İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə104/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   100   101   102   103   104   105   106   107   ...   117

 364 

investisiya  qoymaq  vasitəsilə  Azərbaycan  ərazisində  iqtisadiy-

yatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir. – 184. 

 

172.  Dünya  Bankı  –  BMT-nin  hökumətlərarası  ixtisaslaş-

dırılmış  idarəsi.  1945-ci  ildə  ABŞ-da  Bretton–Vuds  çərçivəsi 

sistemində yaradılmışdır. İdarə heyəti Vaşinqtondadır. Məqsədi 

inkişaf  etməkdə  olan  ölkələrin  iqtisadi  və  sosial  dirçəlişinə 

kömək  etməkdir.  Səhmdar  cəmiyyəti  formasındadır  və 

iştirakçıları  yalnız  Beynəlxalq  Valyuta  Fondunun  üzvləridir. 

Banka  130-dan  artıq  dövlət  daxildir.  1992-ci  ildən  Azərbaycan 

Respublikası Dünya Bankının üzvüdür. – 185. 

 

173.  Beynəlxalq  Valyuta  Fondu  –  BMT-nin  hökumətlər-

arası  ixtisaslaşdırılmış  idarəsi,  beynəlxalq  valyuta  təşkilatı. 

1945-ci  ildə  yaradılmış,  1947-ci  ildən  fəaliyyətə  başlamışdır. 

İdarə  heyəti  Vaşinqtondadır.  Dünyanın  130-a  yaxın  ölkəsi 

fondun  üzvüdür.  Nizamnaməsinə  görə,  məqsədi  beynəlxalq 

valyuta  əməkdaşlığına  yardım  etmək,  ölkələr  arasında  valyuta-

hesablaşma  münasibətlərini  nizama  salmaq,  fonda  daxil  olan 

ölkələrin  ödəmə  balanslarını  tarazlaşdırmaq  və  valyuta 

məzənnəsini  tənzimləməkdən  ibarətdir.  1992-ci  ildə  Azərbay-

can  Respublikası  Beynəlxalq  Valyuta  Fonduna  qəbul  olun-

muşdur. – 186. 

 

174.  Ümumdünya  Ticarət  Təşkilatı  –  1947-ci  ildə  qəbul 

edilmiş  müqavilə.  23  ölkənin  beynəlxalq  ticarətdə  gömrük  rü-

sumlarının  aşağı  salınmasına  və  başqa  çətinliklərin  aradan  gö-

türülməsində  hökumətlərarası  qəbul  etdiyi  çoxtərəfli  müqa-

vilədir.  Bu  müqavilə  1995-ci  ildə  beynəlxalq ticarətdə  rüsumlar 

haqqında qəbul edilmiş müqavilənin hüquqi varisidir.  

Təşkilatın  əsas  prinsipi  bütün  iştirakçılar  üçün  münasib 

mühit yaratmaqdır. Təşkilata 130 ölkə daxildir. – 187. 

 

175.  «Əl-Qaidə»  –  Vəhhabilərin  ən  böyük  və  tanınmış 

beynəlxalq  terrorçu  təşkilatı.  1980-ci  ilin  ortalarında  Əfqanıs-

tanda  yerləşdirilmiş  sovet  ordusuna  qarşı  vuruşmaq  üçün 



 

365 


Pakistanda yaradılmışdı. Sovet ordusu Əfqanıstandan çıxdıqdan 

sonra «əl-Qaidə» «Böyük islam xilafəti» yaratmaq üçün ABŞ-a, 

«Qərb dünyası»na və onların tərəfdaşları islam ölkələrinə qarşı 

mübarizəyə başladı.  

Beynəlxalq aləmdə təsdiqlənmişdir ki, «əl-Qaidə»nin agent-

ləri  Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) hərbi təlimlər keçmiş 

və  MKİ-nin  keçmiş  işçiləri  isə  «əl-Qaidə»nin  mağarlarında 

«konsultant  ekspert»  işləmişlər.  «Əl-Qaidə»nin  rəhbəri  Usama 

bin Laden olmuşdur. –187. 

 

176. «Qaz de Franse» (GDF) – fransız qaz kompaniyası. Bu 

kompaniya  Avropada  ikincidir.  Əsası  1946-cı  ildə  qoyulan 

kompaniya 2007-ci ildə «Gaz de Franse» və «Suez»lə birləşərək 

GDF  Cvez  kimi  fəaliyyət  göstərir.  12,3  milyon  (onlardan  10,9 

milyonu  Fransada)  sifarişçiyə  xidmət  edir.  2005-ci  ilin 

yarımilliyində  mədaxil  11,08  milyard  avro,  təmiz  mənfəət  isə 

1,2 milyard avro olmuşdur. – 189. 

 

177.  «Vinci»  –  fransız  tikinti  şirkəti.  Əsası  1899-cu  ildə 

qoyulmışdur. Şirkət avadanlıq tədavülünə görə tikinti şirkətləri 

arasında  birinci  yeri  tutur.  Şirkətin  gəliri    2009-cu  ildə  31,93 

milyard avro olmuşdur. – 189. 



178. «BHP Paribas» – Dünyanın 6 ən güclü bankından biri. 

Dünya  bank  bazarında  və  pulla  təmin  edilməsi  xidmətlərinə 

görə Avropada liderdir. Əsası 1848-ci ildə qoyulmuşdur. Bank 

85  ölkədə  fəaliyyət  göstərir.  Əməkdaşlarının  ümumi  sayı  173 

min nəfərdir. Təmiz gəliri – 3,021 milyard avrodur. 2006-cı ildə 

Paribas  BHP  İtaliyanın  ən  böyük  bankı  BNL-i  iflasa  uğratdı.  

Paribas  dünya  bank  sektorunda  5-ci,  bank  xidməti  sahəsində 

Avro  zonada  1-ci  yeri  tutur.  Paribas  Fransada  1  nömrəli 

bankdır. – 189. 

 

179. «Societe Generale» – Avropada ən böyük fransız  ma-

liyyə holdinqi. Mənzil-qərargahı Parisdədir. Əsası 1864-cü ildə 

qoyulmuşdur.  Bankın  kapitalı  49,07  milyard  avrodur.  Bank 




 366 

həmçinin  aktivlər,  investisiya  bankinqləri,  maliyyə  xidməti  ilə 

məşğul olur. Bankın aktivləri 2007-ci ildə 1,26 trilyon, kapitalı 

isə 29,41 milyard təşkil edirdi. – 189. 

 

180.  Macarıstan,  M a c a r ı s t a n   R e s p u b l i k a s ı –  

Mərkəzi  Avropada  dövlət.  Sahəsi  93  min  km

2

,  əhalisi  10,2  milyon 



nəfərdir.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  birpalatalı  

Dövlət Şurasıdır. Paytaxtı Budapeştdir. –  191. 

 

181.  Mirməmməd Cavadzadə,   M i r m ə m m ə d   C a v a d   o 

ğ  l  u  (1927–2008)  –  cərrah-uroloq,  tibb  elmləri  doktoru,  professor; 

SSRİ  TA-nın  müxbir  üzvü,  AMEA-nın  akademiki.  SSRİ  və 

Azərbaycan Respublikası Dövlət mükafatı laureatı. Cavadzadə böyrək 

polikistozunun orijinal operasiya üsulunu təklif etmiş, böyrək və sidik 

axarında  daş  olması  hallarında  az  travma  ilə  cərrahi  əməliyyat 

aparmışdır.  Azərbaycan  Ali  Sovetinin  (9-11-ci  çağırış)  deputatı 

olmuşdur.  Azərbaycan  Respublikasının  «İstiqlal»  ordeni  ilə  təltif 

olunmuşdur. – 192–193. 

 

182.  Sergey  Lavrov  (d.1950)  –  1994–2004-cü  illərdə  Rusiya 

Federasiyasının  BMT-də  daimi  nümayəndəsi,  2004-cü  ildən  isə 

Xarici İşlər naziri  və Rusiya Federasiyası Təhlükəsizlik  Şurasının  

üzvüdür. – 194–193. 

183. Putin Vladimir  (d.1952) – 2000–2008-ci illərdə Rusiya 

Federasiyasının  prezidenti.  1975–97-ci  illərdə  bir  sıra  məsul 

vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası Prezidenti 

Administrasiyasının 

rəhbəri,  1998–99-cu  illərdə  FTX-nın 

direktoru,  1999-cu  ilin  avqustundan  Rusiya  hökumətinin  başçısı, 

2008-ci  ilin  mayında  Rusiya  Federasiyasının  Baş  naziri  təyin 

edilmişdir.  2012-ci  ilin  mart  ayında  yenidən  Rusiya  Federa-

siyasının prezidenti seçilmişdir. – 194,195,222,247. 

 

184.  Düpo  Ambruaz  (d.1937)  –  Fransa  siyasi  xadimi  və 

Senatın üzvü. – 196–197. 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə