İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə25/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   21   22   23   24   25   26   27   28   ...   106

 
 
91 
Eyni  zamanda,  büdcə  xərclərində  şəffaflıq  daha  da  yüksək 
səviyyədə  olmalıdır.  Xərclərə  nəzarət  güclənməlidir.  O 
cümlədən ictimai nəzarət. Ona görə ki, bizim xərclərimiz artır, 
nəzarət  də  artmalıdır  və  güclənməlidir.  Əlbəttə,  Azərbaycanda 
siyasi  proseslərin  möhkəmlənməsi,  demokratiyanın  inkişafı, 
ictimai  nəzarətin  güclənməsi  ölkəmizin  gələcəyinə  lazımdır. 
Bizim normal fəaliyyətimizə lazımdır.  
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi 
aparılmalıdır. Bu istiqamətdə müəyyən ilkin addımlar atılıbdır. 
Amma  onlar  bizi  qane  etmir.  Rüşvətxor  məmurlar  ifşa 
olunmalıdırlar.  Bəzi  hallarda  rüşvətxor  məmurlar  öz  cəzasını 
alanda müxalifət, yaxud bəzi qeyri-hökumət təşkilatları onların 
müdafiəsinə qalxırlar. Necə ola bilər ki, rüşvətxorluqla məşğul 
olan,  oğurluqla  məşğul  olan  korrupsioner  məmurları  biz  həbs 
edəndə, guya ki, Azərbaycanda ədalətin, demokratiyanın carçısı 
olan  müxalifət  onların  köməyinə  gəlir?  Yəni  bu  bir  daha  onu 
göstərir  ki,  bu  əlaqələr  çox  dərin  köklərə  malikdir.  Həmin  o 
keçmiş  Səhiyyə  naziri,  keçmiş  İqtisadi  İnkişaf  naziri  iqtidarda 
oturub,  öz  vəzifəsindən  sui-istifadə  edib,  oğurluqla,  korrupsiya 
ilə,  rüşvətlə  yığılan  pulları  müxalifətin  nümayəndələrinə 
ötürürdülər.  Ona  görə  indi,  bu  imkanlar  müxalifətin  əlindən 
alınandan  sonra  bunların  müdafiəsinə  qalxırlar.  Amma  burada 
da biz öz mübarizəmizi daha da gücləndirməliyik.  
Enerji  təhlükəsizliyinin  möhkəmlənməsində  işlər  daha  da 
mütəşəkkil  qaydada  aparılmalıdır.  Bakı–Tbilisi–Ceyhan  neft 
kəmərinin  tikintisi  başa  çatdırılacaqdır.  Bakı–Tbilisi–Ərzurum 
qaz  kəmərinin  tikintisi  də  başa  çatmalıdır.  Artıq  Azərbaycan 
enerji  daşıyıcılarının  tranzit  ölkəsinə  çevrilibdir.  Biz  tranzit 
ölkəyik.  Artıq  İran  qazı  Azərbaycan  ərazisi  ilə  Gürcüstana 
ötürüləcəkdir.  Gələcəkdə  biz  bundan  səmərəli  istifadə 
etməliyik.  
Bəzi ölkələrdə ki, enerji böhranı yaşandı, Azərbaycanda biz 
bunu hiss etmədik. Çünki bizdə enerji təhlükəsizliyi siyasəti çox 
yüksək  səviyyədədir.  2006-cı  ildə  modul  tipli  elektrik 


 
 
92 
stansiyaları  tikiləcək  və  Azərbaycana  əlavə  400  meqavat 
gücündə elektrik enerjisini təmin edəcəkdir.  
Bununla  yanaşı,  Mingəçevir  istilik  elektrik  stansiyasında 
yeni  blokların  işə  salınması,  Sumqayıt  və  «Şimal-2»  elektrik 
stansiyalarının tikintisi və eyni zamanda, Əli Bayramlı elektrik 
stansiyasının  tikintisi  haqqında  biz  gərək  2006-cı  ildə  qərar 
qəbul  edək.  Biz  bunu  ya  dövlət  hesabına  edəcəyik,  ya  xarici 
investor cəlb edəcəyik, yaxud da kredit alacağıq. Yəni biz gərək 
üçündən  birini  müəyyən  edək  və  bu  işlər  də  2006-cı  ildə 
başlanmalıdır.  
Kənd  təsərrüfatının  inkişafı  üçün  lazımi  tədbirlər  görülür. 
Ölkə əhalisinin yarısı, demək olar ki, kənd təsərrüfatı ilə məşğul 
olur.  «Aqrolizinq»  Səhmdar  Cəmiyyətinin  xətti  ilə  gətirilən 
texnika  artıq  paylanır.  Eyni  zamanda,  İqtisadi  İnkişaf 
Nazirliyinin  xətti  ilə  kənd  təsərrüfatının  inkişafına  dəstək  olan 
kreditlər,  qeyd  etdiyim  kimi,  100  milyon  dollardır.  Onun 
təxminən böyük əksəriyyəti kənd təsərrüfatına yönəldiləcəkdir. 
O  da  nəzərdə  tutulubdur.  Gübrə  məsələsini  də  biz  həll  etdik. 
Gübrələr də alınır və paylanılır.  
Ətraf mühitin qorunması işində geniş ekoloji proqram qəbul 
edilməlidir.  Bu  barədə  bu  gün  danışdıq.  Çünki  bizim 
imkanlarımız  artır,  iqtisadi  potensial  artır,  amma  insanların 
sağlamlığı  bilavasitə  ekoloji  vəziyyətlə  bağlıdır.  Ona  görə  bu 
məsələyə diqqət göstərilməlidir.  
Sosial  və  humanitar  sahələrə  də  biz  diqqət  göstərəcəyik.  Eyni 
zamanda,  səhiyyə  xidmətinin  səviyyəsi  qalxmalıdır.    2006-cı  ildə 
səhiyyə  sistemində  yeni  xəstəxanalar,  yeni  poliklinikalar 
tikiləcəkdir.  
Təhsil  sahəsində  məktəblərin  tikintisi  nəzərdə  tutulubdur. 
Məndə  olan  məlumata  görə,  2005-ci  ildə  328  məktəb  və  əlavə 
korpus tikilibdir. Bu, görünməmiş bir nəticədir. 2006-cı ildə də biz 
bu  işləri  davam  etdirəcəyik.  Kompüterləşmə  proqramı  davam 
edəcəkdir.  Məktəblərdə  kompüterlər  quraşdırılacaq  və  təhsilin 
keyfiyyəti də qalxmalıdır.  


 
 
93 
Tarixi-mədəni  irsimizin  qorunması  üçün  lazımi  tədbirlər 
görüləcəkdir.  Mədəniyyət  infrastrukturuna  əlavə  vəsait  ayrıla-
caqdır.  Bizim  teatrlarımız,  muzeylərimiz  ən  yüksək  səviyyədə 
əsaslı  təmir  olunmalıdır.  2005-ci  ildə  biz  bu  işə  başladıq. 
Azərbaycan  Tarixi  Muzeyi  və  Nizami  adına  Ədəbiyyat 
Muzeyində təmir işləri gedir.  
İdman  infrastrukturunun  inkişafı  üçün  lazımlı  qərarlar 
verilibdir. 2006-cı ildə Azərbaycanın müxtəlif rayonlarında yeni 
idman  komplekslərinin,  üzgüçülük  hovuzlarının  tikintisi 
nəzərdə  tutulubdur.  Turizmin  inkişafına  da  böyük  diqqət 
göstərilməlidir.  Turizm  infrastrukturunun  möhkəmlənməsində 
2006-cı ildə çox böyük işlər görüləcəkdir.  
Əlbəttə ki, 2006-cı ildə maaşlar, təqaüdlər artmalıdır. Biz bu 
barədə danışdıq. Həm minimum əməkhaqqı, pensiyalar, həm də 
orta  aylıq  əməkhaqqı  qalxmalıdır.  Bizim  insanlarımız  daha  da 
yaxşı yaşamalıdırlar. Aztəminatlı ailələrə ünvanlı sosial yardım 
göstərilməlidir. Bir də demək istəyirəm ki, minimim əməkhaqqı 
və  pensiya  Azərbaycanda  insanların  minimum  tələbatını 
ödəməlidir.  
Azərbaycanda  ictimai-siyasi  vəziyyət  sabitdir.  Əminəm  ki, 
2006-cı  ildə  də  sabit  olaraq  qalacaqdır.  Azərbaycanda  bütün 
görülən  işlər  bir  məqsədi  güdür  –  Azərbaycan  xalqı  daha  da 
yaxşı  yaşasın.  Azərbaycan  möhkəmlənsin,  öz  mövqelərini 
gücləndirsin,  Azərbaycanda  güclü  dövlət  quruculuğu  prosesi 
daha  da  sürətlə  getsin.  İctimai-siyasi  vəziyyətin  sabit  olması 
bizim  bütün  gələcək  inkişafımızı  müəyyən  edəcəkdir.  Sabitlik 
olmayan  ölkələrdə  heç  vaxt  inkişaf  olmur.  Sabitlik  inkişafın 
başlıca  şərtidir.  Azərbaycanda  sabitlik  1993-cü  ildə  bərqərar 
olundu. O ildən bu günə qədər sabitlik qorunur və qorunacaqdır. 
Bu  sabitliyi  pozmaq  istəyənlər  olub  və  bəlkə  gələcəkdə  də 
olacaqdır. Amma onların aqibəti elə eyni olacaqdır. Biz ictimai-
siyasi 
asayişi 
qoruyacağıq. 
Azərbaycanda 
sabitliyi 
möhkəmləndirəcəyik  və  Azərbaycanın  inamlı  inkişafını  təmin 
edəcəyik.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə