İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə17/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   13   14   15   16   17   18   19   20   ...   106

 
 
64 
aparılmış və yolun keçəcəyi ərazilər öyrənilmişdir. Hesab edirik ki, 
bu  yolun imkan daxilində tikintisi Bakı şəhərində tıxacların aradan 
qaldırılmasına,  yük  və  sərnişin  daşımalarının  asanlaşdırılmasına 
xidmət edəcəkdir.  
Bakı şəhərində inşa edilən müasir tələblərə cavab verən yeni 
beynəlxalq  avtovağzal  kompleksi  istifadəyə  verildikdən  sonra 
sərnişin  daşıyan  nəqliyyat  vasitələrinin  şimal  və  cənub 
istiqamətlərində  şəhərə  girişi  məhdudlaşdırılacaqdır.  Eyni 
zamanda, «Bakı dairəvi-1» avtomobil yolu istismara verildikdən 
sonra  sərnişin  avtobuslarının  və  yük  avtomobillərinin  şəhərin 
mərkəzinə  daxil  olmadan  hərəkətinin  həyata  keçirilməsi  təmin 
ediləcəkdir.  
Cənab Prezident, xüsusi olaraq qeyd etmək istərdim ki, «Bəzi 
fəaliyyət  növlərinə  xüsusi  razılıq  (lisenziya)  verilməsi 
qaydalarının  təkmilləşdirilməsi  haqqında»  Azərbaycan  Respub-
likası  Prezidentinin  2002-ci  il  2  sentyabr  tarixli  782  nömrəli 
Fərmanına əlavələr və dəyişiklik edilməsi barədə” Sizin 2005-ci 
il  28  dekabr  tarixli  Fərmanınıza  uyğun  olaraq,  avtomobil 
nəqliyyatı  ilə  beynəlxalq,  şəhərlərarası,  şəhərdaxili  sərnişin  və 
yük  daşımalarına  lisenziyaların  təqdim  edilməsi  bu  fəaliyyət 
növü ilə məşğul olan daşıyıcıların işinin təşkilində nizam-intizam 
yaradacaq, nasaz avtonəqliyyat vasitələrindən istifadənin qarşısı-
nı  alacaq,  eyni  zamanda,  vətəndaşlarımıza  xidmətin  səviyyəsini 
xeyli yaxşılaşdıracaq, həmçinin hərəkətin təhlükəsizliyinin təmin 
edilməsində 
və 
vergidən 
yayınma 
hallarının 
aradan 
qaldırılmasında əhəmiyyətli rol oynayacaqdır.  
Möhtərəm cənab Prezident, icazə verin  əmin edim  ki, Sizin 
tapşırıq  və  tövsiyələrinizlə  həyata  keçirilən  bu  işlərin  icra 
edilməsi üçün əlaqədar qurumlarla birlikdə bütün lazımi tədbirlər 
görüləcəkdir.  
Diqqətinizə görə sağ olun!  
İ l h a m   Ə l i y e v: Sağ olun. Çox böyük bir proqramdır. 
Siz bunları qısa müddət ərzində hazırlayıb, təqdim edirsiniz. Bu 
çox nəhəng bir layihədir. Demək olar ki, Bakının yol hərəkətinin 
əksər problemlərini həll edəcək bir layihədir və lazımdır ki, qısa 


 
 
65 
müddət  ərzində  biz  bunun  icrasına  nail  olaq.  Mən  elə  başa 
düşdüm ki, bunun tikintisi, haradasa iki il çəkər. Yəqin ki, yüksək 
səviyyədə  tikiləcəkdir.  Həm  yol  örtüyü,  həm  də  bütün 
kommunikasiyalar,  infrastruktur,  körpülər  və  sair  gərək  ən 
yüksək dünya standartlarına cavab versin.  
H  a c ı  b  a  l  a     A  b  u t a  l ı  b o  v:  Möhtərəm  Prezident! 
Bakı  şəhərində  sahil  xəttinin  uzunluğu  30  kilometrdir.  Eni 
istiqamətində  qərbdə  16,  mərkəzdə  9,  şərqdə  isə  12  kilometr 
olmaqla,  22,1  min  hektar  torpaq  sahəsini  əhatə  edir.  Bakı 
şəhərinin baş planı ulu öndərimiz, ümummilli liderimiz Heydər 
Əliyev  tərəfindən  işlənilmiş  və  1986-cı  ildə  təsdiq  edilmişdir. 
Bakı şəhərinin baş planı şəhərin əsas strateji inkişaf və tərəqqi 
yollarını  müəyyən  edən  elmi-praktiki  layihədir.  Paytaxtın  baş 
planına əsasən Bakının magistral yollarının ümumi uzunluğu 2 
min  50  kilometrə  yaxındır.  Baş  planda  əsas  magistral  yollar  6 
radial  yollardan  və  4  dairəvi  yollardan  ibarətdir.  Xəritədə 
dairəvi yollar qırmızı xətlərlə göstərilmişdir.  
Respublikada  baş  vermiş  hadisələr,  Qarabağ  müharibəsi, 
qaçqın və məcburi köçkünlərin Bakı şəhərinə gəlməsi baş plana 
uyğun olan bu 6 radial yolun və 4 dairəvi yolun tamamilə başa 
çatmasına  maneçilik  törətmişdir.  Bu  gün,  demək  olar  ki,  Bakı 
şəhərində  bir  dənə  də  dairəvi  və  radial  yolun  çəkilməsi  başa 
çatmamışdır.  Elə  ona  görə  də  Yaponiya  mütəxəssisləri  Bakıya 
dəvət  edilmiş  və  onlar  şəhərin  baş  planına  uyğun  olaraq 
magistral 
yolların,  ümumiyyətlə,  nəqliyyat  sisteminin 
təkmilləşdirilməsi  ilə  əlaqədar  elmi-praktiki  layihəni  Nazirlər 
Kabinetinə, Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmişlər.  
Bu  layihəyə  uyğun  olaraq,  magistral  yollar  6  radial  yoldan 
və  4  dairəvi  yoldan  ibarətdir.  Burada  radial  yollar  qırmızı, 
dairəvi  yollar  isə  göy  xətlərlə  göstərilmişdir.  Fikir  versək, 
dairəvi  yolların  tamamilə  başa  çatması  üçün  əlavə  yolların 
tikilib qurtarması mütləq vacibdir.  
Möhtərəm  Prezident,  Sizin  rəhbərliyinizlə  məqsədyönlü 
sosial-iqtisadi  siyasətin  müvəffəqiyyətlə  həyata  keçirilməsi 
nəticəsində  əhalinin  alıcılıq  qabiliyyəti  sürətlə  artmışdır. 


 
 
66 
Axırıncı  iki  il  ərzində  əhali  tərəfindən  alınan  avtomobillərin 
sayının artması da bunu təsdiq edir. Son iki ildə Bakı şəhərində 
əhali tərəfindən alınan maşınların sayı 100 mini ötmüşdür. Elə 
bu  da  Bakı  şəhərində  nəqliyyatda  problemin  əmələ  gəlməsinə 
səbəb olmuşdur.  
Əgər  rayonlardan  Bakı  şəhərinə  gəlib-gedən  və  şəhərdən 
tranzitlə  keçən  avtomobillərin  sayını  (50–70  min  ədəd), 
paytaxtda  299  min  avtomobilin  qeydiyyatda  olduğunu,  habelə 
59  mindən  yuxarı  avtomobilin  müvəqqəti  qeydiyyatını  nəzərə 
alsaq, hazırda Bakı şəhərində gündə 400 mindən çox avtomobil 
hərəkət edir.  
İ l h a m   Ə l i y e v: Deməli, ümumi sayın təxminən 70 
faizi.  
H a c ı b a l a   A b u t a l ı b o v: 400 mindən yuxarıdır.  
İ l h a m   Ə l i y e v: Bu daha da artacaqdır.  
H a c ı b a l a   A b u t a l ı b o v: Gələn il isə yalnız Bakı 
şəhərində  70  minə  qədər  avtomobil  alınacağı  ehtimal  olunur. 
Ona görə də Sizdən çox xahiş edirik...  
İ l h a m   Ə l i y e v: Siz o rəqəmi haradan götürürsünüz?  
H  a  c  ı  b  a  l  a      A  b  u  t  a  l  ı  b  o  v:  Dövlət  Yol  Polisinin 
verdiyi  məlumatdır.  Yalnız  paytaxtda  44  min  avtomobil 
qeydiyyata alınıbdır.  
İ l h a m   Ə l i y e v: Keçən il, 2005-ci ildə.  
H a c ı b a l a   A b u t a l ı b o v: Bəli. Bu il isə 60–70 min 
avtomobilin  alınacağı  ehtimal  olunur.  Ona  görə  də  birinci 
növbədə, Sizin göstərişiniz əsasında Ziya müəllimin təklif etdiyi 
körpülərdən  başqa,  əlavə  keçidlərin  də  salınması  vacibdir. 
Çünki  magistral  yollarda  hərəkət  edən  nəqliyyat  vasitələrinin 
heç  biri  digərinə  maneçilik  törətməməlidir  və  dövlət  yolunda 
sürət  saatda  100  kilometrdən  aşağı  olmamalıdır.  Ona  görə  də 
təklif edirik ki, ilk növbədə, yeraltı-yerüstü avtomobil keçidləri, 
körpüləri  ilə  yanaşı,  Passaj  bazarının  yerində,  metronun 
«Nizami»  stansiyasının  yanında,  Nərimanov  prospektində, 
Heydər  Əliyev  prospektindən  Keşlə  qəsəbəsinə  dönən  hissədə 
yerüstü  avtomobil  qarajları  tikilsin.  Digər  tərəfdən,  Azneft 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə