İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə107/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   103   104   105   106   107   108   109   110   ...   117

 

373 


açılmışdır.  Ekspozisiyasının  əsasını  keçmiş  kral  kolleksiyası, 

həmçinin  bir  sıra  monastır,  kilsə  və  kübar  ailələlərinin 

milliləşdirilmiş  kolleksiyaları  təşkil  etmişdir.  Kolleksiyası 

Napoleon 

yürüşlərinin  qənimətləri,  müxtəlif  ölkələrdən 

satınalınma,  eləcə  də  hədiyyələr  hesabına  daim  artmışdır. 

Luvrda  20  mindən  artıq  boyakarlıq  və  heykəltəraşlıq  əsəri  var. 

Muzey 6 şöbədən ibarətdir: Qədim  Şərq, Qədim Misir, Qədim 

Yunanıstan    və  Qədim  Roma,  heykəltəraşlıq,  boyakarlıq  və 

rəsm,  dekorativ-tətbiqi  sənət.  Qədim  Şərq  şöbəsində  nadir 

incəsənət  nümunələri,  o  cümlədən  Azərbaycanın  zərgərlik 

(Ziviyədən  tapılmış  qızıl  əşyalar,  e.ə.  VIII  əsr)  və  metal  

məmulatları  (bürünc  dolça,  1190,  müəllifi  Osman  ibn  Salman 

Naxçıvani)  saxlanılır.  Luvrda  Fransa  incəsənəti  daha  geniş 

təmsil olunmuşdur. Burada dünya şöhrəti qazanmış bir sıra əsər 

(«Şamofrakiyalı Nike», e.ə. IV əsrin sonu; «Miloslu Afrodita», 

e.ə. II əsr; Mikelancelo, Leonardo da Vinçi, Rafael, Rembrandt 

və b.-nın tabloları) mühafizə edilir. – 242. 

 

214. Toni Bleyr, E n t o n i  Ç a r l z  L i n t o n (d.1953) – 

B.Britaniyanın  siyasi  və  dövlət  xadimi.  Hüquqşünas.  1983-cü 

ildən  parlamentə  deputat,  1994-cü  ildən  Leyboristlər 

Partiyasının  sədri  seçilmişdir.  1997–2007-ci  illərdə  B.Brita-

niyanın Baş naziri olmuşdur. 2007-ci ildən BMT-nin İsrail – 

Fələstin  probleminin  dinc  vasitələrlə  həll  edilməsinə 

bilavasitə kömək etmək üçün vasitəçi təyin edilmişdir. – 244. 

215.  II  E l i z a b e t  (d.1926) – Böyük Britaniya kraliçası. 

Vindzor sülaləsindəndir. 1952-ci ildə atası VII Georgin ölümündən 

sonra taxt-taca sahib olmuşdur. – 245. 

 

216. Portuqaliya, P o r t u q a l i y a   R e s p u b l i k a s ı – 

Cənub-Qərbi  Avropanın  Pireney  yarımadasında  dövlət.  Sahəsi 

92  min  km

2

,  əhalisi  9,9  milyon  nəfərdir.  İnzibati  ərazisi  19 



mahala və iki muxtar vilayətə bölünür. Dövlət başçısı prezident, 

ali  qanunverici  orqanı  birpalatalı  Respublika  Məclisidir. 

Paytaxtı Lissabondur. – 246. 

 



 374 

217.  Anibal  Kavaku  Silva  (d.1939)  –  Portuqaliya  siyasi 

xadimi.  2006-cı  ildən  Portuqaliya  prezidentidir.  1985–95-ci 

illərdə Portuqaliyanın Baş naziri olmuşdur. – 246. 

 

218.  Filippin, F i l i p p i n   R e s p u b l i k a s ı – Cənub-

Şərqi Asiyada, Filippin adalarında dövlət. Sahəsi 300 min km

2



əhalisi  71,8  milyon  nəfərdir.  İnzibati  ərazisi  13  vilayətə  və  2 



muxtar  vilayətə  bölünür.  Dövlət  başçısı  prezident,  qanunverici 

orqanı  ikipalatalı  (Senat  və  Nümayəndələr  Palatası) 

parlamentdir. Paytaxtı Maniladır. – 248. 

 

219. Qloriya Makappaqal Arroyo (d.1947) – 2001-ci ildən 

indiyə  qədər  Filippin  prezidenti.  Ölkə  tarixində  ilk  prezident 

qadın.  Keçmiş  prezident  Diosalado  Makapaqalın  qızı.  İqtisad 

elmləri doktoru. – 248. 



 

220.  Qazax  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 

1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  2202  km

2

,  əhalisi  92,7 



min nəfərdir. – 249–263,266,268. 

 

221.  Mingəçevir    –  Azərbaycanda  şəhər.  «Mingəçevir»  sö-

zünün  etimologiyası  barədə  müxtəlif  mülahizələr  var.  Aka-

demik    Z.Bünyadov  Mingəçevirin  adını  839-cu  ildə  Azərbay-

canda  Xilafətə  qarşı  çıxmış  Minkiçəvr  əl-Fərqaninin  adı  ilə 

əlaqələndirir.  XVII  əsr  türk  səyyahı  Evliya  Çələbi  «Səyahət-

namə»  əsərində  Kür  çayının  sağ  sahilində  ipək  parça  emalat-

xanaları,  məscidi  və  hamamı  olan  Mingəçevir  adlı  yaşayış 

məntəqəsi  barədə  məlumat  verir.  Mingəçevir  II  dünya    müha-

ribəsindən  sonrakı  illərdə  yaradılmış  iri  sənaye  mərkəz-

lərindəndir. İndiki Mingəçevir hidrotexniki kompleksin tikintisi 

ilə əlaqədar salınmışdır. Əhalisi 123,5 min nəfərdir. – 253. 



 

222. İsmayıl Şıxlı, İ s  m a y ı l   Q ə h r ə m a n   o ğ l u 

(1919–1995)  –  istedadlı  Azərbaycan  yazıçısı,  ictimai  xadim. 

Azərbaycanın  Xalq  yazıçısı.  İsmayıl  Şıxlı  məşhur  «Dəli  Kür» 

romanında psixoloji baxımdan dərin xarakterlər yaratmışdır. O, 




 

375 


Azərbaycan  Yazıçılar  İttifaqının  Birinci  katibi,  Azərbaycan 

Respublikası  Ali  Sovetinin  deputatı  olmuşdur.  Azərbaycan 

Respublikasının  «Şöhrət»  ordeni  ilə  təltif  olunmuşdur.  –  261–

262. 


 

223. Səməd  Vurğun,  S ə m ə d  Y u s i f   o ğ l u   V ə k i -l 

o  v  (1906–1956)  –  böyük  Azərbaycan  şairi,  ictimai  xadim. 

Azərbaycanın Xalq  şairi  Səməd  Vurğunun  yaradıcılığı  XX  əsr 

Azərbaycan şeirinin inkişafında mühüm rol oynamışdır. Səməd 

Vurğun  Azərbaycan  Yazıçılar  İttifaqının  məsul  kAtibi,  sədri, 

Azərbaycanın  Xarici  Ölkələrlə  Mədəni  Əlaqə  Cəmiyyətinin 

sədri, Azərbaycan MEA-nın vitse-prezidenti olmuşdur, iki dəfə 

SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. – 262. 

 

224. V a q i f, M o l l a   P ə n a h    V a q i f (1717–1797) –

görkəmli Azərbaycan şairi, dövlət xadimi. Vaqif qəzəl, müxəm-

məs,  müstəzad  və  s.  formalarda  şeirlər  yazmışdır.  Gözəllərin 

vəsfi Vaqif lirikasının əsas qayəsidir. Vaqif şeirindəki realizmə 

meyil 

Azərbaycan  poeziyasının  inkişafına  güclü  təsir 



göstərmişdir.  Qarabağ  hakimi  İbrahim  xanın  (1769-cu  il)  Baş 

vəziri olmuşdur. – 262.  

 

225.  Vidadi,  Molla  Vəli  (təqr.1709–1809)  –  Azərbaycan 

şairi.  Ədəbi  irsinin  az  qismi  məlumdur.  Feodal  zülmündən, 

xanlıqlar  dövrünün  hərc-mərcliyindən  doğan  kədər  və  ümid-

sizlik,  mənəvi  tənhalıqdan  şikayət  Vidadi  yaradıcılığının  əsas 

motivləridir.  Vidadi  lirikası  yüksək  bədii  sənətkarlıq  nümu-

nəsidir. – 262. 

 

226. Mehdi Hüseyn,  M e h d i   Ə l i   o ğ l u (1909–1965) – 

tanınmış Azərbaycan yazıçısı, tənqidçi və ictimai xadim. Azər-

baycanın  Xalq  yazıçısı.  Azərbaycan  Yazıçılar  İttifaqının  katibi 

və  Birinci  katibi,  SSRİ  Yazıçılar  İttifaqının  katibi,  SSRİ  və 

Azərbaycan  Ali  Sovetlərinin  deputatı  olmuşdur.  SSRİ  Dövlət 

mükafatı laureatıdır. – 262. 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə