İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə13/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   9   10   11   12   13   14   15   16   ...   106

 
 
49 
dü,  onları  düşündürən  məsələlərlə  bağlı  müvafiq  tapşırıqlar 
verdi.  
S a k i n (Lənkəran rayonundan gəlmiş 70 yaşlı kişi): Cənab 
Prezident, mən Lənkərandan gəlmişəm. Allah Sizdən razı olsun. 
Kim işləməyi bacarırsa, qazanacaq və dolanacaq. Mən 70 yaşlı 
qoca 
kişiyəm.  Öz  təsərrüfatımda  çalışıram,  mal-qara 
saxlayıram.  İşlərim  yaxşıdır,  istehsal  etdiyim  məhsulu  satıram 
və dolanıram. 
R a m i z   Q u l i y e v (Xalq artisti, professor): Cənab Pre-
zident,  srağagün  İrandan  qayıtmışam.  Çox  gözəl  bir 
müsabiqənin  laureatı  oldum.  Azərbaycan  musiqisinin  layiq 
olduğu  «Qızıl  çəng»  mükafatını  İrandan  ölkəmizə  gətirdik. 
Sizin  Azərbaycan  mədəniyyətinə,  musiqisinə  göstərdiyiniz 
diqqəti, qayğını çox bəyənirlər. Ümumiyyətlə, 14 ölkəni təmsil 
edən  musiqiçilərin,  mədəniyyət  işçilərinin  Sizə  xüsusi 
məhəbbətləri  vardır.  Məndən  xahiş  etdilər  ki,  Sizə  onların 
salam-duasını çatdırım. 
Mən  bu  yoldan  keçib  Bakı  Musiqi  Akademiyasına  işə 
gedirdim.  Sizi  gördüm  və  ürəyim  açıldı,  gəlib  salam  verməyi 
özümə  borc  bildim.  Çox  sağ  olun,  şəxsən  mənim  ailəmi  çox 
sevindirdiniz.  Bu  yaxınlarda  bizə  mənzil  verdiniz.  Biz 
xalqımıza, dövlətimizə, millətimizə yüksək dərəcədə layiq olan 
prezidentimizə  xidmət  və  qulluq  edəcək,  ona  sadiq  olacağıq. 
İnanın  ki,  Sizi  görəndə  ürəyim  açılır.  Heç  bir  ölkədə 
mədəniyyətə, incəsənətə Sizin kimi qayğı göstərən yoxdur. Sağ 
olun, var olun, minnətdarıq.  
 
*** 
Prezident İlham Əliyev yolüstü bir neçə ticarət mərkəzinə də 
baş çəkdi, xidmətin təşkili ilə tanış oldu və dedi ki, belə gözəl, 
müasir  müəssisələri  görəndə  sevinirəm.  Hər  şey  yüksək 
səviyyədə  olmalıdır.  Hər  bir  açılan  müəssisə,  dükan,  yaxud  da 
başqa obyekt yüksək səviyyədə olmalıdır. 
Azərbaycan–İtaliya–Türkiyə  birgə  mağazasında  satılan 
məişət mallarının keyfiyyəti ilə maraqlanan dövlətimizin başçısı 


 
 
50 
bildirdi ki, yaxşı olar, bu malları burada istehsal edəsiniz. İndi 
Azərbaycanda  biznes  yaxşı  inkişaf  edir.  Yeni  müəssisələr, 
dükanlar açılır. 
Yolboyu  dövlətimizin  başçısına  yaxınlaşan  paytaxt  sakinləri 
ona xoş sözlərlə müraciət edir, minnətdarlıqlarını bildirirdilər. 
 S a k i n l ə r: Cənab Prezident, Allah Sizə dəyməsin. Siz 
ki,  sadə  Azərbaycan  vətəndaşlarına  bu  qədər  qayğı,  diqqət, 
səmimiyyət  göstərirsiniz,  Allah  Sizdən  razı  olsun.  Atalar  düz 
deyib  ki,  ot  kökü  üstə  bitər.  Cənab  Prezident,  inanırıq  ki,  Siz 
Azərbaycanın  çiçəklənməsi  üçün  əlinizdən  gələni  edirsiniz  və 
edəcəksiniz. Biz hamımız buna əminik və bu yolda Sizi dəstək-
ləyirik. 
İ  l  h  a  m    Ə  l  i  y  e  v:    Xoş  sözlərə  görə  hamınıza  təşəkkür 
edirəm.  
 
 
 


 
 
51 
 
 
 
ŞRİ-LANKA DEMOKRATİK SOSİALİST 
RESPUBLİKASININ  
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB MAHİNDA RACAPAKSEYƏ 
 
Hörmətli cənab Prezident! 
Milli bayramınız – Müstəqillik günü  münasibətilə Sizi və 
bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik 
edirəm. 
Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı  dostluq 
və  əməkdaşlıq  münasibətlərinin  inkişafı  daim  xalqlarımızın 
mənafelərinə xidmət edəcəkdir. 
Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  dost  xalqınıza 
əmin-amanlıq və firavanlıq arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 25 yanvar 2006-cı il 
 
 


 
 
52 
 
 
 
YENİ ZELANDİYANIN BAŞ NAZİRİ  
ZATİ-ALİLƏRİ 
XANIM HELEN KLARKA 
 
Hörmətli xanım Baş nazir! 
Yeni Zelandiyanın milli bayramı – Vaytanqa günü müna-
sibətilə Sizə və xalqınıza təbriklərimi  yetirirəm. 
Ümidvaram ki, ölkələrimiz arasında yaranmış münasibətlər, 
əməkdaşlığımız 
xalqlarımızın 
rifahı 
naminə 
daim 
genişlənəcəkdir. 
Sizə  ən  xoş  arzularımı  yetirir,  dost  xalqınıza  sülh  və  rifah 
diləyirəm. 
 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 25 yanvar 2006-cı il 
 


 
 
53 
 
 
 
AVSTRİYANIN DÖVLƏTİN QORUNMASI VƏ 
TERRORİZMƏ QARŞI MÜBARİZƏ ÜZRƏ 
FEDERAL AGENTLİYİNİN DİREKTORU GERT-
RENE POLLİ İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
25 yanvar 2006-cı il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan-
varın  25-də  Prezident  sarayında  Avstriyanın  Dövlətin  Qo-
runması  və  Terrorizmə  Qarşı  Mübarizə  üzrə  Federal  Agent-
liyinin direktoru Gert-Rene Pollini qəbul etmişdir. 
Qonaqları səmimiyyətlə salamlayan prezident İlham Əli-
yev  Azərbaycan  ilə  Avstriya  arasındakı  münasibətlərin  yüksək 
səviyyədə  olduğunu  qeyd  etdi.  Avstriyanın  hazırda  Avropa 
İttifaqında  sədrlik  etdiyini  vurğulayan  prezident  İlham  Əliyev 
Azərbaycanın  bu  qurum  ilə  yaxından  əməkdaşlıq  etdiyini, 
ölkəmizin «Yeni qonşuluq siyasəti»nin fəal iştirakçısı olduğunu 
bildirdi.  Prezident  İlham  Əliyev  hazırda  terror  təhlükəsinin 
qlobal  xarakter  daşıdığını  diqqətə  çatdıraraq,  Azərbaycanın 
terrorizmlə  mübarizədə  çox  fəal  iştirak  etdiyini,  regionda  və 
dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi işinə öz töhfəsini 
verdiyini  vurğuladı.  Prezident  İlham  Əliyev  ölkələrimiz 
arasındakı  əməkdaşlığın  bundan  sonra  da  inkişaf  edəcəyinə 
əminliyini bildirdi. 
Gert-Rene  Polli  terrorizmlə  mübarizədə  Azərbaycanın 
önəmli rol oynadığını vurğulayaraq, bu sahədə ölkəmizlə əmək-
daşlığın  Avstriya  üçün  böyük  əhəmiyyətə  malik  olduğunu 
diqqətə çatdırdı. O, Azərbaycanın geosiyasi baxımdan çox mü-
hüm  mövqedə  yerləşdiyini  qeyd  edərək,  ölkəmizin  Avropa 
İttifaqına inteqrasiyası üçün yaxşı imkanlar olduğunu bildirdi. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə