İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə101/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   97   98   99   100   101   102   103   104   ...   117

 

355 


ostana  bölünür.    Ali  qanunverici  hakimiyyət  orqanı  4  il  müd-

dətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş nazir təşkil, 

prezident isə təsdiq edir. – 105,116,117,173,180,181, 225. 

 

130.  Fələstin  –  İsrail–Ərəb  münaqişəsi  –  BMT  Baş 

Məclisinin  1947-ci  il  qərarına  əsasən  Böyük    Britaniya 

mandatlığı  ləğv  edilərək  Fələstin  ərazisində  müstəqil  ərəb  və 

yəhudi dövlətləri (İsrail və Fələstin) yaradılmalı idi. 1948–49 

və 1967-ci ildə Fələstin Ərəb Dövləti üçün ayrılmış böyük bir 

ərazini İsrail işgal etdi. İsrail hökuməti Fələstin torpaqlarını bu 

günədək işğal altında saxlayır. Fələstin xalqının azadlıq və öz 

müqəddəratını təyin etmək hüququna zidd olaraq İsrail hakim 

dairələri  ancaq  İsrail  dövləti  daxilində  Fələstin  xalqına 

«muxtariyyət hüququ» verilməsi planını irəli sürürlər. Fələstin 

ərəb  xalqının  qanuni  hüquqları  uğrunda  mübarizə  aparan 

Fələstin  Azadlıq  Təşkilatı  (FAT)  isə  bu  planı  qətiyyətlə  rədd 

edir.  FAT-nı  115  ölkə  tanıyır,  82  ölkədə  nümayəndəliyi  var. 

1973-cü  ildən  bəri  FAT  Fələstin  ərəb  xalqının  yeganə  qanuni 

nümayəndəsi kimi tanınır. – 105,115,116. 

 

131. İraq, İ r a q   R e s p u b l i k a s ı – Cənub-Qərbi Asiyada 

–  Dəclə  və  Fərat  çayları  hövzəsində  neft  ixrac  edən  ölkə.  Sahəsi 

438,3  min  km

2

,  əhalisi  36  milyon  nəfərdir.  İnzibati  ərazisi  18 



mühafazaya bölünür. Dövlət başçısı prezident, hökumət başçısı isə 

Baş  nazirdir.  Ölkə  ABŞ  və  NATO  ölkələri  ilə  müharibə 

vəziyyətində olduğu üçün ali qanunverici orqanı yoxdur. Paytaxtı 

Bağdaddır. – 116,180,182,291. 

 

132.  Beynəlxalq  Atom  Enerjisi  Agentliyi  (BAEA)  –  BMT 

yanında 1957-ci ildə atom enerjisindən dinc məqsədlərlə istifadə 

sahəsində  beynəlxalq  əməkdaşlığı  inkişaf  etdirmək  üçün 

yaradılmışdır.  100-dən  artıq  ölkə  bu  agentliyin  üzvüdür.  İqa-

mətgahı Vyanadadır. – 117. 

 

133. Nikola Sarkozi (d.1955) –Fransa dövlət və siyasi xadimi. 

2007–12-ci  illərdə  Fransa  Respublikasının  prezidenti  olmuşdur. 



 356 

1993–95, 2002–2004 və 2005–2007-ci illərdə Fransa hökumətində 

nazir vəzifəsində çalışmışdır. – 118. 

 

134. Həzi Aslanov, H ə z i   Ə h ə d   o ğ l u (1910–1945) – 

tank  qoşunları  qvardiya  general-mayoru,  iki  dəfə  Sovet  İttifaqı 

Qəhrəmanı.  Böyük  Vətən  müharibəsinin  ilk  günlərindən  döyüş-

lərdə  iştirak  edən  H.Aslanov  Stalinqrad  vuruşmasında,  55-ci 

əlahiddə  tank  polku  feldmarşal  Manşteynin  tank  ordusunun 

darmadağın edilməsində xüsusi məharət göstərmişdir. 1944-cü ildə 

H.  Aslanovun  35-ci  qvardiya  tank  briqadası  Belorusiyanı, 

Pribaltika  respublikalarını  azad  etmək  uğrundakı  vuruşmalarda 

xüsusilə  fərqlənmişdi.  H.Aslanov  Mitağa  şəhəri  yaxınlığındakı 

vuruşmada qəhrəmancasına həlak olmuşdur. – 119, 120. 

 

135. Oqtay Əsədov, O q t a y   S a b i r   o ğ l u (d.1955) – 

ictimai  xadim,  mühəndis.  1996–2004-cü  illərdə  Abşeron  Re-

gional  Səhmdar  Su  Cəmiyyətinin,  2004–2005-ci  illərdə  «Azər-

su» Səhmdar Cəmiyyətinin prezidenti olmuşdur.  

Azərbaycan  Respublikası  Milli  Məclisinin  üzvü,  2005-ci 

ildən  Azərbaycan  Respublikası  Milli  Məclisinin  sədridir.  Yeni 

Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. – 123,126. 

 

136. Toğrul Nərimanbəyov, T o ğ r u l   F ə r m a n   o ğ l u 

(d.1930)  –  rəssam.  Azərbaycan  və  SSRİ  xalq  rəssamı.  Məişət, 

portret,  mənzərə  və  natürmort  janrlarında,  monemental 

boyakarlıq,  illüstrasiya  və  teatr  rəssamlığı  sahəsində  fəaliyyət 

göstərir.  Yaradıcılığında  monumental  boyakarlıq  mühüm  yer 

tutur.  «Qobustan  kölgələri»  (F.Qarayev),  «Yeddi  gözəl» 

(Q.Qarayev),  «Min  bir  gecə»  (F.Əmirov)  baletlərinə  verdiyi 

bədii  tərtibat  Azərbaycan  teatr  rəssamlığının  qiymətli 

nümunələrindəndir.  Azərbaycan  və  SSRİ  Dövlət  mükafatları 

laureatıdır. – 124. 



 

137.  Tamerlan  Əliyev,  T  a  m  e  r  l  a  n      Ə  z  i  z    o  ğ  l  u  

(1921–1997) – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, 




 

357 


Əməkdar  elm  xadimi.  Dövlət  mükafatı  laureatı,  tibb  elmləri 

doktoru, professor.  

Tamerlan  Əliyev  250-dən  çox  elmi  əsərin,  o  cümlədən  12 

monoqrafiyanın,  dərslik  və  dərs  vəsaitlərinin,  metodiki 

tövsiyələrin  və  səmərələşdirici  təklif  və  ixtiraların,  həmçinin 

çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur. – 125. 

 

138. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – XX əs-

rin 20-ci illərində yaranmış Azərbaycan teatrı. 1936-cı ildən Azər-

baycan  Dövlət  Gənc  Tamaşaçılar  Teatrı  adlanır.  Ötən  müddət 

ərzində  teatrda  513  yeni  tamaşa  hazırlanmış,  33505  tamaşa 

göstərilmişdir. – 132. 

 

139.  Azərbaycan  Dövlət  Rus  Dram  Teatrı  –  Bakıda  Səməd 

Vurğun  adına  rus  dilində  fəaliyyət  göstərən  teatr.  1923-cü  ildən 

Bakı İşçi Teatrı adı ilə fəaliyyət göstərmiş, 1937-ci ildən Azərbay-

can  Dövlət  Rus  Dram  Teatrı  adlanır.  Teatrın  repertuarı  «Don 

Karlos» (F.Şiller), «Romeo və Cülyetta» (V.Şekspir), «Canlı meyit» 

(L.Tolstoy)» və s.əsərlərlə zəngin olmuşdur. –  132,157,158–159. 

140.  Azərbaycan  Dövlət  Akademik  Milli  Dram  Teatrı  – 

Azərbaycanın ən qədim dram teatrı. Tarixi 1873-cü ildə Bakıda 

səhnəyə  qoyulmuş  M.F.Axundovun  «Lənkəran  xanının  vəziri» 

və «Hacı Qara» komediyalarının tamaşası ilə başlanır. Bu teatr 

1880–90-cı 

illərdə 


C.Zeynalovun 

ev 


tamaşaları, 

H.Mahmudbəyovun 

və  H.B.Zərdabinin  teatr  truppaları  

əsasında yaradılmışdır. 

Azərbaycan SSR XKS-nin 1920-ci il 1 iyul tarixli qərarı ilə 

Birləşmiş  Dövlət  Teatrı    yaradıldı  və  buraya  bütün  teatr  

truppaları  daxil  oldu.  1922-ci  ildə    dram  truppası  Birləşmiş 

Dövlət  Teatrından  ayrılaraq  müstəqil  fəaliyyət  göstərməyə 

başladı. –  132. 

 

141.  Azərbaycan  Dövlət  Opera  və  Balet  Teatrı  –  Respub-

likanın ən böyük musiqi teatrı. Azərbaycan XKS-nin 1920-ci il 1 

iyul  tarixli  qərarı  ilə  Birləşmiş  Dövlət  Teatrı  tərkibində  opera 

truppası kimi yaradılmışdı. 1924-cü ildə opera truppası bu teatrdan 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə