İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə97/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   93   94   95   96   97   98   99   100   ...   117

 

343 


74.  Ağdam  –  Azərbaycan  Respublikasında  inzibati  rayon.  

1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1094 km

2

, əhalisi 188,4 min 



nəfər.  1993-cü  ildə  Ağdam  şəhəri  və  əksər  kəndləri  erməni 

qəsbkarları tərəfindən işğal edilmişdir. – 58. 

 

75.  Laçın  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 

1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  1835  km

2

,  əhalisi  73,1 



min  nəfərdir.  1992-ci  ildə  erməni  işğalçıları  tərəfindən  işğal 

edilmişdir. – 58,71,73. 

 

76.  Xocalı  soyqırımı    –  1992-ci  il  fevralın  25-dən  26-na 

keçən gecə erməni silahlı qüvvələri və Xankəndində yerləşən 

Rusiyanın  366-cı  alayının  əsgər  və  zabitləri  Xocalıya  hər 

tərəfdən  hücum  etmiş,  şəhəri  tamamilə  yandırmışlar;  1000 

nəfərdən artıq azərbaycanlı  öldürülmüş, yüzlərlə şəhər sakini 

yaralanmış, itkin düşmüşdür. – 58,152. 

 

77.  Xocavənd  (1930–91-ci  illərdə  Martuni  rayonu)  – 

Azərbaycan  Respublikasında  inzibati  rayon.  Kiçik  Qafqazda 

Qarabağ silsiləsinin cənub-şərq hissəsində yerləşir. Sahəsi 1458 

km

2



,  əhalisi  42,6  min  nəfərdir.  Mərkəzi  Xocavənd  şəhəridir. 

1992-ci  ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 

– 58. 

 

78. Şuşa – Azərbaycan Respublikasında şəhər. Elmi ədəbiy-



yatda  Şuşanın  əsasının  1750-ci  illərin  əvvəllərində  Qarabağ 

xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulması göstərilsə də, 

tədqiqatlar  Şuşanın  qədim  yaşayış  məntəqəsi  olduğunu  qeyd 

edirlər.  Qarabağ  xanlığının  mərkəzi  olan  Şuşa  bir  müddət 

Pənahəli xanın adı ilə Pənahabad adlanmışdır.  

Şuşa 1813-cü il Gülüstan müqaviləsinə əsasən Qarabağ xan-

lığı  tərkibində  Rusiyaya  birləşdirildi.  1920-ci  ilin  martında  er-

məni  daşnaklarının  Qarabağda  törətdikləri  qırğın  nəticəsində 

Şuşanın  bir  hissəsi  tamamilə  yandırıldı  və  minlərlə  günahsız 

insan qətlə  yetirildi. Lakin iyun ayının əvvəlində müsavatçılar 

və türk generalı Nuru Paşa Şuşanı erməni qəsbkarlarından xilas 



 344 

etdi.  1923-cü  il    Azərbaycan  MİK-nin  dekretinə  əsasən  Dağlıq 

Qarabağ  Muxtar  Vilayəti  təşkil  olunduqda  Şuşa  muxtar 

vilayətin tərkibinə daxil edildi. 

1992-ci  ildə  erməni  işğalçıları  Şuşanı  işğal  etdilər.  Hazırda 

Şuşa yadellilərin tapdağı altındadır. – 58,59,60,72. 

 

79.  Dövlət  Neft  Fondu  –  1999-cu  ildə  yaradılmışdır.  Əsas 

fəaliyyəti    neft  və  qaz  ehtiyatlarına  dair  sazişlərin  həyata  keçiril-

məsi  ilə  bağlı  Azərbaycan  Respublikasının  əldə  etdiyi  gəlirlərin 

toplanmasını,  səmərəli  idarəetməsini,  gələcək  nəsillər  üçün 

saxlanmasını  təmin  edən  xüsusi  məqsədli  dövlət  qurumudur.    – 

58,61,65,184,185,219,302. 

 

80.  Füzuli  (1959-cu  ilədək  Qaryagin  rayonu)  –  Azərbaycan 

Respublikasında  inzibati  rayon.  1930-cu  ildə  təşkil  olunmuşdur. 

Sahəsi 1386 km

2

, əhalisi 123,3 min nəfərdir. – 60. 



 

81. YUNESKO – BMT-nin maarif, elm və mədəniyyət işlərinə 

baxan  hökumətlərarası  təşkilatı.  1945-ci  ilin  noyabrında 

yaradılmış,  1946-cı  ildən  fəaliyyətə  başlamışdır.  Ali  orqanı  iki 

ildən  bir  çağırılan  konfransdır.  Katibliyi  Parisdədir.  Azərbaycan 

1992-ci ildən YUNESKO-nun üzvüdür. – 60. 

 

82. «Əsrin müqaviləsi» – 1994-cü il sentyabrın 20-də Bakıda 

«Xəzər  dənizinin  Azərbaycan  sektorunda  «Azəri»,  «Çıraq» 

yataqlarının  dərinlikdə  yerləşən  hissəsinin  birgə  işlənilməsi  və  

hasil olunan neftin pay şəklində bölüşdürülməsi» haqqında dün-

yanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. – 66,297. 

 

83.  ATƏT-in  Minsk  qrupu  –  1992-ci  il  martın  24-də  yara-

dılmışdır. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlət-

lər  daxil  olmuşdur:  Azərbaycan,  Ermənistan,  Belarus,  Almaniya, 

İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və İsveç. 1994-

cü  ilin  dekabrından  Minsk  qrupuna  iki  sədr  –  Rusiya  və  İtaliya 

rəhbərlik edirdi. 1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ 

və  fransalı  həmsədrləri  var.  Qrupun  əsas  vəzifəsi  Ermənistan–



 

345 


Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və 

Dağlıq  Qarabağ  probleminin  dinc  vasitələrlə  həll  edilməsinə 

bilavasitə kömək etməkdir. – 70,72, 73,174,175,177,226. 

 

84. Kəlbəcər  –  Azərbaycan  Respublikasında inzibati rayon. 

1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  1936  km

2

,  əhalisi  86,7 



min  nəfərdir.  1993-cü  ildə  erməni  silahlı  qüvvələri  tərəfindən 

işğal edilmişdir. – 71. 

 

85.  Amerika  Birləşmiş  Ştatları  (ABŞ)  –  Şimali  Amerikada 

dövlət.  Şimaldan  Kanada,  cənubdan  Meksika,  şərqdən  Atlantik 

okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Sahəsi 9,14 milyon 

km

2



, əhalisi 280 milyon nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştata 

bölünür.  Ali  qanunvericilik  orqanı  ikipalatalı  (Nümayəndələr 

Palatası  və  Senat)  ABŞ  Konqresidir.  Dövlət  başçısı  prezidentdir. 

Paytaxtı 

Vaşinqton 

şəhəridir. 

– 

72,177,179,180, 



181,184,185,217,236,243,291–292,299,305,306,308,204. 

 

86.  Fransa,  F  r  a  n  s  a      R  e  s  p  u  b  l  i  k  a  s  ı  –  Qərbi 

Avropada  dövlət.  Sahəsi  551  min  km

2

,  əhalisi  58,4  milyon 



nəfərdir.  İnzibati  cəhətdən  95  departamentə  bölünür.  Qanun-

verici    orqanı  iki  palatadan  (Milli  Məclis  və  Senat)  ibarət 

parlament həyata keçirir. İcra hakimiyyəti prezident və Nazirlər 

Şurasına  məxsusdur.  Paytaxtı  Paris  şəhəridir.  –  72,118,  174–

190,196–197,226,242. 

 

87Avropa Şurası (AŞ) – Avropada hökumətlərarası təş-

kilat.  1949-cu  ildə  yaradılmışdır.  Qərargahı  Fransanın  Stras-

burq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi Avropada sülhü 

və  təhlükəsizliyi  qorumaq,  seçki  sistemində  çoxpartiyalılığa 

riayət  etmək,  demokratiyanı  və  insan  hüquqlarını  müdafiə 

etmək,  möhkəmləndirmək,  Avropa  ölkələrinin  mədəniyyət-

lərinin  yaxınlaşmasına  çalışmaq  və  s.  ibarətdir.  AŞ-nın  ali 

orqanları  Nazirlər  Komitəsi,  Məsləhət  Assambleyası,  Sahə 

Nazirliklərinin Müşavirəsi və Katiblikdir. Azərbaycan 2001-

ci ildən Avropa Şurasının üzvüdür. – 72,177,187,236. 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə