İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə103/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   99   100   101   102   103   104   105   106   ...   117

 

361 


156. II Abdullah, A b d u l l a h   b i n   H ü s e y n (d.1962) 

– 1999-cu ildən İordaniyanın kralıdır. II Abdullah kvalifikasi-

yalı dalğıc, paraşütist və pilotdur. – 153. 

 

157. Argentina, A r g e n t i n a   R e s p u b l i k a s ı  – 

Cənubi  Amerikanın  cənub-şərqində  dövlət.  Sahəsi  2780  min 

km

2



,  əhalisi  34,9  milyon  nəfərdir.  Argentina  federasiyası  tər-

kibinə  22  əyalət,  1  milli  ərazi  (Odlu  Torpaq)  və  1  Federal 

(paytaxt)  mahal  daxildir.  Dövlət  başçısı  prezident,  qanunverici 

orqanı ikipalatalı Milli Konqresdir. Paytaxtı Buenos-Ayresdir. – 

154. 

 

158.  Nestor  Kirçner  (d.1950)  –  2003–2008-ci  illərdə  Ar-



gentina Respublikasıın prezidenti olmuşdur. – 154. 

 

159. Bolqarıstan, B o l q a r ı s t a n   R e s p u b l i k a s ı – 

Cənubi Avropada, Balkan yarımadasında dövlət. Sahəsi 110,9 min 

km

2



,  əhalisi  8,4  milyon  nəfərdir.  İnzibati  cəhətdən  9  vilayətə 

bölünür. Dövlət başçısı prezident, ali qanunverici orqanı birpalatalı 

Xalq Məclisidir. Paytaxtı Sofiya şəhəridir. – 155. 

160.  «Hess    Corporation»  –  Amerikada    inteqrasiya  edilmiş 

neft-qaz  şirkəti.  Şirkət  1919-cu  ildə  yaradılmışdır.  Mənzil-

qərargahı  Nyu-Yorkdadır.  2010-cu  ildə  orta  illik  karbohidrogen 

hasilatı 418 min barrel olmuşdur. Bu yüksək hasilat Şimali Dakota 

və Meksika körfəzinin hesabına olmuşdur. – 156. 

 

161.  Ziya  Məmmədov,  Z  i  y  a      A  r  z  u  m  a  n      o  ğ  l  u  

(d.1952)  –  dəmiryolçu  mühəndis.  1996–2005-ci  illərdə  Azər-

baycan  Dövlət  Dəmir  Yolunun  rəisi,  2005-ci  ildən  isə  Azər-

baycan Respublikasının Nəqliyyat naziridir. – 160,172. 

 

162. Xınalıq – Azərbaycan Respublikasının Quba rayonunda 

kənd.  Baş  Qafqaz  və  Yan  silsilələri  arasında,  çökəklikdədir. 

Əhalisi  2070  nəfərdir.  Xınalıq  kəndinin  erkən  orta  əsrlərdə 

salındığı ehtimal edilir.  

Xınalıq  əsasən  dağ  kəndləri  üçün  səciyyəvi  üslubda  plan-

laşdırılmışdır;  bir  evin  damı  o  birisi  üçün  həyət  kimi  istifadə 




 362 

olunur.  Kəndin  əhalisi  Xınalıq  dilində  danışır.  Qafqazın  ən 

yüksək dağ kəndlərindəndir. – 162. 

 

163. Mir Mövsüm Ağa,  A ğ a   S e y i d   Ə l i  M i r  M ö v -s 

ü  m  z  a  d  ə  (Ətağa)  (1883–1950)  –  Azərbaycanda  və  onun 

sərhədlərindən  kənarda  tanınan  kəramət  və  möcüzə  sahibi.  – 

167. 

 

164.  «Yeni  qonşuluq  siyasəti»  (YQS)  –  Avropa  İttifaqının 



qonşu ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsinə, Avropa 

İttifaqı və qonşu ölkələr arasında  təhlükəsiz və firavan zonalar, 

Avropa  İttifaqı  sərhədlərində  «dost  ölkələr  dairəsi»  yaratmaga, 

həmçinin    Aİ  ilə  qonşu  ölkələr  arasında    siyasi,  təhlükəsiz, 

iqtisadi və mədəni sahələrdə daha sıx əməkdaşlıq etməyə şərait 

yaradır.  YQS-nin  əsas  məqsədi  Avropa  İttifaqının  qonşu 

ölkələrində  stabilliyin,  təhlükəsizliyin  qorunması,  maraqlı 

ölkələrdə rifah halının yaxşılaşdırılmasıdır. – 176,191,288. 

 

165.  Joze  Manuel  Barrozu  (d.1959)  –  Portuqaliya  və 

Ümumavropa  siyasi  və  dövlət  xadimi.  2002–2004-cü  illərdə 

Portuqaliyanın  Baş  naziri  olmuşdur.  2004-cü  ilin  noyabrından 

J.M.Barrozu 

Avropa 

Parlamenti 



tərəfindən 

Avropa 


Komissiyasının sədri seçilmişdir. –  176. 

 

166. Türkmənistan,  T ü r k m ə n i s t a n   R e s p u b l i -k 

a s ı – Orta Asiyanın cənub-qərbində dövlət. Sahəsi 488,1 min 

km

2



,  əhalisi  5,8  milyon  nəfərdir.  İnzibati  ərazisi  5  vilayətə 

bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı Məclisdir. 

Paytaxtı Aşqabaddır. – 178,179,259. 

 

167. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi – BMT-

nin  əsas  orqanlarından  biri.  BMT  üzvü  olan  bütün  dövlətlər-

dən  ibarətdir.  BMT  üzvlərinə  və  ya  BMT  Təhlükəsizlik  Şu-

rasına  hər  cür  məsələlərə  və  işlərə  tövsiyələr  vermək  səla-

hiyyəti var. 

Baş  Məslisin  qərarları    tövsiyə  xarakteri  daşıyır,  yəni 

hüquqi cəhətdən üzv dövlətlər üçün məcburi deyil. Məclisin hər 




 

363 


il  növbəti  sessiyası  olur.  Baş  Məclisin  nəzdində  onun 

funksiyalarını həyata keçirmək üçün 7 əsas  komitə var. – 179. 

 

168. Əfqanıstan, Ə f q a n ı s t a n   İ s l a m   D ö v l ə t i – 

Cənub-Qərbi  Asiyada dövlət. Sahəsi 652,2  min  km

2

,  əhalisi  25,5 



milyon  nəfərdir.  İnzibati  ərazisi  29  vilayətə  və  mərkəzə  tabeli  2 

mahala  bölünür.  Dövlət  başçısı  prezidentdir.  Paytaxtı  Kabil 

şəhəridir. – 180,291,317. 

 

169Kosovo problemi – 80-ci illərdən başlayaraq Yuqoslavi-

ya  (Yuqoslaviya  Federativ  Sosialist  Respublikası)  ciddi  iqtisadi 

və  siyasi  çətinliklərlə  qarşılaşdı.  1991-ci  ildə  millətlərarası 

qarşıdurma  nəticəsində  YFSR  parçalandı.  Federasiyanın 

tərkibindən  Sloveniya,  Xorvatiya,  Bosniya  və  Hersoqovina, 

Makedoniya  çıxdı  və  müstəqil  dövlət  oldular.  1992-ci  ildə 

Serbiya  və  Çernoqoriya  Yuqoslaviya    Respublikası  yaradıldı. 

1999-cu  ildə  serb  hökuməti  tərəfindən  Kosovoda  (Serbiyanın 

tərkibində) yaşayan albanlara qarşı zorakılıq başlandı və nəticədə 

etnik  qarşıdurma  yarandı.  Buna  görə  də  NATO  aviasiyası 

tərəfindən bombardman edildi. Məhz bundan sonra Yuqoslaviya 

öz  ordusunu    Kosovodan  çıxartdı  və  NATO-nun  sülhməramlı 

ordusu  albanları  serblərdən  qorumaq  üçün  Kosovoya  girdi. 

1999-cu  ildən  sonra  Serbiya  Hökuməti  Kosovo  ərazisinə    de-

fakto  nəzarətini  itirdi.  2008-ci  ildə  Kosovo  özünü  birtərəfli 

şəkildə müstəqil dövlət elan etdi. Hazırda BMT üzv-ölkələrinin 

99-u,  o  cümlədən  NATO  ölkələri  Kosovonun  müstəqilliyini 

tanıyır. – 180,291. 

 

170. «Şahdəniz» –Xəzər dənizinin Azərbaycan sektorunda ən 

böyük və ən zəngin qaz yataqlarından biri. – 182,234, 298,303. 

 

171.  Azərbaycan  Dövlət  İnvestisiya  Şirkəti  (AİŞ)  –  Açıq 

Səhmdar  Cəmiyyəti.  2006-cı  ildə  yaradılmışdır.  AİŞ-nin 

məqsədi  mövcud  və  yeni  kommersiya  müəssisələrinə  yerli  və 

xarici    investorlar  cəlb  etmək  və  öz  vəsaiti  hesabına  müddətli 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə