İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə108/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   104   105   106   107   108   109   110   111   ...   117

 376 

227. Mirvarid  Dilbazi,  M i r v a r i d  P a ş a  q ı z ı (1912–

2001)  – Azərbaycanın  Xalq  şairi. Şeirlərində  müasirlərimizin  

mənəvi zənginliyi, vətənpərvərlik  tərənnüm edilir.  Azərbaycan 

Respublikasının «İstiqlal» opdeni ilə təltif olunmuşdur. – 262. 

 

228. Osman Sarıvəlli,  O s m a n   A b d u l l a   o ğ l u    Q 

u r b a n o v (1905–1990) – Azərbaycan Xalq şairi. Əsasən lirik 

şeirlər  yazmışdır.  Yaradıcılığında  Cənubi  Azərbaycana  həsr 

etdiyi lirik şeirlər xüsusi yer tutur. – 262. 

 

229. Qayıbov Fərrux ağa, F ə r r u x  a ğ a  K ə r i m   o ğ- l 

u (1889–1916) – ilk  azərbaycanlı hərbi təyyarəçi. Birinci dünya 

müharibəsi  (1914–18)  zamanı  Qayıbovun  daxil  olduğu    «İlya 

Muromets  №  16»  təyyarəsinin  4  nəfərlik  heyəti  ilk  döyüş 

uçuşunda  Neman  çayındakı  strateji  əhəmiyyətli  körpünü 

dağıtmışdır.  Qayıbovun    təyyarəsi  1916-cı  ildə  Vilnodakı 

vuruşmada  almanların  üç  təyyarəsi  vurulmuş,  «İlya  Muromets 

№  16  da    yandırılmış,  Qayıbov  döyüş  yoldaşları  ilə  birlikdə 

həlak  olmuşdur.  Qayıbov  ölümündən  sonra  «4-cü  dərəcəli 

müqəddəs Georgi» ordeni ilə təltif olunmuşdur. –262. 

 

230. Əlağa Şıxlinski, Ə l a ğ a   İ s m a y ı l   A ğ a   o ğ l u 

(1865–1943)  –  hərbi  xadim,  artilleriya  general-leytenantı. 

Peterburqda  artilleriya  məktəbini  bitirmişdir.  Rusiya–Yaponiya 

müharibəsində 

(1904–1905) 

Port-Arturun 

müdafiəsində 

göstərdiyi  igidliyə  görə  «Qızıl  qılınc»la  mükafatlandırılmışdır. 

1908-ci ildə polkovnik, 1912-ci ildə isə  general-mayor rütbəsi 

almışdır.  Birinci  dünya  müharibəsində  (1914–18)  Petroqradın 

artilleriya  müdafiəsi  Şıxlinskiyə  tapşırılmışdı.  Şıxlinski  rus 

ordusunda «artilleriyanın allahı» adını qazanmışdır. 1920-ci ildə 

Azərbaycan  SSR  Xalq  Hərbi  və  Dəniz  İşləri  Komissarının 

müavini işləmişdir. 1929-cu ildə istefaya çıxmışdır. – 262. 

 

231. İbrahim ağa Vəkilov,   İ b r a h i m    a ğ a   P a ş a   a 

ğ  a      o  ğ  l  u  (1853–1934)  –  general,  ilk  azərbaycanlı  hərbi 

topoqraf. İbrahim ağa 1879-cu ildən hərbi topoqrafiya sahəsində 



 

377 


–  Dağıstanda,  Rus–İran  komissiyası  tərkibində  Xəzər 

dənizindən  Əfqanıstana  qədər  olan  sərhədin  dəqiqləşdi-

rilməsində  iştirak  etmişdir.  Beş  il  Qafqaz  Hərbi  Dairəsinin 

Topoqrafiya Şöbəsinə rəhbərlik etmişdir. 1901-ci ildə Bosforun, 

1912–13-cü  illərdə  Rus–İran  hökumətinin  danışıqlarına  əsasən 

Təbriz,  Urmiyə  və  Xoy  şəhərlərinin  topoqrafik  çəkilişlərinə 

başçılıq etmişdir. Onun xidmətləri Stanislav, Anna və dördüncü 

dərəcəli Vladimir ordenlərinə layiq görülmüşdür. – 262. 

 

232. Tahir İsayev, T a h i r   İ s r a f i l   o ğ l u (1922–2001) 

–  İkinci  dünya  müharibəsi  iştirakçısı,  İtaliya  Xalq  Müqavimət 

Hərəkatının  iştirakçısı,  İtaliya  Milli  qəhrəmanı.  Mozdok 

ətrafındakı  döyüşlərdə  yaralanaraq  əsir  düşmüş  (1942), 

Avstriyadakı əsir düşərgəsindən çətinliklə xilas olaraq İtaliya – 

Berqamo şəhərinə keçərək partizan dəstəsinə daxil olmuşdu. O, 

İtaliyada 

«Fiamma 


Verdi» 

beynəlmiləl 

briqadasında 

vuruşmuşdur.  Həmyerlimiz  leytenant  Serafino  adı  ilə  (1945-ci 

il)  Milan  şəhərinin  faşistlərdən  azad  edilməsində  qəhrəmanlıq 

göstərmiş  «Qaribaldi  ulduzu»,  «Antonio  Qramşi»  ordenləri  ilə 

təltif  edilmişdir.  Tahir  İsayev  1945-ci  ildən  Milan  şəhərinin 

Fəxri vətəndaşıdır. – 262. 

 

233. Teymur Bünyadov, T e y m u r   Ə m i r a s l a n  o ğ -l 

u  (d.1928) – tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi 

üzvü,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  I  çağırış 

deputatı. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif 

edilmişdir.  –262. 

 

234. «Kitabi-Dədə Qorqud» – türk xalqları və Azərbaycan 

xalq  ədəbiyyatının  ən  qədim  yazılı  abidəsi.  «Kitabi-Dədə 

Qorqud»  dastanının  yaranmasından  1300 il  keçir.  Elm  aləminə 

XIX    əsrdən  məlum  olan  bu  qəhrəmanlıq  dastanının    hələlik 

XV–XVI əsrlərdə köçürülmüş iki əlyazma nüsxəsi (Drezden və 

Vatikan) saxlanılır. – 263. 

 



 378 

235.  Tovuz  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 

1930-cu  ildə  təşkil  olunmuşdur.  1963-cü  ildə  ləğv  edilərək 

sahəsi Qazax rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil 

rayon olmuşdur. Sahəsi 1942 km

2

, əhalisi 166,3 min nəfərdir. – 



263,264–273,274. 

 

236. Pərvanə Qurbanova, P ə r v a n ə   V a q i f   q ı z ı 

(d.1965)  – aktrisa. 1981-ci ildən Gəncə Dövlət Dram Teatrında 

fəaliyyət  göstərir.  «Qızıl  Dərviş»  mükafatı  laureatı,  Azərbaycan 

Respublikasının Xalq artistidir. – 274. 

 

237. «Transparensu İnternational» – korrupsiya və dünya-

da  korrupsiya  səviyyəsinin  araşdıran  beynəlxalq  qeyri-dövlət 

təşkilatı. Beynəlxalq «Transparensu» hərəkatının əsası 1993-cü 

ildə  Berlində  Dünya  Bankının  sabiq  direktoru  Peter  Ayqen 

tərəfindən  qoyulmuşdur.  Hal-hazırda  təşkilatın  şöbələri 

dünyanın  100-dən çox ölkəsində var. – 278–279,282. 

 

238. Suriya, S u r i y a   Ə r ə b   R e s p u b l i k a s ı – 

Asiyada  dövlət.  Sahəsi  185,2  min  km

2

,  əhalisi  14,8  milyon 



nəfərdir.  İnzibati    ərazisi  10  mühafazaya  (qubernatorluğa)  və 

Dəməşq  bələdiyyəsinə  bölünür.  Dövlət  başçısı  prezident,  ali  qa-

nunverici orqanı Xalq Şurasıdır. Paytaxtı Dəməşqdir. – 280. 

 

239. Bəşşar  əl-Əsəd  (d.1965)  –  2000-ci  ildən  Suriyanın  pre-

zidentidir. – 280. 

240. Nigeriya, N i g e r i y a  F e d e r a t i v  R e s p u b -l i 

k  a  s  ı  –  Qərbi  Afrikada  dövlət.  Sahəsi  924  min  km

2

,  əhalisi 



140,4  milyon  nəfərdir.  Millətlər  Birliyinə  daxildir.  İnzibati 

ərazisi  30  ştata  və  bir  mahala  bölünür.  Dövlət  və  hökumət 

başçısı prezidentdir. Paytaxtı Abusadır. – 281. 

 

241.  Umaru  Yaradua  (1951–2010)  –  dövlət  xadimi  2007–

2010-cu illərdə Nigeriya prezidenti olmuşdur. – 281. 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə