9
YAAP DE HOOP SXEFFER VƏ ONU MÜŞAYİƏT EDƏN NÜMAYƏNDƏ HEYƏTİ
İLƏ GÖRÜŞDƏ SÖHBƏT
22 oktyabr 2003-cü il
ALMANİYA FEDERATİV RESPUBLİKASININ AZƏRBAYCANDAKI FÖVQƏLADƏ
VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ KLAUS QREVLİX İLƏ GÖRÜŞDƏ SÖHBƏT
27 oktyabr 2003-cü il
TAMARA VƏ KOTE LEŞKAŞELİLƏRƏ
28 oktyabr 2003-cü il
TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB
TAYYİB ƏRDOĞANA
27 oktyabr 2003-cü il
BÖYÜK BRİTANİYANIN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ
SƏFİRİ ENDRYU TAKER İLƏ GÖRÜŞDƏ SÖHBƏT
29 oktyabr 2003-cü il
İSRAİL DÖVLƏTİNİN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ
SƏFİRİ EYTAN NAYE İLƏ GÖRÜŞDƏ SÖHBƏT
29 oktyabr 2003-cü il
TÜRKİYƏNİN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ
ƏHMƏD ÜNAL ÇEVİKÖZ İLƏ GÖRÜŞDƏ SÖHBƏT
29 oktyabr 2003-cü il
AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ HEYKİ
TALVİTYENİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ
SÖHBƏT
30 oktyabr 2003-cü il
İTALİYANIN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ
XANIM MARQARİTA KOSTA İLƏ GÖRÜŞDƏ SÖHBƏT
30 oktyabr 2003-cü il
QEYDLƏR
ŞƏXSİ ADLAR GÖSTƏRİCİSİ
COĞRAFİ ADLAR GÖSTƏRİCİSİ
10
AZƏRBAYCAN XALQINA MÜRACİƏT
Əziz həmvətənlər, hörmətli Azərbaycan vətəndaşları!
Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə
prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikası-
nın vətəndaşı, istərsə də onun rəhbəri, prezident kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu
yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb
vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin
edib.
Azərbaycan xalqı dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutub. Onun zəngin mənəvi aləmi,
dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələr, sivil dünya dəyərlərinə yiyələnmək qabiliyyəti
artıq hamıya məlumdur. Azərbaycanlıların öz əməyi, istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsinə get-
dikcə daha sürətlə inteqrasiya olması indi heç kimi təəccübləndirmir.
Müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək in-
kişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplə-
rini rəhbər tutaraq Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət
göstərir. Ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub. İndi dünyanın, regionun və bizi əhatə edən xarici
aləmin əsas strateji və qlobal məsələləri bizim rəyimiz, mənafelərimiz nəzərə alınmadan həll edilmir. Bizi tanı-
yırlar, qəbul edirlər və əsas məsələlərdə bizimlə hesablaşırlar.
Azərbaycanın iqtisadi həyatı yenidən qurulur, yüksək dinamizmlə dirçəlir və inkişaf edir. Ölkə iqtisa-
diyyatına daxili və xarici kapital qoyuluşu ildən-ilə artır, aqrar sahə, yeyinti və yüngül sənayesi modernləşir,
iqtisadiyyatda qeyri-neft sektorunun payı yüksəlir, manatın sabitliyi qorunur, valyuta ehtiyatları artır, yeni-yeni
yüksək maaşlı iş yerləri açılır. Bütün bunlar 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft və iqtisadi inkişaf
strategiyasının nəticəsidir. Mən əminəm ki, biz belə davam etsək, qarşıdan gələn bir neçə ildə Azərbaycanda nə bir
işsiz, nə bir kasıb insana rast gəlinəcəkdir. Maaşlar, təqaüdlər və insanların ümumi gəlirləri yüksələn sürətlə arta-
caq. Azərbaycan dövləti, iş adamlarımız təkcə ölkəmizdə deyil, xarici aləmdə də ən perspektivli və gəlirli
layihələrdə iştirak etmək, investisiya qoymaq imkanına və gücünə malik olacaqlar.
Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhətdən güclənir. Milli ordumuz qabaqcıl təcrübə
və texnologiyalara yiyələnir, gənclərimiz həvəslə xidmətə gedirlər.
Bütün bunlar asan başa gəlməmişdir. Keçən dövrdə biz sizinlə birlikdə həm daxildən, həm də xaricdən qay-
naqlanan nə qədər təhlükəli irticanın, təxribatın və digər antiazərbaycan aksiyaların qarşısını almışıq, nə qədər
çətinliklərə sinə gərmişik. Siz bunları çox yaxşı bilirsiniz.
1988-ci ildən ermənilərin Dağlıq Qarabağda başladıqları avantürist millətçi separatizmin qarşısı
Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi üzündən vaxtında alınmadı. 1990-1993-cü illərdə respublikamızda
yaranmış siyasi və hakimiyyət böhranından, idarəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusu
Azərbaycanın torpaqlarını işğal etdi, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə saldı. Daxildə
ölkə vətəndaşları bir-birinə qarşı silahlı toqquşmaya, qarşıdurmaya təhrik edildi, dövlətimizi və dövlətçiliyimizi
məhv etməyə, dağıtmağa nə qədər səylər göstərildi. Biz bütün bunların qarşısını aldıq. Lakin xaos və anarxiya
dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması
problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik.
Buna baxmayaraq, bu illərdə xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə
bilmişik.
İlk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların
aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq.
İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq,
inkişaf yoluna çıxarmışıq.
Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik
güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik.
Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları
olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və
digər məsələləri həll etmək olar. Əminəm ki, bu məhz belə də olacaq.
Əziz Azərbaycan vətəndaşları, əziz xalqım!
Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil
Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamam-
lanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir
Dostları ilə paylaş: |