İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə28/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   24   25   26   27   28   29   30   31   ...   106

 
 
103 
 
 
 
GÜRCÜSTAN PARLAMENTİ SƏDRİNİN 
MÜAVİNİ, TİCARƏT VƏ SƏNAYE PALATASININ 
PREZİDENTİ  
CEMAL İNAİŞVİLİNİN RƏHBƏRLİK  
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  
İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
2 fevral 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
fevralın 2-də Prezident sarayında Gürcüstan Parlamenti sədrinin 
müavini,  Ticarət  və  Sənaye  Palatasının  prezidenti  Cemal 
İnaişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
Qonaqları səmimiyyətlə salamlayan prezident İlham Əliyev 
Azərbaycan–Gürcüstan  münasibətlərinin  bütün  sahələrdə,  o 
cümlədən  parlamentlər  səviyyəsində  uğurla  inkişaf  etdiyini 
vurğuladı.  Prezident  İlham  Əliyev  hökumətlər  səviyyəsində  də 
əməkdaşlığın genişləndiyini, birgə iqtisadi komissiyanın bir çox 
məsələləri müvəffəqiyyətlə həll etdiyini qeyd etdi. O, ölkələrimiz 
arasındakı  münasibətlərin  bundan  sonra  da  inkişaf  edəcəyinə 
ümidvar olduğunu bildirdi. 
Cemal  İnaişvili  Gürcüstan  prezidenti  Mixeil  Saakaşvilinin 
salamlarını  və  Gürcüstandakı  enerji  böhranı  zamanı  Azərbay-
can  rəhbərliyinin  onun  ölkəsinə  göstərdiyi  dəstəklə  bağlı  min-
nətdarlığını  şəxsən  prezident  İlham  Əliyevə  çatdırdı.  Qonaq 
bütün sahələrdə, o cümlədən parlamentlərimiz arasında əlaqə-
lərin uğurla inkişaf etdiyini qeyd etdi. 
Prezident  İlham  Əliyev  Gürcüstan  prezidenti  Mixeil  Saaka-
şvilinin salamlarına görə minnətdarlığını bildirdi və onun da sa-
lamlarını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş etdi. 


 
 
104 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  
ASTARA VƏ LƏNKƏRAN RAYONLARINA 
SƏFƏRİ 
 
3 fevral 2006-cı il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fev-
ralın 3-də Astara və Lənkəran rayonlarında olmuşdur 
Prezident  İlham  Əliyev  əvvəlcə  Astarada  respublikada  ilk 
modul  tipli  elektrik  stansiyasının  təntənəli  açılış  mərasimində 
iştirak etmişdir. Mərasimə toplaşanlar prezidenti böyük hörmət 
və ehtiramla, gül-çiçəklə qarşıladılar. 
Rayonun Ərçivan kəndində tikilmiş stansiyanın təməli 2005-
ci  il  sentyabrın  8-də  prezident  İlham  Əliyevin  iştirakı  ilə 
qoyulmuşdur.  Tikintinin  baş  podratçısı  Finlandiyanın  «Wartsila» 
və İsveçrənin «ABB» şirkətləridir. Stansiyada hər birinin gücü 8,7 
meqavat  olan  10  generator  quraşdırılmışdır.  Stansiyanın 
ərazisində  inşa  edilmiş  gücləndirici  yardımçı  stansiyada  hər  biri 
25  meqavatlıq  5  ədəd  transformator  qoyulmuşdur.  2  kilometr 
uzunluğunda 110 kilovoltluq elektrikötürmə xətləri, 1,2 kilometrlik 
qaz  xətti  çəkilmiş,  vertolyot  meydançası  inşa  edilmişdir.  Elektrik 
stansiyasının  51  hektarlıq  ərazisində  ikimərtəbəli  inzibati  və 
idarəetmə  binaları  inşa  edilmiş,  əraziyə  axan  suların  qarşısını 
almaq məqsədi ilə 900 metr uzunluğunda 2 kanal çəkilmiş, 2 keçid 
körpüsü, 1 hektar ərazidə isə su hovuzu inşa edilmişdir. 20 hektar 
ərazidə  bağ  salınmış  və  5  minə  yaxın  ağac  və  kol  əkilmişdir. 
Stansiyanın  tikintisində  500  nəfərə  yaxın  inşaatçı  və  quraşdırıcı 
çalışmışdır ki, onlardan da 300 nəfəri yerli inşaatçılardır. 
Astara  elektrik  stansiyası  cənub  bölgəsinin  elektrik  enerjisi 
ilə  təminatında  əhəmiyyətli  rol  oynayacaq,  qış  mövsümündə 
enerji  qıtlığını  aradan  qaldıracaqdır.  Burada  110  nəfər  daimi 
işlə təmin olunacaqdır. 


 
 
105 
Prezident  İlham  Əliyev  stansiyada  quraşdırılmış  müasir 
avadanlıqla yaxından tanış oldu. 
Sonra  prezident  İlham  Əliyev  Astara  elektrik  stansiyasının 
işə  salınmasını  bildirən  düyməni  basdı  və  stansiya  ümumi 
şəbəkəyə qoşuldu. 
Prezident  İlham  Əliyev  stansiyanı  inşa  edən  yerli  və  xarici 
mütəxəssislərlə  söhbət  etdi,  müasir  tələblərə  cavab  verən  bu 
obyektin  qısa  müddətdə  başa  çatdırılmasına  görə  minnət-
darlığını bildirdi. 
İsveçrənin «ABB» şirkətinin vitse-prezidenti Bruno Berggren 
tikinti  müddətində  onlara  yaradılan  şəraitə  və  köməyə,  diqqət 
və  qayğıya  görə  prezident  İlham  Əliyevə  dərin  təşəkkürünü 
bildirdi. Burada çalışan yerli mütəxəssislərin fəaliyyətini yüksək 
qiymətləndirdi.  Xüsusi  vurğuladı  ki,  dünyada  məşhur  olan 
«ABB»  şirkəti  tərəfindən  indiyədək  heç  bir  ölkədə  bu  cür 
stansiya  quraşdırılmamışdır.  Qısa  müddət  ərzində  stansiyanın 
quraşdırılması  xarici  şirkətlərlə  yerli  mütəxəssislərin  birgə 
fəaliyyətinin  nəticəsidir  və  alqışa  layiqdir.  Biz  bu  işimizlə fəxr 
edirik. 
Sonra  stansiyanın  açılışını  bildirən  təntənəli  mərasim  keçi-
rildi.  Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  nitq 
söylədi. 
 


 
 
106 
 
 
 
ASTARADA MODUL TİPLİ ELEKTRİK 
STANSİYASININ  AÇILIŞ MƏRASİMİNDƏ  NİTQ 
 
3 fevral 2006-cı il 
 
İ l h a m   Ə l i y e v: Əziz astaralılar! 
Əziz dostlar, bacılar və qardaşlar! 
Hörmətli qonaqlar! 
Mən sizin hamınızı ürəkdən salamlayıram, yeni istifadəyə 
verilmiş  elektrik  stansiyasının  açılışı  münasibətilə  sizi  təbrik 
edirəm. 
Beş  ay  bundan  əvvəl  biz  elə  bu  ərazidə  stansiyanın  təməl 
daşını qoyduq. O vaxt burada heç bir tikinti yox idi. Sadəcə, boş 
sahə  idi  və  təməli  qoyulanda,  bəlkə  də,  təsəvvür  etmirdik  ki, 
qısa müddət ərzində bu gözəl obyekt, gözəl stansiya istifadəyə 
veriləcəkdir. Ancaq məqsəd qoymuşduq, vəzifə qoymuşduq ki, 
qısa  müddət  ərzində  stansiya  tikilsin,  istismara  verilsin  və 
beləliklə,  Astaranın  və  bütövlükdə  cənub  bölgəsinin  enerji 
problemləri aradan qaldırılsın. Bu gün biz buna nail olduq. Bu 
çox  böyük  hadisədir,  təkcə  Astara  üçün  yox,  bütün  cənub 
bölgəsi  üçün  böyük  töhfədir.  Bu  fürsətdən  istifadə  edib, 
stansiyanın  tikintisində  iştirak  etmiş  yerli  və  xarici  şirkətlərə, 
onların  rəhbərlərinə  və  fəhlələrinə  minnətdarlığımı  bildirmək 
istəyirəm. Bu da çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsidir. 
Stansiyanın  tikintisində  xarici  şirkətlər  –  «Wartsila»  şirkəti, 
«ABB»  şirkəti,  habelə  Azərbaycanın  «Azenko»  şirkəti  iştirak 
etmişdir.  Onlar  çox  səmərəli  işləmişlər  və  bu  işin  nəticəsində  bu 
gün stansiyanın açılışını qeyd edirik. 
Azərbaycanda  bütövlükdə,  istər  siyasi  müstəvidə,  istər 
iqtisadi  sahədə  beynəlxalq  əməkdaşlıq  çox  sürətlə  inkişaf  edir. 
Bu  bir  daha  onu  göstərir  ki,  Azərbaycan  Dünya  Birliyinə  çox 
uğurla inteqrasiya edir. Azərbaycanda çox nəhəng, irimiqyaslı, 
enerji  təhlükəsizliyi  baxımından  ölkəmiz  üçün  və  bölgə  üçün 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə