İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə21/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   17   18   19   20   21   22   23   24   ...   106

 
 
79 
Yəni  bütün  bunlar  müsbət  addımlardır.  Deyə  bilərəm  ki, 
diplomatik  səylərimizin  gözəl  nəticələridir.  Amma  bütün 
bunlara  baxmayaraq,  məsələ  öz  həllini  tapmır.  Bütün  bu 
diplomatik  uğurlar,  əlbəttə  ki,  bizi  sevindirir  və  mövqeyimizi 
gücləndirir.  Ancaq  bir  halda  ki,  torpaqlarımız  hələ  də  işğal 
altındadır,  bütün  bu  nəticələrin  böyük  əhəmiyyəti  yoxdur. 
Əhəmiyyət  o  zaman  olacaq  ki,  Azərbaycan  torpaqları  işğalçı 
qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma tor-
paqlarına  qayıdacaqlar.  Bizim  soydaşlarımız  işğal  olunmuş 
torpaqlara  –  Dağlıq  Qarabağın  ətrafında  yerləşən  torpaqlara  və 
Dağlıq Qarabağa  qayıtmalıdırlar.  
Bildiyiniz  kimi,  danışıqlar  davam  edir  və  Azərbaycanın 
mövqeyində  heç  bir  dəyişiklik  yoxdur  və  olmayacaqdır.  Mən 
bunu  dəfələrlə  bəyan  etmişəm,  bu  gün  də  deyirəm:  Azər-
baycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt 
olmayacaqdır.  Məsələ  yalnız  və  yalnız  beynəlxalq  hüquq 
normaları  əsasında  öz  həllini  tapmalıdır  və  Azərbaycan  bu 
mövqedən  bir  addım  da  geriyə  çəkilməyəcəkdir.  Yəni  Azər-
baycanın  ərazi  bütövlüyü  məsələsində  heç  bir  güzəşt 
olmayacaqdır.  Heç  bir  qərar  qəbul  edilməyəcək  ki,  nə  bu  gün, 
nə  sabah,  nə  də  yüz  ildən  sonra  imkan  yaransın  ki,  Dağlıq 
Qarabağ Azərbaycandan ayrılsın. Bir daha deyirəm, bu məsələ 
danışıqlar mövzusu deyildir.  
Bütün  bu  diplomatik  səylərlə  yanaşı,  təbii  ki,  ordu  quru-
culuğunda  işlər  daha  da  sürətlə  getməlidir.  2005-ci  il  bu  ba-
xımdan  da  çox  uğurlu olmuşdur.  Görülən tədbirlər  nəticəsində 
hərbi  büdcəmiz  təxminən  70  faiz  artmışdır.  2006-cı  ildə  isə 
hərbi  xərclərə  nəzərdə  tutulan  məbləğ  100  faiz  artacaq  və  bu 
proses  davam  edəcəkdir.  Deyə  bilərəm  ki,  son  iki  il  ərzində 
Azərbaycanın müdafiə potensialı iki dəfə, bəlkə iki dəfədən də 
çox  artmışdır  və  biz  bu  siyasətimizi  davam  etdirəcəyik.  Biz 
müharibə şəraitində yaşayırıq, torpaqlarımız işğal altındadır və 
bu siyasətimiz təbiidir. Bu bizim suveren haqqımızdır.  
Şübhəsiz  ki,  bütün  planlarımızın  həyata  keçirilməsi  üçün 
başlıca şərt iqtisadi potensialdır. Ona görə 2005-ci ildə iqtisadi 


 
 
80 
islahatların uğurla davam etdirilməsi prosesi möhkəmlənmişdir. 
Azərbaycan  2005-ci  ildə  iqtisadi  artım  baxımından  dünyada 
lider  ölkəyə  çevrilmişdir.  Ümumi  daxili  məhsul  təxminən  27 
faiz  artmışdır  və  bu,  dünyada  görünməmiş  bir  nəticədir. 
Bununla  yanaşı,  sənaye  potensialı  33  faizdən  çox  artmışdır.  O 
da  çox  böyük  rəqəmdir  və  heç  bir  ölkədə  bu  rəqəmə  rast 
gəlinmir.  Əhalinin  pul  gəlirləri  27  faiz,  əməkhaqqı  22  faiz 
artmışdır.  İnflyasiya  9,8  faiz  olmuşdur.  Yəni  əhalinin  pul 
gəlirləri  ilə  müqayisə  etsək  görərik  ki,  real  gəlirlər  17  faiz 
artmışdır.  Azərbaycanda  orta  aylıq  əməkhaqqı  keçən  ilin 
sonunda  təxminən  140  dollar  təşkil  etmişdir.  Bu  da  böyük 
artımdır.  Nəzərə  alsaq  ki,  minimum  əmək-  haqqının 
qaldırılması prosesi 2006-cı ildə də davam edəcək, 2006-cı ilin 
sonunda,  əlbəttə,  Azərbaycanda  orta  aylıq  əməkhaqqı  daha  da 
artacaqdır.  
Əlbəttə  ki,  bütün  bunlar  onu  göstərir  ki,  bizim  iqtisadi 
siyasətimiz  çox  uğurludur,  məqsədyönlüdür,  düşünülmüş  kon-
sepsiya şəklində aparılır və belə olan təqdirdə nəticələr də var. 
Gətirdiyim  bu  rəqəmlər  gördüyümüz  işlərin  ən  gözəl 
nümunəsidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadi 
baxımdan çox sürətlə inkişaf edir.  
Ümumi daxili məhsulun adambaşına düşən həcmi Azərbay-
canda  artıq  1500  Amerika  dolları  təşkil  edir.  Nəzərə  alsaq  ki, 
2006-cı  ildə  iqtisadiyyat  təxminən  eyni  sürətlə  inkişaf  edəcək, 
yəqin  ki,  ilin  sonunda  adambaşına  düşən  ümumi  daxili 
məhsulun həcmi 2 min dollara yaxın olmalıdır.  
Bildiyiniz  kimi,  regional  inkişaf  proqramı  uğurla  davam 
etdirilir. İşsizliyin, yoxsulluğun azaldılması bizim üçün prioritet 
məsələlər  olmuşdur.  İki  il  bundan  əvvəl  regionların  inkişaf 
proqramı qəbul  olunmuşdur və bu iki il ərzində Azərbaycanda 
340  min  yeni  iş  yeri  açılmışdır.  Bu  bir  daha  onu  göstərir  ki, 
bizim  qəbul  etdiyimiz  proqramlar  reallığı  əks  etdirir.  İşlər 
düzgün qurulanda bütün, hətta ən çətin məqsədlər də həyatda öz 
əksini tapır.  


 
 
81 
Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı kifayət 
qədər  çoxdur.  Amma  bu  istiqamətdə  də  dinamika  çox 
müsbətdir.  2004-cü  ildə  yoxsulların  sayı  49  faiz,  2005-ci  ilin 
əvvəlində  40  faiz  idi.  2006-cı  ilin  əvvəlində  isə  29  faizdir.  29 
faiz  də  çoxdur.  Yəni,  əhalinin  üçdə  bir  hissəsi  hələ  ki,  çətin 
şəraitdə  yaşayır.  Amma  yoxsulluğun  azaldılması,  bu  dinamika 
onu  göstərir  ki,  biz  düz  yoldayıq.  Mən  heç  şübhə  etmirəm  ki, 
görülən  tədbirlər  nəticəsində  2006-cı  ilin  sonuna  qədər 
Azərbaycanda yoxsulların sayı daha da azalacaqdır.  
İndi  Azərbaycanın  çox  güclü  iqtisadi  potensialı  yaranır.  Eyni 
zamanda,  bizim  valyuta  ehtiyatlarımız  da  artır.  Milli  Bankın  və 
Dövlət  Neft  Fondunun  hesabında,  haradasa  2,3  milyard  dollar 
vəsait var. Bu bizim strateji resursumuzdur. Bir tərəfdən, gələcək 
nəsillər  üçün  saxlanılmalıdır,  eyni  zamanda,  Azərbaycanın  ən 
önəmli məsələlərinin həlli üçün də istifadə olunmalıdır. Bildiyiniz 
kimi,  Neft  Fondunda  qaçqınların  və  məcburi  köçkünlərin  sosial 
vəziyyətinin  yaxşılaşması  üçün  vəsait  nəzərdə  tutulubdur.  İndi 
geniş tikinti işləri gedir. Mən bəyan etmişdim ki, Azərbaycanda bir 
dənə  də  çadır  şəhərciyi  qalmayacaqdır.  Bu  istiqamətdə  də  çox 
böyük  işlər  görülübdür.  Çadır  şəhərcikləri  ləğv  olunur,  onların 
əvəzinə yeni gözəl binalar tikilir və qaçqınlara, köçkünlərə hədiyyə 
edilir.  
Ölkəmizdə  ictimai-siyasi  vəziyyət  çox  müsbətdir.  2005-ci 
ildə  bu  istiqamətdə  böyük  işlər  görülmüşdür.  2005-ci  ildə 
Azərbaycanın  siyasi  həyatında  mühüm  rol  oynayan  parlament 
seçkiləri keçirilmişdir. Parlament seçkiləri Azərbaycan xalqının 
iradəsini  tam  əks  etdirmişdir.  Azərbaycan  xalqı  bizim 
siyasətimizi dəstəkləmişdir və təbii ki, seçkiləri müşahidə edən 
rəy  sorğuları  təşkilatlarının  nəticələri  rəsmi  nəticələrlə,  demək 
olar  ki,  90–95  faiz  üst-üstə  düşmüşdür.  Yəni  bu  ən  gözəl 
göstəricidir,  ən  gözəl  nümunədir.  Bu  onu  göstərir  ki,  rəsmi 
nəticələr  exit-pollun  nəticələri  ilə  üst-üstə  düşür  və  beləliklə, 
Azərbaycan  xalqının  iradəsi  seçkilərdə  tam  şəkildə  öz  əksini 
tapmışdır.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə