İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə18/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   14   15   16   17   18   19   20   21   ...   106

 
 
67 
meydanında,  Qız  qalasının  qarşısında,  Xalçaçılıq  muzeyinin 
(keçmiş  Lenin  muzeyi)  yanında  yeraltı  avtomobil  yollarının 
salınması mütləq vacibdir.  
Bundan  başqa,  Heydər  Əliyev  prospekti–hava  limanı  ma-
gistralında  nəqliyyatın  maneəsiz  hərəkət  etməsi  üçün  əlavə 
keçidlər,  «Ramstore»  mağazasının,  Səttarxan  adına  zavodun, 
«Ulduz»  metro  stansiyasının,  «Şəfa»  stadionunun,  şərab 
zavodunun  və  Bakı  tikiş  və  ayaqqabı  fabriklərinin  yanında 
yeraltı  və  yerüstü  avtomobil  keçidlərinin  salınması 
məqsədəuyğundur.  
Bununla  belə,  xüsusi  vurğulamaq  istərdim  ki,  əlavə  yolların 
və  magistral  yolların  çəkilməsində  yolun  uzunluğunun  qiymət-
ləndirilməsi Yaponiya  mütəxəssislərinin tərtib etdiyi layihələrdə 
öz  əksini  tapmışdır.  Lakin  onların  tərtib  etdiyi  və  20  il  üçün 
hesablanmış  layihədə  Bakı  şəhərinə  ildə  əlavə  8–9  min  fərdi 
maşının gətirilməsi nəzərdə tutulur.  
Ancaq  təkcə  ötən  il  avtomobillərin  sayının  44  mini  keçməsi 
göstərir ki, hətta Yaponiya mütəxəssisləri də Azərbaycanda çox 
böyük sürətlə gedən iqtisadi inkişafı nəzərə ala bilməmişlər. Ona 
görə  də  bu  layihə  ən  geci  2010-cu  ilədək  tamamilə  hazır 
olmalıdır.  Yalnız  bu  halda  Bakı  şəhərində  nəqliyyat  sistemini 
tamamilə 
təkmilləşdirmək, 
müəyyən 
qaydaya 
salmaq 
mümkündür.  
Bakı Şəhər İcra Hakimiyyəti ətraf mühitin ekoloji mühafizəsi 
nöqteyi-nəzərindən 
şəhərin 
mərkəzində 
fərdi 
minik 
avtomobillərinin hərəkətinə məhdudiyyətlərin qoyulmasını təklif 
edir.  Dünya  təcrübəsinə  əsaslanaraq,  müəyyən  saatlarda  fərdi 
minik 
avtomobillərinin  şəhərin  mərkəzinə  gəlməsi  də 
məhdudlaşdırılmalıdır.  Bunun  əvəzində  çoxyerlik  avtobusların 
hərəkətinə üstünlük verilməlidir.  
Möhtərəm Prezident, 30 ildən çoxdur ki, Bakı şəhərinin əsaslı 
topoqrafik  xəritəsi  hazırlanmayıbdır.  Ona  görə  Sizdən  çox  xahiş 
edirəm  ki,  həm  şəhərsalma,  həm  də  nəqliyyat  sisteminin 
təkmilləşdirilməsi  üçün  lazım  olan  rəqəmli  topoqrafik  xəritəni  – 


 
 
68 
heç olmasa, 1:500 miqyaslı – hazırlamaq üçün Dövlət Torpaq və 
Xəritəçəkmə Komitəsinə göstəriş verəsiniz.  
Beləliklə, bir daha demək istərdim ki, layihələşdirmə və gö-
rüləcək işlər paralel aparılarsa, biz iki il ərzində Bakı şəhərində 
nəqliyyatın  tam  tənzimlənməsinə  nail  ola  bilərik.  Ona  görə  də 
Sizdən  xahiş  edirəm  ki,  paytaxtın  nəqliyyat  sisteminin 
təkmilləşdirilməsi ilə əlaqədar imzalayacağınız Sərəncamın tez 
bir zamanda həyata keçirilməsi üçün göstəriş verəsiniz.  
Diqqətinizə görə minnətdarlığımı bildirirəm.  
İ l h a m   Ə l i y e v: Sağ olun. Mən qeyd etdim ki, bu iki 
istiqamətdə işlər paralel şəkildə öz həllini tapmalıdır. Ancaq o 
təqdirdə biz Bakının yol hərəkətində olan problemləri həll edə 
bilərik.  Şübhəsiz  ki,  gələcəyi  də  düşünməliyik.  Çünki  bizim 
hamımız  üçün  aydındır  ki,  gələcəkdə  maşınların  sayı  daha  da 
artacaqdır.  Ona  görə  gələcəkdə  iki,  üçsəviyyəli  yolların 
tikilməsi  lazım  olacaqdır.  Amma  bu  mərhələdə,  gələn  iki  il 
ərzində əgər bütün bu proqramlar həyata keçsə, bu sahədə çox 
ciddi dönüş yaranacaqdır.  
R  a  m  i  l      U  s  u  b  o  v:  Möhtərəm  cənab  Prezident,  Sizin 
yanınızda olan bugünkü müzakirə onu göstərir ki, həqiqətən də 
Bakı  şəhərində  və  ümumiyyətlə,  respublikamızda  avtonəq-
liyyatın  sürətlə  artması  problemlər  yaradır  və  bu  problemlərin 
həllinə Sizin böyük diqqətiniz və qayğınız hamı tərəfindən hiss 
olunur.  Cənab  Prezident,  çox  haqlı  qeyd  etdiniz  ki,  son  illərdə 
aparılan  siyasət  nəticəsində  ölkəmizdə  iqtisadi  inkişaf  böyük 
sürət,  vüsət  alıb  və  insanların,  vətəndaşlarımızın  alıcılıq 
qabiliyyəti yüksəlibdir. Həqiqətən də, elə bu son 5 ili götürəndə, 
hər il orta hesabla 25–30 min avtonəqliyyatın xaricdən alınaraq 
Azərbaycana  gətirilməsi  iqtisadiyyatımızın  inkişafından, 
insanlarımızın  maddi  rifah  halının  yaxşılaşmasından  xəbər 
verir.  Cənab  Prezident,  bu  problemlərin  həlli  yolları  Nəqliyyat 
naziri  və  Bakı  Şəhər  İcra  Hakimiyyətinin  başçısı  tərəfindən 
qeyd olundu. Əlbəttə, bu məsələlərin həlli, eyni zamanda, daxili 
işlər  orqanlarının  bu  işlərə  cavabdeh  olan  əməkdaşlarının  da 


 
 
69 
fəaliyyətinin  yaxşılaşdırılmasına,  onların  məsuliyyətinin 
artırılmasına gətirib çıxaracaqdır.  
Hörmətli  cənab  Prezident,  burada  qeyd  olundu,  məsələn, 
Azərbaycanda 610  mindən çox avtomobil var, onun  da demək 
olar ki, 60–70 faizi Bakı şəhərində cəmləşibdir. Bakı şəhərində 
bu  problemlərin  yaranmasının  da  səbəbi  avtonəqliyyatın 
artması,  əhalinin  çoxalmasıdır.  Əlbəttə,  bu  tələb  edir  ki,  yeni 
icra strukturları yaradılsın.  
Bizim  apardığımız  araşdırmalar  onu  göstərir  ki,  əgər  yaxın 
gələcəkdə,  yəni  2–3  ildə,  planda  nəzərdə  tutulduğu  kimi, 
yolötürücülərinin 
tikilməsi, 
əlavə 
avtodayanacaqların 
yaradılması,  dairəvi  yolun  çəkilməsi,  əlbəttə  ki,  tıxacların 
azalmasına  gətirib  çıxaracaqdır.  Real  hesablamalar  da  onu 
göstərir ki, əgər bütün bu tədbirlər görülərsə, doğrudan da yaxın 
5–10 ildə Bakı şəhərində bu problemlər xeyli azalacaq.  
Cənab  Prezident,  bir  məsələni  diqqətinizə  çatdırmaq 
istəyirəm  ki,  məsələn,  1988-ci  illə  indiki  vəziyyəti  müzakirə 
etsək    görərik  ki,  1988-ci  ildə  Bakıda  sərnişin  daşınmasında 
cəmi  800–900  avtobusdan  istifadə  olunurdu.  Bu  gün  avto-
busların sayı 19–20 dəfə artıbdır. Doğrudur, bu ötən illər ərzin-
də  Bakının  əhalisi  də  1-2  dəfə  artıbdır.  Lakin  avtobusların  bu 
qədər  çoxalması  müəyyən  problemlər  də  yaradıbdır.  Cənab 
Prezident,  Sizin  2005-ci  ilin  28  dekabr  tarixli  Fərmanınız 
lisenziya  baxımından  çox  vaxtında  imzalanmış  sənəddir.  Yəni 
burada  vəziyyətə  nəzarət  olunacaq  və  bu  da  perspektivdə  bu 
sahədə  bir  qayda  yaradacaqdır.  Sənədin  bizə  aid  hissəsinin 
icrası artıq nəzarətə götürülüb və yerinə yetirilir.  
Cənab Prezident, mən vaxtınızı çox almaq istəmirəm, planda 
icrası nəzərdə tutulan işlərin sürətlə getməsi, yəni burada qeyd 
olunduğu  kimi,  2-3  ilə  başa  çatması,  əlbəttə,  öz  müsbət 
nəticəsini verəcəkdir.  
Lakin eyni zamanda, hesab edirəm ki, bizim müəyyən daxili 
imkanlarımız var və yaxın 2-3 ili gözləmədən bunlardan istifadə 
etməklə,  Bakı  şəhərində  tıxacların  azalması  üçün  operativ 
tədbirlər  görmək  olar.  Cənab  Prezident,  şəxsən  Daxili  İşlər 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə