İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə42/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   38   39   40   41   42   43   44   45   ...   86

89 
 
üçün qanunverici baza mövcuddur. Bu yaxınlarda qəbul olunmuş Seçki Məcəlləsi həm yerli, həm də beynəlxalq 
səviyyədə geniş müzakirələrdən keçib və beləliklə, ən yüksək beynəlxalq standartlara uyğundur. ATƏT, Avropa 
Şurası  və digər beynəlxalq təşkilatları  təmsil edən çoxsaylı müşahidəçilər və eləcə  də yerli müşahidəçilər 
prezident seçkilərinin keçirilməsini izləyəcəklər. 
Qlobal səviyyədə demokratiyanın qələbəsi, sosial tərəqqi və davamlı inkişaf yoxsulluq problemləri və 
iqtisadi göstəricilər üzrə müxtəlif ölkələr və regionlar arasındakı  kəskin fərqlər həll olunmadan mümkün 
deyildir. Bununla bağlı minilliyin inkişafı  məqsədləri adlanan proqramın həyata keçirilməsi xüsusilə vacib 
xarakter alır. Yoxsulluğa qarşı mübarizə üçün inkişaf etmiş ölkələr keçid dövrünün iqtisadiyyatını yaşayan 
ölkələrin problemlərinə daha çox fikir verməlidirlər. Təcrübə göstərir ki, çox zaman dar düşüncəli, yalnız öz 
maraqlarına xidmət edən məqsədlər üstün gəldikdə, danışıq prosesində irəliləyiş olmur. Azərbaycan inanır ki, 
çoxtərəfli ticarət sistemində  tərəflərin tərkibi genişləndirilərsə, inkişaf etməkdə olan ölkələrə  və keçid 
iqtisadiyyatını yaşayan ölkələrə beynəlxalq ticarət təşkilatında xüsusi, fərqli münasibət göstərilərsə, bunun 
qlobal inteqrasiyanın uğuruna böyük xeyri dəyər. 
Biz qəti inanırıq ki, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu inkişaf etdirmək vacibdir. Yalnız dialoq 
və xoş məram vasitəsilə biz inamsızlıq  və qarşıdurmanı məğlub edəcək, ümumi təhlükələrə və çətinliklərə qarşı 
birləşib bir qüvvə kimi çıxış edə biləcəyik. 
Sonda, cənab sədr, icazə verin, Azərbaycanın güclü demokratik dövlət, bazar iqtisadiyyatı qurmaq siyasi 
xəttinə qəti sadiq olduğunu bir daha təkrar edim və bildirim ki, bizim əsl iradəmiz və arzumuz beynəlxalq sülh 
və təhlükəsizliyə səmərəli töhfə verməkdir. Sağ olun! 
 
 
 
 
 


90 
 
 
ÜMUMDÜNYA GÖMRÜK TƏŞKİLATININ (ÜGT)  
BAŞ KATİBİ MİŞEL DANE VƏ  
ONU MÜŞAYİƏT EDƏN ŞƏXSLƏRLƏ GÖRÜŞDƏ SÖHBƏT 
 
30 sentyabr 2003-cü il 
 
M i ş e l   D a n e:  Cənab Baş nazir, səmimi qəbula görə Sizə minnətdarlığımı bildirirəm. Son illər 
Azərbaycanda iqtisadiyyatda, eləcə də gömrük sistemində aparılan islahatlar və onların uğurlu nəticələri barədə 
məlumatlarımız var. Bir az əvvəl biz Bakının Maştağa qəsəbəsində yeni istifadəyə verilmiş  təlim-tədris 
mərkəzinin açılışında iştirak etmişik. Bu obyektin Azərbaycanın gömrük işçilərinin təcrübəsinin artırılması üçün 
xüsusi  əhəmiyyəti olacaqdır. Rəhbərlik etdiyim təşkilatla Azərbaycanın Gömrük Komitəsi arasında  əlaqələrin 
vəziyyətindən razı qaldığımı və bu münasibətlərin daha da möhkəmləndiriləcəyinə əminliyimi bildirirəm.  
Bu mövcud əməkdaşlığın yaranmasında və inkişaf etdirilməsində prezident Heydər Əliyevin rolunu xüsusi 
qiymətləndirirəm, özümün ən səmimi və xoş arzularımı Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş 
edirəm. 
İ l h a m   Ə l i y e v: Çox sağ olun. Salamlarınızı böyük məmnuniyyətlə çatdıraram. Mən çox şadam ki, 
qeyd etdiyiniz kimi, Azərbaycanda gömrük sistemində aparılan islahatlar, görülən işlər sizin təşkilat tərəfindən 
qiymətləndirilir. 
Azərbaycan yeni müstəqil dövlətdir və  təbii ki, ötən illərdə ölkəmizdə gömrük sistemi  tam yenidən 
qurulmuşdur. Ondan əvvəlki dövrlərdə bu sahədə heç bir təcrübəmiz olmamışdır. Bəli, çox sevindirici haldır ki, 
qısa müddət  ərzində gömrük sistemində görülən işlər öz nəticələrini vermişdir və bu gün biz deyə bilərik ki, 
Azərbaycanda bu sahədə bütün dünya standartlarına cavab verən mikrostruktur yaradılıbdır.  
Yeni tikilmiş  təlim-tədris mərkəzi çox əhəmiyyətlidir. Azərbaycan iqtisadi cəhətdən güclənir, iqtisadi 
islahatlar aparılır. Azərbaycanda son illər ərzində görülən işlərin – o cümlədən gömrük sistemində – demək olar 
ki, böyük əksəriyyəti dünyada mövcud olan ən yüksək standartlara uyğundur. Mən bilirəm, Gömrük 
Komitəsinin sədri Kəmaləddin Heydərov deyir ki, bizim gömrük təşkilatımız sizin təşkilatın çox fəal üzvüdür, 
tədbirlərinizdə iştirak edir. Sizin Azərbaycana növbəti gəlişiniz də onu göstərir ki, bu münasibətlər çox yüksək 
səviyyədədir. Çox istərdik ki, bizim Gömrük Komitəsi beynəlxalq təşkilatda daha möhkəm mövqe tutsun, həm 
sizdən öyrənsin, eyni zamanda, öz təcrübəsini də sizinlə bölüşsün, öz töhfəsini versin. 
 


91 
 
 
ŞİRVAN MİLLİ PARKININ AÇILIŞINA  
HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ  
MƏRASİMDƏ ÇIXIŞ 
 
1 oktyabr 2003-cü il 
 
Azərbaycan prezidenti Heydər  Əliyevin 2003-cü il 5 iyul tarixli sərəncamı ilə Bakı  şəhərinin Qaradağ 
rayonunun, habelə Salyan və Neftçala rayonlarının  ərazilərində 54373,5 hektar sahədə  Şirvan Milli Parkı 
yaradılmışdır. Parkın yaradılmasında  əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərinin, 
Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş ceyranların və bu ərazi üçün səciyyəvi olan fauna 
növlərinin qorunub saxlanılması, ekoloji monitorinqin həyata keçirilməsi,  əhalinin ekoloji maarifləndirilməsi
turizm və istirahət üçün şərait yaradılmasıdır.          
Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini 
ayırmağa imkan verir. Ərazinin  əsas hissəsini yovşanlı,  şoranotlu, yarımsəhra təpəliklər və düzənlik təşkil edir. 
Qədim sahil tirələri, külək vasitəsilə yaranan əsas relyef forması olan təpəciklər isə ceyranların sığınacağı  və 
mühafizəsi üçün çox sərfəlidir. Şirvan Milli Parkının herpetofaunasını 17 növ sürünən heyvanlar təşkil edir.  
Təsadüfi deyildir ki, Azərbaycanda və dünya miqyasında nəsli kəsilmək təhlükəsi ilə üzləşən quşlardan Milli 
Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın “Qırmızı kitab”ına, 10-u Beynəlxalq 
Təbiəti Mühafizə  Cəmiyyətinin siyahısına daxil edilmişdir.  Şirvan Milli Parkında məməli heyvanların 
respublikamızda yayılmış bütün növlərinə də rast gəlinir.  
Hörmətli xanımlar və cənablar! Əziz dostlar! 
Mən sizin hamınızı Şirvan Milli Parkının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu, Azərbaycanın müasir 
tarixində çox əlamətdar bir hadisədir və bir daha göstərir ki, ölkəmizdə təbiətin, ətraf mühitin qorunmasına ən yüksək 
səviyyədə böyük diqqət yetirilir.  
Bu park möhtərəm cənab Prezidentin sərəncamı  əsasında təşkil olunmuşdur. Eyni zamanda, Ağgöl və 
Ordubad milli parklarının yaradılması da cənab Prezidentin həmin sərəncamı ilə həyata keçirilmişdir.  
Azərbaycanda təbiətin qorunması bizim gələcəyimizlə bağlı  məsələdir. Azərbaycanın çox gözəl təbiəti, 
iqlimi vardır. Biz hamımız bu təbiəti qorumalıyıq. Son illər ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlar əldə 
etmişdir. Azərbaycan hərtərəfli inkişaf edir, beynəlxalq aləmdə özünə layiq yer tutmuşdur. 
Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında Birləşmiş Millətlər Təşkilatının toplantısında iştirak edərkən 
bir daha əmin oldum ki, Azərbaycana böyük hörmət, rəğbət vardır. Ölkəmiz regionda mühüm mövqelərə 
sahib olmuşdur. Bu, Heydər Əliyev diplomatiyasının təntənəsidir.  
Eyni zamanda, islahatların həyata keçirilməsi nəticəsində ölkəmiz iqtisadi cəhətdən güclənmişdir. Azər-
baycanda çox güclü iqtisadi potensial yaranmışdır. Ümumi daxili məhsulun artımı, inflyasiyanın səviyyəsi, 
digər iqtisadi göstəricilər bizi qabaqcıl ölkələr sırasına daxil etmişdir. Bu da möhtərəm cənab Prezidentin 
iqtisadi sahədə apardığı islahatların və siyasətin nəticəsidir.  
Neft strategiyası həyata keçirilir. Bu strategiyanın nəticəsində artıq minlərlə iş yerləri açılmışdır. Azərbaycanda 
Neft Fondu yaradılmışdır ki, bu da öz növbəsində ölkəmizin inkişafına güclü təkan verir. Burada toplanmış vəsaitin 
hesabına indi sosial proqramlar həyata keçirilir, qaçqınlar üçün yeni evlər, qəsəbələr tikilir, əməkhaqlarının artırılması 
üçün imkanlar yaranır. Bir sözlə, Azərbaycan son illər ərzində çox böyük və uğurlu yol keçmişdir. Deyə bilərəm ki, 
digər keçmiş sovet respublikaları ilə müqayisədə biz çox irəlidə gedirik və qabaqcıl yerləri tuturuq.  
Çox sevindirici haldır ki, bütün bu uğurlarla, iqtisadiyyatda əldə olunmuş nailiyyətlərlə, beynəlxalq aləmdə 
qazanılmış qələbələrlə yanaşı, bizdə təbiətə də diqqət yetirilir və onun qorunması üçün imkanlar tapılır. Mən bu 
münasibətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyini təbrik etmək istəyirəm. Onlar öz daxili imkanları hesabına 
Şirvan Milli Parkının təşkil olunmasında böyük rol oynamışlar. Biz istəyirik ki, bu cür parkların sayı çoxalsın. 
Bilirəm ki, bu, nazirliyin proqramında vardır. Hesab edirəm ki, beynəlxalq təşkilatların köməyi ilə  və daxili 
imkanlar hesabına, eyni zamanda, Azərbaycan hökumətinin səyi nəticəsində belə parkların sayı çoxalacaqdır. 
Bu parkların açılması  və  fəaliyyət göstərməsi artıq öz ilkin nəticələrini verməkdədir. Burada mənə  məlumat 
verdilər ki, parkda ceyranların sayı artmışdır, onlar 2 min baş artaraq 8 minə çatmışdır.  
Burada Azərbaycan faunasının "Qırmızı kitab"a düşmüş digər növləri də qorunub saxlanılır. Bu bizim üçün çox 
vacibdir. Ümumiyyətlə, Azərbaycan hökuməti gələcəkdə ekologiya məsələlərinə daha böyük diqqət göstərəcəkdir. 
Təəssüflər olsun ki, Sovet İttifaqı dövründə, ümumiyyətlə, ekologiya termini mövcud deyildi, bu barədə heç kim 
düşünmürdü. O cümlədən, neft sektorunda, neft hasilatı sahəsində də buna əhəmiyyət verilmirdi. İndi isə neft sektorunda 
bütün ekoloji tədbirlər görülür və deyə bilərəm ki, burada aparılan işlər ən yüksək dünya standartlarına uyğun şəkildə təşkil 
olunmuşdur. Mən bunu təsadüfi demirəm. Çünki bilirəm ki, bu ərazidə xarici neft şirkətləri, "Salyan Oyl" neft şirkəti 
fəaliyyət göstərir. Mən  əminəm ki, onlar bütün işlərini, o cümlədən  ətraf mühitin qorunmasını da dünya standartları 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə