İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə98/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   94   95   96   97   98   99   100   101   ...   117

 346 

 

88.  GUAM – Avropada  adi  silahların  azaldılması  haqqında 

müqavilənin  cinah  sənədi  müzakirə  olunduqdan  sonra  həmin 

sənədi  bəyənən  ölkələrdən  –  Gürcüstan,  Ukrayna,  Azərbaycan 

və  Moldovadan  ibarət  qeyri-rəsmi  «dördlər  qrupu»  yaradıldı. 

Sonralar  bu  quruma  Özbəkistan  da  qatıldı  (10  oktyabr  1997). 

2005-ci  ildə  isə  Özbəkistan    qurumu  tərk  etdi.    –  72,136,178, 

179,236. 

 

89. Ukrayna, U k r a y n a  R e s p u b l i k a s ı – Cənub-

Şərqi  Avropada  dövlət.  Sahəsi  603,7  min  km

2

,  əhalisi  46,5 



milyon nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı – 

RADA – 72,136,137,178,260. 



90. Moldova, M o l d o v a   R e s p u b l i k a s ı – Cənub-

Şərqi  Avropada  dövlət.  Sahəsi  33,7  min  km

2

,  əhalisi  4,36 



milyon  nəfərdir.  İnzibati  ərazisi  40  rayona  bölünür.  Dövlət 

başçısı  prezident,  qanunverici  orqanı  birpalatalı  parlamentdir. 

Paytaxtı Kişinyov şəhəridir. – 72,178. 

 

91. Almaniya,  A l m a n i y a  F e d e r a t i v  R e s p u b - l 

i  k  a  s  ı  –  Mərkəzi  Avropada  dövlət.  Sahəsi  357  min  km

2



əhalisi  81,9  milyon  nəfərdir.  AFR  tərkibində  16  ərazisi  olan 

federasiyadır.  Dövlət  başçısı  prezident,  hökumət  başçısı  isə 

federal  kanslerdir.  Ali  qanunverici  hakimiyyət  orqanı    parla-

mentdən – Bundestaq və Bundersatdan ibarətdir. Paytaxtı Berlin 

şəhəridir.  – 75,98,198,215,260,285. 

 

92.  Lüqviqshafen  –  Almaniyanın  cənub-qərbində  şəhər. 

Əhalisi 165 min nəfərdir. – 75. 

 

93. Sumqayıt – Azərbaycanda şəhər. Bakıdan 35 km şimal-

qərbdə, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 83 km

2



əhalisi  329,3  min  nəfərdir.  Əvvəllər  kiçik  yaşayış  məntəqəsi 



olan Sumqayıt 1938-ci ildə Bakı neft sənayesini elektrik enerjisi 

ilə təmin edəcək İstilik Elektrik Stansiyasının tikintisi ilə şəhər 

tipli  qəsəbəyə  çevrildi  və  get-gedə  Bakıdan  sonra    ölkəmizin 



 

347 


ikinci  sənaye  şəhəri  oldu.  Sənayesində    kimya  və  metallurgiya 

sahələri əsas yet tutur. – 75. 

 

94.  Kamerun,    K  a  m  e  r  u  n      R  e  s  p  u  b  l  i  k  a  s  ı  – 

Mərkəzi  Afrikada  dövlət.  Sahəsi  475,4  min  km

2

,  əhalisi  13,6 



milyon  nəfərdir.  İnzibati  ərazisi  10  əyalətə  bölünür.  Dövlət 

başçısı prezident, qanunverici orqanı birpalatalı Milli Məclisdir. 

Paytaxtı Yaundadır. – 78. 

 

95. Pol Biyya (d.1933) – Kamerun siyasi və dövlət xadimi. 

1982-ci ildən Kamerunun prezidenti. – 78. 

 

96. Yəmən,  Y  ə  m  ə  n     R  e s  p  u b l i  k  a s ı  –  Ərəbistan 

yarımadasının  cənub  hissəsində  dövlət.  Sahəsi  532  min  km

2



əhalisi  16,6  milyon  nəfərdir.  İnzibati  ərazisi  17  əyalətə  (qu-



bernatorluğa)  bölünür.  Dövlət  başçısı  Prezident  Şurasıdır. 

Paytaxtı  1990-cı  ildən  Sənadır.  Ədən  iqtisadi  şəhər  statusuna 

malikdir. – 79. 

 

97.  Əli  Abdullah  Saleh  (d.1932)  –  marşal,  1994-cü  ildən 

Yəmən Respublikasının prezidenti. – 79. 

 

98. Norveç,  N o r v e ç   K r a l l ı ğ ı – Şimali Avropada  

dövlət. Sahəsi 387 min km

2

,    əhalisi  4,4  milyon  nəfərdir.  İnzi-



bati  ərazisi  19  fülkeyə  (qraflığa)  bölünür.  Dövlət  başçısı  kral, 

qanunverici  orqanı  ikipalatalı  (stortinq  laqtinq  və  odelstinq) 

parlamentdir. Paytaxtı Oslodur. –  82,83,310. 

 

99. V Harald (d.1937) – 1991-ci ildən Norveçin kralı. V Kral 

Ulafin oğlu. – 82. 



 

100.  Stoltenberq    Yens  (d.1959)  –Norveçin  dövlət  və 

siyasi xadimi. Əvvəllər Norveçin Energetika, Ticarət, Maliyyə 

nazirləri  vəzifəsində  çalışmışdır.  2000–2002-ci  illər,  2005-ci 

ildən  isə  yenidən  Norveçin  Baş naziri  olmuşdur.  Onun  höku-




 348 

məti  gender  (10  kişi,  10  qadın nazir)  bərabərliyində fəaliyyət 

göstərir. – 83. 

 

101.  Misir  Ərəb  Respublikası  –  Afrikanın  şimal-şərqində 

və  Asiyanın  Sinay  yarımadasında  dövlət.  Sahəsi  1001,4  min 

km

2



,  əhalisi  61  milyon  nəfərdir.  Dövlət  başçısı  prezident,  qa-

nunverici  orqanı  birpalatalı  Xalq  Məclisidir.  Paytaxtı  Qahirə 

şəhəridir. – 84–117. 

 

102. Hüsnü Mübarək,  S e y i d  M ə h ə m m ə d   (d.1928) – 

1975–81-ci  illərdə  Misir  Ərəb  Respublikasının  vitse-prezidenti, 

1981–2011-ci illərdə prezidenti olmuşdur. – 84–117. 

 

103.  Qahirə  –  Misirin  paytaxtı.  Nil  çayı  sahilində  yerləşir. 

Afrikada  ən  böyük  şəhər.  Əhalisi  9,9  milyon  nəfərdir.  Qahirənin 

əsasını  969-cu  ildə  Fatimilər  sərkərdəsi  Cövhər  əl-Saqali  qoymuş-

dur.  Qahirə  memarlıq  və  arxeoloji  abidələrlə  zəngindir.  Şəhərdə 

qədim  abidələr – ibn Tulun (IX əsr) və əl-Əzhar məscidləri (X əsr), 

Səba  Bənat  (XI  əsr)  və  Umm  Gülsüm  (1122)  məqbərələri, 

Səlahəddin qalası (1176–83), Sultan Qait bəy məqbərəsi və məscidi 

(1472–74) qorunub saxlanılır. – 84–117. 

 

104.  əl-Əzhər – müsəlman dini və dünyəvi təhsil müəssisə-

ləri kompleksi. X əsrdə Qahirədə əl-Əzhar məscidi nəzdində ya-

radılmışdır.  Tərkibində  əl-Əzhəriın  Ali  Elmi  Şurası,  İslamşü-

naslıq  akademiyası,  əl-Əzhər  universiteti  (universitetin  şəriət, 

ilahiyyat,  ərəb  dili,  mühəndislik,  kənd  təsərrüfatı,  tibb  fakül-

tələri,qadın kolleci) var. – 93–94. 

 

105.  Cizə,  ə  l  -  C  i  z  ə  –  Misirdə  şəhər.  İri  ticarət  və  turizm 

mərkəzidir. Cizə yaxınlığında Qədim Misir fironları Xeops, Xefren 

və Mikerinin e.ə. 3-cü minilliyin 1-ci  yarısında tikilmiş və ellinizm 

dövrü  ədəbiyyatında  dünyanın  yeddi  möcuzəsi  sirasına    daxil 

edilmiş əzəmətli ehram-sərdaba kompleksləri. Bunlardan ən böyüyü 

Xeops  ehramıdır.  Xefren  ehramının  yaxınlığındakı  qayada 

möhtəşəm  sfinks  heykəli  («Böyük  sfinks»,  uzunluğu  57  metr, 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə