İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə33/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   29   30   31   32   33   34   35   36   ...   86

71 
 
 
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ  
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
15 sentyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli Avropa Şurasının nümayəndələri! 
Əziz dostlar!  
Mən sizi ürəkdən salamlayıram. Azərbaycana xoş  gəlmisiniz. Üç ilə yaxındır ki, Azərbaycan Avropa 
Şurasının üzvüdür. Bu illər  ərzində biz çox gözəl  əməkdaşlıq etmişik. Azərbaycanın qanunvericiliyi 
təkmilləşdirilmiş, Avropa standartlarına uyğunlaşdırılmışdır. Avropa Şurasının tövsiyələri ölkəmiz üçün çox 
əhəmiyyətli olmuş və bizə çox kömək etmişdir. 
Eyni zamanda bu üç il ərzində Azərbaycan nümayəndə heyəti də Avropa Şurasının bütün iclaslarında, onun 
komitələrinin və komissiyalarının işində çox fəal iştirak etmişdir. Hesab edirəm ki, bu, Azərbaycan üçün çox 
faydalı olmuşdur.  
Həmçinin düşünürəm ki, bu üç il Azərbaycan nümayəndə heyəti üçün böyük məktəb idi. Biz bir çox 
məsələlərlə yaxından tanış olduq. Eyni zamanda hesab edirəm ki, biz də Avropa Şurasına öz töhfələrimizi 
vermişik.  
Sevindirici haldır ki, Avropa Şurası Azərbaycan üçün ən ağır olan problemin həllində  də öz səylərini 
göstərir. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi məruzəçi təyin olunmuş və o, işə 
başlamışdır. Bu bizi çox sevindirir. 
Bilirsiniz ki, Avropa Şurası öz rəsmi sənədlərində Ermənistanı  işğalçı dövlət kimi tanımışdır. Bu bir daha 
göstərir ki, Avropa Şurası həmin məsələ ilə bağlı çox ədalətli mövqe tutur. Buna görə biz hamımız bu təşkilata 
minnətdarıq.  
Fürsətdən istifadə edərək, sizdən Avropa Şurasının rəhbərlərinə – sədr cənab  Şiderə, Baş katib cənab 
Şvimmerə, Parlament Assambleyasının Baş katibi cənab Hallerə  mənim xoş arzularımı  və salamlarımı 
çatdırmağı xahiş edirəm. Eyni zamanda cənab Qrossa, – o, Avropa Şurası Parlament Assambleyasının büro 
üzvüdür,  bütün büro üzvlərinə mənim salamlarımı və birgə fəaliyyətimiz, gördüyümüz işlərə görə təşəkkürümü 
çatdırmağı xahiş edirəm. Mən birgə  fəaliyyətimizi çox böyük məmnunluq hissi ilə xatırlayıram və xa-
tırlayacağam.  Əminəm ki, Azərbaycan nümayəndə heyəti bundan sonra da Avropa Şurasında ölkəmizin milli 
maraqlarını müdafiə edəcək, demokratiyanın inkişafı naminə öz səylərini əsirgəməyəcəkdir.  
A n d r e a s   Q r o s s:  Cənab Baş nazir!  
Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, bizim həmkarımız cənab İlham Əliyev!  
Mən çox şadam ki, Azərbaycanda prezident seçkiləri  ərəfəsində bütün namizədlərdən  əvvəl sizinlə 
görüşürük.  
Cənab Baş nazir, biz buraya seçkilər ərəfəsində bir baxış missiyası ilə gəlmişik. Sizə məlum olduğu kimi, 
nümayəndə heyətimizin tərkibində bir çox ölkələrin təmsilçiləri vardır. Türkiyənin nümayəndəsi cənab 
Çavuşoğlu,  İspaniyanın yaxından tanıdığınız nümayəndəsi cənab Kassan, Fransanın nümayəndəsi cənab Qule 
heyətə daxildirlər. Biz Azərbaycanda  ədalətli və  şəffaf seçkilər keçirilməsini istəyirik. Çünki seçilən  şəxsin 
ölkənin müqəddəratına aid olan həlledici qərarlar qəbul etməyə tam hüququ olacaqdır. Ona görə  də biz bu 
proseslə yaxından tanış oluruq və Azərbaycanda ədalətli seçkilərin keçirilməsində maraqlıyıq.  


72 
 
 
RUSİYA FEDERASİYASI  
PREZİDENTİNİN İCRA APARATININ  
RƏHBƏRİ ALEKSANDR VOLOŞİN İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
16 sentyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli Aleksandr Stalyeviç! 
Hörmətli dostlar!  
Sizi salamlamağıma şadam. Azərbaycana xoş gəlmisiniz. Biz sizin gəlişinizə çox şadıq. Bilirəm ki, çox 
maraqlı görüşlər keçirmisiniz. Əminəm ki, səfəriniz ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə 
kömək edəcəkdir. Biz son illər Rusiya ilə Azərbaycan arasında yaranmış münasibətlərin səviyyəsindən razıyıq. 
Bütün istiqamətlərdə – siyasi məsləhətləşmələr baxımından da, iqtisadi müstəvidə  də, mədəni həyatda da 
nəzərəçarpan tərəqqi olduğunu görürük. Bütün bu istiqamətlərdə xeyli irəliləyiş var. Ən başlıcası budur ki, 
dostluq münasibətlərimizə və xalqlarımıza fayda gətirən real nəticələr var.   
Rusiya prezidenti hörmətli Vladimir Vladimiroviç Putinin Azərbaycana səfəri bizim üçün çox vacib idi. 
Zənnimcə, bizim vətəndaşlarımız da mənim fikrimi dəstəkləyərlər ki, bu səfərdən sonra Rusiya ilə Azərbaycan 
arasında münasibətlər yeni səviyyəyə qalxmışdır. Prezidentlərimiz arasında çox aydın dostluq münasibətləri 
yaranmışdır. Bu isə onun rəhnidir ki, ölkələrimiz gələcəkdə də öz münasibətlərini mehriban qonşuluq, dostluq, 
qardaşlıq əsasında quracaqlar. Biz iqtisadi sahədə bir çox mühüm layihələri birlikdə həyata keçiririk. 
Çox  şadıq ki, Rusiya şirkətləri iqtisadiyyatın müxtəlif sahələrində bizimlə  əməkdaşlığa böyük maraq 
göstərirlər. Biz bunu alqışlayırıq və həmişə alqışlamışıq. Həmişə çalışmışıq ki, iqtisadi potensialın inkişafı və 
istifadəsi sahəsində ölkələrimizin əlaqələrindən tam gücü ilə faydalanaq. Bu gün biz bunu görürük.  
Əlbəttə ki, bunun üçün ən möhkəm əsas iki dövlət arasında, iki prezident arasında siyasi səviyyədə qarşılıqlı 
anlaşmanın olmasıdır. Bu, Azərbaycanın mənafelərinə tam uyğundur,  əminəm ki, Rusiyanın da mənafelərinə 
uyğundur. Prezidentimiz Heydər  Əliyev dəfələrlə  bəyan etmişdir ki, Rusiya Azərbaycan üçün strateji 
tərəfdaşdır. İndi praktikada görürük ki, bu strateji tərəfdaşlıq münasibətləri hər iki ölkənin mənafelərinə cavab 
verir. Prezidentimizin rəhbərliyi ilə gələcəkdə də vəzifəmiz  münasibətlərimizin məhz belə inkişaf etməsi üçün 
bizdən asılı olan bütün işləri görməkdən ibarətdir.  
Digər bütün sahələrdə qarşılıqlı anlaşma və  əməkdaşlıq çox yüksək səviyyədədir. Rusiyada baş verən 
hadisələr barədə bizdə tam məlumat var. Burada biz Rusiya telekanallarının verilişlərinə baxırıq, ona görə də 
tam informasiya alırıq. Əlbəttə, istərdik ki, Azərbaycanda baş verən hadisələrdən Rusiya vətəndaşları da xəbər 
tutsunlar. Bizim ümumi tariximiz olub, biz çox sıx inteqrasiya edilmişik və bu fikirdəyik ki, keçmişdə olmuş 
əlaqələri, müsbət məqamları möhkəmləndirib inkişaf etdirməliyik. Biz həm o dövrdə yaşamış, həm də indi 
ölkələrimizin müstəqilliyi şəraitində yaşayan insanlarıq. Əlbəttə, o dövr haqqında təsəvvürümüz var, qarşılıqlı 
anlaşmanı yüksək qiymətləndiririk. Hesab edirəm, bizim vəzifəmiz ondan ibarətdir ki, həm rusiyalıların, həm də 
azərbaycanlıların gələcək nəsilləri bu əlaqələri qırmasınlar, bu qarşılıqlı anlaşmanı itirməsinlər. Zənnimcə, 
bütün səviyyələrdə – istər siyasi səviyyədə, istərsə də məişət səviyyəsində ölkələrimiz və xalqlarımız arasında 
münasibətlər çox faydalı və vacibdir. Ona görə də Azərbaycana gəldiyinizə görə sizə bir daha minnətdarlığımı 
bildirmək istəyirəm.  Əminəm ki, dediyim kimi, səfəriniz bütün istiqamətlərdə  əlaqələrimizin daha da 
möhkəmlənməsinə xidmət edəcəkdir. 
A l e k s a n d r   V o l o ş i n:  Hörmətli İlham Heydəroviç! 
Səmimi sözlərə görə sağ olun. Sizinlə görüşməyimə çox şadam. Həqiqətən, Azərbaycanla Rusiya arasındakı 
qarşılıqlı münasibətlərin və  əməkdaşlığın çox böyük potensialı var. Bu potensialın bünövrəsi  əvvəlki ümumi 
tariximizlə və prezidentlərimiz arasındakı qarşılıqlı anlaşmanın yaxşı səviyyəsi ilə qoyulmuşdur. 
Həm iqtisadi, həm siyasi potensialla, həm də ən müxtəlif əməkdaşlıqla artırılan bu qarşılıqlı anlaşma hər iki 
ölkəyə böyük fayda verə bilər. Rusiya üçün Azərbaycan  ən öncül tərəfdaşlardandır. Azərbaycan bizim üçün 
nəinki yaxın və doğma ölkədir, eyni zamanda, siyasi, iqtisadi baxımdan bizim burada həm dostlarımız, həm də 
tərəfdaşlarımız var. Bizim burada məsləkdaşlarımız da var. Biz Sizi belə insanlar sırasına aid edirik və çox şadıq 
ki, əməkdaşlığımız bu cür inkişaf edir. Biz münasibətlərimizin Rusiyanın və Azərbaycanın rifahı naminə ardıcıl 
surətdə inkişaf etməsi üçün bundan sonra da var qüvvə ilə çalışacağıq. Əslinə qalsa, bu, hər iki dövlətin rifahı 
naminə ölkələrimizin normal inkişaf edə bilməsi üçün yeganə variantdır. Düşünürəm ki, artıq çox möhkəm 
bazası olan bu münasibətlərin Rusiya və Azərbaycan xalqlarının rifahı naminə dinamik və ardıcıl surətdə inkişaf 
etməsi üçün biz – həm Rusiya, həm də Azərbaycan birgə səylər göstərəcəyik. 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə