İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə26/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   22   23   24   25   26   27   28   29   ...   86

57 
 
 
XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN YENİ İNŞA EDİLMİŞ “PROFESSOR ƏZİZ ƏLİYEV” 
TANKERİNİN İSTİSMARA VERİLMƏSİ VƏ MİLLİ PARKDA TİKİLMİŞ YAXT-KLUBUN 
AÇILIŞI MÜNASİBƏTİLƏ KEÇİRİLMİŞ TƏNTƏNƏLİ MƏRASİMDƏ ÇIXIŞ  
 
5 sentyabr 2003-cü il 
 
Hörmətli xanımlar və cənablar! 
Əziz dostlar! 
Bu gün Azərbaycanda bayramdır. Azərbaycan üçün, ölkəmiz üçün iki mühüm hadisə baş verir. Professor 
Əziz Əliyevin adını daşıyan tanker istismara verilir, eyni zamanda, Azərbaycanda gözəl Yaxt-klub açılır. Hər iki 
hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.  
Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti son illər ərzində çox yüksək səviyyəyə qalxıbdır. Gəmiçilik tərəfindən 
həyata keçirilən böyük tədbirlər öz əyani nəticələrini verməkdədir. Çox sevindirici haldır ki, gəmiçilik öz vəsaiti 
hesabına öz donanmasını yeniləşdirib, yeni avadanlıq alınır, o cümlədən yeni gəmilər, tankerlər alınır. Mənim 
üçün çox əzizdir ki, bu tanker görkəmli dövlət xadimi, gözəl alim, qayğıkeş həkim, mənim babam Əziz Əliyevin 
adını daşıyır.  
Belə  gəmilərə Azərbaycanın görkəmli  şəxsiyyətlərinin adlarının verilməsi çox müsbət haldır. Gəmiçilik 
tərəfindən alınan birinci gəmiyə maestro Niyazinin adı verilib, ondan sonra alınacaq tankerin adı “Cəlil 
Məmmədquluzadə” olacaqdır. Bilirəm ki, Gəmiçiliyin planlarında digər iri tankerlər alınması da vardır. 
İnanıram ki, onlara da Azərbaycanın tarixində mühüm rol oynamış şəxslərin adları veriləcəkdir. 
Bu tankerin istismara verilməsi, hesab edirəm, təkcə Gəmiçilik üçün deyil, bütün iqtisadiyyatımız üçün çox 
önəmli bir hadisədir. Bu, Heydər  Əliyevin neft strategiyasının tərkib hissəsidir. Heydər  Əliyevin neft 
strategiyası çoxşaxəlidir, çox istiqamətlərdən ibarətdir. Təbii ki, ilkin mərhələdə əsas vəzifə Azərbaycana xarici 
sərmayə gətirmək, Azərbaycanın bütün maraqlarını nəzərə almaq və qorumaq şərti ilə xarici şirkətlər üçün gözəl 
şərait yaratmaq və beləliklə, ölkəmizdə neft sənayesini canlandırmaq idi. Bu mərhələ uğurla başa çatdı və artıq 
Azərbaycan adambaşına düşən xarici sərmayələrin qoyuluşuna görə MDB ölkələri arasında birinci yerlərdədir. 
Azərbaycan neft hasil edən elə ölkədir ki, onun dünya bazarlarına açıq çıxışı yoxdur. Belə olan halda, təbii 
ki, neft kəmərlərinin tikilməsi zəruridir. Çox çətin bir şəraitdə, iqtisadi, siyasi və digər çətinliklərlə üzləşməsinə 
baxmayaraq, Heydər  Əliyevin iradəsi ona imkan verdi ki, Azərbaycan qısa bir müddət  ərzində bir neçə neft 
kəmərinin tikilməsinə nail oldu. Bakı–Novorossiysk, Bakı–Supsa neft kəmərləri vasitəsilə Azərbaycan nefti 
dünya bazarlarına çatdırılır.  İndi isə Bakı–Tbilisi–Ceyhan kimi nəhəng, irimiqyaslı, dünya üçün önəmli neft 
kəməri çəkilməkdədir. Heydər Əliyevin neft strategiyasının təntənəsi budur.     
Bu strategiyanın bir tərkib hissəsi də Azərbaycanı tranzit ölkəyə çevirməkdən ibarət idi. Çünki Azərbaycan 
neft-qaz hasil edən ölkəyə çevrilib, gələcəkdə çıxarılacaq neftin həcmi 50 milyon tona çatacaqdır. Bəlkə ondan 
da çox olacaqdır. Amma, eyni zamanda, Azərbaycan öz coğrafi vəziyyətindən istifadə edərək, başqa ölkələr 
üçün tranzit ölkəyə çevrilir.  
Əlbəttə, bu tankerin əsas vəzifəsi Xəzər dənizinin  şərqində yerləşən  yataqlardan çıxarılan nefti Bakıya 
çatdırmaqdır, ondan sonra neft Şərq–Qərb dəhlizi vasitəsilə dünya bazarlarına göndəriləcəkdir. Bu işlər getdikcə 
daha da genişlənəcəkdir. Artıq Qazaxıstan ilə gələcək əməkdaşlıq haqqında  danışıqlar aparılıbdır. Danışıqların 
nəticələri çox müsbətdir və yaxın gələcəkdə, yəqin ki, Qazaxıstandan və başqa ölkələrdən Azərbaycan vasitəsilə 
daşınan yüklərin, o cümlədən neft məhsullarının, xam neftin həcmi artırılacaqdır.  
Ümumiyyətlə, Azərbaycanda nəqliyyat infrastrukturu genişlənir, güclənir.  Əlbəttə, bunun əsas səbəbi 
ondadır ki, Azərbaycanın iqtisadiyyatı çox sürətlə, hərtərəfli inkişaf edir. Nəqliyyatla bilavasitə  məşğul olan 
idarələr, qurumlar, şirkətlər yeni pilləyə qalxıblar. Dəmir yolu idarəsində çox müsbət dəyişikliklər baş verir, çox 
böyük işlər görülübdür. Dübəndi neftdoldurma terminalı tikilib istifadəyə verilibdir. Yüzdən artıq sistern  alınıb 
istifadəyə buraxılıbdır. Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Astara, Bakı–Dərbənd sərnişin qatarları istifadəyə 
verilibdir. Lokomotiv deposunda gözəl təmir-bərpa işləri aparılıbdır. Dəmir-beton  şpallar zavodu istifadəyə 
verilibdir və digər işlər görülübdür. Bütün bunlar Azərbaycan üçün lazımdır, vacibdir. Əminəm ki, gələcəkdə də 
işlər bu istiqamətdə davam etdiriləcəkdir.  
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin xəttilə böyük işlər görülübdür. Bakının hava limanı  ən 
müasir standartlara cavab verən şəkildə tikilib istifadəyə verilibdir. Yerli xətlərlə məşğul olan qurum işini çox 
yüksək səviyyədə saxlaya bilib və Bakıda köhnə hava limanının inzibati binası və aerovağzal kompleksi demək 
olar ki, tamamilə sökülərək, əvəzinə yeni müasir bina tikilib istifadəyə verilibdir.  
Naxçıvanda yeni aerovağzal kompleksi və hava limanı tikilir. Prezidentin göstərişi ilə inşa olunan hava 
limanı  ən yüksək standartlara cavab verəcəkdir. Eyni zamanda, orada dünyada ən böyük təyyarələrin, o 
cümlədən yük təyyarələrinin qalxıb-enməsinə imkan verən uçuş zolaqları olacaqdır.  Bu  da  təbiidir. Çünki 


58 
 
blokada  şəraitində yaşayan, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan daim cənab Prezidentin diqqət 
mərkəzindədir və hökumət də daim oraya diqqət göstərir və bundan sonra da göstərəcəkdir.  
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin xəttilə iki “Boinq-757” təyyarəsi alınıbdır.  İndi vertolyot 
parkı yeniləşdirilir. Fransadan ən müasir vertolyotlar alınır ki, bunlar da Azərbaycanda həm neftçilərə xidmət 
edəcək, həm də müvafiq qurumlara gözəl kömək olacaqdır.  
Azərbaycanda avtomobil yolları kreditlər, daxili imkanlar vasitəsilə yeniləşir, təzə yollar salınır. Bakı-Qazax 
avtomobil yolu Gürcüstan sərhədinədək ən yüksək səviyyədə inşa edilir. Gələcəkdə Bakı–Astara yolunun inşası 
nəzərdə tutulur. Başqa yollar da ən yüksək, müasir standartlara uyğun  şəkildə  təmir olunacaq və yenidən 
tikiləcəkdir.  
Bütün bunlar onu göstərir ki, Azərbaycanda nəqliyyat infrastrukturu güclənir, yeniləşir və  əlbəttə, bu, 
ölkəmiz üçün çox vacib bir amildir,  gələcəyimiz üçün çox mühüm bir haldır. Azərbaycan Şərq–Qərb nəqliyyat 
dəhlizi layihəsinin iştirakçısıdır və bu dəhliz vasitəsilə artıq böyük işlər görülübdür. Eyni zamanda, Şimal–
Cənub dəhlizinə də qoşulmaq niyyətindəyik. Hesab edirik, bu da ölkəmizə böyük uğurlar gətirəcəkdir.  
Bir sözlə, Heydər Əliyevin siyasəti, müdrikliyi, uzaqgörənliyi bizə imkan verib ki, XXI əsrin əvvəllərində 
Azərbaycan dünya üçün mühüm neft-qaz hasil edən ölkəyə çevrilib, eyni zamanda, mühüm tranzit məntəqəsinə 
çevrilibdir.  
Əziz dostlar, biz bu gün idman qurğusunun da açılışını edirik. Bu gözəl Yaxt-klub idmançıların sərəncamına 
verilir. Hesab edirəm ki, təkcə yelkənli qayıq idmanı növü üzrə federasiyasının nümayəndələri deyil, eyni 
zamanda, digər idman növləri ilə məşğul olanlar bu gözəl Yaxt-klubdan səmərəli istifadə edəcəklər. Bu da ən 
yüksək müasir, dünya standartları  səviyyəsində yaradılmışdır. Ümumiyyətlə, Azərbaycanda son illər  ərzində 
görülən bütün işlər yüksək səviyyədədir. 
Azərbaycanda idman inkişaf edir, bundan sonra da inkişaf edəcəkdir. Gözəl maddi-texniki baza yaradılır. 
İdmançılarımız beynəlxalq yarışlarda çox böyük nəticələr göstərirlər, ölkəmizi təbliğ edirlər, bayrağımızı 
qaldırırlar. Mən buna görə onlara minnətdaram. Mən federasiyalara minnətdaram ki, onlar Milli Olimpiya 
Komitəsinin təşəbbüsünü dəstəkləyərək, özləri də müvafiq idman qurğuları tikməyə başlayıblar. Biz bu gün 
yelkənli qayıq idmanı növü üzrə federasiyanın idman kompleksini açırıq.  
Bundan  əlavə, Azərbaycanda taekvondo, voleybol, həndbol, otüstü xokkey, stend atıcılığı  və başqa 
federasiyalar da özləri üçün müvafiq idman kompleksləri tikirlər. Bu, çox müsbət haldır.  Əminəm ki, digər 
federasiyalar da bu təşəbbüsə qoşulacaqlar. Beləliklə, Azərbaycanda qısa müddət  ərzində idmanda böyük bir 
dönüş yarada bildik. Hesab edirəm ki, bizim gözəl imkanlarımız var ki, Azərbaycan qarşıdan gələn Afina yay 
Olimpiya oyunlarında da yüksək nəticələr qazana bilsin. Mən buna əminəm. Bizim idmançılarımızın nəticələri 
bunu göstərir. Qısa müddət ərzində idmançılarımız bir neçə növ üzrə dünya çempionu olublar. Bu, çox müsbət 
haldır.  Əlbəttə, bu bizim hamımızın – Milli Olimpiya Komitəsinin, Gənclər,  İdman və Turizm Nazirliyinin, 
müvafiq federasiyaların, idmançıların, onların məşqçilərinin işinin nəticəsidir. Mən çox şadam ki, Azərbaycanda 
idmana cavabdeh olan bütün qurumlar vahid komanda şəklində çıxış edirlər. Əminəm ki, bundan sonra da belə 
olacaqdır. İdmançılarımız gələcəkdə də idman yarışlarında Azərbaycanın şərəfini daim yüksək tutacaqlar.  
Mən bir məsələyə toxunmaq istəyirəm. Bəlkə  də bunun yeri deyil, amma istəyirəm fikrimi sizə çatdıram. 
İndi biz prezident seçkiləri  ərəfəsindəyik.  Əlbəttə, hər bir namizəd üçün imkan verilib ki, öz fikrini camaata 
çatdırsın. Bu, çox müsbət haldır. Amma arzum budur ki, hərə gördüyü işlər haqqında danışsın. Başqa adamların 
gördüyü işləri öz adına  çıxmasın.  
Dünən namizədlərin biri fərəhlə deyirdi ki, 1992-ci ildə guya onların səyləri nəticəsində Nazim Hüseynov 
Olimpiya çempionu olubdur. Nazim Hüseynov buradadır. O, doğrudan da 1992-ci ildə Olimpiya çempionu 
olubdur. Amma inanmıram ki, bir ay hakimiyyətdə qalan insanların buna köməyi dəysin. Təklifim budur ki, 
hərə gördüyü işlərə görə qiymət almalıdır. Sabah ola bilər, deyəcəklər ki, bu Yaxt-klubun da təməlini onlar 
1992-1993-cü ildə qoyublar. Necə ki, indi deyirlər ki, Bakı–Ceyhanın təməlini, sən demə, 1993-cü ildə onlar 
qoymuşlar. Nə Bakı–Ceyhan haqqında, nə cüdo idman növü haqqında, ümumiyyətlə, onların təsəvvürü belə 
yoxdur.  İdman nədir, onlar bilmirlər. Təəssüf edirəm ki, müxalifətdə on il qalmalarına baxmayaraq, sivil, 
mədəni, siyasi mübarizə üsullarını  qavraya bilməyiblər.  
Nazim Hüseynov görkəmli idmançıdır, 1992-ci ilin yayında, avqust ayında çempion olmuşdur. O vaxtkı 
iqtidar iki ay ondan əvvəl hakimiyyətə  gəlmişdi, iki ayda Nazimi belə gözəl hazırlamışdılar? Eyni zamanda, 
onunla birlikdə gimnast üzrə Belenki var idi. Moskvada olur.  
Əlbəttə, idmançının idman ömrü uzun olmur, qısa olur. Nazim də idmanı tərk etdi. 
Mən Milli Olimpiya Komitəsinə  rəhbərlik etməyə başlayanda Nazimi qiyabi olaraq tanıyırdım, onun 
haqqında eşitmişdim. Onu dəvət etdim, idmana qaytardım, ona gözəl  şərait yaratdım. Onun yaşayış  şəraitini 
yaxşılaşdırdım. Onu bizim milli yığma komandaya təhkim elədim və o, bütün məşqlərdə öz nüfuzundan, 
peşəkarlığından istifadə edərək, milli komandaya böyük töhfə verir, böyük xidmət edir. İşlə təmin olunmasında 
kömək etdim.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə