İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə28/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   24   25   26   27   28   29   30   31   ...   86

61 
 
Çinin Ali Xalq Prokurorluğu ölkədə sabitliyi qorumaqla yanaşı, mənfi hallara, o cümlədən cinayətkarlığa 
qarşı mübarizə aparır və bu sahədə digər ölkələrin təcrübəsini öyrənməkdən  şərəf duyur. Biz digər ölkələrin 
təcrübəsini öyrənməyə  və ondan istifadə etməyə hazırıq. Azərbaycan Respublikası ilə  də  əməkdaşlığı 
möhkəmləndirməyə daim hazırıq.  
Deməliyəm ki, səfərimiz çox uğurlu keçir. Azərbaycan Respublikasının Prokurorluğu çox gözəl səfər 
proqramı  tərtib etmişdir və onun müvəffəqiyyətlə keçməsi üçün hər cür imkan yaratmışdır. Nümayəndə 
heyətimiz Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri, Ali Məhkəmənin sədri, Ədliyyə naziri ilə görüşlər 
keçirmişdir və biz bu görüşlərdə çoxlu faydalı məlumatlar toplamışıq. 
Cənab Baş nazir, mən Çin Xalq Respublikası Baş nazirinin salamlarını, həmçinin Azərbaycan 
Respublikasının Baş naziri təyin edilməyiniz münasibətilə onun təbriklərini Sizə çatdırmaq istəyirəm.  
Sonda mən Azərbaycan Respublikasının cənab Heydər  Əliyevin rəhbərliyi altında gələcəkdə daha çox 
nailiyyətlər qazanması arzularımı çatdırmaq istəyirəm. Sizin ölkəniz bu nailiyyətləri əldə edəcək, Azərbaycan 
xalqı firavan həyat sürəcəkdir. Bizim prokurorluq orqanları, ümumilikdə xalqlarımız arasında olan dostluq 
münasibətləri gələcəkdə daha da inkişaf edəcək, genişlənəcəkdir.  
İ l h a m   Ə l i y e v:  Xahiş edirəm, səmimi təbrikə görə  cənab Baş nazirə  mənim minnətdarlığımı 
bildirəsiniz. Əminəm ki, ölkələrimiz gələcəkdə bir-birinə daha da yaxın olacaqdır. Biz Çinlə iqtisadi, siyasi və 
digər sahələrdə  əlaqələrin genişləndirilməsində çox maraqlıyıq, Azərbaycan hökuməti bundan sonra da bu 
istiqamətdə əməli işlərlə məşğul olacaq və əminəm ki, biz birlikdə böyük nailiyyətlər qazanacağıq.  
Son 20 il ərzində Çin Xalq Respublikasında aparılan iqtisadi islahatlar bizə  məlumdur, bundan xəbərimiz 
vardır. Biz görürük ki, bu islahatlar ölkənizə və xalqınıza nə qədər xeyir gətirmişdir. Sizin keçdiyiniz yol bir çox 
ölkə üçün nümunədir və qazandığınız uğurlar bir daha göstərir ki, bu yol düzgün seçilmişdir.  
Yəqin ki, ölkənizdə hökm sürən ictimai-siyasi sabitlik, asayiş bütün bu uğurlar üçün gözəl zəmin 
yaratmışdır. Prezident Heydər  Əliyevin rəhbərliyi ilə Azərbaycanda da böyük işlər görülmüşdür.  İqtisadi 
islahatlar həyata keçirilmiş  və bunun nəticəsində ölkəmiz iqtisadi baxımdan çox sürətlə inkişaf edir. Deyə 
bilərəm ki, bizdə də ümumi daxili məhsulun həcmi ildən-ilə artır. Son 6 ildə bu, orta hesabla 64-65 faiz təşkil 
etmişdir. Əminəm ki, gələcəkdə də bu islahatlar Heydər Əliyevin rəhbərliyi altında davam etdiriləcəkdir. Azər-
baycanda da hökm sürən ictimai-siyasi sabitlik, asayiş iqtisadi uğurlarımızın əsas səbəblərindən biridir və hesab 
edirəm ki, bu cəhətdən ölkələrimiz arasında çox oxşar məqamlar vardır. Ona görə  də biz bütün sahələrdə bir-
birimizin təcrübəsini öyrənməkdə, ölkələrimizin daha da yaxınlaşmasında və mühüm əhəmiyyət kəsb edən işlər 
görülməsində maraqlıyıq.  


62 
 
 
AZƏRBAYCANIN BAŞ NAZİRİ  
İLHAM ƏLİYEVİN  
TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ  
 
Ankara 
 
8 sentyabr 2003-cü il   
 
Azərbaycan Respublikasının Baş naziri İlham  Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib 
Ərdoğanın dəvəti ilə sentyabrın 8-də Ankaraya işgüzar səfərə gəlmişdir. 
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevin işgüzar səfəri çərçivəsində Türkiyə Respublikası Baş 
nazirinin müavini, xarici işlər naziri Abdullah Güllə, Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezər 
ilə və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdür.  
Səfər çərçivəsində ölkələrimiz arasında qarşılıqlı viza tətbiqi haqqında saziş imzalanmış,  Azərbaycanın Baş 
naziri  İlham  Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan  bəyanatla çıxış etmiş  və jurnalistlərin 
suallarına cavab vermişlər. 
 
RƏCƏB TAYYİB ƏRDOĞANIN BƏYANATI 
 
 Hörmətli mətbuat nümayəndələri! 
Azərbaycandan gəlmiş hörmətli mətbuat nümayəndələri! 
Azərbaycanın Baş naziri hörmətli  İlham  Əliyevin yeni vəzifəsində ilk rəsmi səfərini Türkiyəyə 
etməsindən böyük məmnunluq duyuram. Bu səfəri ölkələrimiz arasında mövcud olan əlaqələrin inkişafında yeni 
bir addım kimi dəyərləndirirəm. Eyni zamanda, dəyərli dövlət xadimi Azərbaycan prezidenti Heydər  Əliyevə 
cansağlığı arzularımı yenidən çatdırmaq istəyirəm.  
İstər təkbətək görüş, istərsə də heyətlərarası görüşlər keçirdik. Beynəlxalq və ikitərəfli münasibətlərimizə dair 
məsələlər ətrafında çox səmərəli və faydalı fikir mübadiləsi apardıq.  
Türkiyə  və Azərbaycan arasında mövcud olan qardaşlıq  əlaqələri gücünü dərin tarixi və  mədəni 
mənbələrdən, din birliyindən almaqdadır. Bütün bunlara əsasən, biz indiyə qədər bu şəkildə, yəni bir millət, iki 
dövlət kimi əməkdaşlıq etmişik. Bu sağlam təməl üzərində bütün sahələrdə inkişaf edən əməkdaşlıqla ikitərəfli 
əlaqələrimiz bugünkü mükəmməl səviyyəyə yüksəlmişdir.  
Ölkələrimiz arasında əlaqələrin davamlı şəkildə və xalqlarımızın mənafeyi naminə nəticələr verməsi, bütün 
səviyyələrdəki əməkdaşlığın qarşılıqlı anlaşma və yardım təməlində davam etməsi çox böyük əhəmiyyət kəsb 
edir. Türkiyə və Azərbaycan arasında uğurla davam edən münasibətlərlə yanaşı, beynəlxalq sahədə də güclü bir 
əməkdaşlıq mövcuddur.  
On ildən artıq bir müddətdə öz ədalətli həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın  ən 
başlıca problemlərindən biridir. Türkiyə torpaqları Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycana 
həmişə  dəstək vermişdir. Bu problemin həlli məqsədi ilə Türkiyə bundan sonra da Azərbaycana kömək 
göstərməkdə davam edəcəkdir.  
Ölkələrimiz arasında geniş  əməkdaşlığın  ən bariz nümunələrindən biri olan Bakı–Tbilisi–Ceyhan boru 
kəməri layihəsinin planlaşdırıldığı kimi həyata keçirilməsindən böyük məmnunluq hissi duyuruq. Boru xəttinin 
tikintisinə ölkəmizdə, Azərbaycanda və Gürcüstanda eyni vaxtda başlanmışdır və sürətlə davam etməkdədir. 
Eyni zamanda, Azərbaycan təbii qazını ölkəmizə gətirəcək Bakı–Tbilisi–Ərzurum boru xətti layihəsinin həyata 
keçirilməsinə dair çalışmalar da davam etməkdədir.  
Azərbaycanın Baş naziri İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətini Ankarada qarşılamaqdan 
duyduğum məmnunluğu bir daha bildirmək istəyirəm. Bununla da bütün qardaş Azərbaycan xalqına buradan 
türk xalqının rifah və əmin-amanlıq arzularını çatdırmaq istəyirəm. 
 
İLHAM ƏLİYEVİN BƏYANATI 
 
Hörmətli Baş nazir!  
Hörmətli mətbuat nümayəndələri!  
Bu gün mən Türkiyədə olmağımdan çox böyük məmnunluq hissi duyuram. Milli Məclis Baş nazir 
vəzifəsinə  təyin olunmağıma razılıq verdikdən sonra məni ilk təbrik edən dəyərli qardaşım, Türkiyə 
Respublikasının Baş naziri hörmətli Rəcəb Tayyib Ərdoğan olmuşdur. Bu mənim üçün çox əzizdir və çox 
təbiidir. Çünki ölkələrimiz bir-biri ilə o qədər bağlıdır, insanlarımız bir-birinə o qədər böyük hörmət və 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə