İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə105/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   101   102   103   104   105   106   107   108   ...   117

 

367 


185.  Jak  Şirak  (d.1932)  –  Fransanın  görkəmli  siyasi  və 

dövlət  xadimi.  1974–76  və  1986–88-ci  illərdə  Fransanın  Baş 

naziri,  1977–95-ci  illərdə  Paris  şəhərinin  meri,    1995–2007-ci 

illərdə  Fransa  Respublikasının  prezidenti.  «Heydər  Əliyev» 

ordeni ilə təltif olunmuşdur. – 196,197. 

 

186.  «Wintershall»  –  Almaniyada  çox  böyük  qaz  və  neft 

şirkəti.  Əsası  1894-cü  ildə  Kasseldə  (Almaniya)  qoyulmuşdur. 

Şirkət  75  ildir  ki,  qaz  və  neft  kəşfiyyatı  ilə  məşğuldur.  

«WINTERSHALL»    Almaniyada  karbohidrogen  hasil  edir. 

«WINTERSHALL»  çox  böyük  qaz  nəqli  infrastruktur  layihə-

lərində  –  «Şimal  axını»  (15,5%)  və  «Cənub  axını»  (15%)  – 

iştirak edir. Dünyanın 40 ölkəsində fəaliyyət göstərir. – 198. 

 

187.  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyi  –  (R.Mustafa-

yev  adına  Azərbaycan Dövlət İncəsənət Muzeyi nəzərdə tutulur.) 

1936-cı  ildə  Azərbaycan  Dövlət  Muzeyinin  incəsənət  şöbəsi 

əsasında yaradılmış və 1937-ci ildə açılmışdır. Muzeyin fondunda 

on  minə  qədər  incəsənət  əsəri  qorunub  saxlanılır.  Ekspo-

zisiyasında  Azərbaycan,  rus  sənətkarlarının,  Qərbi  Avropa  və 

Şərq ölkələrinin boyakarlıq, qrafika, heykəltəraşlıq və s. əsərləri 

nümayiş etdirilir. – 200–203. 

 

188. Azərbaycan Dövlət Filarmoniyası – respublikanın ən 

böyük musiqi təşkilatı. Azərbaycanda Filarmoniya 1936-cı ildə 

təşkil  olunmuşdur  (həmin  ildən  də  M.Maqomayevin  adını 

daşıyır).  Filarmoniyanın  nəzdində  Simfonik  orkestr,  Mahnı  və 

rəqs  ansamblı,  Rəqs  ansamblı,  Xor  kapellası,  Simli  kvartet 

fəaliyyət göstərir. – 202–203. 

 

189. Müslüm (Əbdülmüslüm) Maqomayev (1885–1937) – 

görkəmli Azərbaycan bəstəkarı. 1912-ci ildən ömrünün axırınadək 

opera  tamaşalarına  dirijorluq  etmişdir.  M.Maqomayevin  «Şah 

İsmayıl»  operası  Azərbaycan  opera  sənətinin  inkişafı  tarixində 

əhəmiyyətli yer tutur. – 202,203. 

 



 368 

190.  Frenk  Mermud  –  2000–2003-cü    illərdə  ABŞ-ın  prezi-

dent  administrasiyasında  iqtisadi  məsələlər  üzrə  Baş  müşavir 

olmuşdur. – 204. 

 

191.  Əhməd  Necdət  Sezər  (d.1941)  –  2000–2007-ci  illərdə 

Türkiyə Cümhuriyyətinin prezidenti olmuşdur. 1962–83-cü illərdə 

bir  sıra  məsul  vəzifələrdə  çalışmış,  1998–2000-ci  illərdə  Türkiyə 

Konstitusiya Məhkəməsinin sədri olmuşdur. – 207. 

 

192. Ərdoğan Rəcəb Tayyib (d.1954) – Türkiyə siyasi və döv-

lət xadimi. R.T.Ərdoğan 1980-ci ildən siyasi fəaliyyətə qoşulmuş-

dur.  1994-cü  ilin  martında  İstanbul  Böyük  Şəhər  Bələdiyyəsinin 

sədri olmuşdur,  Ədalət və İnkişaf Partiyasının  lideridir. 

2002-ci  ildə  keçirilən  növbədənkənar  seçkilər  nəticəsində 

Ədalət və İnkişaf Partiyası  təkbaşına hakimiyyətə gəlmək imkanı 

əldə  etdi  və  Ərdoğan  TBMM-də  Türkiyənin  Baş  naziri,  2014-cü 

ilin  sentyabrında  Türkiyə  Respublikasının  prezidenti    seçildi.  – 

208. 


 

193. İtaliya, İ t a l i y a   R e s p u b l i k a s ı – Avropanın 

cənubunda  dövlət.  Ərazisinə  Alp  dağlarının  qərb  yamacları, 

Radan  düzənliyi,  Apennin  yarımadası,  Siciliya  və  Sardiniya 

adaları  daxildir.  Sahəsi  301  min  km

2

,  əhalisi  57,5  milyon 



nəfərdir.  İnzibati  cəhətdən 20  vilayətə  bölünür.  Paytaxtı  Roma 

şəhəridir. – 209,210. 



194.  Corcio  Neapolitano  (d.1925)  –  İtaliya  siyasi  xadimi 

2006–2008-ci ildə  İtaliya Respublikasının prezidenti olmuşdur  və 

2013-cü  ildə  yenidən  İtaliya  Respublikasının  prezidenti  seçil-

mişdir.  – 209. 



 

195.  Romano  Prodi  (d.1939)  –İtaliyanın  siyasi  və  dövlət 

xadimi, hüquqşünas. 70-ci illərin axırlarında Sənaye naziri, 80-

ci  illərin  sonunda    isə  Sənaye  Yenidənqurma  İnstitutunun 

prezidenti  seçilmişdir.  1995-ci  ildən  sol  mərkəzçilər  koalisi-

yasına  başçılıq  edir.  Romano  Prodi  müxtəlif  yüksək  dövlət 

vəzifələrində işləmiş və Baş nazir olmuşdur. – 210. 




 

369 


 

196.  İsveç,  İ  s  v  e  ç      K  r  a  l  l  ı  ğ  ı  –  Şimali  Avropanın 

Skandinaviya  yarımadasında  dövlət.  Sahəsi  450  min  km

2



əhalisi  8,9  milyon  nəfərdir.  İnzibati  ərazisi  24  lenə  bölünür. 



Dövlət  başçısı  kral,  qanunverici  orqanı  parlamentdir  (Riks-

daq). Paytaxtı Stokholmdur. – 211,212. 

 

197. Fredrik Paynfeldt (d.1965) – İsveçin dövlət və siyasi 

xadimi, 2006–2014-cü illərdə İsveçin Baş naziri. –211. 



 

198. XVI Karl Qustav (d.1946) – 1973-cü ildən İsveç kralı. 

O  həmçinin  «Ümumdünya  təbiət»  fondunun  prezidentidir.  – 

212. 

 

199.  Vladislav  İnozemtsev  (d.1968)  –  Rusiya  iqtisadçısı, 



sosioloqu  və  siyasi  xadim,  2011-ci  ildən  Rusiya  Sovetinin  Bey-

nəlxalq  Məsələlər  üzrə  Elmi  Şurasının  və  Rəyasət  Heyətinin 

üzvüdür.  2012-ci  ildən  «Vətəndaş  həmrəyliyi»  («Qrajdanskaya 

sila»)  Partiyası Ali Şurasının sədridir. – 213,220. 

 

200.  «Svobodnaya  mısl  XXI  veka»  –    beynəlxalq  ictimai 

jurnal. Jurnalda tanınmış rus və xarici alimlərin siyasi, tarixi və 

mədəni problemlərə aid yazıları nəşr edilir. Jurnal 1924-cü ildən 

dərc edilir  və  ildə 12 dəfə rus dilində çıxır.  

«Svobodnaya  mısl»  çalışır  ki,  dünya  siyasətinin,  iqtisa-

diyyatının tendensiyası Rusiyada dərk edilsin. Jurnalın məqsədi 

oxucuları    mədəniyyət,  incəsənət,  təhsil,  sosiologiya,  demo-

kratiya,  psixologiya  müasir  təfəkkürə  yönəltməkdir.  Müəl-

liflərin  içərisində  akademiklərin,  elmi  institut  direktorlarının, 

gənc alimlərin, parlamentarilərin, siyasi analitiklərin, teatr, incə-

sənət və dini xadimlərinin yazıları dərc edilir. – 214. 

 

201. Bertelsmann Fondu, b e y n ə l x a l q   f o n d –  mən-

zil-qərargahı Gyutersloda  (Almaniya). Əsası 1977-ci ildə Mon 

Peynhard  tərəfindən  qoyulmuşdur.  Fondun  300  əməkdaşı  var. 

Fond 

kuratorların 



nəzarətindədir. 

Bertelsman 

fondu 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə