İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə35/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   31   32   33   34   35   36   37   38   ...   86

75 
 
Əvvəla, vaxt tapıb, nazir başda olmaqla Ukrayna nümayəndə heyətini qəbul etdiyinizə görə Sizə çox 
minnətdaram. Nazirimizi dəvət etdiyinə görə nazir Əli Nağıyevə təşəkkür edirəm. Bu iki gündə mən özüm üçün 
çox  şey kəşf etdim. Azərbaycan mənə tanış olsa da, təsdiqləmək istərdim ki, Azərbaycanın və dünyanın 
görkəmli dövlət və siyasi xadimi Heydər Əliyeviç Əliyevin apardığı xarici və daxili siyasət nəticəsində, həyata 
keçirilmiş islahatlar, neft sahəsindəki strateji xətt  sayəsində xarici sərmayələr üçün, iqtisadiyyatın yüksəldilməsi 
üçün çox əlverişli  şərait yaradılmışdır.  İqtisadiyyatın  əsasında sosial sahədə çox işlər görülür. Bu iki gündə 
gördüklərim mənim üçün kəşf idi. Sosial şərait yaradılmasına Siz də çox böyük şəxsi töhfə vermisiniz. Siz neft 
sahəsinin, idmanın, demokratiyanın inkişafına da böyük töhfə vermisiniz. Dünən və bu gün biz sosial sahədə 
böyük dəyişikliklərin  şahidi olduq, ən müasir texnika ilə  təchiz edilmiş  Bərpa Mərkəzinə getdik. Biz istər 
Qarabağ müharibəsinin, istərsə də Böyük Vətən müharibəsinin əlillərindən Heydər Əliyeviçin və onlara xidmət 
edən həkimlərin ünvanına minnətdarlıq sözləri eşitdik. Biz onların ünvanına  minnətdarlıq ifadə olunan şeirlər 
eşitdik. Bizim üçün çox xoşdur ki, bu obyektlərin sayı getdikcə artır,  insanlar qayğı  və diqqətlə  əhatə 
olunmuşlar.  
İki nazirlik arasında danışıqlar da yaxşı nəticələr vermişdir. Hər iki nazir əlil arabacıqları buraxan müştərək 
müəssisələr yaradılması haqqında  razılığa gəlmişdir. Cənab nazir təvazökarlıq edir, o, əlillərə bir neçə arabacıq 
bağışlamağı qərara almışdır. Düşünürəm ki, biz bunları yaxın vaxtlarda təqdim edəcəyik. İnformasiya və təcrübə 
mübadiləsinin yeni yolları da müəyyənləşdirildi. Mənə elə  gəlir ki, cənab Nağıyevin Ukraynaya cavab səfəri 
əməkdaşlıq üçün daha böyük imkanlar açacaqdır. Bu səfər bütün sahələrdə münasibətlərimizin dərinləşməsinə 
və genişlənməsinə yönəldilən siyasətin davamı olacaqdır. Bizdə  əhalinin 30 faizi pensiyaçılardır. Onların 
mənafelərinin qorunması siyasi vəzifədir. Sizdə  də belədir. Odur ki, Sizə, hökumətə  uğurlar arzulayırıq. Xoş 
arzularımızı cənab Prezidentə yetirin. Biz onun tezliklə sağalıb Vətənə  dönməsini diləyirik. Sizə sülh, tərəqqi 
arzulayırıq. Siyasətdəki varislik və ardıcıllıq müsbət nəticələr verir. Biz Sizin uğurlarınıza şadıq. 
İ l h a m   Ə l i y e v: Boris Qriqoryeviç, səmimi sözlərə görə sağ olun. İki nazirlik arasında qarşılıqlı 
anlaşmanın və əməkdaşlığın belə səviyyədə olmasına çox şadam. Belə gözəl hədiyyəyə görə cənab nazirə çox 
minnətdaram. Müştərək müəssisə yaradılmasının planlaşdırılması çox müsbət haldır. Biz bir-birimizə kömək 
göstərməli və əməkdaşlıq etməliyik, təcrübəmizi bölüşə bilərik. Bu istiqamətdə əldə edilənlərin hamısını mən 
ancaq alqışlayıram.  Əminəm ki, sizin Azərbaycana səfəriniz kimi, Əli Nağıyevin Ukraynaya səfəri də  uğurlu 
olacaqdır.       
Ə l i   N a ğ ı y e v: Cənab Baş nazir! Belə gərgin dövrdə, seçkilər qarşısında vaxt tapıb bizi qəbul etdiyinizə 
görə Sizə təşəkkür etmək istəyirəm. İndi Siz mühüm siyasi, iqtisadi və sosial vəzifələrin həlli ilə məşğulsunuz. 
Ölkəmizdə qarşıdakı seçkilərə hazırlığın gedişini bir çox xarici dövlətlər və beynəlxalq təşkilatlar müşahidə 
edirlər. Azərbaycana gələn qonaqlar dəfələrlə vurğulayırlar ki, ölkə ən yüksək beynəlxalq standartlara uyğun, 
əsl demokratik seçkilər keçirməyə hazırdır.  
M i x a i l   P a p i y e v: Hörmətli İlham Heydəroviç! 
Məni möhtərəm səfirimizlə birlikdə qəbul etməyə vaxt tapdığınıza görə sağ olun. Bu gün prezidentlərimizə 
ünvanlanmış  təşəkkür sözlərimiz çox səmimi sözlər idi. Ölkələrimizin xalqları bundan sonra da dost kimi 
yaşayacaqlar və dövlətlərimiz yardıma ehtiyacı olan insanların sosial problemlərinin həllinə təminat verəcəklər. 
Biz kiçik bir hədiyyə – süvari heykəlciyi hazırlamışıq. Arzumuz budur ki, Siz həmişə yüksəkdə olasınız. 
 


76 
 
 
RUSİYA FEDERASİYASININ PREZİDENTİ  
VLADİMİR PUTİN İLƏ TƏKBƏTƏK  
GÖRÜŞDƏ SÖHBƏT

 
 
Yalta, Livadiya sarayı 
 
18 sentyabr 2003-cü il 
 
V l a d i m i r  P u t i n: Cənab Baş nazir, Sizi görmək, yenidən və yeni vəzifədə qarşılamaq 
mənim üçün çox xoşdur. Mən Sizi, ilk növbədə, bu yüksək vəzifəyə  təyin olunmağınız münasibətilə 
təbrik etmək istəyirəm. Əminəm ki, bu, uğurlu seçimdir. Son vaxtlar bizim əlaqələrimizin inkişafı barədə 
ölkələrimizin ictimaiyyətinə  təqdim etməli məsələlər var. İndicə  mən ötən il üçün məlumatı  nəzərdən 
keçirdim və gördüm ki, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 70 faiz, bu ilin ilk beş ayında isə 20 
faiz artmışdır. Çox yaxşı dinamikadır və ümidvaram ki, Azərbaycan Prezidenti ilə söhbətlərimiz də öz 
bəhrəsini verir.  
Sizdən xahiş etmək istəyirəm ki, ilk fürsət düşən kimi, ilk imkan yaranan kimi mənim  ən xoş 
arzularımı Prezidentə yetirəsiniz. Biz ümidvarıq ki, o sağalacaq, hər şey normal olacaqdır. Biz bilirik ki, 
hazırda Azərbaycan getdikcə genişlənən seçkiqabağı mübarizə  şəraitindədir. Lakin ümidvar olduğumu 
ifadə etmək istəyirəm ki, daxili siyasi proseslər ikitərəfli münasibətlərin inkişafının sürətinə  təsir 
göstərməyəcək və o, davam edəcəkdir. 
İ l h a m   Ə l i y e v: Cənab Prezident, səmimi sözlərə görə çox sağ olun. Mən, ilk növbədə, 
Prezidentimizin xahişini yerinə yetirmək və Sizə onun ən xoş arzularını çatdırmaq, işinizdə  uğurlar 
dilədiyini bildirmək istərdim. Bizə də çox xoşdur ki, ölkələrimiz arasında münasibətlər bütün sahələrdə 
dinamik inkişaf edir və siyasi baxımdan da çox yaxşı qarşılıqlı fəaliyyət var. İqtisadiyyata gəldikdə, qeyd 
etdiyiniz kimi, əmtəə dövriyyəsi sürətlə artır və qarşılıqlı surətdə faydalı olan bir çox layihələr həyata 
keçirilir. Ancaq deməliyəm ki, münasibətlərimizin belə inkişafına başlıca təkan Sizin Azərbaycana 
səfərinizdən sonra verilmişdir. Bilirsiniz ki, Rusiya Prezidentinin səfərini Azərbaycanda çoxdan 
gözləyirdilər və Siz bu səfəri həyata keçirməyi qərara aldıqda, bu səfərdən dərhal sonra hiss etdik ki,  
bütün istiqamətlərdə çox sürətli irəliləyiş yarandı və münasibətlərimiz fəallaşmağa başladı. Biz bunu çox 
əziz tuturuq. Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, Rusiya Azərbaycan üçün strateji tərəfdaşdır. İndi 
bu siyasət aparılır və gələcəkdə də aparılacaqdır. Dövlətlərarası münasibətlərin bütün səviyyələrində yeni 
uğurlar qazanmağımız, daha yaxından qarşılıqlı  fəaliyyət göstərərək ölkələrimizə  və xalqlarımıza fayda 
gətirməyimiz üçün biz özümüzdən asılı olan bütün işləri görəcəyik. Fürsətdən istifadə edərək
Azərbaycan Prezidenti müalicə olunarkən ona göstərdiyiniz qayğıya görə  də Sizə öz şəxsi təşəkkürümü 
bildirmək istəyirəm. Biz bunu yüksək qiymətləndiririk. Bunu Azərbaycanda yüksək qiymətləndirir və 
həmişə yadda saxlayacaqlar. 
V l a d i m i r   P u t i n: Zənnimcə, buna görə təşəkkür etmək lazım da deyildir. Bu, müqəddəs işdir. 
Təkcə bu məsələlərdə deyil, hər hansı digər məsələlərdə  də bizim köməyimizə ümid bəsləyə bilərsiniz. 
Əgər səfərlər  əlaqələrimizə belə kömək edirsə, Sizi Moskvaya işgüzar və ya rəsmi səfərə  dəvət etmək 
istəyirəm. Səfərin formatını  yəqin ki, Rusiya Federasiyasının hökuməti ilə razılaşdıracaqsınız. Təkrar 
edirəm, bütün seçkiqabağı  işlərə baxmayaraq, biz çox istərdik ki, münasibətlərimizin inkişaf sürətini 
itirməyək. Bizim ən müxtəlif sahələrə dair müzakirələr aparmaq üçün imkanımız var. Odur ki, zənnimcə, 
bu, yerinə düşəcəkdir. 
 
 
                                                 

 Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının zirvə 
görüşündə iştirak etmək üçün sentyabrın 18-də Ukraynanın Yalta şəhərinə gəlmişdir.  
Yaltada Baş nazir İlham Əliyev ilə Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev, Ukrayna prezidenti Leonid 
Kuçma, Gürcüstan prezidenti Eduard Şevardnadze arasında da təkbətək görüş olmuşdur. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə