İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə12/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   8   9   10   11   12   13   14   15   ...   106

 
 
44 
Bu  il  yanvarın  14–15-də  Moskvada  FİFA-nın  prezidenti 
Blatter  ilə  təkbətək  görüşdə  də  ona  bu  barədə  məlumatlar 
verildi. Yəni artıq Azərbaycanda beynəlxalq standartlara cavab 
verən  stadionların  tikintisi,  mini  futbol  meydançalarının 
tikintisi,  UEFA-nın  het-trik  proqramı  üzrə  Azərbaycana 
ayrılmış  1  milyon  dollar  vəsaitə  tikilən  süni  örtüklü 
meydançalar haqqında, eyni zamanda, AFFA-nın ofis binasının 
tikintisi  barədə  və  digər  sahələrdə  dövlətin  göstərdiyi  qayğı 
haqqında  məlumat  verilmişdir.  O  bunu  çox  bəyənmiş  və 
Azərbaycana  səfərini  yada  salaraq,  bir  daha  məmnun  və  razı 
qaldığını bildirmiş və onun salamlarını şəxsən Sizə çatdırmağı 
xahiş etmişdir. 
 
Sonra  Azərbaycan  prezidentinə  «Neftçi»  klubu  adından 
xatirə  hədiyyələri  –  komandanın  geyim  forması,  top,  eləcə  də 
«Birlik Kuboku» təqdim olundu.
 
Prezident  İlham  Əliyev  görüş  iştirakçıları  ilə  xatirə  şəkli 
çəkdirdi. 
 


 
 
45 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  
RUSİYA HÖKUMƏTİ SƏDRİNİN MÜAVİNİ,  
MÜDAFİƏ NAZİRİ SERGEY İVANOVUN 
RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 
GÖRÜŞDƏ SÖHBƏT 
 
Prezident sarayı 
 
25 yanvar 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
yanvarın  24-də  Prezident  sarayında  Rusiya  Federasiyası 
hökuməti  sədrinin  müavini,  Müdafiə  naziri    Sergey  İvanovun 
rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
Qonaqları  səmimiyyətlə  salamlayan  prezident  İlham  Əliyev 
Azərbaycan  ilə  Rusiya  arasında  siyasi,  iqtisadi,  o  cümlədən 
hərbi  və  hərbi-texniki  sahələrdə  əlaqələrin  inkişafından  məm-
nun  olduğunu  bildirdi.  Ölkələrimiz  arasındakı  münasibətlərin 
mehriban  qonşuluq  və  dostluq  prinsiplərinə  əsaslandığını  vur-
ğulayan  prezident  İlham  Əliyev  ötən  il  Rusiyada  «Azərbaycan 
ili»nin  uğurla  keçirildiyini qeyd etdi  və  bu  il  Azərbaycanda  da 
«Rusiya  ili»nin  müvəffəqiyyətlə  keçiriləcəyinə  əminliyini  ifadə 
etdi.  Prezident  İlham  Əliyev  ümidvar  olduğunu  bildirdi  ki, 
ölkələrimiz  arasında  müxtəlif  sahələrdə,  o  cümlədən  hərbi 
qurumlar arasında mövcud olan ikitərəfli münasibətlər bundan 
sonra da inkişaf etdiriləcəkdir. 
Sergey  İvanov  Rusiya  Federasiyasının  Prezidenti  Vladimir 
Putinin salamlarını prezident İlham Əliyevə çatdıraraq dedi ki, 
artıq  Rusiya  rəhbərinin  Azərbaycana  növbəti  səfərinə  hazırlıq 
işləri  getməkdədir.  2000-ci  ildə  Rusiya  Federasiyası 
Təhlükəsizlik Şurasının sədri kimi, Bakıya səfər etdiyini nəzərə 
çatdıran qonaq həmin səfər zamanı xalqımızın ümummilli lideri 


 
 
46 
Heydər  Əliyev  ilə  görüşünü  məmnunluqla  xatırladı.  Sergey 
İvanov  ölkələrimiz  arasında  müxtəlif  sahələrdə,  o  cümlədən 
hərbi  və  hərbi-texniki  sahələrdə  əlaqələrin  bundan  sonra  da 
inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi. 
Prezident  İlham  Əliyev  Rusiya  Federasiyasının  Prezidenti 
Vladimir  Putinin  salamlarına  görə  minnətdarlığını  bildirdi  və 
onun  da  salamlarını  Rusiyanın  dövlət  başçısına  çatdırmağı 
xahiş etdi. 


 
 
47 
 
 
 
BAKININ QIŞ MƏNZƏRƏSİ İLƏ YAXINDAN 
TANIŞ OLMASI, PAYTAXTIN MÜXTƏLİF 
YERLƏRİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞMƏSİ, 
ONLARIN QAYĞILARI İLƏ  
MARAQLANMASI 
 
25 yanvar 2006-cı il 
 
Azərbaycan  Respublitkasının  Prezidenti  İlham  Əliyev 
yanvarın 25-də ölkəmizin paytaxtının qış mənzərəsi ilə yaxından 
tanış olmaq, şəhərin müxtəlif yerlərində sakinlərlə görüşmək və 
onların  qayğıları  ilə  maraqlanmaq  üçün  növbəti  dəfə  şəhər 
gəzintisinə çıxmışdır.  
Prezident İlham Əliyev əvvəlcə metropolitenin «Bakı Soveti» 
stansiyasına  gəldi.  Sərnişinlər  dövlətimizin  başçısı  ilə  açıq, 
səmimi söhbət etdilər. Azərbaycan prezidenti belə hava şəraitin-
də  onların  vəziyyəti  ilə  maraqlandı.  Şəhər  sakinləri  belə 
havalarda əhalinin çətinliklə üzləşməməsi üçün görülən opera-
tiv  tədbirlərə  görə  dövlətimizin  başçısına  dərin  minnətdar-
lıqlarını bildirdilər. 
Prezident  İlham  Əliyev    «28  May»  stansiyasında  metronun 
xidməti  fəaliyyəti  ilə,  havaların  soyuması  zamanı  ictimai 
nəqliyyatın  bu  vasitəsindən  istifadə  edən  sərnişinlərin  sayı  ilə 
maraqlandı.  Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  son 
dövrdə metropoliten sisteminin müasir tələblərə cavab verməsi 
baxımından bir çox dəyişikliklər edilmişdir. Sərnişinlərin təhlü-
kəsizliyinin  təmin  edilməsinə  diqqət  artırılmışdır.  Əvvəlki 
günlərlə  müqayisədə,  son  2-3  gün  ərzində  metrodan  istifadə 
edən sərnişinlərin sayı xeyli çoxdur. 
Metronun  «28  May»  stansiyası  qarşısında  prezident  İlham 
Əliyev sakinlərlə görüşüb söhbət etdi. 


 
 
48 
S a k i n l ə r: Möhtərəm cənab Prezident, bütün Azərbay-
can  gəncliyi  Sizinlədir.  Biz  Sizinlə  fəxr  edir,  siyasətinizi 
dəstəkləyirik. 
İ l h a m   Ə l i y e v: Çox sağ olun. Mən də sizi dəstək-
ləyirəm və gəldim ki, görüm bu soyuq havada vəziyyət necədir. 
Bir  neçə  gündür  qar  yağır,  havalar  soyuyubdur.  Mən  bütün 
göstərişləri  vermişəm  ki,  şəhər  xidmətləri  daha  da  gərgin 
rejimdə  işləsinlər.  Çünki  metro  əsas  nəqliyyat  vasitəsidir. 
Metroda da vəziyyət pis deyil, yaxşıdır. 
S  a  k  i  n  l  ə  r:    Biz  Sizi  dəstəkləyirik.  Bütün  Azərbaycan 
xalqı  Sizdən  çox  razıdır.  Sizə  Allahdan  uzun  ömür,  cansağlığı 
arzulayırıq.  Əsas  odur  ki,  xalq  Sizi  sevir.  Başqa  söhbətlər,  nə 
bilim,  müxalifət  belə  deyir–bunlar  boş  söhbətlərdir.  Xalq  Sizi 
sevir  və  Sizi  də  dəstəkləyir.  Biz  fəxr  edirik  ki,  İlham  Əliyev 
kimi  prezidentimiz  var.  Ulu  öndər  Heydər  Əliyevin  gözəl 
davamçısı,  onun  ideyalarını  yerinə  yetirən  oğlu  bizə  daim 
gərəkdir. 
İ l h a m   Ə l i y e v: Sağ olun. Mən də çalışıram ki, Azər-
baycan  daha  da  möhkəmlənsin,  daha  da  güclənsin.  Həm 
iqtisadiyyat,  həm  də  siyasi  proseslər.  Əlbəttə  ki,  Qarabağ 
məsələsi  də  öz  həllini  tapmalıdır.  Mənim  bu  barədə  dəfələrlə 
çıxışlarım olubdur. Biz heç bir güzəştə gedən deyilik. Bu  bizim 
torpağımızdır, tarixi Azərbaycan torpağıdır və biz onu istənilən 
yolla,  istənilən  vasitə  ilə  işğaldan  azad  etməliyik.  Ona  görə  də 
güclənməliyik.  Daha  da  güclü  ordu  yaranmalıdır.  Gənclərimiz 
vətənpərvərlik  ruhunda  tərbiyə  olunmalıdırlar  və  iqtisadiyyat 
inkişaf etməlidir. 
S a k i n l ə r: Sağ olun, biz buna inanırıq. Hamımız canım-
ızı qurban verməyə hazırıq. Allah Sizi bizim üstümüzdən əskik 
etməsin. 
İ l h a m   Ə l i y e v: Sağ olun, salamat qalın. 
 
Dövlətimizin  başçısı  paytaxtımızın  təmizliyinin,  səliqə-
sahmanının qayğısına qalan sadə əmək adamları ilə də görüş-


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə