İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə31/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   27   28   29   30   31   32   33   34   ...   106

 
 
114 
 
 
MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB MƏHƏMMƏD HÜSNÜ MÜBARƏKƏ 
 
Hörmətli  cənab Prezident! 
«Əs-Salam-98»  sərnişin  gəmisinin  Qırmızı  dənizdə 
qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni 
son dərəcə kədərləndirdi. 
Bu  faciə  ilə  əlaqədar  dərdinizə  şərik  çıxır,  Sizə,  həlak 
olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı 
verirəm. 
Allah rəhmət eləsin! 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 4 fevral 2006-cı il 
 


 
 
115 
 
 
 
İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB MAHMUD ƏHMƏDİNEJADA 
 
Hörmətli cənab Prezident! 
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabı  
günü  münasibətilə  Sizi  və  bütün  xalqınızı  öz  adımdan  və 
Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 
Ümidvaram ki, ölkələrimiz arasında dərin tarixi kökləri olan 
dostluq  və  mehriban  qonşuluq  münasibətlərinin,  qarşılıqlı 
əlaqələrimizin  inkişafı  daim  xalqlarımızın  rifahına  xidmət 
edəcəkdir. 
Sizə  ən  xoş  arzularımı  yetirir,  dost  İran  xalqına  sülh  və 
tərəqqi diləyirəm. 
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 6 fevral 2006-cı il 
 
 


 
 
116 
 
 
 
İRAN İSLAM RESPUBLİKASININ ALİ RƏHBƏRİ  
AYƏTULLAH SEYİD ƏLİ XAMENEİ 
HƏZRƏTLƏRİNƏ 
 
Möhtərəm Ayətullah Xamenei həzrətləri! 
Ölkənizin  milli  bayramı  –  İslam  İnqilabı  günü  münasi-
bətilə  Sizə  və  Sizin  simanızda  bütün  xalqınıza  ən  səmimi 
təbriklərimizi yetirirəm. 
Əminəm ki, Azərbaycan ilə İran arasındakı ənənəvi dostluq 
və  əməkdaşlıq  münasibətləri  xalqlarımızın  iradəsinə  uyğun 
olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. 
Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  dost  İran 
xalqına əmin-amanlıq və firavanlıq arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 6 fevral 2006-cı il 
 
 
 
 


 
 
117 
 
 
 
QAMBİYA RESPUBLİKASININ PREZİDENTİ 
ZATİ-ALİLƏRİ  
CƏNAB  YƏHYA CAMMEHƏ 
 
Hörmətli cənab Prezident! 
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə 
Sizi  və  bütün  xalqınızı  öz  adımdan  və  Azərbaycan  xalqı 
adından təbrik edirəm. 
Ümidvaram  ki,  ölkələrimiz  arasındakı  dostluq  münasi-
bətlərinin  inkişafı  və  möhkəmləndirilməsi  əməkdaşlıq  imkan-
larımızın genişlənməsinə xidmət edəcəkdir. 
Sizə ən xoş arzularımı yetirir, dost Qambiya xalqına əmin-
amanlıq və rifah diləyirəm. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 8 fevral 2006-cı il 
 
 
 


 
 
118 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 
İLHAM ƏLİYEVİN  
FRANSAYA İŞGÜZAR SƏFƏRİ 
 
9 fevral  2006-cı il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fev-
ralın 9-da axşam Fransa paytaxtına gəlmişdir. 
Parisin  Orli  Beynəlxalq  hava  limanında  prezident  İlham 
Əliyevi Fransa hökumətinin yüksək vəzifəli şəxsləri, Azərbaycan 
diasporunun nümayəndələri səmimiyyətlə qarşıladılar. 
Sonra  prezident  İlham  Əliyev  Parisdə  onun  üçün  ayrılmış 
iqamətgaha yola düşdü. 


 
 
119 
 
 
 
FRANSANIN «TOTAL» ŞİRKƏTİNİN 
PREZİDENTİ İLƏ GÖRÜŞ 
 
Paris 
 
9 fevral 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
fevralın  9-da  Parisdə,  onun  üçün  ayrılmış  iqamətgahda  Fran-
sanın «Total» şirkətinin prezidenti De Mareni qəbul etmişdir. 
Görüşdə  energetika  sahəsində  əməkdaşlığın  səviyyəsindən 
razılıq  ifadə  olundu,  şirkətin  Azərbaycandakı  fəaliyyətindən 
söhbət  açıldı,  işbirliyinin  bundan  sonra  da  inkişaf  edəcəyinə 
əminlik  vurğulandı.  «Total»  şirkətinin  «Şahdəniz»  layihəsində 
iştirakı da qeyd olundu. 
Şirkətin  prezidenti  Azərbaycanın  beynəlxalq  enerji  daşıyı-
cıları  tranziti  layihəsində  iştirakını  xüsusi  vurğuladı  və 
gələcəkdə  də  ölkəmizin  belə  layihələrə  fəal  qoşulacağına 
əminliyini bildirdi. 
 


 
 
120 
 
 
 
YELİSEY SARAYINDA RƏSMİ QARŞILANMA 
MƏRASİMİ 
 
10 fevral 2006-cı il 
 
Fransada  səfərdə  olan  Azərbaycan  Respublikasının  Prezi-
denti  İlham  Əliyevin  fevralın  10-da  Parisdə,  Fransa  dövləti 
başçısının  iqamətgahı  Yelisey  sarayında  rəsmi  qarşılanma 
mərasimi olmuşdur. 
Sarayın  qarşısında  prezident  İlham  Əliyevin  şərəfinə  fəxri 
qarovul  dəstəsi  düzülmüşdü.  Fəxri  qarovul  dəstəsinin  rəisi 
Azərbaycan prezidentinə raport verdi. 
Fransa  prezidenti  Jak  Şirak  Azərbaycan  prezidenti  İlham 
Əliyevi sarayın önündə səmimiyyətlə qarşıladı. Dövlət başçıları 
xatirə şəkli çəkdirdilər. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə