İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə34/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   30   31   32   33   34   35   36   37   ...   106

 
 
130 
 
 
 
BRUNEY DƏRÜSSALAMIN SULTANI 
ƏLAHƏZRƏT  
HACI HƏSSƏNAL BOLKİAHA 
 
Əlahəzrət! 
Ölkənizin milli bayramı – Milli gün münasibətilə Sizə və 
Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş 
arzularımızı yetirirəm. 
Əminəm  ki,  dost  ölkələrimiz  arasındakı  münasibətlərin, 
əlaqələrimizin və əməkdaşlığımızın inkişafı daim xalqlarımızın 
mənafelərinə xidmət edəcəkdir. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-
amanlıq və firavanlıq diləyirəm. 
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 14 fevral 2006-cı il 


 
 
131 
 
 
ESTONİYA  RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
ARNOLD RÜYTELƏ 
 
Hörmətli cənab Prezident! 
Estoniya  Respublikasının  milli  bayramı  –  Müstəqillik 
günü  münasibətilə  Sizi  və  bütün  xalqınızı  ürəkdən  təbrik 
edirəm.  Ümidvaram  ki,  Azərbaycan  ilə  Estoniya  arasındakı 
dostluq  və  əməkdaşlıq  münasibətlərinin  xoş  ənənələrini  daim 
qoruyub saxlayacaq və möhkəmləndirəcəyik. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza 
xoşbəxtlik və firavanlıq arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 14 fevral 2006-cı il 


 
 
132 
 
 
 
AVROPA KOMİSSİYASININ ÜZVÜ, AVROPA 
KOMİSSİYASININ XARİCİ ƏLAQƏLƏR VƏ 
AVROPA QONŞULUQ SİYASƏTİ  
ÜZRƏ KOMİSSARI XANIM BENİTA FERRERO 
VALDNERİ  İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
16 fevral 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
fevralın  16-da  Prezident  sarayında  Avropa  Komissiyasının 
üzvü,  Avropa  Komissiyasının  Xarici  Əlaqələr  və  Avropa  Qon-
şuluq  Siyasəti  üzrə  komissarı  xanım  Benita  Ferrero  Valdneri 
qəbul etmişdir. 
Görüş  zamanı  Azərbaycan–Avropa  İttifaqı  əməkdaşlığının 
müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılmışdır. 
 


 
 
133 
 
 
REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI 
DÖVLƏT PROQRAMININ 2-ci İLİNƏ HƏSR 
OLUNMUŞ KONFRANSDA

 NİTQ 
«Park İNN–Azərbaycan»  mehmanxanası 
17 fevral 2006-cı il 
Artıq iki ildir ki, Azərbaycanda regionların sosial-iqtisadi 
inkişafı  proqramı  həyata  keçirilir.  Bugünkü  toplantıda  görülən 
işlər  haqqında  məlumat  veriləcək,  təhlil  aparılacaq, 
çatışmazlıqlar  haqqında  söhbət  gedəcəkdir.  İki  il  ərzində 
regionların inkişafı üçün, demək olar ki, bütün sahələrdə böyük 
işlər görülmüşdür. Həm regionların sosial-iqtisadi inkişafı, həm 
də infrastruktur layihələri – bütün bunlar paralel şəkildə həyata 
keçirilir.  Azərbaycanın  uğurlu  iqtisadi  inkişafı  bizə  bu  imkanı 
yaratmışdır  ki,  həm  dövlət  tərəfindən,  eyni  zamanda, 
sahibkarlar  tərəfindən  sərmayə  qoyuluşu  daha  çox  regionlara 
yönəldilsin. Bu  bizim proqramımızdır. Mən bu proqramla hələ 
2003-cü  ildə  prezident  seçkiləri  ərəfəsində  çıxış  etmişdim. 
Ölkəmizin  hərtərəfli,  dayanıqlı  və  davamlı  inkişafı  üçün  bu 
proqram bizə çox lazımdır. 
                                                      
      

  Konfransda  İqtisadi  İnkişaf  naziri  Heydər  Babayev,  Şəki  Şəhər 
İcra  Hakimiyyətinin  başçısı  Nazim  İbrahimov,  Şamaxı  Rayon  İcra 
başçısı  Natiq  Məmmədov,  Asiya  İnkişaf  Bankının  rəhbəri  Metyu 
Vestfal,  Xaçmaz  rayonunda  «NKAY-M  KLİNİK»  MMC-nin  rəhbəri 
Natiq  Mütəllimov,  Azərbaycanda  Amerika  Ticarət  Palatasının 
prezidenti  Stenli  Eskudero,  NMR-nin  Sahibkarlar  Konfederasiyası 
İdarə Heyətinin sədri Abbas Babayev və «Azəriqazbank»ın müşahidə 
Şurasının sədri Çingiz Əsədullayev çıxış etmişlər. 


 
 
134 
Mən  çox  şadam  ki,  iki  il  ərzində  görülən  işlər  gözəl 
nəticələrini  vermişdir.  Azərbaycanda  son  iki  il  ərzində  340 
mindən  artıq  yeni  iş  yeri  yaradılmışdır,  çoxlu  müəssisələr, 
fabriklər, sosial obyektlər açılmışdır. Bütün bunlar Azərbaycan 
xalqına  xidmət  edir,  ölkəmizi  möhkəmləndirir.  Bütün  bu 
uğurların  təməlində  1990-cı  illərin  ortalarında  başlanmış  ciddi 
iqtisadi islahatlar proqramı dayanır. 
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 
başlanmış  genişmiqyaslı  islahatlar  öz  bəhrəsini  verməkdədir. 
Eyni  zamanda,  uğurlu  neft  strategiyamız  da  Azərbaycana  çox 
böyük  xidmət  göstərmişdir.  İndi  bizim  maliyyə  vəziyyətimiz 
yaxşılaşıbdır.  Ölkədə  gedən  böyük  abadlıq-quruculuq  işlərinin 
təməlində də məhz 1990-cı illərin ortalarından həyata keçirilən 
Heydər  Əliyevin  neft  strategiyası  durur.  İndi  Azərbaycan  öz 
neft-qaz  potensialını  artıq  dünya  bazarlarına  çıxarır.  Bu  ildə 
bizim  təbii  sərvətlərimizi  dünya  bazarına  çatdırmaq  üçün  iki 
nəhəng kəmər tikiləcəkdir. 
Azərbaycanda  iqtisadi  artım  dünyada  ən  yüksək  sürətlə 
gedir.  Bunu  artıq  bütün  dünya  bilir.  Ötən  il  ümumi  daxili 
məhsul 26 faizdən çox, sənaye istehsalı 33,5 faiz, əhalinin pul 
gəlirləri 27 faiz artmışdır. Əlbəttə ki, bizim büdcəmiz də artır 
və  artmalıdır.  Artıq  2006-cı  ilin  büdcəsi  4  milyard  dollara 
bərabərdir.  2005-ci  illə  müqayisədə  artım  təxminən  70  faiz 
təşkil  edir  və  bu  bizə  yeni  imkanlar,  yeni  maliyyə  mənbələri 
yaradır. Gərək biz bundan səmərəli istifadə edək. Gərək bütün 
səylərimizi xalqımızın, Vətənimizin inkişafına yönəldək. 
Regionların  sosial-iqtisadi  inkişaf  proqramı  iki  il  bundan 
əvvəl  qəbul  edilmişdir.  Bu    çox  müfəssəl  bir  sənəddir.  Orada, 
demək  olar  ki,  ölkəmizin  bütün  iqtisadi  zonalarında  görüləcək 
işlər, əsas istiqamətlər öz əksini tapmışdır. Ancaq həyat yerində 
durmur,  ortaya  yeni  vəzifələr  çıxır,  yeni  məsələlər  üzə  çıxır. 
Bildiyiniz  kimi,  mənim  rayonlara  səfərlərim  çərçivəsində  zona 
müşavirələri  keçirilir  və  hər  müşavirədən  sonra  o  zonanın 
inkişafı  üçün lazım  olan tədbirlər  planı  hazırlanır  və  sərəncam 
imzalanır. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə