidar oğurlayıb xaricə aparmışdı. İndi isə Azərbaycanın sərvətləri, o 
cümlədən valyuta ehtiyatları çox etibarlı şəkildə qorunub saxlanılır. Bu məqsədlə Neft Fondu yaradılıb və o, çox 
şəffaf qurumdur. Onun fəaliyyəti, orada yığılan vəsait haqqında mütəmadi qaydada əhaliyə məlumat verilir. Bu 
şəffaf qurum Azərbaycanın gələcəyində və perspektivlərində çox mühüm rol oynayacaqdır.  
Bütün bu sadaladığım amillər deməyə imkan verir ki, Azərbaycan yaxın gələcəkdə çox böyük uğurlar əldə 
edəcək, iqtisadi cəhətdən güclənəcəkdir.  İqtisadiyyatımız daha da inkişaf edəcəkdir. Artıq biz bu inkişafı 
görürük. Xüsusilə aqrar sektorda. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, torpaq kəndlilərə verilmişdir. 
Biz artıq bunun nəticələrini görürük. Eyni zamanda, özəlləşdirmə prosesi nəticəsində minlərlə, on minlərlə 
sahibkarlar təbəqəsi yaranmışdır. Biz çalışmalıyıq ki, ölkəmizdə güclü orta təbəqə yaransın, Azərbaycanın bütün 
bölgələri hərtərəfli inkişaf etsin. Bu məqsədlə biz bundan sonra da işimizi elə quracağıq ki, hər bir bölgədə, 
Azərbaycanın hər bir rayonunda yeni iş yerləri açılsın, yeni zavodlar, fabriklər istifadəyə verilsin ki, insanlar işlə 
təmin olunsunlar.  
Biz bütün bunları edəcəyik. Əlbəttə, ilk növbədə biz istəyirik ki, Azərbaycan dünyada daha möhkəm şəkildə 
özünə layiq yer tutsun. İndi bu, baş verir. Mənim son görüşlərim, xaricdə apardığım danışıqlar bir daha onu 
göstərir ki, ölkəmiz dünyada öz mövqelərini möhkəmləndirmişdir.  İndi Azərbaycanla hesablaşır, ona hörmət 
edirlər. Ölkəmizin regiondakı mövqeyi möhkəmlənmişdir. Azərbaycansız regionda heç bir iqtisadi layihə həyata 
keçirilə bilməz.  
Halbuki Ermənistan öz işğalçı siyasəti nəticəsində bütün regional layihələrdən məhrum olubdur. Biz onları 
bu layihələrdən təcrid etmişik. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında olan iqtisadi uçurum daha 
da genişlənəcəkdir. Azərbaycan möhkəm və  zəngin ölkəyə çevriləcəkdir. Ermənistanda isə bu perspektivlər 
yoxdur. Əlbəttə ki, bu amil danışıqlar prosesində də mühüm rol oynayacaqdır. Azərbaycanın ordusu güclənir. 
Dövlətimizin başçısı  cənab Prezidentin göstərişləri  əsasında ordu quruculuğunda da böyük işlər görülmüşdür. 
Artıq bizim ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Amma biz istəyirik ki, müharibə 
olmasın, problemi sülh yolu ilə  həll edək. Eyni zamanda, ordumuz güclü olmalıdır və bu istiqamətdə  işlər 
aparılır.  
Yenidən iqtisadiyyata qayıdaq, çünki hər şey iqtisadi zəmin üzərində qurulur. İqtisadiyyatı güclü olan ölkə 
hər şeyə qadirdir. Bunu cənab Prezident bir neçə il əvvəl demişdir. Bu ifadə bu gün də aktualdır, sabah da aktual 
olacaqdır. Ona görə  də, ilk növbədə, iqtisadi inkişafa diqqət yetirilməlidir və yetirilir. Əlbəttə, bundan sonra 
maaşların və  gəlirlərin daha da artırılmasına imkan yaranacaqdır. Deyə bilərəm ki, cənab Prezidentin son 
sərəncamları  nəticəsində 2 milyon insan bunu hiss etmişdir – maaşlar 50 faiz qaldırılmış, pensiyalar 
artırılmışdır. Bu proses davam edəcəkdir. İmkan yarandıqca, biz bunu davam etdirəcəyik. Çünki bütün müsbət 
nəticələrə baxmayaraq, biz çox gözəl bilirik ki, problemlər də çoxdur və xalqın müəyyən təbəqəsi çətinlik çəkir. 
Yoxsulluğun azaldılması istiqamətində biz yenə də beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı ilə 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə