İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə10/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   6   7   8   9   10   11   12   13   ...   106

 
 
36 
nöqsanımız,  zəif  yerimiz  itkilərdir  və  bununla  mübarizə 
aparmaq  lazımdır.  Yanacaq-enerji  balansı  tərtib  olunubdur. 
Hesab  edirəm  ki,  bu  sahədə  ciddi  nizam-intizam  lazımdır  ki, 
yanacaq-enerji  balansı  icra  olunsun.  Buna  nəzarət  edəcəyik  və 
mən Sizə vaxtaşırı bu barədə məlumat verəcəyəm.  
İ l h a m   Ə l i y e v: Rövnəq Abdullayev, məruzə elə, neft 
yataqlarında  vəziyyət  necədir?  İndi  dənizdə  neftçilərimiz 
işləyirlər,  onsuz  da  onların  iş  şəraiti  ağırdır.  Bu  havada  orada 
vəziyyət necədir, nə kimi tədbir görürsünüz?  
R  ö  v  n  ə  q      A  b  d  u  l  l  a  y  e  v  (Dövlət  Neft  Şirkətinin 
prezidenti):  Möhtərəm  Prezident,  hazırda  elə  bir  problemli 
hadisələr  baş  verməyibdir.  Əsas  problemlər  «Çıraq»da  baş 
vermişdir,  5  quyu  dayanmışdır.  «28  May»  yatağında  bir  boru 
xəttində problemlər var idi, onu da biz dünən tez bir zamanda 
aradan  qaldırdıq.  1  milyon  50  min  kubmetrə  yaxın  qaz  nəql 
edən boru xətti idi. Hazırda biz yeni variantlarla işləyirik və o 
itki aradan götürülübdür.  
Bu il qaz təhvilində geriləmə əsas onunla bağlıdır ki, ABƏŞ 
15 yanvardan təmir işləri aparır, ona görə də «Azəri»dən gələn 
qazı  bir  az  azaldıblar.  Yanvarın  30-da  bu  məsələlər  hamısı 
aradan  götürüləcək  və  gündəlik  2,5  milyon  kubmetr  qaz  təhvil 
alacağıq və geriləmə aradan qaldırılacaqdır. Dəniz yataqlarında 
elə bir problem yoxdur.  
İ l h a m   Ə l i y e v: Bütün bu məsələlərə operativ qaydada 
yanaşmaq,  tezliklə  həll  etmək  lazımdır.  Yenə  də  deyirəm, 
havanın  belə  kəskin  şəkildə  pisləşməsi  bizim  üçün  əlavə 
problemlər  yaradır.  Biz  də  gərək  onları  operativ  qaydada, 
peşəkarlıqla  həll  edək,  insanların  normal  həyatını  maksimum 
dərəcədə  təmin  edək.  Bütün  müvafiq  qurumlar  gərək  səmərəli 
işləsinlər,  məsuliyyətli  işləsinlər.  Bu  şəraitdə  biz  gərək 
insanların normal yaşamasını maksimum dərəcədə təmin edək. 
Əlbəttə  ki,  2006-cı  ildə  görüləcək  işlər,  xüsusilə  enerji 
sektorunda  görüləcək  işlər  bizdə  bu  sahədə  yeni  bir  şərait 
yaradacaqdır.  Yəni  qaz  hasilatının  artması,  yeni  elektrik 
stansiyalarının tikilməsi Azərbaycanda artıq bu problemi arxada 


 
 
37 
qoyacaq  və  bütövlükdə  bu  problem  olmayacaqdır.  Ancaq 
müəyyən  səbəblərə  görə,  uzun  illərdir  ki,  qış  aylarında  biz 
əziyyət çəkirik. Əminəm ki, 2006-cı ildə bu sahədə ciddi dönüş 
yaranacaq, bütün müəssisələr və əhali fasiləsiz, cədvəlsiz enerji 
daşıyıcıları ilə təmin olunacaqdır. 


 
 
38 
 
 
 
SERBİYA VƏ ÇERNOQORİYANIN PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏHAB SVETOZOR MAROVİÇƏ 
 
Hörmətli cənab Prezident! 
Podqoritsa  şəhəri  yaxınlığında  sərnişin  qatarının  qəzaya 
uğraması  nəticəsində  çoxsaylı  insan  tələfatı  barədə  xəbər  bizi 
son dərəcə kədərləndirdi. 
Bu  ağır  faciə  ilə  əlaqədar  dərdinizə  şərik  çıxır,  Sizə,  həlak 
olanların  ailələrinə,  bütün  Serbiya  və  Çernoqoriya  xalqına  öz 
adımdan  və  Azərbaycan  xalqı  adından  dərin  hüznlə  başsağlığı 
verir,  yaralananların  və  xəsarət  alanların  tezliklə  sağalmasını 
arzulayıram. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 24  yanvar 2006-cı il 


 
 
39 
 
 
 
«NEFTÇİ» FUTBOL KLUBUNUN RƏHBƏRLƏRİ 
VƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
24 yanvar 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
yanvarın  24-də  Prezident  sarayında  Moskvada  keçirilmiş 
«Birlik  Kuboku»  uğrunda  turnirin  qalibi  «Neftçi»  futbol 
klubunun rəhbərlərini və üzvlərini qəbul etmişdir. 
İ l h a m   Ə l i y e v: Əziz dostlar, mən sizi ürəkdən salam-
layıram.  Yanvarın  22-də  Moskva  şəhərində  Azərbaycanın 
«Neftçi»  komandası  öz  gözəl  mübarizə  əzmini  göstərərək, 
«Birlik  Kuboku»nun  sahibi  oldu.  Bu  çox  böyük  nailiyyətdir, 
böyük  qələbədir  və  Vətənimizin  futbolçularının  belə  mötəbər 
yarışlarda yeni uğurudur. Onlar ən yüksək kürsüyə qalxdılar və 
builki kubok artıq Azərbaycandadır, Bakıdadır. Mən sizin hamı-
nızı  bu  böyük  qələbə  münasibətilə  ürəkdən  təbrik  edirəm. 
Futbolçuları,  onların  məşqçilərini,  federasiyanı,  «Neftçi» 
klubunu  –  bütün  idman  ictimaiyyətini  bu  münasibətlə  təbrik 
edirəm.  Bu  bir  daha  onu  göstərir  ki,  Azərbaycanda idman  çox 
yüksək  səviyyədədir  və  onun  müxtəlif  növləri  sürətlə  inkişaf 
edir. 
Azərbaycanın  ictimaiyyəti,  idman  azarkeşləri  bütün  bu 
qələbələrə  sevinirlər.  Son  zamanlar  Azərbaycan  futbolunda  da 
böyük dəyişikliklərin baş verməsi çox önəmli hadisədir. Son 10 
il ərzində Azərbaycanda, demək olar ki, idmanın bütün növləri 
çox  sürətlə  inkişaf  etməyə  başlamış  və  bizim  idmançılarımız 
bütün beynəlxalq yarışlarda yüksək nəticələr göstərmişlər. 
Keçən  ilin  sonunda  mən  idman  ictimaiyyəti  ilə  görüşərkən 
bu barədə öz fikirlərimi dedim. Müxtəlif yarışlarda – dünya və 


 
 
40 
Avropa  çempionatlarında,  eləcə  də  Azərbaycanda  keçirilmiş 
dünya  çempionatlarında  yüzlərlə  medal  qazanmışlar.  Bu  onu 
göstərir ki, Azərbaycan sözün əsl mənasında idman ölkəsidir. 
Ancaq  bilirsiniz  ki,  uzun  illərdir  futbolda  böhran  yaşanırdı. 
Futbolda vəziyyət o qədər də ürəkaçan deyildi. Hamımız bilirik 
ki,  futbol  dünyanın  ən  populyar  idman  növüdür.  Biz  çox 
istəyirik ki, futbolda da dönüş yaransın və bizim azarkeşlərimiz 
sevinsinlər, qələbə onları sevindirsin. Mən deyə bilərəm ki, son 
illər  ərzində  bu  sahədə  də  müsbət  nəticələr  var.  Azərbaycan 
Futbol  Federasiyası  möhkəmlənir  və  indi  uğurlu  fəaliyyət 
göstərir.  Eyni  zamanda,  klublar  çox  yaxşı  təşkil  olunubdur. 
Bilirəm ki, müxtəlif klublarda çox gözəl proseslər gedir. Təlim-
məşq  toplanışlarının  səviyyəsi  qalxıb,  futbolçularımızın  şəraiti 
yaxşılaşıb  və  ölkə  çempionatının  səviyyəsi  qalxıbdır.  Bütün 
bunlar  imkan  verir  ki,  futbolda  yaxşı  nəticələr  göstərilsin. 
«Neftçi»nin qələbəsi buna parlaq nümunədir. 
Əlbəttə, bu, görülən işlərin nəticəsidir. Hər bir nəticəni əldə 
etmək,  yüksək  zirvəyə  qalxmaq  üçün,  əlbəttə,  çox  böyük 
hazırlıq  işləri  aparılmalıdır.  Yanvarın  22-də  final  yarışında 
futbolçularımız  həm  çox  böyük  peşəkarlıq,  həm  böyük 
vətənpərvərlik,  həm  də  istedad  göstərərək  bu  kuboku  qazan-
dılar.  Ondan  əvvəlki  mərhələdə,  yarımfinal  görüşündə  çox 
vacib  idi  ki,  rəqiblərimiz  Ermənistan  komandası  olsun.  Ancaq 
onlar  bu  oyundan  qaçdılar,  turniri  tərk  etdilər  və  deyə  bilərəm 
ki,  bizim  futbolçularımızdan  qorxaraq,  biabırcasına  vətənə 
döndülər. Bu hərəkətin çox böyük əks-sədası olmuşdur. Mən bu 
hadisəni  beynəlxalq  mətbuat  orqanlarında  da  izləmişəm.  Bu, 
bütün  idmansevərlərdə  hiddət  hissi  doğurdu.  Çünki  bir  var 
meydançada uduzmaq, bir də var ki, qorxub qaçmaq. 
Mənim  xatirimdədir,  bir  il  bundan  əvvəl  biz  sizinlə 
görüşmüşdük. O vaxt da «Neftçi» qələbəyə çox yaxın idi. Final 
yarışında  məğlub  olmuşdu.  Ancaq  ondan  əvvəlki  mərhələdə 
Ermənistanın  həmin  o  komandasına  çox  inamlı  zərbə 
endirmişdi,  qələbə  qazanmışdı  və  bizim  hamımızın  böyük 
bayramı idi. Bu gün ikiqat bayramdır. Çünki bir tərəfdən, biz öz 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə